Teqvim-2015. pdf


Tarixdə bu gün Azərbaycan Kinosu Günü



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə106/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   102   103   104   105   106   107   108   109   ...   173

236
Tarixdə bu gün
Azərbaycan Kinosu Günü 
1898
Hərbi-Dəniz Qüvvələri Günü
1996
AV
Q
U
S
T
1898-ci il avqust ayının 2-də yeni 
proqram hazırlanmış  və bu proqra-
ma “Bibiheybətdə neft fontanı yan-
ğını”, “Əlahəzrət Buxara əmirinin 
“Великий  князь  Алексей” paroxo-
dunda yolasalma mərasimi”, “Qafqaz  
rəqsi” xronikal-sənədli və  “İlişdin” 
bədii kinosüjetləri daxil edilmişdi. Bu 
kinosüjetləri fransız yəhudisi, 25 ildən 
artıq Bakıda yaşayıb işləmiş, Bakı elmi 
foto dərnəyinin katibi, naşir və fotoq-
raf Aleksandr Mixayloviç Mişon lentə 
almışdır. Bununla da Azərbaycanın 
kino tarixində ilk süjetlər yaranmış-
dır. Həmin kinosüjetlərdən 2-si – 
“Bibiheybətdə neft fontanı yanğını” 
və “Balaxanıda neft fontanı” 2001-ci 
ildə Azərbaycan Dövlət Filmfondunun 
təşəbbüsü ilə Fransanın kino arxivindən 
Azərbaycana göndərilmiş  və hazırda 
filmfondda 35 mm-lik plyonkada və 
videokasetdə qorunub saxlanılır.
Azərbaycan Respublikasının mədəni 
inkişafı sahəsində kino işçilərinin 
xidmətlərini və ölkəmizdə  çəkilmiş 
kinosüjetlərin 1898-ci il avqustun 2-də 
ilk kinoseansının həyata keçirildiyini 
nəzərə alaraq, ulu öndər Heydər Əliyev 
18 dekabr 2000-ci il tarixli Sərəncamı 
ilə avqustun 2-si tarixini kino işçilərinin 
peşə bayramı - Azərbaycan Kinosu 
Günü elan etmişdir. 
Ə d ə b i y y a t
Kazımzadə, A. 
Azərbaycanfilm: tari-
xin səhifələri: 2 avqust 
Azərbaycan Kinosu günüdür 
/A.Kazımzadə //Kaspi.- 
2014.- 2-4 avqust.- S.22-23.
Ə d ə b i y y a t
Qaraca, B. Havada, qu-
ruda, dənizdə... : 5 avqust 
Azərbaycan Hərbi Dəniz 
Qüvvələrinin yaran-
ma günüdür /B.Qaraca 
//Azərbaycan.- 2013.- 4 
avqust.- S.1.
www.anl.az
www.az.wikipedia.org
2
“Qars”, “Ərdahan” qayıqları, “Ast-
rabad”, “Göytəpə” poçt gəmiləri, 
“Araz” hidroqrafik gəmisi və “Ba-
yıl” liman daşıyıcı  gəmisindən ibarət 
Azərbaycanın hərbi dəniz donanması 
1918-ci ildə yaradılmışdır. Daha son-
ra Bakını  tərk edən ingilis əsgərləri 
özlərinin döyüş  gəmilərinin və yar-
dımçı üzgüçü vasitələrinin bir hissəsini 
Azərbaycana vermişlər. Demokratik 
cümhuriyyətin süqutundan sonra do-
nanma Sovet Azərbaycanının Qırmızı 
donanması adlandırılmış  və 1920-ci 
ilin yayında bu donanma Xəzər Dəniz 
Qüvvələrinin tərkibinə daxil olunmuş-
dur.
Keçmiş SSRİ-nin Qırmızı bayraqlı 
Xəzər Donanmasının Bakı  və Mosk-
va arasında bölünməsi 1992-ci ildə 
həyata keçirilmişdir. Hərbi gəmilərin 
Azərbaycanın balansına qəbul 
edilməsində HDQ-nın keçmiş koman-
danı, kontr-admiral Rafik  Əsgərov 
mühüm rol oynamışdır. 1992-ci ilin 
iyul ayında Azərbaycan hərbi gəmiləri 
ölkəmizin bayrağı altında reydə  çıx-
mışlar. Hazırda Azərbaycanın Hərbi 
Dəniz Qüvvələrinin  şəxsi heyətinin 
sayı 3000 nəfərdən çoxdur.
1996-cı ildə Ali Hərbi Dənizçilik 
Məktəbi əsasında Dəniz Akademiyası 
təşkil olunmuş və həmin ildə ulu öndər 
Heydər  Əliyevin fərmanı  əsasında 5 
avqust tarixi - Azərbaycanda Hərbi-
Dəniz Qüvvələri Günü kimi qeyd 
olunmuşdur.
5


237
Sərhəd Qoşunları Əməkdaşlarının Peşə 
Bayramı Günü
2000
Tarixdə bu gün
Bеynəlxalq Gənclər Günü
 1999
AV
Q
U
S
T
1998-ci il 8-12 avqust tarixində 
Lissabon şəhərində keçirilmiş Gənclər 
Nazirlərinin I toplantısında Beynəlxalq 
Gənclər Gününün keçirilməsi BMT-
nin Baş Assambleyasının 54/120 saylı 
qətnaməsi ilə 17 dekabr 1999-cu ildən 
bəri 12 avqust tarixində qeyd olunur.
Respublikamızda Bеynəlxalq 
Gənclər Günü ilk dəfə 2000-ci il av-
qust ayının 12-də qeyd edilmişdir. 
Hazırda dünya əhalisinin təqribən 
3 milyard nəfəri, yaşı 25-ədək olan 
gənclərdir. Onların yarım milyarddan 
çoxu kasıbçılıq həddində yaşayır. 100 
milyondan artıq uşaq məktəbə gedə 
bilmir. Hər gün 30 min uşaq aclıqdan 
ölür. BMT-nin Baş katibi dünya birliyi-
ni gənclərin problemlərini həll etməyə 
çağırmışdır. Azərbaycanda gənclər 
dövlətin qayğısı ilə  hərtərəfli  şəkildə 
əhatə olunmuşdur. Ulu öndər Heydər 
Əliyevin sərəncamı ilə 2 fevral tari-
xi 1996-cı ildən etibarən Azərbaycan 
gəncləri günü kimi təsdiq olunmuş-
dur. Bu, ulu öndər Heydər  Əliyevin 
gəncliyə göstərdiyi diqqət və qayğının 
bir nümunəsi idi. Onu da qeyd edək 
ki, gənclər günü MDB məkanında və 
Şərqi Avropa ölkələri arasında ilk dəfə 
olaraq Azərbaycanda qeyd olunmuş-
dur.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.files.preslib.az
12
18
Məlum olduğu kimi, Azərbaycanda milli sərhəd 
xidmətinin yaranma tarixi 1918-ci il dövrünə gedib 
çıxır. 1918-ci il iyun ayının 22-də Azərbaycanda ilk 
dəfə olaraq Poylu sərhəd postu yaradılmış, digər 
istiqamətlərdə  də oxşar məntəqələrin yaradılması 
işinə başlanılmışdır. 1919-cu il avqust ayının 18-
də Azərbaycan Demokatik Respublikası Nazirlər 
Kabineti “Azərbaycan Respublikasının gömrük 
baxımından sərhəd mühafizəsinin təsis edilməsi 
haqqında” qanun qəbul etdikdən sonra əlavə ola-
raq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin 
mühafizəsi təşkil edilmişdir.
Müstəqillik illərində Azərbaycan Ordusu-
nun yaradılması, formalaşdırılması proseslərinə 
bilavasitə  rəhbərlik edən ulu öndər Heydər 
Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, 
ölkəmizin sərhədlərinin qorunması  işinin təşkili 
istiqamətində  əvəzsiz xidmət göstərmiş, milli 
sərhəd siyasətinin  əsasını qoymuş, sərhəd stra-
tegiyasını müəyyənləşdirmişdir. Ümumiyyətlə, 
üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 
Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, 
sərhədlərimizdə ilkin zəruri infrastrukturların ya-
radılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin 
təşkilinə  qədər bütün proseslər ümummilli lider 
Heydər Əliyevin adı ilə bağlıdır.
2000-ci il avqust ayının 16-da Prezident cənab 
Heydər  Əliyev ADR-in ilk sərhəd mühafizəsinin 
təsis edildiyi tarixin - 18 avqustun Azərbaycan 
Respublikasının Sərhəd Qoşunları Əməkdaşlarının 
peşə bayramı Günü kimi elan edilməsi haqqında 
sərəncam imzalamışdır. 


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə