49
49
Teatr. Kino
90
illiyi
Lütfi Məmmədbəyli
1927-2004
FEVRAL
Lütfi Şahbaz oğlu Məmmədbəyov
(Məmmədbəyli) 1927-ci il fevral ayının
6-da Ağdaş rayonunda anadan olmuşdur.
1943-1947-ci illərdə Teatr Texniku-
munda təhsil almışdır. 1947-ci ildə ora-
nı bitirdikdən sonra bir müddət Musiqili
Komediya Teatrında fəaliyyət göstərmiş,
40-cı illərin sonunda teatr müvəqqəti
olaraq bağlandığından Gənc Tamaşaçı-
lar Teatrının truppasına daxil olmuşdur.
Burada çalışarkən Bakıda o vaxtkı 26-lar
Mədəniyyət Sarayında dram dərnəyinə
rəhbərlik etmişdir. 30 ildən sonra 1961-ci
ildə Xalq Teatrı statusu alan bu dərnəkdə
Azərbaycan aktyorlarının bir neçə nəslini
yetirmişdir. 1961-1966-cı illərdə Mirza-
ğa Əliyev adına İncəsənət İnstitutunun
rejissorluq fakültəsində təhsilini davam
etdirmişdir.
Lütfi Məmmədbəyli 1961-ci ildə
Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrına dəvət olunmuş və ömrü-
nün sonunadək burada çalışmışdır. Bu
teatrın səhnəsində bir neçə tamaşanın qu-
ruluşçu rejissoru da olmuşdur.
L.Məmmədbəylinin teatrla yanaşı,
Azərbaycan televiziyasında və kino-
dakı fəaliyyəti də uğurlu olmuşdur. O,
60-dan çox televiziya tamaşasının, o
cümlədən “Göz həkimi”, “Yağışdan son-
ra”, “Səninlə sənsiz”, “Yad qızı” kimi
əsərlərin rejissoru olmuşdur.
L.Məmmədbəylinin kinoda oyna-
dığı iri və kiçik rollar da yaddaqalan-
dır. Onun çəkildiyi “Bəxtiyar”, “Qız-
mar günəş altında”, “O olmasın, bu
olsun”, “Səhər” kinofilmlərində yaratdı-
ğı obrazlar özünəməxsus yer tutur. Lütfi
Məmmədbəyli respublikamızda televizi-
ya serialları çəkən ilk rejissordur. 1993-cü
ildə tanınmış yazıçı Əlibala Hacızadənin
“İtkin gəlin” əsəri əsasında 12 seriyalı
filmə quruluş vermişdir. Bundan sonra 6
seriyalı “Dodaqdan qəlbə” (1998), yenə
də 6 seriyalı “Yağışdan sonra” (1998) se-
riallarını çəkmiş, tamaşaçılarının ixtiya-
rına təqdim etmişdir.
O, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin professoru kimi
pedaqoji fəaliyyət göstərmişdir.
Lütfi Məmmədbəyli 1953-1976-cı
illərdə filmlərin Azərbaycan dilinə dubl-
yaj olunmasında bir aktyor kimi də çox
məhsuldar iştirak etmişdir. Eyni zaman-
da, respublika teleradio yayımlarında
kamera, mikrofon qarşısında mahir apa-
rıcılardan biri olmuşdur. Dövrün məşhur
televiziya verilişləri - “Səhər” musiqili
informasiya proqramı, “Teatr görüşləri”,
“Sənətkar və zaman”, “Aktyorlar, rollar”
məhz L.Məmmədbəylinin səyi, istedadı,
aparıcılığı sayəsində illərlə ekran ömrü
yaşamış, tamaşaçı alqışı, sevgisi qazan-
mışdır.
Lütfi
Məmmədbəylinin mil-
li mədəniyyətin inkişafı sahəsindəki
xidmətləri yüksək qiymətləndirilmişdir.
O, müxtəlif illərdə bir sıra mükafatlara
(“Qızıl Dərviş” mükafatı) və 1991-ci ildə
“Xalq artisti” fəxri adına layiq görülmüş,
1997-ci ildə müstəqil Azərbaycanın ali
mükafatı olan “Şöhrət” ordeni ilə təltif
edilmişdir.
Lütfi Şahbaz oğlu Məmmədbəyli
2004-cü il fevral ayının 1-də vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Kazımzadə, A.
Özünə əbədilik
qazanmış sənətkar
/A.Kazımzadə
//Kaspi.- 2013.- 29
iyun-1 iyul.- S.23.
Mükərrəmoğlu, M.
Qayğıkeş insan, pe-
daqoq, görkəmli rejis-
sor /M.Mükərrəmoğlu
//Xalq qəzeti.- 2012.-
12 fevral.- S.5.
İ n t e r n e t d ə
www.anl.az/down/me-
qale/xalqqazeti/2012/
fevral/231115.htm
azertag.az/.../lutfi_
sahbaz_oglu_mam...
https://az.wikipedia.
org/wiki/Lütfi_
Məmmədbəyli
6
Rejissor
50
Milli Qəhrəmanlar
65
illiyi
Akif Əkbərov
1952-1992
FEVRAL
Akif Abbas oğlu Əkbərov 1952-ci il
fevral ayının 2-də Cəbrayıl rayonunun
Balyand kəndində anadan olmuşdur.
1969-cu ildə 1 saylı Beyləqan şəhər
orta məktəbini bitirmişdir.
1970-ci ildə ordu sıralarına çağırıl-
mış, 1972-ci ildə ordudan tərxis olun-
muşdur.
1974-cü ildə Beyləqan rayon Da-
xili işlər şöbəsində polis nəfəri kimi
fəaliyyətinə başlamışdır. Sonuncu iş
yeri polis şöbəsinin dövlət avtomo-
bil müfəttişliyi bölməsi olmuşdur.
Akif Əkbərov həmin bölmədə yol-
patrul xidməti müfəttişi vəzifəsində
işləmişdir.
1991-ci il avqust ayının 5-də
Beyləqan rayon Polis Şöbəsinin bir
qrup əməkdaşı Kəlbəcər rayonu-
nun “Sarı yer” yaylağındakı mülki
şəxslərin təhlükəsizliyini təmin etmək
üçün ezam olunan polislərin arasında
Akif Əkbərov da olmuşdur. Erməni
quldurları tez-tez yaylaqlara qəfil bas-
qınlar etdiyindən, polislərimiz hər za-
man sayıq olmağa çalışırdılar.
Avqust ayının 12-i ermənilər Cer-
muq şəhəri tərəfdən “Sarı yer” yayla-
ğına hücuma keçirlər. Əhalini qoru-
maq üçün polis işçiləri döyüşə girirlər.
Akif elə döyüş mövqeyi tutmuşdu ki,
ermənilər başlarını qaldırmağa belə
macal tapmırdılar. Təxminən 6 saat
davam edən bu döyüşdə Akif Əkbərov
xüsusilə fərqlənmişdir. Düşmənin
xeyli canlı qüvvəsi məhv edilsə də
qəfil düşmən gülləsi Akifdən də yan
keçməmişdir. O, qəhrəmancasına həlak
olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264
saylı Fərmanı ilə Əkbərov Akif Abbas
oğlu ölümündən sonra “ Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Beyləqan rayonunda dəfn edilmiş-
dir. Orada büstü qoyulmuşdur.
Beyləqan rayonundakı küçələrdən
biri onun adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Əkbərov Akif Abbas oğlu – yol keşik xidməti müfəttişi – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasın-
da, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Əkbərov Akif Abbas oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.M.Həmidova.-
Bakı, 2008.- S.53.
Əsgərov, V. Əkbərov Akif Abbas oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.73.
Seyidzadə, M. Əkbərov Akif Abbas oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.50.
https://az.wikipedia.org/wiki/Akif_Əkbərov
veten-ugrunda.az/.../220-kbrov-akf-abbas-olu...
2
Milli Qəhrəman