199
Milli Qəhrəmanlar
55
illiyi
Malik Əsədov
1962-1992
İYUN
Malik Hamil oğlu Əsədov 1962-ci
il iyun ayının 27-də Yevlax rayonunun
Havarlı kəndində anadan olmuşdur.
1979-cu ildə orta məktəbi bitirdikdən
sonra ordu sıralarına çağırılmışdır. Qa-
zaxıstanda hərbi xidmətini başa vur-
duqdan sonra Mingəçevir şəhər 45 saylı
Müstəqil Hərbiləşdirilmiş Yanğından
Mühafizə Hissəsində əmək fəaliyyətinə
başlamışdır.
Malik Əsədov Xocalıda, Əsgəranda,
Ağdamda, Şuşada gedən ağır döyüşlərdə
iştirak etmişdir. Çox keçmir ki, onu
bölmə müdiri təyin edirlər. Göstərdiyi
şücaətlərə görə bir neçə dəfə Daxili İşlər
Nazirliyi (DİN) tərəfindən Fəxri Fərman
və mükafatlara layiq görülmüşdür.
1992-ci il yanvar ayının 12-də Şu-
şaya yollanan silahlı döyüşçülərin sıra-
sında Malik də vardı. O, 1992-ci il yan-
varın 18-də Şuşa rayonu Nəbilər kəndi
yaxınlığında rəhbərlik etdiyi 6 nəfərlik
bölüklə düşmənin on qat artıq qüvvəsinə
qarşı döyüşə girib, sonda tək qalır, lakin
axıra qədər vuruşur. Düşmənin kəndə
girməsinə imkan verməyən döyüşçü
qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci tarixli 264 saylı
Fərmanı ilə Əsədov Malik Hamil oğ-
luna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Yevlax rayonunun Havarlı kəndində
dəfn edilib.
Təhsil aldığı Havarlı kənd orta
məktəbi onun adını daşıyır. Həmin
məktəbdə və Mingəçevir şəhərində büs-
tü qoyulub.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında :
[Əsədov Malik Hamil oğlu – daxili xidmət serjantı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc
əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə] : Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8
oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S. 1.- (ölümündən sonra).
Əsədov Malik Hamil oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- Bakı,
2008.- S.68-69.
Əsgərov, V. Əsədov Malik Hamil oğlu //Əsgərov V. Azərba
ycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.97.
Seyidzadə, M. Əsədov Malik Hamil oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.68.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
https://az.wikipedia.org/wiki/Malik_Əsədov
27
Milli Qəhrəman
200
Milli Qəhrəmanlar
65
illiyi
Ənvər Fərəcov
1952-1991
İYUN
Ənvər Səyyad oğlu Fərəcov 1952-
ci il iyun ayının 28-də Goranboy ra-
yonunun Sarov kəndində anadan ol-
muşdur. 1968-ci ildə Sarov kənd orta
məktəbini bitirdikdən sonra Azərbaycan
Kənd Təsərrüfatı İnstitutuna (indiki
ADAU) daxil olmuşdur. 1974-cü ildə
AKTU-nun (indiki ADAU) mexaniza-
siya fakültəsini bitirib Goranboy rayo-
nunun “Azərbaycan” kolxozunda baş
mühəndis vəzifəsində əmək fəaliyyətinə
başlamışdır.
1981-ci ildən isə həyatını daxi-
li işlər orqanlarına bağlamışdır. O,
Türkmənistanın Bezmin şəhərində
xüsusi komendaturanın müəssisədən
kənar mühafizə şöbəsində növbətçi kimi
əmək fəaliyyətinə başlayır. Sonra sahə
müvəkkili vəzifəsində çalışır. 1990-cı
ildə Özbəkistan Milis Akademiyasını
bitirərək Azərbaycan Daxili İşlər Na-
zirliyinin (DİN) sərəncamına göndərilir.
Gəncə şəhər DİŞ-ndə rəis köməkçisi
işləyir. 1991-ci ildə doğma rayonuna qa-
yıdır və Todan Polis Şöbəsində pasport-
masa rəisi vəzifəsində çalışır.
Az keçmir ki, onu Todan Polis
bölməsinin rəisi təyin edirlər. Elə bu
andan onun həyatının ən narahat və
həyəcanlı günləri başlayır. Onun bir
ayağı cəbhədə idi. Bir döyüşdən çıxıb o
birinə gedirdi.
1991-ci il avqust ayının 18-də Ənvər
Fərəcov yoldaşlarını mühasirədən çı-
xartmaq üçün qeyri-bərabər döyüşə girir.
Ermənilərin mühasirəsini yararaq polis
əməkdaşlarını itkisiz azad etmişdir. Bu
uğurlu əməliyyata görə bölmə rəisi DİN
tərəfindən mükafatlandırılmışdır.
1991-ci il sentyabr ayının 11-də
ermənilər böyük qüvvə ilə Goran-
boy rayonunun Erkəç, Mənəşli, Buz-
luq kəndlərinə hücuma keçmişdi. Bu,
Ənvər Fərəcovun son döyüşü idi. O, bu
döyüşdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidenti-
nin 8 oktyabr 1992-ci il tarixli 214 saylı
Fərmanı ilə Fərəcov Ənvər Səyyad oğlu
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı “ fəxri adına layiq görül-
müşdür.
Goranboy rayonunda dəfn edilmiş-
dir.
Rayonunda büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında :
[Fərəcov Ənvər Səyyad oğlu-Goranboy polis şöbəsinin Todan PB-nin rəisi-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü-
nün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası
Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il// Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (ölümündən sonra).
Əsgərov, V. Fərəcov Ənvər Səyyad oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2005.- S.101.
Fərəcov Ənvər Səyyad oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.-
Bakı, 2008.- S.74-75.
Mirməmməd, G. Vətənin dadına yetən igid oğullar: Milli Qəhrəman Ənvər Fərəcov haqqında sənədli filmin təqdimatı /G.Mirməmməd
//Mədəniyyət.- 2016.- 20 yanvar.- S.3. Seyidzadə, M. Fərəcov Ənvər Səyyad oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.-
S.77.
28
Milli Qəhrəman