Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə81/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   77   78   79   80   81   82   83   84   ...   200

168

MA

Y

1

Kimya.Biologiya.Tibb

90 

illiyi

Mirməmməd Cavadzadə 

1927-2008

MA

Y

Mirməmməd Cavad oğlu Cavadzadə 

1927-ci il may ayının 18-də Lənkəran 

şəhərində anadan olmuşdur. 1943-

cü ildə 1 saylı  Lənkəran  şəhər orta 

məktəbini, 1948-ci ildə Azərbaycan 

Dövlət Tibb İnstitutunun müalicə-

profilaktika fakültəsini bitirmişdir.

1948-1951-ci illərdə Astara ra-

yon xəstəxanasında baş  həkim və 

Cərrahiyyə şöbəsinin müdiri işləmişdir. 

1954-cü ildən Simferopol Tibb İnstitu-

tunun Fakültativ cərrahlıq kafedrasın-

da assistent, dosent, 1957-ci ildən 2-ci 

Moskva Tibb İnstitutunun urologiya 

kafedrasında assistent, 1963-cü ildən 

Ə.Əliyev adına Azərbaycan Həkimləri 

Təkmilləşdirmə  İnstitutunda Urologi-

ya və operativ nefrologiya kafedrasının  

müdiri, 1975-ci ildən həmin institutun 

rektoru və eyni zamanda Azərbaycan 

SSR Səhiyyə Nazirliyinin baş uroloqu 

vəzifələrində çalışmışdır.

1954-cü ildə elmlər namizədi, 1962-

ci ildə isə “Böyrəklərin polikistozu” 

mövzusunda doktorluq dissertasiyası 

müdafiə edərək tibb elmləri doktoru 

elmi dərəcələrini, 1964-cü ildə profes-

sor elmi rütbəsini almışdır. 

1968-ci ildə Azərbaycan SSR 

“Əməkdar elm xadimi” fəxri adına la-

yiq görülmüş, 1974-cü ildə SSRİ Tibb 

Elmlər Akademiyasının müxbir üzvü 

seçilmiş, Azərbaycan SSR və SSRİ 

Dövlət mükafatı laureatı olmuşdur. 

1982-ci ildə Azərbaycan Elmlər Aka-

demiyasının həqiqi üzvü seçilmişdir. 

M.Cavadzadənin təşəbbüsü ilə Ba-

kıda ixtisaslaşdırılmış Urologiya kli-

nikası açılmışdır. Uzun müddət bu 

klinikaya rəhbərlik edərək insanların 

sağlamlığı uğrunda mübarizə aparmış-

dır.

Tibb elminin inkişafındakı xidmət-



lərinə görə 2007-ci ildə “İstiqlal” orde-

ni ilə təltif edilmişdir.

Akademik M.Cavadzadə 2008-ci il 

avqust ayının 7-də vəfat etmişdir. 

Respublika Uroloji Klinikaya 

Mirməmməd Cavadzadənin adı veril-

mişdir.

 

18



6

Akademik

Ə d ə b i y y a t

Xroniki böyrək çatışmazlığı:etiopatogenezi klinikası, diaqnostika və müalicəsi: monoqrafiya: praktiki həkimlər üçün vəsait /M.C.Cavad-

Zadə, İ.M.Həmidov, F.H.Babayev.- Bakı: Çaşıoğlu, 2007.- 175 s.

Urologiya: Tibb İnstitutu üçün dərslik /M.C.Cavadzadə, K.A.İsmayılov; rəyçilər: X.Quliyeva, B.Ağayevə.- Bakı: Maarif, 1974.- 400 s.

Uroloji xəsətəliklərin farmokaterapiyası /M.C.Cavadzadə, A.Ə.Nəzərov, İ.M.İsmayılov.- Bakı: Azərnəşr, 1983.- 217, [3] s.

Cavadzadə Mirməmməd Cavad oğlu //Azərbaycan Milli Ensiklopediyası: 25 cilddə.- Bakı, 2009.- C.V.- S.197.

Kərimov, S. Dünya şöhrətli uroloq-cərrah /S.Kərimov //Azərbaycan.- 2009.- 20 may.- S.6.

Kərimov, S. Tibb elminin görkəmli şəxsiyyəti /S.Kərimov //Azərbaycan.- 2009.- 7 avqust.- S.5.


169

Tarixdə bu gün

Şuşa rayonunun işğalının 25-ci 

ildönümü 

1992  

MA

Y

Ərazisi:  289  

km² 

Əhalisi: 31499 nəfər

1992-ci il may ayının 8-nə keçən 

gecə erməni birləşmələri Şuşa şəhərinin 

işğalı ilə başa çatan əməliyyat keçir-

di. Erməni hərbi birləşmələri keçmiş 

sovet ordusunun 366-cı alayının 40 

zirehli texnikasının bilavasitə  iştirakı 

və köməyi ilə  səhər saat 6-dək  şəhəri 

kütləvi şəkildə artilleriya atəşinə tutdu. 

Uzun sürən artilleriya atəşindən sonra 

düşmənin minə yaxın əsgəri üç tərəfdən 

şəhərə hücuma keçdi və  Şuşa işğal 

edildi. Qeyd etmək lazımdır ki, Şuşa-

ya hücumdan bir neçə saat öncə Teh-

randa  İran Prezidentinin vasitəçiliyilə 

Ermənistan və Azərbaycan dövlət baş-

çıları Qarabağ münaqişəsinin dinc yol-

la həllinə dair saziş imzalamışdı. 

Azərbaycanın dilbər guşəsi, musi-

qi, mədəniyyət ocağı olan Şuşa  şəhəri 

dünyanın bəzi aparıcı dövlətlərinin 

məzlum xalq kimi tanıdıqları,  əslində 

nəinki xalqımıza, bütün insanlığa qar-

şı terror siyasəti həyata keçirən məkrli 

ermənilər tərəfindən işğal olunub. 289 

kvadrat kilometr ərazisi olan Şuşa 

şəhərində  həmin dövrdə 24.900 əhali 

yaşayıb. İşğalı zamanı 200-ə yaxın insan 

qətlə yetirilib, 600 nəfər yaralanıb, 150 

nəfər əlil olmuş, 552 körpə yetim qal-

mış, 20 mindən artıq əhali isə məcburi 

köçkün vəziyyətinə düşmüşdür.  İşğal 

nəticəsində  Şuşadakı bir sıra tarixi-

mədəniyyət abidələri düşmən tərəfindən 

talan edildi. Beş minə yaxın eksponatı 

olan Şuşa Tarix muzeyi, Dövlət Xalça 

muzeyinin filialı və Xalq Tətbiqi Sənəti 

muzeyi, Qarabağ Dövlət Tarix muzeyi, 

həmçinin Laçın rayonundakı  Ağoğlan 

məbədi, dünya əhəmiyyətli arxeoloji 

abidə sayılan paleolit dövrünə aid Azıx 

mağarası, Xocalıdakı  Əsgəran qala-

sı, Kəlbəcər tarix muzeyinin və digər 

mədəniyyət ocaqlarının, rəsm qale-

reyalarının bənzərsiz ekspozisiyaları 

dağıdılıb və talan olunub, müqəddəs 

məbəd və  məscidlər təhqir edilib, ki-

tabxanalar yandırılıb, misilsiz əlyazma 

nümunələri məhv edilib. Bu siyahıya 

Xan mağarası, Qaxal mağarası,  Şuşa 

qalası da olmaqla bütövlükdə 279 

dini, tarixi və  mədəni abidə daxildir. 

Ermənilər Azərbaycana məxsus olan 

bir çox abidənin məhv edilməsinə və ya 

onların erməniləşdirilməsinə nail olub-

lar. Onlar Şuşada 7 məktəbəqədər uşaq 

müəssisəsini, 22 ümumtəhsil məktəbini, 

mədəni-maarif, kənd təsərrüfatı tex-

nikumlarını, 8 mədəniyyət evini, 14 

klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 

muzeyi,  Şərq musiqi alətləri fabrikini 

dağıdıblar. 

Artıq Şuşanın işğalından 25 il ötür. 

İnanırıq ki, Şuşa ilə görüşməyimizə çox 

az qalıb.

Ə d ə b i y y a t

Abdullayev, Ə. Qarabağ 

faciəsi: monoqrafiya 

/Ə.İ.Abdullayev; elmi 

red. Ə.Əliyev; baş red. 

İ.Səfərov /Azərb.Resp.

Təhsil Nazirliyi; Azərb. 

Döv. İqt. Un-ti.- Bakı: 

İqtisad Universiteti, 

2016.- 227 s. 

Fərəcov, Ç. Sevgili gözəl 

Şuşam, dərdim, kədərim 

Şuşam /Ç.Fərəcov             

//Azərbaycan.- 2014.- 7 

may.- S.14.

Hüseynov, F. Şuşa-

nın dağları başı du-

manlı... /F.Hüseynov                     

//Mədəniyyət.- 2015.- 8 

may.- S.9.

Qarayev, T. Güllələnən 

heykəllər, itkin düşən 

abidələr //Azərbaycan.- 

2015.- 8 may.- S.15. 

Şuşa - strateji şəhər          

//Azadlıq.- 2014.- 8 may.- 

S.11.

Şükürov, Ə. Şuşa 

Azərbaycanın dilbər 

guşəsi, cənnətidir 

/Ə.Şükürov //Azad 

Azərbaycan.- 2015.- 8 

may.- S.5.

8



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə