45
FEVRAL
22
Milli ədəbiyyat
65
illiyi
Akif Əli
1952
Akif Əli oğlu Əli (Akif Əli) 1952-ci
il fevral ayının 22-də Şuşa şəhərində,
hüquqşünas ailəsində anadan olmuşdur.
Orta məktəbi Bakıda bitirmişdir. 1974-
cü ildə M.F.Axundov adına Azərbaycan
Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı
İnstitutunda (indiki Bakı Slavyan Uni-
versiteti) ali təhsilini başa vurmuşdur.
1978-1987-ci illərdə Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində radionun Satira və yumor
şöbəsində kiçik redaktor, redaktor və şöbə
müdiri, televiziyanın isə Gənclər üçün
proqramlar Baş redaksiyasının Baş redak-
toru vəzifələrində çalışmışdır. Çoxlu say-
da elmi və bədii-publisistik məqalələrin,
kino-tele-radio ssenarilərinin, kitabların,
“Mozalan” kino-süjetlərinin və tərcümə
əsərlərinin müəllifidir.
1989-cu ildə Bakı Ali Partiya
Məktəbinin əyani kursunu bitirmişdir.
1990-cı ildə “Vətən səsi” qəzetinin ya-
radılmasında iştirak etmiş, 1991-1993-
cü illərdə həmin qəzetin baş redaktoru
vəzifəsində çalışmışdır. Elmi-pedaqoji
fəaliyyətlə məşğul olmuş, Bakı Sosial
İdarəetmə və Politologiya İnstitutunda
(indiki Dövlət İdarəçilik Akademiyası)
baş müəllim, dosent, Mədəniyyətşünaslıq
kafedrasının müdiri (1992-1994)
işləmişdir. 1988-ci ildə filologiya elmləri
üzrə fəlsəfə doktoru elmi dərəcəsini al-
mış, 2000-ci ildə dosent elmi rütbəsinə
yiyələnmişdir.
1974-1978-ci illərdə “Azərbaycan
film”, “Tacikfilm”, “Lenfilm” kinostu-
diyalarında filmlərə çəkilmişdir. “Uzun
müharibədə qısa görüşlər” (“Tacikfilm”)
filmində Rüstəm, “Tütək səsi” filmində
Tapdıq, “Arxadan vurulan zərbə” filmində
(“Azərbaycanfilm”) Fazil və başqa ob-
razları yaratmışdır.
Akif Əli məhsuldar ədəbi fəaliyyət
göstərmiş - “Gözəlliyin qədrini bilək”
(1984), “Azərbaycanın müasir kinoakt-
yorları” (1984), “Unudulmaz yollar”
(1985), “Məhəbbət təranələri” (1989),
“Qaragöz oyunu” (1999), “M.Ə.Sabirin
satira sənətkarlığı” (1999, 2012),
“Öncə – vətəndir” (2003), “Böyük öm-
rün anları” (2004), “İdrak” (2007),
“Vətən mücadiləsi” (2011), “Azman”
(2013) kitabları çap olunmuşdur. Bun-
lardan başqa A.Qessenin “Olmuşlar,
düşüncələr”, V.Mayakovskinin “Tax-
tabiti”, M.Zoşşenkonun “Nəhs günü”,
J.B.Molyerin “Meşşanın zadəganlığı”,
A.Soljenitsinin “Matryonanın ocağı”, A.
Çexovun “Hekayələr”, Qrimm qardaşla-
rının “Bremen musiqiçiləri”, M.Takaxasi
“Kəpənək mövsümü”, M.Qelprin “Şam
yanırdı” və s. əsərləri tərcümə etmişdir.
“Qızıl qələm” mükafatı laureatı,
“Məmməd Araz” (“Kaspi” qəzeti) və
“Dəfnə” (Azərbaycan Tərcümə Mərkəzi)
ədəbi müsabiqələrinin qalibidir. 2013-
cü ildə “Dövlət qulluğunda fərqlənməyə
görə” medalı ilə təltif edilmiş, 2015-ci
ildə “Əməkdar jurnalist” fəxri adına la-
yiq görülmüşdür.
1994-cü ildən Nazirlər Kabinetinin
Mətbuat xidmətinin rəhbəri vəzifəsində
çalışır. II dərəcəli Dövlət müşaviridir.
AzTv-nin “Mədəniyyət” kanalında
“Zaman və məkan”, İTV-də isə “Vətənin
səsi” televiziya proqramlarının müəllifi
və aparıcısıdır.
Ə d ə b i y y a t
Böyük ömrün anla-
rı: Mustafa Kamal
Atatürkün və Heydər
Əliyevin şərəfli ömür
yolundan bəhs edən
fəlsəfi-publisistik
foto-illüstrativ esse
/Akif Əli.- Bakı: Təhsil,
2004.- 220 s.
Mirzə Ələkbər Sabirin
satira sənətkarlığı
/Akif Əli; Azərb. Resp.
Mədəniyyət və Turizm
Nazirliyi.- Bakı: Təhsil,
2012.- 253, [3] s.
“Açıq kitabxana” və ya
oxunan və oxunmayan
kitablar /Akif Əli //İki
sahil.-2016.- 20 iyul.-
S.14.
Odlar Yurdunun
mədəniyyəti: Publisistik
düşüncələr /Akif Əli
//İki sahil.-2016.- 28
sentyabr.- S.22.
İ n t e r n e t d ə
www.akifali.com
https://az.wikipedia.
org/wiki/Akif_Əli
news.lent.az/
news/110002
Yazıçı-publisist
46
105
illiyi
Ə d ə b i y y a t
Daşdəmirli, Ə.
Azərbaycan Memarlıq və
İnşaat Universitetində
professor Ənvər
Qasımzadənin 100
illik yubileyinə həsr
olunmuş konfrans
keçirilib /Ə.Daşdəmirli
//Azərbaycan müəllimi.-
2012.- 20 aprel.- S.2.
Ələsgərov, A. Milli me-
marlığımızın görkəmli
nümayəndəsi /Abbas
Ələsgərov //Xalq qəzeti.-
2012.- 12 fevral.- S.8.
Дадашев. Усейнов
/Э.А.Касим-заде,
Ю.С.Яралов; [ред.
А.З.Гимпельсон;
худож. И.И.Фомина].-
[Москва]: Гос.
изд-во лит. по
строительству и
архитектуре, 1951.-
129, [3] с., [2] л.
Мастера советской
архитектуры.
Касимзаде
Энвер Али оглы
//Большая советская
энциклопедия.- М.,
1973.- Т.XI.- С.496.
İ n t e r n e t d ə
www.anl.az/down/me-
qale/az_muellimi/2012/
aprel/246794.htm
Ənvər Əli oğlu Qasımzadə 1912-ci il
fevral ayının 12-də Bakı quberniyasının
Salyan şəhərində anadan olmuşdur. İlk
təhsilini Bakı Müəllimlər Seminariyası-
nın nümunəvi məktəbində almış, 1930-
cu ilin dekabrında N.Nərimanov adına
Azərbaycan Sənaye Texnikumunun in-
şaat şöbəsini bitirmiş və M.Əzizbəyov
adına Azərbaycan Sənaye İnstitutuna
göndərilmişdir. 1936-cı ildə burada ali
təhsilini bitirmiş və mühəndis-memar
ixtisasına yiyələnmişdir.
1934-cü ildən əmək fəaliyyətinə baş-
lamış, “Azəridövlətlayihə” təşkilatında
çalışmışdır. Həmin dövrdə həmçinin
Bakı İnşaat Texnikumunda dərs demiş-
dir. 1941-ci ildə Azərbaycan SSR Kom-
munal Təsərrüfatı Xalq Komissarlığı ya-
nında Mənzil Kommunal Baş İdarəsinin
rəisi və eyni zamanda, Bakı İnşaat Tex-
nikumunun direktoru vəzifələrinə təyin
edilmişdir.
1946-cı ilin iyununda Azərbaycan
hökümətinin müraciəti əsasında hərbi
xidmətdən geri çağırılmışdır. 1947-ci
ildən Azərbaycan SSR Nazirlər Sove-
tinin Memarlıq İşləri üzrə İdarəsinin
rəisi, 1951-1953-cü illərdə Bakı Şəhər
Soveti İcraiyyə Komitəsi sədrinin I mü-
avini, 1953-1955-ci illərdə Tikinti nazi-
ri, 1955-1957-ci illərdə Dövlət Tikinti
Komitəsinin sədri, 1957-1959-cu illərdə
nazir - Dövlət Plan Komitəsi sədrinin I
müavini vəzifələrində çalışmışdır. O ça-
lışırdı ki, müasir Azərbaycan memarlı-
ğında toplanmış tarixi irsimiz, milli ça-
larlarımız, ornamentlərimiz geniş tətbiq
olunsun, özünəməxsusluğunu itirməsin.
Ə.Qasımzadə 1959-cu ildə
Azərbaycan Memarlar İttifaqına rəhbərlik
etmiş, 1962-ci ildə Azərbaycan Politex-
nik İnstitutuna rektor təyin olunmuşdur.
Onun rektorluğu dövründə Azərbaycan
Politexnik İnstitutunun Gəncə şəhərində
filialı açılmış, avtomatika, sintetik mate-
rialların texnologiyası, metallurgiya və
poliqrafiya fakültələri təşkil edilmişdir.
Ənvər Qasımzadə 1964-cü ildə me-
marlıq doktoru elmi adını almış, 1966-cı
ildə professor, 1968-ci ildə Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü se-
çilmişdir. Onun layihələri əsasında Bakı-
da, Gəncədə, Daşkəsəndə, Xankəndində
onlarca yaşayış evi və ictimai binalar
ucaldılmışdır.
Bunlardan Bakının Azərbaycan
prospektindəki (keçmiş Hüsü Hacıyev
küçəsi), İnşaatçılar prospektindəki, keç-
miş Şimali Sovet meydanındakı, Ağa
Nemətulla küçəsindəki evləri, hazırda
Gömrük Komitəsi və Maliyyə Nazir-
liyinin inzibatı binalarını, Bakıxanov
küçəsindəki Azərbaycan Tibb Univer-
sitetinin əsas korpuslarını, metronun
“Ulduz” stansiyasını və başqalarını
yada salmaq kifayətdir. Ənvər müəllim
60-dan çox elmi məqalənin və 7 mo-
noqrafiyanın müəllifidir. Dəfələrlə Bakı
Şəhər Sovetinə və Azərbaycan SSR Ali
Sovetinə deputat, Azərbaycan Kommu-
nist Partiyasının Bakı Şəhər Komitəsinə
və Azərbaycan KP Mərkəzi Komitəsinə
üzv seçilmişdir.
“Qırmızı Bayraq”, “Qırmızı Ulduz”, I
və II dərəcəli “Böyük Vətən müharibəsi”
ordenləri ilə və altı medalla təltif edil-
mişdir. “Əməkdar inşaatçı” fəxri adına
layiq görülmüşdür.
Ə.Qasımzadə 1969-cu il mart ayı-
nın 12-də, 57 yaşında vəfat etmiş və
Fəxri Xiyabanda dəfn edilmişdir. Bakı
şəhərində və Salyandakı küçələrdən biri
onun adını daşıyır.
Ənvər Qasımzadə
1912-1969
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Memar
FEVRAL
12