230
Şahbaz Muradov
1940
AV
Q
U
S
T
Şahbaz Musa oğlu Muradov 1940-
cı il avqust ayının 10-da Laçın
rayonu-
nun Xumarta kəndində doğulmuşdur.
1961-ci ildə Azərbaycan Dövlət Uni-
versitetini fərqlənmə diplomu ilə bitir-
miş, gənc mütəxəssis kimi Azərbaycan
SSR EA-nın İqtisadiyyat İnstitutuna
elmi işçi kimi göndərilmişdir.
1961-1966-cı illərdə kiçik elmi
işçi, 1966-1968-ci illərdə baş elmi
işçi vəzifələrində çalışmış, 1968-ci
ildən isə İnstitutun Demoqrafiya və
iş qüvvəsinin təkrar istehsalı şöbəsinə
rəhbərlik etmişdir. 1965-ci ildə iqti-
sad elmləri namizədi, 1972-ci ildə iq-
tisad elmləri
doktoru alimlik dərəcəsi
almış, 1977-ci ildə isə professor elmi
rütbəsinə layiq görülmüşdür. 1991-ci
ildən institutun elmi işlər üzrə direktor
müavini vəzifəsində çalışmış, 1999-cu
ilin əvvəlindən instituta rəhbərlik et-
mişdir.
1966-cı ildən BDU, ADİU, ADNA
və s. təhsil ocaqlarında “Siyasi iqti-
sad”, “İqtisadi nəzəriyyə”, “Demoq-
rafiya”, “Əməyin iqtisadiyyatı və so-
siologiyası” fənlərindən dərs deməklə,
ali təhsil sahəsində kadr hazırlanması
işinə köməkliyini göstərməkdədir.
Professor apardığı başlıca tədqiqat
işlərinin nəticələri 350 çap vərəqi
həcmindən çox olan 300 əsərdə öz
əksini tapmışdır. Həmin əsərlərin 25-i
iri həcmli monoqrafiyalar, kitab və
broşürlardan ibarətdir.
Əsas elmi fəaliyyəti demoqrafi-
yanın
sosial iqtisadi problemləri, iş
qüvvəsinin təkrar istehsalı və əmək
ehtiyatlarından istifadənin sosial iq-
tisadi problemləri; məşğulluq, iş-
sizlik və demoqrafiya siyasətinin
nəzəri-metodoloji əsasları və regional
aspektlərinin, habelə müxtəlif sosial-
demoqrafik qruplardan olan əhalinin
məşğulluq problemlərinin tədqiqi ol-
muşdur.
2001-ci ildən AMEA-nın
müxbir
üzvü seçilmişdir. Onun rəhbərliyilə
50 nəfərdən çox namizədlik və 10
nəfər doktorluq dissertasiyası müdafiə
etmişdir. 40-dan çox namizədlik və
doktorluq dissertasiyasına rəsmi op-
ponentlik etmiş, onlarca elmi kitabın
redaktoru və rəyçisi olmuşdur.
O, AMEA İqtisadiyyat İnstitutunun
nəzdində fəaliyyət gostərən İxtisaslaş-
dırılmış doktorluq elmi şurasının sədri,
YUNESKO-nun Azərbaycan Respub-
likasında “Bioetika elmi bilikləri və
texnologiyaların etikası” üzrə Milli
Komitənin üzvü, bir sıra elmi şurala-
rın və jurnalların redaksiya şuraları-
nın üzvü və s.
kimi də mühüm ictimai
fəaliyyət göstərir.
Şahbaz Muradov 2000-ci ildə
Beynəlxalq İslam Xeyriyyə Təşkilatı
Asiya Müsəlmanları Komitəsinin Elmi
Şurasının I dərəcəli mükafatı ilə, 2004-
cü ildə isə Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamı ilə
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
10
Ə d ə b i y y a t
İnsan potensialı: əsas
meyllər, reallıqlar,
problemlər /Ş.Muradov;
red. A.Nadirov; AMEA, İq-
tisadiyyat İn-tu.-Bakı: Elm,
2004.-660 s.
Azərbaycan Respublikası
əhalisinin dinamikası və
quruluşu: əsas demoq-
rafik və etno-demoqrafik
dəyişikliklər (1897-
2007- ci illər): [monoq-
rafiya] /Ş.Muradov; red.
A.Gözəlova.-Bakı: Elm,
2008.-235 s.
Azərbaycan Respublika-
sında etno-demoqrafik
proseslər: tarixi
dəyişikliklər və reallıqlar
/Ş.Muradov, Ç.Baxış; red.
A.Gözəlova.- Bakı: [Avro-
pa], 2013.- 135 s.
Глобализация,
демографическое
развитие и трудовая
активность населения
в Азербайджане:
[монография]
/ Ш.Мурадов, А.Гёзалова,
Р.Эфендиев; ред.
А.Алескеров.- Баку: Элм,
2007.- 264 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.science.az
75
illiyi
Fəlsəfə.İqtisadiyyat
Alim
231
Mədəniyyət.Maarif.Elm
Akademik
60
illiyi
Rafael Hüseynov
1955
AV
Q
U
S
T
Rafael Baba oğlu Hüseynov 1955-
ci il avqust ayının 12-də Kürdəmir
şəhərində anadan olmuşdur. 1971-ci ildə
burada 12 saylı şəhər orta məktəbini bi-
tirmiş, 1971-1976-cı illərdə ADU-nun
şərqşünaslıq fakültəsində, fars filologi-
yası ixtisası üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə 1976-cı ildə,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun
Fəlsəfə tarixi şöbəsində başlamışdır.
1978-1982-ci illərdə həmin institutun
İran filologiyası şöbəsində kiçik elmi
işçi, 1982-1988-ci illərdə isə Orta əsrlər
Şərq yazılı mən-bələrinin tədqiqi və
nəşri şöbəsində baş elmi
işçi vəzifəsində
çalışmışdır. 1980-ci ildə namizədlik,
1992-ci ildə doktorluq elmi dərəcələrini
almışdır. Bir neçə il AMEA-nın Nizami
Gəncəvi adına Azərbaycan Ədəbiyyatı
Milli Muzeyinin şöbə müdiri işləmiş,
1993-cü ildən muzeyin direktorudur.
Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdə-
mir rayonunda çıxan “İrəli” qəzeti
səhifələrində dərc olunan şeirləri ilə
başlamışdır. Dövri mətbuatda vaxtaşı-
rı məqalələri
dərc edilmiş, Azərbaycan
xalq musiqisi və onun görkəmli ifaçıları
haqqında hazırladığı “Nəğməli ömürlər”
və “Axşam görüşləri” adlı həftəlik
verilişlər silsiləsi efirdə səslənmişdir.
“Qobustan” incəsənət toplusunda
“Görməyən gözlərin aydınlığı”, “Əsas
odur ki, xalq sizi sevir”, “Həsrət qatarı”
və s. publisistik yazıları çap olunmuş-
dur. Orta əsrlər fars və türkdilli poeziya-
nın müxtəlif problemlərinə həsr edilmiş
30-dan artıq ədəbiyyatşünaslıq əsərinin
müəllifidir. AYB-nin və Teatr Xadimləri
İttifaqının üzvüdür.
M.Gəncəvinin rübailərini, R.Rza
və N.Rəfibəyli haqqında “İki ömrün
işığı” (1987) adlı xatirələr kitabını
tərtib etmişdir. ADU-da “Fars ədəbiy-
yatı” (1987-1989), konservatoriya-
da “Mədəniyyət tarixi” (1990-1991),
Xəzər Universitetində “Azərbaycan
ədəbiyyatı” və “Azərbaycan
mədəniy-
yəti” (1995) fənlərindən dərs demişdir.
1995-1998-ci illərdə Xəzər Uni-
versitetində Azərbaycan filologiyası və
şərqşünaslıq kafedrasının müdiri olmuş-
dur. Onlarla monoqrafiyanın, dərslik və
dərs vəsaitinin, 300 elmi araşdırmanın,
500-dən çox publisistik məqalənin, 3
tammetrajlı sənədli-publisistik filmin
ssenarisinin, 200-dən çox televiziya və
radio verilişinin və proqramın müəllifi-
dir.
Hacıqabul-Kürdəmir seçki dairəsin-
dən deputat seçilmişdir. Milli
Məclisin
Mədəniyyət məsələləri daimi komissi-
yası sədrinin müavinidir. Azərbaycan-
Bosniya-Hersoqovina, Azərbaycan-İs-
paniya, Azərbaycan-İsveç, Azərbaycan
- İtaliya parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun, Avropa Şurasının Par-
lament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin üzvüdür.
2005-ci ildə “Əməkdar incəsənət xa-
dimi” fəxri adına layiq görülmüşdür.
2014-cü ildə AMEA-nın həqiqi üzvü
seçilmişdir.
Ə d ə b i y y a t
Əbədi Cavid
/R.Hüseynov; AMEA,
N.Gəncəvi adına
Azərbaycan ədəbiyyatı
Milli Muzeyi.- Bakı:
[Nurlan], 2007.- 840 s.
Məhsəti Gəncəvi - özü,
sözü, izi /R.Hüseynov;
N.Gəncəvi adına
Azərbaycan Ədəbiyyatı
Muzeyi.-Bakı: Nurlan,
2005.-560 s.
Mehseti Gencevi Edebi
portre (portret-oçerk)
/R.Hüseynov.- Bakü:
Şərq-Qərb, 2013.-100 s.
Sabirin saatı
/R.Hüseynov.- Bakı: Elm
və təhsil, 2012.- 48 s
Şirvan şairləri
/R.Hüseynov; [rəssam
S.Şatikov].-Bakı: [Elm və
təhsil], 2012.- 107 s.
Yurdun adındakı can
/R.Hüseynov; red.
C.Həsənli, L.Kərimli
(Rəfibəyli).- Bakı: Elm,
2010.- 903 s.
Rafael Hüseynovun “Söz
heykəli” //Kaspi.- 2012.-
14-16 iyul.- S.13.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.rafaelhuseynov.com
12