Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə88/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   84   85   86   87   88   89   90   91   ...   200

183

Eldar Baxış 

1947-1996

İYUN

Eldar Baxış  oğlu Ağayev 1947-ci 

il iyun ayının 22-də Qubadlı rayonu-

nun Diləli Müşkanlı obasında, kəndli 

ailəsində anadan olmuşdur. Kənddə  ib-

tidai, Qubadlıda isə onbirillik məktəbi 

bitirib Azərbaycan Dövlət Universiteti-

nin tarix fakültəsində təhsil almışdır. 

Bakı kəndlərində müəllimlik etmiş, 

əsgəri xidmətdə olmuşdur. Azərbaycan 

Dövlət Televiziya və Radio Verilişləri 

Şirkətində kiçik redaktor, redaktor 

(1972-1988), televiziyanın Ədəbi-dram 

verilişləri baş redaksiyasının Televizi-

ya tamaşaları  şöbəsinin böyük redak-

toru (1988-1990) vəzifələrində çalış-

mışdır. O, “Səs” və “Nəfəs” qəzetlərini 

yaratmış, onlardan birinin (“Səs”) baş 

redaktoru olmuşdur. Eldar Baxış 1992-

1993-cü illərdə yenidən Azərbaycan 

Televiziya və Radio Şirkətində Gənclik 

Yaradıcılıq Birliyinin İctimai-Siyasi 

şöbəsinin müdiri işləmişdir. 1993-cü 

ildən radionun Bilgi və  Uşaq dünyası 

verilişləri Baş redaksiyasının baş re-

daktoru olmuşdur. 

Eldar Baxış 1981-ci ildən Azərbaycan 

Yazıçılar Birliyinin üzvüdür. “Köynək” 

adlı ilk şeiri 1966-cı ildə “Azərbaycan 

gəncləri” qəzetində  dərc olunmuş-

dur. Həmin vaxtdan dövri mətbuatda 

müntəzəm olaraq çıxış etmişdir. 

Əsərləri SSRİ və xarici ölkə xalqlarının 

dillərinə tərcümə olunmuşdur. 1985-ci 

ildə Vladivostokda keçirilən Ümumit-

tifaq poeziya festivalında iştirak etmiş-

dir. Bir çox xalqların  ədəbiyyatından 

seçmə nümunələri doğma dilimizə 

çevirmişdir. 1982-ci ildə Kukla Teatrı 

onun “Məlikməmməd” pyesini tamaşa-

ya qoymuşdur. Bu pyes Mərdəkan Xalq 

Teatrı aktyorlarının ifasında Praqada 

da nümayiş etdirilmişdir. Eyni zaman-

da Xalq TeatrlarınınTbilisidə keçirilən 

Ümumittifaq baxışında yüksək müka-

fata layiq görülmüşdür.

Eldar Baxışın 1981-ci ildə 

“Azərbaycan” jurnalında çap etdirdiyi 

“Qaravun dərənin dükançası” onun ilk 

nəsr əsəridir. “Uzun Həsən” pyesi Şuşa 

Dövlət Teatrında tamaşaya hazırlansa 

da erməni təcavüzü üzündən öynanıl-

mamışdır. O, 1992-ci ildə Özbəkistanın 

“Ürək dostları” klubunun fəxri üzvü se-

çilmişdir. Eldar Baxış əsasən böyüklər 

üçün yazan istedadlı  şairlərimizdən 

biri olmuşdur. Onun poeziyasında 

uşaq dünyasına çox yaxın olan gözəl 

bir xüsusiyyət vardır.  Şair həmişə  ən 

sadə görünən məsələlərdən yazmışdır. 

Amma bu sadə  əhvalatların arxasında 

onun ciddi, maraqlı  fikirləri dayanır. 

Bu sadəlik Eldar Baxışı  uşaqlar üçün 

də əsər yazmağa sövq etmişdir. 

Eldar Baxış 1996-cı il may ayının 

22-də Bakıda vaxtsız vəfat etmiş, Xır-

dalan qəbiristanlığında dəfn olunmuş-

dur.


22

Ə d ə b i y y a t

Ağ saçların işığı: şeirlər 

/E.Baxış.- Bakı: Yazıçı, 

1985.- 84 s. 

Deyə bilmədiyim sözlər: 

şeirlər və poemalar 

/E.Baxış.- Bakı: Yazıçı, 

1988.- 125 s. 

İndinin böyük şairi 

/E.Baxış //Ədalət.- 2015.- 

26 iyun.- S.14.

İydə çiçəyi: şeirlər 

/E.Baxış.- Bakı: Gənclik, 

1977.- 34 s. 

Qara ilə Qaracanın 

nağılı: şeirlər və poemalar 

/E.Baxış.- Bakı: Gənclik, 

1986.- 95 s.

Səma, G. Eldar Baxış - axır 

sözünü əvvəl deyən adam: 

(Eldar Baxış xatirələr işı-

ğında) /G.Səma //Ədalət.- 

2014.- 10 aprel.- S.5.

Yusifli, V. Eldar Baxış 

nisgili /V.Yusifli //Ədalət.- 

2015.- 6 iyun.- S.15.

70  

illiyi

Şair

Milli ədəbiyyat


184

Mirzə Fətəli Axundzadə 

1812-1878

İYUN

Mirzə  Fətəli Məmmədtağı  oğlu 

Axundzadə (Axundov) 1812-ci il 

iyun ayının 30-da Nuxada (indi-

ki  Şəki  şəhəri) anadan olmuşdur. 

1814-cü ildə ailəsi Təbriz şəhərinin 

yaxınlığındakı Xamnə  qəsəbəsinə 

köçmüşdür. 1821-ci ildə anası 

Nanə xanım Fətəlinin atası Mirzə 

Məhəmməd Tağıdan ayrılmış  və 

əmisi Axund Hacı  Ələsgərin ya-

nına, Qaradağın Horanid kəndinə 

(Cənubi Azərbaycan), 1825-ci ildə 

isə Şəkiyə köçmüşdür. Fətəlinin ru-

hani olmasını istəyən Axund Hacı 

Ələsgər 1832-ci ildə onu Gəncəyə 

aparmış, o, burada məntiq və  fiqh 

elmlərinə, habelə dahi Azərbaycan 

şairi M.Ş.Vazehdən xəttatlıq sənətinə 

yiyələnmişdir. Dövrünün müasir 

elmlərilə maraqlanan Mirzə  Fətəli 

1833-cü ildə  Şəkidə açılmış Rus-

tatar məktəbinə daxil olmuşdur. Bir 

il təhsil aldıqdan sonra 1834-cü ildə  

Tiflis  şəhərinə  getmiş, Qafqaz ca-

nişininin baş dəftərxanasında mülki 

işlər sahəsində Şərq dilləri mütərcimi 

təyin olunmuş, ömrünün sonunadək 

burada  əvvəl mülki, sonralar hərbi 

işlər üzrə mütərcim vəzifəsində ça-

lışmışdır. M.F.Axundzadə bədii ya-

radıcılığa 1837-ci ildə fars dilində 

yazdığı “Puşkinin ölümünə  Şərq 

poeması”ilə başlamışdır.

M.F.Axundzadə 1850-1855-ci 

illərdə özünün məşhur altı komedi-

yasını yaratmaqla nəinki Azərbaycan 

ədəbiyyatında, Şərq dünyasında dra-

maturgiyanın  əsasını qoymuşdur.  

“Aldanmış  kəvakib” povesti və bu 

dram əsərləri “Təmsilat” adı altında 

1859-cu ildə Tiflisdə  nəşr edilmiş-

dir. 

Mirzə Fətəli Axundovun 1873-cü 



ilin martında Həsənbəy Zərdabi və 

Nəcəfbəy Vəzirovun  birlikdə Bakı 

məktəblərinin birində məşhur «Hacı 

Qara» və aprel ayında səhnəyə qo-

yulan “Lənkəran xanının vəziri” 

tamaşaları ilə Azərbaycan teatrının 

bünövrəısi qoyulur.Görkəmli maarif 

xadimi ərəb əlifbasının çətinliklərini 

nəzərə alaraq yeni latın qrafikasında 

əlifba tərtib etmiş və ömrünün sonu-

na kimi bu əlifbanın qəbul edilməsi 

uğrunda mübarizə aparmışdır.

M.F.Axundzadə 1878-ci il fev-

ral ayının 26-da ürək xəstəliyindən 

vəfat etmiş  və  vəsiyyətinə görə 

Tiflisdə Tatar qəbiristanlığında (in-

diki Nəbatat bağında) müəllimi 

Mirzə  Şəfi Vazehin yanında  dəfn 

olunmuşdur.

Görkəmli mütəfəkkirin  əsərləri 

əsasında “Hacı Qara” (1929, 2002), 

“Dərviş Parisi partladır” (1976), 

Mürafiə vəkillərinin hekayəti (film-

30

205  

illiyi

Dramaturq-maarifçi

Milli ədəbiyyat



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə