Teqvim-2015. pdf


Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq 85



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə96/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   92   93   94   95   96   97   98   99   ...   173

214
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq
85
illiyi
Toğrul Nərimanbəyov
1930-2013
AV
Q
U
S
T
Toğrul Fərman oğlu Nərimanbəyov 
1930-cu il avqust ayının 7-də Bakı 
şəhərində doğulmuşdur. 1950-ci ildə 
Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq 
Məktəbini, 1955-ci ildə isə Litvada Vil-
nüs Rəssamlıq İnstitutunu bitirmişdir. XX 
əsrin 50-ci illərindən etibarən yaradıcılığa 
başlamışdır. 
Hələ Litvada təhsil alarkən Qərbə 
məxsus barokko üslubunun təmtəraq və qo-
tika arxitekturası ilə tanış olmuş, Delakrua 
sənətinə xas olan romantik gözəllik, Cot-
to əsərlərindən süzülüb gələn səmimiyyət, 
Rembranta xas tragik vüsət, Pol Sezanda 
rəssam fikrinin ifadə dəqiqliyi onun dünya-
miqyaslı bir rəssam kimi yetişib formalaş-
masında mühüm rol oynamışdır.
İnsanların daxili aləminin  ən incə 
çalarlarınadək təsvirini verən portretləri öz 
orijinallığı, bədii forma kamilliyi və nova-
torluğu ilə seçilmişdir. Təzad və  şərtiliyi, 
ənənəvilik və müasirlik kimi müxtəlif ya-
naşmaları  əsərlərində harmonik şəkildə 
əks etdirmişdir. Ayrı-ayrı tamaşalara ver-
diyi bədii tərtibatlarla Azərbaycan teatr 
rəssamlığının dəyərli nümunələrini də ya-
ratmışdır. Monumental boyakarlıq və divar 
rəssamlığı janrında işlənmiş tabloları bö-
yük estetik təsir qüvvəsinə malikdir.
Onun “Göyçay bağlarında”, “Ba-
har yarmarkası”, “Narlar və armudlar”, 
“Çiçəklər”, “Köhnə çinar”, “Qız qalası” 
kimi heyranedici natürmort və peyzajla-
rında təbiətin təsviri xüsusilə göz oxşa-
yır. “Xəzər üzərində  şəfəq”, “Baltika ba-
lıqçıları” tablolarında gənc entuziastların 
romantik obrazları  əks olunmuş, “Ema-
latxanada”, “S.Bəhlulzadə”, “Mahnı”, 
“Məhsuldarlıq”, “Polyaçka”, “Sevinc” 
kimi lirik lövhələrində  işıqlı  həyati anlar 
əks olunmuşdur.
1952-ci ildən  əsərləri Kubada, Hindis-
tanda, Polşada, Çexiyada, Slovakiyada, 
Almaniyada, Fransada, İtaliyada, Mosk-
vada, ABŞ-da Azərbaycan rəssamlığının 
qiymətli nümunələri kimi mötəbər sərgi 
salonlarında, rəsm qalereyalarında və 
incəsənət muzeylərində uğurla nümayiş et-
dirilir, ayrı-ayrı şəxslərin kolleksiyalarında 
saxlanılır.  1966-cı və 2011-ci illərdə haq-
qında qısametrajlı  sənədli televiziya filmi 
çəkilmiş, bir sıra  filmlərdə “Qobustan” 
(1967), “Əllər və  rənglər” (1974), “Dədə 
Qorqud” (1975), “Rənglərin melodiya-
sı” (1981), “Yeddi gözəl” (1982) rəssam 
kimi çıxış etmiş, onun rəsm əsər-lərindən 
istifadə edilmişdir.
1974-cü ildə F.Əmirovun “Nəsimi haq-
qında poema” baletinin tərtibatına görə 
Azərbaycan SSR Dövlət mükafatı, 1980-ci 
ildə yenidən F.Əmirovun “Min bir gecə” 
baletinin tərtibatına görə SSRİ dövlət mü-
kafatıyla təltif olunmuşdur. 1964-cü ildə 
“Azərbaycanın  Əməkdar rəssamı”, 1967-
ci ildə Azərbaycan SSR-in, 1989-cu ildə 
SSRİ-nin “Xalq rəssamı” fəxri adlarına 
layiq görülmüş, bir sıra orden və medal-
larla - 2000-ci ildə “İstiqlal”, 2010-cu ildə 
“Şərəf” ordenləri ilə təltif olunmuş, 2009-
cu ildən Azərbaycan Respublikası Prezi-
dentinin fərdi təqaüdçüsü olmuşdur.
Toğrul Nərimanbəyov 2013-cü il iyun 
ayının 2-də Parisdə  vəfat etmiş, Parisin 
Passi qəbiristanlığında dəfn edilmişdir.
7
Rəssam
Ə d ə b i y y a t
Toğrul Nərimanbəyov 
1930-2013 /layihənin 
rəhbəri Ç.Fərzəliyev.-
Bakı, 2013.-102 s.
Məhərrəmova, T. 
Azərbaycan ruh-
lu rəssam: Toğrul 
Nərimanbəyov bütün 
dünyada tanınan, 
sevilən, yaradıcılı-
ğına və əsərlərinə 
böyük maraq 
göstərilən sənətkar 
idi /T.Məhərrəmova           
//Kaspi.-2013.- 11 
iyun.- S.11.
Rənglərdə əbədi yaşa-
yacaq görkəmli fırça 
ustası, Azərbaycanın 
Xalq rəssamı Toğ-
rul Nərimanbəyov 
dünyasını dəyişib                       
//Mədəniyyət.-2013.- 
12 iyun.- S. 5.
Rzayeva, M. “Şuşadan 
doğan Günəş...”: Dün-
ya şöhrətli rəssamın 
dilindən Qarabağ 
həqiqətləri səsləndi, əli 
isə çəkirdi /M.Rzayeva 
//Şərq.-2014.- 25 yan-
var.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org


215
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq
75 
illiyi
Elturan Avalov  
1940
AV
Q
U
S
T
Elturan Vəli oğlu Avalov 1940-cı il 
avqust ayının 20-də Bakı şəhərində ana-
dan olmuşdur. 1963-cü ildə Azərbaycan 
Politexnik 
İnstitutunun memarlıq 
fakültəsini bitirmişdir.
O, rəngarəng yaradıcı maraqlara ma-
lik bir insandır. Hələ  uşaqlıqdan rəsmə 
böyük həvəs göstərmiş və ilk rəsmlərini 
“Molla Nəsrəddin” jurnalının təsiri ilə 
çəkmişdir. Belə ki, jurnalın peşəkar 
karikaturistləri O.Şmerlinq və İ.Rotterin 
əl işlərindən ilham almışdır. 
Elturan Avalov Cüzeppe Verdi-
nin “Aida” və “Karmen” operalarına 
rəsmlər, Üzeyir Hacıbəylinin musiqili 
komediyalarına, Bəxtiyar Vahabzadənin 
“Muğam” poemasına illüstrasiyalar 
çəkmişdir.
Yaradıcılığında portret janrına da 
üstünlük vermiş  və yaratdığı obraz-
larda bizi əhatə edən müxtəlif insan 
talelərini ustalıqla əks etdirmişdir. Onun 
“Naməlum adam”, “Qatıqçı”, “Kisəçi” 
və s. portretləri bu qəbildəndir.
“Şuşanın memarlığı” (1977), “Eltu-
ran” (1986), “Memarın gözü ilə” adlı 
kitabların müəllifidir.
30-dan çox sərginin iştirakçısıdır. 
Bakıda (1985, 1994, 2005), Moskvada 
(1986), Türkiyədə (1999) fərdi sərgiləri 
keçirilmişdir. 2003-cü ildə ona profes-
sor elmi rütbəsi verilmişdir. 
2005-ci ildən Azərbaycan Rəssamlar 
İttifaqının, 2006-cı ildən Azərbaycan 
“Karikaturaçı  Rəssamlar Birliyi”nin, 
FECO-nun (Karikaturaçılar Təşkilatının 
Beynəlxalq Federasiyası) Azərbaycan 
qrupunun üzvüdür.
2011-ci ildə Dünya Turizm Günü ilə 
əlaqədar “Şirvanşahlar Sarayı Komp-
leksi” Dövlət Tarixi-Memarlıq Qoruq-
Muzeyində tanınmış rəssam, sənətşünas, 
professor Elturan Avalovun əsərlərindən 
ibarət sərgi açılmışdı. Sərgidə müəllifin 
İçərişəhər, eləcə də Azərbaycan memar-
lıq abidələrini əhatə edən əsərləri nüma-
yiş olunmuşdur.
O, həmçinin bəstəkarlıqla da məşğul 
olmuş, onun musiqi əsərləri həm yerli, 
həm də xarici səhnələrdə  səslənmişdir. 
Skripka və fortepiano üçün yazdığı 
“Adacio”, həmçinin görkəmli bəstəkar 
Fikrət  Əmirovun xatirəsinə  həsr etdiyi 
“Ekspromt” və “Fantaziya” Türkiyədə 
B.Axundov və L.Axundova tərəfindən 
ifa edilmiş, Abdulla Şaiqin sözlərinə 
bəstələdiyi “İdman marşı” isə Rusiyada 
keçirilən festivalda Sumqayıt Uşaq xoru 
tərəfindən səslənmişdir.
Onun yaradıcılığında Qarabağ möv-
zusu geniş yer tutmuşdur. Onun çəkdiyi 
əsərlərdə Azərbaycanın təbiəti,  Şuşa 
memarlığı,  İçərişəhər, Gəncə  və Or-
dubad abidələri böyük ustalıqla təsvir 
olunmuşdur.
Elturan Avalov 1991-ci ildə 
“Azərbaycan Respublikasının Əməkdar 
incəsənət xadimi” fəxri adına layiq gö-
rülmüşdür. 
Ə d ə b i y y a t
Mənə Vətənimin qoxusu 
daha əzizdir /E.Avalov      
//Zaman.- 2011.- 12-18 
mart.- S.7.
Sənətşünaslıq elminə 
yeni töhfələr /E.Avalov             
//Kaspi.- 2012.- 10-12 
mart.- S.11.
Gülər. Memarlıq abidələri 
təsviri sənət əsərlərində: 
sərgi /Gülər //Mədəniyyət.-
2011.- 30 sentyabr.- S.13.
Шуша [Электронный 
ресурс] : графика 
/Э.Авалов; Фонд Гейдара 
Алиева, Общественная 
организация развития 
регионов.- Баку: 
Чашыоглу, 2008. - 1 эл. 
опт. диск (CD-ROM).- 
(“Nizami” layihəsi). 
Shusha [Graphic]: etc-
hings /E.Avalov; Heydar 
Aliyev Foundation
[foreword K.Shukurov; 
layout. Regional Develop-
ment Public Association].- 
Baku: [s.n], 2008.- 107 p.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.bibliotekar.ru
www.en.wikipedia.org
20
Rəssam


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə