Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə98/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   94   95   96   97   98   99   100   101   ...   200

203

175 

illiyi

Həsən bəy Zərdabi

1842-1907

       

İYUN

Həsən bəy Səlim bəy oğlu Məlikov 

(Həsən bəy Zərdаbi) 1842-ci il iyun 

аyının 28-də (bəzi mənbələrdə 1837) 

kеçmiş  Bаkı qubеrniyаsınа  dахil  оlаn 

Göyçаy qəzаsının Zərdаb kəndində (indi-

ki Zərdab şəhərində), bəy аiləsində аnаdаn 

оlmuşdur.  İbtidаi təhsilini mоllахаnаdа 

аlаn Həsən bəy 1854-cü ildə dörd sinifli 

Şаmахı  məktəbi nəzdində  yеnicə  təşkil 

оlunmuş  pаnsiоnun ikinci sinfinə  qəbul 

оlmuş  və  оrаnı  əlа qiymətlərlə bitirmiş-

dir. 1858-ci ildə Tiflis Qəzа Gimnаziyаsı 

yаnındа Blаqаrоdnı Pаnsiоnunun V sinfinə 

dахil  оlmuş, 1861-1865-ci illərdə isə 

Mоskvа Univеrsitеtinin Fizikа-riyаziyyаt 

fаkültəsinin “Təbiyyаt”  şöbəsində  təhsil 

almışdır. 1869-cu ildə  Bаkı  Rеаlnı 

Gimnаziyаsınа “Təbiyyаt tаriхi” müəllimi 

vəzifəsinə  təyin  еdilmişdir. 1873-cü 

ildə  Nəcəf bəy Vəzi-rоv və  Əsgərağa 

Аdıgözəlоvla birgə (Gorani) böyük 

drаmаturq M.F.Ахundzadənin “Hаcı 

Qаrа” kоmеdiyаsını  tаmаşаya qoymuş-

dur. 

1875-ci il iyulun 22-də çar hökümətinə 



müraciətdən sonra Həsən bəy Bakıda 

qubernatorun mətbəəsində Azərbaycan 

dilində  “Əkinçi” qəzetinin nəşrinə 

müvəffəq olmuş  və bununla da milli 

mətbuatımızın  əsası qoyulmuşdur. Lаkin 

“Əkinçi” qəzеti uzun müddət fəаliyyətini 

dаvаm  еtdirə bilməmiş, 1877-ci ilin 

sеntyаbrındа  çаr sеnzurаsı  tərəfindən 

bаğlаnmışdır. 

“Əkinçi” qəzeti bağlandıqdan sonra da 

Həsən bəy jurnalistlik fəaliyyətini davam 

etdirmiş, bir müddət “Kaspi” qəzetinin re-

daktoru olmuşdur. O, həmçinin “Həyat”, 

“Dəbistan”, “Obzor”, “Novoye obozre-

niye” (Tiflis), “Zemledelçeskaya qazeta” 

(Sank-Peterburq) və s. qəzet və jurnallarda 

məktəb və tərbiyə, sosial, mədəni və digər 

elm sahələrini əhatə edən   məqalələr çap 

etdirmişdir.  Ömrünün sоnunаdək gərgin 

yаrаdıcılıq fəаliyyəti ilə  məşğul  оlаn 

Həsən bəy 1901-ci ildə Bakıda ilk qız 

məktəbinin açılmasına köməklik etmiş, 

həmçinin, görkəmli ictimai-siyasi xadim 

N.Nərimanov və digər mütəfəkkirlərlə 

birgə 1906-cı ildə Bakıda keçirilmiş 

Azərbaycan müəllimlərinin I qurultayının 

işində yaxından iştirak edərək qurultayın 

sədri olmuşdur. 

Həsən bəy Məlikоv-Zərdаbi 1907-ci 

il nоyаbr ayının 28-də Bakı şəhərində if-

lic xəstəliyindən vəfаt  еtmiş, Bibiheybət 

məscidinin yaxınlığında dəfn olunmuş-

dur. 1937-ci ildə həmin ərazi dağıdılmış, 

1957-ci ildə H.Zərdabinin vəfatının 50 

illiyi qeyd olunarkən onun nəşi Fəxri Xi-

yabanda torpağa tapşırılmışdır. 

Həsən bəy Zərdabinin adını xalqı-

mız hər zaman uca tutmuş, xatirəsini 

əbədiləşdirmişdir. Onun adına 1930-cu 

ildə Bakıda Təbiət Tarixi Muzeyi ya-

radılmış, Zərdab  şəhərində park salın-

mış, ev-muzeyi yaradılmış, 1943-cü ildə 

H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji 

İnstitutu fəaliyyətə başlamışdır. Həmçinin, 

Bakıda və regionlarımızda onun adını da-

şıyan küçələr var. 

XX  əsrin 90-cı illərində  “Əkinçi” 

Mətbuat Cəmiyyətinin təşəbbüsü ilə adı-

na fəxri diplom və medal təsis edilmişdir. 

2003-cü ildə Nizami Xudiyevin ssenarisi 

əsasında V.Məmmədzadənin rejissorlu-

ğu ilə  qısametrajlı  bədii-sənədli televizi-

ya  filmi çəkilmişdir. 2010-cu ildə Milli 

Mətbuatın 135 illiyinə  həsr olunmuş, üz 

tərəfində görkəmli publisistin portreti 

təsvir edilmiş gümüşdən xatirə sikkəsi 

hazırlanmışdir. 2012-ci ildə Bakı Slavyan 

Universitetinin  filologiya və jurnalistika 

fakültələrinin yerləşdiyi tədris binasında 

təmirdən sonra H.Zərdabi adına auditori-

ya yaradılmışdır. 

Ə d ə b i y y a t

Həsən bəy Zərdabi 

xatirələrdə: bioqra-

fik qaynaqlar /Azərb. 

Resp. Mədəniyyət və 

Turizm Nazirliyi; tərt. 

ed. T.Aydınoğlu; red. 

M.Çəmənli.- Bakı: Aspo-

liqraf, 2013.- 223 s.

Həsən bəy Zərdabi və 

“Əkinçi”: bioqrafik 

məqalələr, məktublar, 

xatirələr, tədqiqatlar        

/red. hey.: M. Yaqub və 

b.- Bakı: [s.n.], 2010.- 

225 s.

Azərbaycan maarifi-

nin yorulmaz carçısı. 

H.Zərdabi-170: Respub.-

nın kütl. və ixtisas-mış 

kitabx., MKS-ləri üçün 

metodik vəsait /Azərb. 

Resp. Mədəniyyət və 

Turizm Nazirliyi, Azərb. 

Milli Kitabx.; tərt. 

A.Abdullayeva; ixt. red. 

və bur. məs. K.Tahirov; 

red. G.Səfərəliyeva.- 

Bakı: [s.n.], 2012.- 46 s.

Rüstəmov, İ. Həsən bəy 

Zərdabi /İ.Rüstəmov; 

elmi red. N.Hüseynli; 

red. Ç.Rüstəmov.- Bakı: 

Turan Nəşrlər Evi, 

2012.- 235 s.

Vəliyeva, S. İşığa gedən 

yol: roman /S.Vəliyeva; 

red. F. Hüseyn.- Bakı: 

Zərdabi LTD, 2016.-

767 s.

28

Maarif xadimi

Mədəniyyət.Maarif.Təhsil



204

Riyaziyyat.Fizika.Astronomiya

70

illiyi

Sacidə Əbdülvahabova  

1947

       

İYUN

Sacidə Əbdülvahabova 1947-ci il 

iyun ayının 2-də Bakı şəhərində ana-

dan olmuşdur. 1964-1969-cu illərdə 

Azərbaycan Dövlət Universitetində 

təhsil almışdır. 1970-ci ildə dünyada 

tanınmış Birləşmiş Nüvə Tədqiqatları 

İnstitutu nəzəri  fizika laboratori-

yasının aspiranturasında oxumuş, 

1974-cü ildə “Cüt-cüt deformasiyaya 

uğramış nüvələrdə 0+ halları” möv-

zusunda namizədlik dissertasiyasını 

Dubna  şəhərində “Birləşmiş Nüvə 

Tədqiqatları  İnstitutunda” müdafiə 

etmişdir. 1995-ci ildə “Mürəkkəb 

nüvələrdə birbaşa gedən (p,t), (t,p) 

nüvə reaksiyalarınnın tədqiqi” möv-

zusunda doktorluq dissertasiyasını 

müdafiə etmişdir. 

Sacidə  Əbdülvahabova 1974-cü 

ildən BDU-nun Maddənin qurulu-

şu kafedrasında işləməyə başlamış, 

1995-ci ildə professor elmi rütbəsini 

almışdır. 

Ali Attestasiya Komissiyasında 

Fizika bölməsi üzrə Ekspert Şurası-

nın elmi katibidir.

S.Əbdülvahabovanın 100-ə yaxın 

elmi məqaləsi aparıcı beynəlxalq və 

ölkə mətbuatında çap olunmuşdur. O, 

ali məktəblər üçün nəşr edilmiş “Nüvə 

fizikası” dərs vəsaitinin müəllifidir. 

Bakı Dövlət Universitetinin 80 

illik yubileyi münasibətilə  səmərəli 

elmi və pedaqoji fəaliyyətinə görə 

Sacidə xanım Fəxri Fərmanla təltif 

edilmişdir.

Elmi və pedaqoji fəaliyyətdən 

əlavə, o,  ölkədə qadın hüquqları və 

gender inkişafı üzrə ciddi işlər gö-

rür. 1997-ci ildə  təsis edilmiş, ölkə 

daxilində  və xaricdə qadın institutu 

kimi tanınmış “Qadın Problemlərinin 

Tədqiqi Birliyi” qeyri-hökumət 

təşkilatının direktorudur. Təşkilat 

hər bir sahədə qadınların kişilərlə 

bərabər imkanlara malik olmaları 

istiqamətində iş aparır; kurslar, semi-

narlar, dəyirmi masalar, konfranslar 

təşkil edir, kitab və jurnallar nəşr et-

dirir.  

Sacidə  Əbdülvahabova dünyanın 

bir çox ölkələrində demokratiyaya, 

sülhpərvərliyə, münaqişələrin həllinə, 

qadın və gender problemlərinə  həsr 

olunmuş konfrans və  yığıncaqlarda 

ölkəmizin mənafeyindən çıxış et-

mişdir. O, “Gender problemləri sülh 

mədəniyyəti konsepsiyasında”, “İn-

san haqları müdafiəsi tarixindən”, 

“Sülh mədəniyyətinin təbliğində qa-

dınların rolu” kitabçalarının, “Gender 

və sülh təhsili” adlı  dərs vəsaitinin 

müəllifidir.

Sacidə  Əbdülvahabova Azər-

baycan Respublikasının Ailə və Qa-

dın Problemləri üzrə 2007-2010-cu 

illər üçün nəzərdə tutulmuş Milli 

Fəaliyyət Planı, Yoxsulluğun azaldıl-

ması və Davamlı İnkişaf üzrə Dövlət 

Proqramından, Pekin Fəaliyyət Plat-

formasından, “Qadınlara qarşı ayrı-

seçkiliyin bütün formalarının ləğv 

olunması haqqında” Konvensiyadan, 

Minilliyin İnkişaf Məqsədlərindən və 

prezident fərmanlarından irəli gələn 

istiqamətlər və tədbirlər əsasında ya-

zılmış sənədlərin tərtibində vətəndaş 

cəmiyyətinin bir nümayəndəsi kimi 

ekspert seçilmişdir.



Ə d ə b i y y a t

Sacidə Əbdülvahabova               

//Dəyişikliklərə cəsarəti çatan 

örnək xanımlar /Rasional İnki-

şaf uğrunda Qadınlar Cəmiyyəti 

(RİQS).- Bakı, 2008.- S.93-94.

Кварковая модель в процессах 

с образованием нейтральных 

векторных мезонов                                   

/С.Абдулвахабова                                     

//Вестники Бакинского 

Университета.- 2013.- №2.-

S.114-118.

Когерентное рассеяние 

нейтронов на нуклонах 

ядра. Nüvə enerjisinin 

dinc məqsədlərlə istifadəsi 

perspektivləri /С.Абдулвахабова   

//AMEA-nın IV Beynəlxalq 

Konfransı.- Bakı, 2011.- 23-25 

noyabr.- S.61.

Рассеяние нуклонов на ядрах 

с учетом сингулярного 

потенциала /С.Абдулвахабова 

//AMEA-nın IV Beynəlxalq 

Konfransı.- Bakı, 2011.- 23-25 

noyabr.- S.60.

Рассеяние протонов на ядрах 

с выбиванием нуклонных 

ассоциаций /С.Абдулвахабова 

//Bakı Universitetinin 

Xəbərləri.- 2011.- №2.- S.127-

131.

2

Alim


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə