Teqvim-2017. pdf


Tarixdə bu gün “Bəhlul” satirik jurnalı



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə84/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   80   81   82   83   84   85   86   87   ...   200

174

Tarixdə bu gün

“Bəhlul” satirik jurnalı    

1907 

MA

Y

Azərbaycanda nəşr edilən ilk sa-

tira jurnallarından biri də “Bəhlul” 

jurnalıdır. “Bəhlul”un ilk nömrəsi 

1907-ci il may ayının 19-da, Bakı 

şəhərində  çıxmışdır. Jurnalın redak-

toru Azərbaycanın görkəmli inqilabçı 

və maarif xadimlərindən olan Ələsgər 

Abdulla oğlu Əliyev (1883-1938) idi. 

Görkəmli inqilabçının redaktə etdi-

yi “Bəhlul”un hər nömrəsi 15 gündə 

bir dəfə buraxılırdı.  “Bəhlul”un nəşri 

1907-ci ildə noyabr ayının 4-də, 9-cu 

nömrədən sonra “zərərli məsləkinə 

görə” dayandırılmışdır. Çünki jurna-

lın səhifələrində zəhmətkeş kütlələrin 

1905-1907-ci illərdəki inqilabi 

mübarizəsi geniş işıqlandırılmışdı. 

Jurnalın cəmi doqquz nömrəsi 

çıxmışdır. Buna baxmayaraq 

“Bəhlul” mətbuat və  ədəbiyyat tari-

xini öyrənmək üçün diqqəti cəlb edir. 

“Bəhlul” ilk nömrəsindən etibarən 

“Molla Nəsrəddin” 

ədəbi-siyasi 

cəbhəsini müdafiə etməyə başlamış-

dı. Jurnalın adı da Molla Nəsrəddin 

kimi xalq arasında məzmunlu 

lətifələri ilə məşhur olan ədalətpərəst, 

həqiqətpərəst Bəhlul Danəndənin 

adından götürülmüşdür.

“Bəhlul” səhifələrində olan bü-

tün materiallarda fəhlə  həyatı, daha 

doğrusu Bakı  fəhlələrinin inqilabi 

mübarizəsi çox geniş işıqlandırılmış-

dır. 


1905-1907-ci illər inqilabının 

təsiri ilə Yaxın  Şərq xalqlarının oya-

nıb mütləqiyyətə  və müstəmləkə 

zülmünə qarşı mübarizə aparmasına 

“Bəhlul” jurnalı öz münasibətini açıq 

bildirmişdir. “Bəhlul” Azərbaycanın 

tərəqqipərvər ziyalılarına arxala-

nır və çox qısa müddətdə “Molla 

Nəsrəddin”in yazıçı və rəssamları ilə 

əməkdaşlıq edirdi. M.Ə.Sabir kimi 

qüdrətli bir sənətkarın “Bəhlul” jur-

nalında iştirakı da bu faktı aydın sü-

büt edir. Bu hadisə jurnalın sonadək 

“Molla Nəsrəddin” ənənələrinə sadiq 

qalmasına, həm də M.Ə.Sabirin ədəbi 

və jurnalistik fəaliyyətinin mühüm bir 

sahəsinin öyrənilməsində böyük rol 

oynamasına sübutdur.



Ə d ə b i y y a t

Axundov, N. “Bəhlul” jurnalı /N.Axundov //Azərbaycan.- 1957.- №10.- S.211-219.

Uğur. Azərbaycanın satira jurnalları: dünəndən bu günə /Uğur //Xalq cəbhəsi.- 2014.- 23 sentyabr.- S.11.

http://www.anl.az/down/meqale/xalqcebhesi/2014/sentyabr/392335.htm

http://www.azerbaycanli.org/az/page1335.html

19

110 

illiyi


175

Tarixdə bu gün

Beynəlxalq Bioloji Müxtəliflik Günü

 2000  

MA

Y

BMT Baş Assambleyası 22 dekabr 

2000-ci ildə 22 may tarixini Beynəlxalq 

Bioloji Müxtəliflik Günü kimi elan 

edib. Azərbaycanda da ətraf mühitin 

mühafizəsi dövlətin daim diqqətində 

olan məsələdir.

Azərbaycan yüz illər boyu dünya-

da yeraltı və yerüstü təbii sərvətləri, o 

cümlədən zəngin fauna və  florası ilə 

tanınıb. Ekologiya və  Təbii Sərvətlər 

Nazirliyinin məlumatına görə, hazır-

da da Azərbaycanda ümumi sahəsi 

890 min hektaradək Xüsusi Mühafizə 

olunan Təbiət  əraziləri, o cümlədən 

8 Milli Park, 12 Dövlət Təbiət Qoru-

ğu və 23 Dövlət Təbiət Yasaqlığı var.  

Biomüxtəliflik baxımından Azərbaycan 

dünyada zəngin fauna və  floraya ma-

lik ölkələrdən biri hesab edilir. Bioloji 

müxtəliflik yaşayış mühitində - suda, 

quruda və digər ekoloji komplekslərdə 

mövcud olan canlı orqanizmləri özündə 

birləşdirir. Yəni bioloji müxtəliflik yer 

üzərində bütün canlıların mikroorqa-

nizm, bitki və heyvanların çoxçeşidli-

liyi deməkdir. 

Hal-hazırda bioloji müxtəlifliyin 

qorunub saxlanılması  və mühafizə 

edilməsi  önəmli məsələlərdən biridir. 

2010-cu il Azəırbaycanda “Ekolo-

giya ili” elan olunmuşdu. Bu məqsədlə 

hər yerdə  ağacəkmə, yaşıllaşdırma 

kampaniyaları geniş vüsət almış, kam-

paniya çərçivəsində ölkəmizdə 14 mil-

yona yaxın ağac  əkilmiş, yeni parklar 

salınmışdır.

Son illərdə insanların fəaliyyəti 

nəticəsində, ekosistemlər deqrada-

siyaya uğramış, bir çox növlər isə 

məhv olmuş və ya onların sayı kəskin 

azalmışdır. Bioloji müxtəlifliyin belə 

sürətlə itkisi Yer kürəsində həyatın özü-

nü təhlükədə qoymaqla qlobal faciəyə 

səbəb ola bilər. BMT-nin ekspertlərinin 

məlumatına görə, Yer kürəsində  təbii 

meşələrin 45%-i, əsasən son illərdə qı-

rılaraq məhv edilmişdir. Yer kürəsində 

bioloji müxtəlifliyin yalnız beynəlxalq 

əməkdaşlıq yolu ilə xilas etmək müm-

künlüyünü nəzərə alaraq Rio de-Janeyro 

şəhərində 1992-ci ilin iyun ayında keçi-

rilmiş Yer Zirvə toplantısında ilk dəfə 

olaraq bioloji müxtəlifliyin qorunması, 

bütün bəşəriyyətin ümumi vəzifəsi və 

davamlı inkişafın tərkib hissəsi kimi 

qəbul olunmuş və müvafiq Konvensiya 

imzalanmışdır.

Ölkəmizdə 

ətraf mühitin 

mühafizəsinə yönəldilmiş  tədbirlər, 

o cümlədən yeni milli parkların ya-

radılması  işi indi də  uğurla davam 

etdirilir. Təbii ehtiyatların qorunma-

sı üçün uzunmüddətli dövlət planları 

nəzərdə tutulub. Çünki təbiətin bioloji 

müxtəlifliyinin qorunmasının özü, hər 

şeydən  əvvəl insanların sağlamlığına 

xidmət edir.

Ə d ə b i y y a t

Babayev, İ. Bioloji 

müxtəliflik: Xəzərin 

Azərbaycan hissəsinin 

sudaüzən quşları 

/İ.Babayev və b.; red. 

X.Eyvazova.- Bakı: Nur-

lar, 2007.- 136 s. 

Əliyev, C. Bioloji 

müxtəliflik /C.Əliyev.- 

Bakı: Elm, 2008.- 231 s. 

Yusifov, E. Bioloji 

müxtəliflik: Abşe-

ron yarımadasının 

təbiət abidələri; red.: 

F.Əhmədov.- Bakı: Nurlar, 

2007.- 424 s.

Cavadov, V. Bioloji 

müxtəlifliyin qorunması 

və inkişafı Azərbaycanda 

lazımi səviyyədə təmin 

olunur /V.Cavadov            

//Olaylar.- 2013.- 25 

aprel.- S.14.

Mustafayev, İ. 

Azərbaycanda 

biomüxtəliflik və onun 

qorunması problemləri 

/İ.Mustafayev                   

//Biomüxtəliflik.- 2007.- 

№1.- S.5-14.

22



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə