232
Bəkir Nəbiyev
1930-2012
AV
Q
U
S
T
Bəkir Əhməd oğlu Nəbiyev 1930-cu
il avqust ayının 21-də Ağdaşın Üçqovaq
kəndində anadan olmuşdur. 1947-ci
ildə Ağ-
daşda 1 saylı orta məktəbi bitirmişdir.
1945-1947-ci illərdə Ağdaş radio şəbəkə-
sinin diktoru işləmişdir. 1947-1949-cu
illərdə
Ağdaşda müəllimlik etmişdir. 1949-1954-
cü illərdə ADU-nun filologiya fakültəsində
təhsil almış, həm də Bayıldakı 55 saylı orta
məktəbdə müəllimi kimi çalışmışdır. İlk
tənqidi qeydləri “Lenin tərbiyəsi uğrunda”
qəzetində dərc olunmuşdur.
Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”ndə
çap edilən “Dama-dama göl olar” rəyi ilə
başlamışdır. Universiteti bitirdikdən sonra
“Azərbaycan gəncləri”, “İnşaatçı” qəzet-
lərində məsul katib müavini, ədəbi işçi
vəzifələrində işləmişdir. ADU-nun aspiran-
turasına
daxil olmuş, 1960-cı ildə namizədlik
dissertasiyasını müdafiə etmişdir. 1958-ci
ildən AYB-nin, 1960-cı ildən
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü olmuşdur.
1959-1961-ci illərdə “Kommunist” qəzeti
redaksiyasında Mədəniyyət şöbəsinin müdiri
işləmişdir. 1961-1971-ci illərdə Azərbaycan
EA Nizami adına Ədəbiyyat İnstitutunun
Sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi,
şöbə müdiri və institutun elmi katibi, 1971-
1986-cı illərdə Nizami adına Azərbaycan
Dövlət Ədəbiyyat Tarixi Muzeyinin di-
rektoru, 1982-1986-cı illərdə Azərbaycan
Ədəbiyyat Fondunun sədri işləmişdir. 1989-
cu ildən AMEA-nın həqiqi üzvü olmuşdur.
1965-1985-ci illərdə Yazıçılar İttifaqı
nəzdində tənqid və ədəbiyyatşünaslıq şura-
sının, SSRİ EA nəzdində humanitar elmlərə
dair tədqiqatları əlaqələndirmə Şurasının,
Azərbaycan EA Rəyasət Heyətinin üzvü,
“Xəbərlər” jurnalının baş redaktoru, 1987-
1990-cı illərdə Azərbaycan Mədəniyyət fon-
dunun sədri, 1993-cü ildən ədəbiyyat üzrə
ixtisaslaşdırılmış müdafiə şurasının sədri,
“Ədəbiyyat və incəsənət”
qəzeti redaksiya
heyətinin, Dövlətnəşrkomun metodiki şura-
sının, C.Cabbarlı adına “Azərbaycanfılm”
studiyasının bədii şurasının üzvü kimi fəaliy-
yət göstərmişdir.
2003-2012-ci illərdə AMEA Rəyasət
Heyətinin üzvü və Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru olmuşdur. 2002-ci
ildə Təfəkkür Universitetində filologiya ka-
fedrasının müdiri, 30 cildlik “Türk dünyası
ədəbiyyatı” ensiklopediyasının respublika
üzrə məsul əlaqələndiricisi olmuşdur. 40-dan
çox kitabın, 600-dən artıq məqalə və resen-
ziyanın, bir neçə monoqrafiyanın müəllifidir.
Onun rəhbərliyi ilə 22 elmlər namizədi, 4
elmlər doktoru müdafiə etmişdir.
1970-ci ildə “Şərəfli əməyə görə” yu-
biley medalı ilə təltif edilmiş, 1972-ci ildə
“Qızıl qələm” mükafatı laureatı, 1978-ci ildə
Azərbaycan Dövlət Mükafatı laureatı olmuş,
1986-cı ildə SSRİ-nin “Xalqlar dostluğu”
ordeni almışdır. 1990-cı ildə “Əməkdar elm
xadimi” fəxri adına, 1993-1994-cü illərdə
“H.Z.Tağıyev”, “M.Araz” mükafatlarına,
1997-ci ildə “Ustad” ali mükafatına, 2000-ci
ildə Beynəlxalq TİKA mükafatına layiq gö-
rülmüş, 2000-ci ildə Azərbaycanın “Şöhrət”
ordeni ilə təltif edilmiş, 2010-cu ildə ədə-
biyyatşünaslıq elminin və ədəbi fikrin in-
kişafındakı xidmətlərinə görə Azərbaycan
Respublikası Prezidentinin Fəxri Diplomu-
nu almışdır.
Bəkir Nəbiyev 15 mart 2012-ci ildə Bakı
şəhərində vəfat etmişdir.
Alimin xatirəsini əbədiləşdirmək məq-
sədilə 4 aprel 2013-cü ildə Azərbaycan Res-
publikası Prezidenti Sərəncam imzalamış-
dır.
21
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 5
cilddə /B.Nəbiyev.-Bakı:
Çinar-Çap, 20
09.
Azərbaycan xalq
ədəbiyyatı:ali məktəb
tələbələri üçün dərslik:
[2 hissədə] /B.Nəbiyev.-
Bakı: Turan, 2002.-
H.1.- 2006.
Hərənin öz yolu var...
/B.Nəbiyev.-Bakı: Çinar-
Çap, 2008.-466 s.
Şamaxı torpağının yetir-
diyi böyük Azərbaycan
şairləri /B.Nəbiyev;
AMEA, Nizami adına
Ədəbiyyat İnstitutu.-
Bakı: Ozan, 2012.-287 s.
Akademik Bəkir Nəbiyev
haqqında soraq kitabı
/tərt. ed. G.Rəsulova;
red. A.Kəngərli; AMEA,
Nizami ad. Ədəbiyyat İn-
tu.-Bakı:[Nafta-press],
2009.- 387 s.
Akademik Bəkir Nəbiyev
- 80 /A. Ülvi //Xalq
qəzeti 2010.- 18 sent-
yabr.- S. 5.
Tağısoy, N. Bəkir
Nəbiyev və Azərbaycan
ədəbiyyatşünaslığı
/N.Tağısoy //525-ci
qəzet.- 2011.- 20 avqust.-
S. 11.
www.science.az
85
illiyi
Mədəniyyət.Maarif.Elm
Akademik
233
Mədəniyyət.Maarif.Elm
Publisist
60
illiyi
Flora Xəlilzadə
1955
AV
Q
U
S
T
Flora Fətulla qızı Xəlilzadə 1955-ci
il avqust ayının 23-də Zəngəzur maha-
lının Sisian rayonunun Urud kəndində
anadan olmuşdur. Rayonun Vağədi
kənd orta məktəbini bitirdikdən sonra
ADU-nun jurnalistika
fakültəsinə daxil
olmuş və 1977-ci ildə oranı bitirmiş-
dir. “Azərbaycan təbiəti” jurnalında,
“Azərbaycan müəllimi”, “Azərbaycan”
qəzetlərində işləmişdir. Bir müddət
“Azərbaycan qadını” jurnalının redak-
toru olmuşdur. Hazırda “Azərbaycan”
qəzetinin Mədəniyyət şöbəsinin redak-
toru vəzifəsində çalışır.
1972-ci ildən mətbuatda yüzlərlə
elmi,
ədəbi, publisistik, tənqidi
məqalələri dərc edilmiş, kitabları çap
olunmuşdur. “Ruhumun ehtiyacı”, “Ay-
sel adını itirib”, “Bənövşə ətirli səs”
(Flora Kərimova haqqında), “Analar”,
“Bu mənim tale yolum” ( Afaq Bəşirqızı
haqqında), “Ürəyim aldatdı məni”,
“Taleyimdən keçən adamlar”, “İgidliyin
son zirvəsi” ( Şəhid
Cəmşid Teymurov
haqqında), “Məmməd Araza məktub”
(elmi-ədəbi toplu), “Yuxular”, “Yolum
düşə Zəngəzura” (Tarixi, etnoqrafik,
bədii nəşr), “Dağları tərpədən fəryad”
(Yaqut Abdullayeva haqqında), “Yazı-
çılar təşkilatının rəhbərləri, “Yazdıqla-
rım” və başqa kitabların müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üz-
vüdür. “Yolum düşə Zəngəzura” kitabı
Yeni Yazarlar və Sənətçilər Qurumu
tərəfindən “2007-ci ilin publisistik-
sənədli kitabı” adına layiq görülmüş-
dür.
Bir çox mükafatların
- Türkiyə Di-
yanet Vaqfının türkdilli xalqlar arasında
keçirdiyi “Peyğəmbərin nəthi” yarışma-
sında Türkiyədə aldığı Beynəlxalq mü-
kafat, Azərbaycan Jurnalistlər Birliyinin
təsis etdiyi “Həsənbəy Zərdabi mükafa-
tı”, KİV Həmkarlar İttifaqının “Qızıl
qələm”, “Xan qızı Natəvan”, “Səməd
Vurğun-90”, “Şərəf” və “İnam” müka-
fatları, 2 dəfə Respublika Mətbuat Fon-
dunun “Dan ulduzu” mükafatı, Qorqud
Assosiasiyasının təsis etdiyi “Məmməd
Araz mükafatı”, Nabat xanım adına
xeyriyyə cəmiyyətinin təsis etdiyi “Na-
bat xanım mükafat”, Lider Qadınlar
İctimai Birliyinin təsis etdiyi “Salatın
Əsgərova mükafatı” və s. sahibidir.
2007-ci ildə Jurnalist Qadınlar As-
sosiasiyası tərəfindən “İlin qadın jur-
nalisti” elan olunmuşdur. 2011-ci ildə
Azərbaycan mətbuatındakı səmərəli
fəaliyyətinə görə Mətbuat Şurasının
Ali Media Mükafatını almışdır. 2009-
cu ildən Prezident mükafatçısıdır və
“Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2013-cü ildə Jurnalistika sahəsindəki
səmərəli fəaliyyətinə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən “Əməkdar jurnalist”
fəxri adına layiq görülmüşdür.
Ə d ə b i y y a t
Dağları tərpədən fəryad
/F.Xəlilzadə; ön söz.
müəl. T.Əfəndiyev; red.
K.Mirzəyeva; rəssam
Y.Əsədov.-Bakı: Araz,
2008.- 212 s.
İgidliyin son zirvəsi
/F.Xəlilzadə; red.
S.Kərimova.- Bakı: Nur-
lan, 2001.-79 s.
Məmməd Araza məktub
/F.Xəlilzadə; red.
S.Kərimova.- Bakı: Araz,
2003.-108 s.
Yolum düşə Zəngəzura
/F.Xəlilzadə; ön söz.
müəl. İ.Vəliyev; red.
K.Mirzəyeva.-Bakı: Araz,
2007.-522 s.
Yuxular /F.Xəlilzadə;
red. S.Kərimova; rəssam
M.Əliyev.-Bakı: Araz,
2004.- 262 s.
Azərbaycan Televiziyasının
efirə çıxmasından 58 il
keçir /F.Xəlilzadə //525-ci
qəzet .-2014.- 14 fevral.-
S.4.
Fəzilətli nəslin şöhrətli
oğlu: Əhməd Ağdamski-
130 /F.Xəlilzadə //Kaspi.-
2014.- 23 yanvar.- S.14-15.
İ n t e r n e t d ə
www.anl.az
23