Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə63/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   59   60   61   62   63   64   65   66   ...   200

131

Milli Qəhrəmanlar 

50 

illiyi

Qorxmaz Eyvazov 

1967-1994 

APREL

Qorxmaz Abış  oğlu Eyvazov 1967-

ci il aprel ayının 1-də Laçın rayonunun 

Güləbird kəndində anadan olmuşdur. 

O, 1984-cü ildə orta məktəbi bitirərək, 

127 saylı texniki-peşə  məktəbinə daxil 

olmuşdur. 1985-ci ildə ordu sıralarına 

çağırılmış və Ukraynada hərbi xidmətdə 

olarkən 6 aylıq serjantlıq kursunu bi-

tirmişdir. Xidmət müddətində  fəxri 

fərmanlarla yanaşı, birinci dərəcəli id-

mançı vəsiqəsi almış və döş nişanı ilə də 

təltif edilmişdir. 

Qorxmaz 1987-ci ildə əsgəri xidmətini 

başa vurub vətənə dönmüş, 1988-ci ildə 

Laçında yaradılmış partizan dəstəsinə 

qoşulmuşdur. 

1992-ci ilin mart ayında Laçın rayon 

Polis şöbəsində işə qəbul edilmişdir. 

Sıravi polis işçisi Q.Eyvazovun döyüş 

yolu öz doğma yurdundan Qazdərəsi, 

Suarası, Mazutlu kəndlərinə kimi uza-

nır. Qızartı dağı uğrunda gedən döyüşlər 

zamanı onun xüsusi fəallığı nəticəsində 

düşmənin bir tankı ələ keçirilir.

1992-ci ildə avqust ayının 4-də erməni 

quldurları  Qızartı dağını yenidən  ələ 

keçirmək üçün hücuma keçirlər. Cəsur 

döyüşçü bu vuruşda qolundan güllə ya-

rası alır. O, sağalan kimi, qısa müddətdən 

sonra yenidən döyüşə atılır, Füzuli rayo-

nu  ərazisində gedən döyüşlərdə böyük 

şücaət göstərir. Horadiz əməliyyatı za-

manı göstərdiyi igidliyə görə onu rota 

komandiri təyin edirlər. 

10 fevral 1994-cü ildə Cəbrayıl rayo-

nunun Cocuq Mərcanlı kəndində Qorx-

mazın son döyüşü olur. O, düşmənin 

xeyli canlı qüvvəsini məhv etmiş və özü 

də bu döyüşdə həlak olmuşdur.           

Azərbaycan Respublikası Prezidenti-

nin 15 yanvar 1995-ci il tarixli 262 saylı 

Fərmanı ilə Qorxmaz Abış  oğlu Eyva-

zova ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir. 

Sumqayıt şəhərindəki Şəhidlər Xiya-

banında dəfn edilmişdir. 

Laçın rayonunun Güləbird kənd 

xəstəxanası

 

qəhrəmanın adını daşıyır. 



Ə d ə b i y y a t

Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 

[Eyvazov Qorxmaz Abış oğlu-Daxili İşlər Nazirliyi, starşina-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunma-

sında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi 

şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə] : Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı, 15 yanvar 1995-ci il  //Azərbaycan.-1995.- 17 yanvar.- S. 1.- (ölümündən sonra). 

Adına yaraşan oğul: Rejissor Yalçın Verdiyevin Milli Qəhrəman Qorxmaz Eyvazova həsr etdiyi eyniadlı sənədli filminin təqdimatı keçiri-

lib //Mədəniyyət.-2014.- 2 iyul.-S.7.

Eyvazov Qorxmaz Abış oğlu: biblioqrafiya //Azərbaycanın Milli Qəhrəmanları /Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.- Bakı, 

2008.- S.48.

Əliyev, O. Eyvazov Qorxmaz Abış oğlu //Əliyev O., Abbasov N. Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları.- Müqəddəs amal.-

Bakı,2015.-S.183.

Əsgərov, V. Eyvazov Qorxmaz Abış oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Sumqayıt, 2010.- S.65. 

1

Milli Qəhrəman


132

Milli Qəhrəmanlar 

65 

illiyi

Alı Mustafayev 

1952-1991  

APREL

Alı Mustafa oğlu Mustafayev 1952-

ci il aprel ayının 14-də Qazax rayonunun 

Qazaxbəyli kəndində, fəhlə ailəsində 

doğulmuşdur. 1959-cu ildə Qazaxbəyli 

kənd səkkizillik məktəbinə getmiş, 

1969-cu ildə Daş Salahlı  kənd orta 

məktəbini bitirmişdir. 1971-1973-cü 

illərdə ordu sıralarında xidmətdə olmuş-

dur. 1973-cü ildə əsgəri xidmətini başa 

vurduqdan sonra Bakı Elektrik Maşın-

qayırma zavodunda əmək fəaliyyətinə 

başlamışdır. Zavodda işlədiyi müddətdə 

“Elektrik” qəzetində tez-tez maraqlı ya-

zılarla, şeirlərlə çıxış etmişdir.

A.Mustafayev 1976-cı ildə za-

vod həmkarlar təşkilatının və zavod 

rəhbərliyinin göndərişiylə ADU-nun (in-

diki BDU-nin) jurnalistika fakültəsinə 

daxil olmuş, 1981-ci ildə təhsilini bitirib, 

Azərbaycan Dövlət Teleradio Şirkətinin 

“Xəbərlər” proqramında jurnalist kimi 

fəaliyyətə başlamışdır. Çox keçmir ki

“İlin ən yaxşı jurnalisti”, “Qızıl Qələm” 

mükafatlarına layiq görülür. İşləyə-

işləyə  təhsilini davam etdirərək, Bakı 

Ali Partiya Məktəbini də bitirir.

1989-1990-cı illərdə Moskva 

şəhərində Azərbaycan Respublikası Ali 

Məclisi tərəfindən parlament müxbiri 

olmuşdur.

Ədəbi-bədii yaradıcılığa tələbəlik 

illərindən başlamışdır. Onun lirik şeirləri 

və publisist yazıları dövri mətbuatda 

müntəzəm çap edilmişdir. Çevik, 

qorxmaz bir telejurnalist idi, qaynar 

nöqtələrdən reporajlar hazırlamağa bi-

rinci gedirdi. Erməni faşist quldurlarının 

Azərbaycana hücumu dövründə Dağ-

lıq Qarabağdan - qaynar nöqtələrdən, 

eləcə də yüksək dövlət səviyyəli rəsmi 

görüşlərdən hazırladığı müsahibə  və 

reportajlarla rəğbət qazanmışdı. Bir 

neçə dəfə vertolyot qəzasına düşsə də, 

təhlükəli ezamiyyətlərə getməkdən 

çəkinməmiş, dəfələrlə ölümdən qayıt-

mışdır.

1991-ci il noyabr ayının 19-da Dağ-



lıq Qarabağın Qarakənd kəndi yaxın-

lığında sülhməramlı nümayəndələri 

aparan vertolyotun düşmən mərmisi 

tərəfindən vurulması  nəticəsində  şəhid 

olmuşdur. Bakıda  Şəhidlər Xiyabanın-

da dəfn edilmişdir. 

1991-ci ildə  fəaliyyətinə görə  “İlin 

ən yaxşı jurnalisti” mükafatına, respub-

likanın “Əməkdar jurnalist” fəxri adına 

layiq görülmüşdür.  

 Ölümündən sonra ona Azərbaycan 

Respublikası Prezidentinin 6 noyabr 

1992-ci il tarixli 294 saylı Fərmanı ilə 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir. 

Nərimanov rayonundakı 202 saylı 

orta məktəb Alı Mustafayevin adını da-

şıyır.


Bakının 3-cü mikrorayonundakı 

küçələrindən birinə qəhrəmanın adı ve-

rilmişdir. 

Ə d ə b i y y a t

Dəli bir ağlamaq keçir 

könlümdən: şeirlər 

/A.Mustafayev.- Bakı: 

Nicat, 1992.- 152 s. 

Dəli bir ağlamaq keçdi 

könlümdən... və ya jurna-

list Milli Qəhrəman Alı 

Mustafayevin həyat yo-

lundan səhifələr //Mövqe.-

2015.- 27 oktyabr.-S.14.  

Əsgərov, V. Mustafa-

yev Alı Mustafa oğlu              

//Əsgərov V. Azərbaycanın 

Milli Qəhrəmanları.-

Sumqayıt, 2010.- S.219. 

Əliyev,O. Mustafa-

yev Alı Mustafa oğlu                    

//Əliyev O., Abbasov 

N. Heydər Əliyev və 

Azərbaycanın Milli 

Qəhrəmanları -

 

Müqəddəs 

amal.- Bakı,2015.-S.298.

Məhərrəmova, 

N. Həm jurnalist, 

həm də qəhrəman 

/N.Məhərrəmova //Kaspi.-

2010. 24-26 aprel.- S.13.

Qarakəndin mavi 

səmasında bitən jurnalist 

ömrü //Xalq cəbhəsi.-

2015.- 17 aprel.- S.14, 

Kaspi.-2015.- 25-27 

aprel.- S.7. 

14

Milli Qəhrəman



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə