Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə98/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   94   95   96   97   98   99   100   101   ...   173

218
Teatr.Kino
60
illiyi
Afaq Bəşirqızı 
1955
AV
Q
U
S
T
Afaq Bəşir qızı  Səfərova (Afaq 
Bəşirqızı) 1955-ci il avqust ayının 15-
də Bakı  şəhərində anadan olmuşdur. 
1974-1979-cu illərdə  İncəsənət Uni-
versitetinin mədəni-maarif fakültəsində 
təhsil almışdır. 
Aktyorluq fəaliyyətinə 1973-cü ildə 
Lənkəran Dövlət Dram Teartında baş-
lamışdır. 1975-ci ildə Sumqayıt Dövlət 
Dram Teatrında çalışmış, burada klassik 
və müasir dramaturqların  əsərlərində 
baş rolları ifa etmişdir.  İlk rollarından 
özünü istedadlı, işgüzar, səhnəyə bö-
yük məhəbbətlə bağlı, daim axtarışda 
olan sənətkar kimi göstərərək, tama-
şaçıların dərin rəğbətini qazanmışdır. 
Azərbaycanın teatr və kino səhnəsinin 
unudulmaz aktyoru Bəşir Səfəroğlunun 
ailəsində böyüməsi Afaq xanımın bir 
aktrisa kimi formalaşmasında mühüm 
rol oynamışdır. 
Onun “Bəxt üzüyü” tamaşasında 
yaratdığı Söylü obrazı öz koloritinə, 
tutumuna, yüksək bədii keyfiyyətlərinə 
görə klassik nümunədir. Əsasən komik 
rolların ifaçısı kimi daha da püxtələşən 
Afaq Bəşirqızı 1989-cu ildə Musi-
qili Komediya Teatrına dəvət almış 
və bu illər  ərzində “Subaylarınızdan 
görəsiniz”də  Səməni, “O olmasın, bu 
olsun”da Sənəm, “Bankir adaxlı”da 
Nisə, “Məhəbbət oyunu”nda Səltənət
“İtkin  ər”də  Məleykə, “Məsmə xala 
dayımdır”da Məsmə  və s. rolları 
məharətlə ifa etmişdir.
“Azərbaycanfilm” kinostudiyasının 
istehsal etdiyi “Bəxt üzüyü”, “Girov” 
filmlərində rol almışdır. Televiziya ta-
maşalarında yaratdığı  Zəhra xalaqızı 
(“Yaşıl eynəkli adam”), Suğra (“Bala-
başa bəla”), Darçınbəyim (“Evləri 
köndələn yar”), Ayka (“Yarımştat”), 
Gülya (“Nekroloq”) rolları ilə daha da 
məşhurlaşmışdır. 
“Afaq gülür-güldürür” adlı komik 
səhnəciklər toplusu ilə televiziya ek-
ranlarında çıxış etmiş, atasının xoş 
xatirəsini daim yaddaşlarda yaşatmaq 
üçün “Bəşir” teatrını yaratmışdır.
Hazırda Azərbaycan Mədəniyyət 
və  İncəsənət Universitetində aktyorluq 
kursunda dərs deyir. 
1989-cu ildə “Azərbaycan Respubli-
kasının  Əməkdar artisti”, 1993-cü ildə 
“Xalq artisti” adlarına layiq görülmüş-
dür. Görkəmli aktyor 1993 və 2003-
cü illərdə “Qızıl Dərviş” mükafatına, 
2012-ci ildə Prezident mükafatına layiq 
görülmüşdür. 
Milli teatr sənəti sahəsindəki uğurla-
rına görə 2011-ci ildə “Yaxşıların yax-
şısı” Milli Mükafatına layiq görülmüş-
dür.
2013-cü ildə “Şöhrət” ordeni ilə təltif 
edilmiş, eyni zamanda “Azərbaycan 
mədəniyyətinə  dəyərli töhfə” nomi-
nasiyası üzrə Azərbaycanın teatr və 
kino sənəti sahəsindəki uzunmüddətli 
səmərəli fəaliyyətinə görə “Zirvə” mü-
kafatını almışdır.
 
Ə d ə b i y y a t
Afaq Bəşirqızı: “Məni 
ayağa qaldıran xalqımın 
sevgisi oldu” /A.Bəşirqızı; 
müsahibəni apardı 
X.Sadıqova //Zaman.- 
2014.- 1aprel.- S.8. 
“Həyatda aktyor deyiləm” 
/A.Bəşirqızı //Bizim yol.- 
2014.- 26 fevral.- S.13. 
“Yaratdığım Suğra, Söylü, 
Ayka obrazlarımın eyham-
ları hələ də dillərdədir” 
/A.Bəşirqızı; müsahibəni 
apardı X.Günəş //Palitra.-
2013.- 15 may.- S.13.
Xəlilzadə, F. Bu mənim 
tale yolum: publisistik 
oçerk /F.Xəlilzadə; red. 
Y.Hüseynov.- Bakı: ŞirAk, 
1999.- 98 s. 
Hüsniyyə. Afaq Bəşirqızı 
“Yaxşıların yaxşısı” oldu     
/Hüsniyyə //525-ci qəzet.-
2011.- 4 may.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
15
Aktrisa


219
Milli Qəhrəmanlar
40
illiyi
Fərhad Ağayev
1975-1995
AV
Q
U
S
T
Fərhad İslam oğlu Ağayev 1975-ci il 
avqust ayının 4-də Sabirabad rayonunun 
Ələmbəyli kəndində anadan olmuşdur. 
O, 1992-ci ildə  Ələmbəyli kənd 
məktəbini bitirdikdən sonra, 1993-cü 
ildə Sabirabad rayon Hərbi Komissar-
lığı  tərəfindən Milli Ordu sıralarına 
çağırılmış, Prezident Qvardiyasında 
xidmətə başlamışdır.
Fərhad Ağayev 24 yanvar 1994-
ildə  cəbhəyə yola düşmüş, ilk 
döyüşlərini Füzuli rayonunun 
Seyidəhmədli kəndində keçirmişdir. 
O, Murovdağ, Güzgü, Ömərdağ kimi 
əhəmiyyətli  ərazilərin müdafiəsində 
şücaət göstərmişdir. 
1995-ci ilin mart ayında bir qrup 
silahlı  dəstə namərdlik edərək yenicə 
təşəkkül tapmağa başlayan dövlətimizə 
xəyanət etmiş, Fərhad dövlət çevrili-
şinin qarşısını almaq üçün Ağstafaya 
göndərilmişdir. 
1995-ci il mart ayının 13-də Fərhad 
Ağayev qardaş gülləsindən ağır yara-
lanmış, mart ayının 15-də isə aldığı ya-
radan həlak olmuşdur. 
Azərbaycan Respublikası Preziden-
tinin 1995-ci il 4 aprel tarixli, 307 saylı 
fərmanı ilə Ağayev Fərhad olümündən 
sonra “Azərbaycanın Milli Qəhrəmanı” 
fəxri adına layiq görülmüşdür. 
Sabirabad rayonundakı Şəhidlər Xi-
yabanında dəfn edilmişdir. Bitirdiyi orta 
məktəb qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı”adı verilməsi 
haqqında: [Ağayev Fərhad İslam oğlu-Müdafiə Nazirliyi, sıravi -Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən 
sonra).
Ağayev Fərhad İslam oğlu (1975-1995) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.M.Həmidova.-Bakı, 2008.- S.24.
Əsgərov, V. Ağayev Fərhad İslam oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.26.
Seyidzadə, M. Ağayev Fərhad İslam oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.22.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
4
Milli Qəhrəman


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə