193
İYUN
5
Teatr.Kino
Zəfər Nemətov
1917-1971
Rejissor
100
illiyi
Ə d ə b i y y a t
Əliağa Ağayev
/Z.Nemətov, T.Kazımov;
red. H.Sadıqova.- Bakı,
1978.- 42 s.
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrı /Azərb. Resp.
Mədəniyyət və Turizm
Nazirliyi; layih. rəhb.
Ə.Qarayev; layih. koor-
din. Ə.Vəliyev; mətnin
müəl. İ.Rəhimli.- Bakı,
2010.- S.69-72.
Rəhimli, İ. Zəfər
Nemətov (12.7.1915-
19.11.1971) //Rəhimli
İ. Kəsişən paralellər.-
Bakı, 2010.- S.19-31.
Yusifli, V. Üçüncüsü?
Yox hələlik yetişməyəcək
/V.Yusifli //Panorama.-
1997.-25 oktyabr
İ n t e r n e t d ə
www.anl.az
www.tyuz.az
Zəfər Paşa oğlu Nemətov 1917-ci il iyun
ayının 5-də Bakıda, mühəndis ailəsində
anadan olmuşdur.
Uşaqlıqda mütaliəyə, ədəbiyyat və
mədəniyyətə maraq göstərmişdir. 37 say-
lı məktəbdə təhsil almışdır. 1928-1929-cu
illərdə Türk İşçi Uşaq Teatrı (indiki Gənc
Tamaşaçılar Teatrı) həmin məktəbin 3-cü
mərtəbəsində yerləşirdi. Məktəbli Zəfər öz
fəaliyyətinə Lətif Kərimovun “Fırtına” pye-
sinin tamaşası ilə başlamışdır. Şagird ikən,
1929-cu ilin dekabrında Akademik Milli
Dram Teatrının bir neçə tamaşasında kütləvi
səhnələrdə iştirak edən gənc Zəfər 1931-ci
ildə Gənc Tamaşaçılar Teatrına dəvət olun-
muş və aktyor truppasının yardım heyətinə
qəbul edilmişdir. Həmin ilin sentyabrında
M.F.Axundzadə adına Azərbaycan Dövlət
Teatr Məktəbinin (texnikumunun) aktyor-
luq fakültəsində təhsil almağa başlamışdır.
Səhnə danışığını, vərdişlərini müəllimi Ab-
bas Mirzə Şərifzadədən öyrənmişdir.
Teatr rejissorları Aleksandr Tuqanov və
Məhərrəm Haşımov 1930-cu illərin ikinci
yarısından başlayaraq gənc aktyoru rejissor
assistenti kimi də işə cəlb etmişdir. Zəfər
Nemətov Jan Batist Molyerin “Zorən təbib”,
Abdulla Şaiqin “El oğlu”, Fridrix Şillerin
“Qaçaqlar”, Cəfər Cabbarlının “Aydın”
əsərlərinin tamaşalarının hazırlanmasında
müəyyən rejissorluq təcrübəsi toplamışdır.
1941-ci ildə Böyük Vətən müharibəsi
başlayanda könüllü şəkildə faşist işğalçıları
ilə döyüşə yollanmışdır. Bir il sonra ağır yara
alaraq ordudan tərxis olunmuş və yenidən
doğma kollektivdə səhnə fəaliyyətini re-
jissor kimi davam etdirmişdir. 1943-cü
ilin yanvar ayında Zəfər Nemətovun ilk
müstəqil quruluş verdiyi “Məlik Məmməd”
(Əyyub Abbasov) nağıl tamaşasının prem-
yerası olmuşdur.
Zəfər Nemətov Gənc Tamaşaçılar Teat-
rının Azərbaycan bölməsində 1945-1971-ci
illərdə “Sənin evin” (“Ağbəniz”, Valenti-
na Lyubimova), “Xüsusi tapşırıq” (Sergey
Mixalkov), “Odlar içində” (Əbil Yusifov),
“Bahar nəğməsi” (Əyyub Abbasov), “Qa-
raca qız” (Abdulla Şaiq), “Yaşıl sandıqca”
(İvan Vasilenko), “Düşmənlər içində” (Nov-
ruz Gəncəli), “Tamahkar” (Süleyman Sani
Axundov), “Qastello” (İsidor Ştok), “Turp”
(Pavel Malyerski), “Gülşən” (Əli Vəliyevin
eyniadlı əsəri əsasında səhnələşdirəni Ağəli
Dadaşov), “Meşə gölünün sahilində” (Se-
zar Solodar), “Yaşar” (Cəfər Cabbarlı),
“Anacan” (Yusif Əzimzadə), “Bir saatlıq
xəlifə” (Abdulla Şaiq), “Göyərçinlər” (Tələt
Əyyubov), “İki həyat” (Rauf İsmayılov),
“Romeo və Cülyetta” (Vilyam Şekspir) və
s. pyeslərini tamaşaya hazırlamışdır.
Teatrın rus bölməsində “Qar kraliça-
sı” (Yevgeni Şvarts), “Müfəttiş” (Nikolay
Qoqol), “Sənin evin” və “Qürur məktəbi”
(Valentina Lyubimova), “Meşə kənarında
göl” (Sezar Solodar), “İyirmi ildən sonra”
(Mixail Svetlov), “Polad üzük” (Konstantin
Paustovski), “Zorən təbib” (Jan Batist Mol-
yer), “Kasıblıq eyib deyil” (Aleksey Ost-
rovski), “Afrikadan gələn zərf” (Lyubomir
Qarabin), “Bütün bunlar sadəcə işlər deyil”
(Gennadi Şmelyov) tamaşalarına quruluş
vermişdir.
Rejissor yaradıcılığında əldə etdiyi
nailiyyətlərə görə 1954-cü ildə “Əməkdar
incəsənət xadimi” fəxri adına layiq görül-
müşdür.
Görkəmli sənətkar 1971-ci il noyabr ayı-
nın 19-da Bakıda vəfat etmiş, II Fəxri Xiya-
banda dəfn edilmişdir.
194
İYUN
2
85
illiyi
Hacıbaba Bağırov
1932-2006
İYUN
Hacıbaba Ağarza oğlu Bağırov
1932-ci il iyun ayının 12-də Bakı
şəhərində anadan olmuşdur. Gənc
yaşlarından teatra olan həvəsi onu
1947-ci ildə Azərbaycan Dövlət Aka-
demik Dram Teatrı (indiki ADAMDT)
nəzdindəki aktyor studiyasına gətirib
çıxarmışdı. Teatrda görkəmli sənət
korifeylərindən dərs alan H.Bağırov
1950-ci ildə Lənkəran Dövlət Dram
Teatrında ilk müstəqil yaradıcılıq
fəaliyyətinə başlamışdır.
1960-cı ildə C.Cabbarlı adına Gəncə
Dövlət Dram Teatrının (indiki GDDT)
aktyor truppasına qəbul olunmuş-
dur. Bu kollektivdə Fuad (“Almas”,
C.Cabbarlı), Şahsuvar (“Komsomol
poeması”, S.Vurğun) və s. müxtəlif
səpkili rollar oynayan H.Bağırov 1962-
ci ildə Musiqili Komediya Teatrına (in-
diki ADMT) dəvət almışdır.
Burada fəaliyyət göstərdiyi 26 il
ərzində yaratdığı 50-dən çox rolun onun
gülüş ustası kimi püxtələşməyində
və populyar olmağında böyük təsiri
olmuşdur. H.Bağırovun iştirak etdi-
yi - Soltan bəy, Məşədi İbad (“Ar-
şın mal alan”, “O olmasın, bu olsun”
Ü.Hacıbəyli), Orduxan (“50 yaşında
cavan”, Z.Hacıbəyov), Cəbi Cüməzadə
(“Həmişəxanım”, S.Ələsgərov),
Novruzəli (“Hardasan, ay subaylıq?”
S.Qədirzadə və S.Ələsgərov), Qulam
(“Həyətim mənim-həyatım mənim”,
Ə.Abbasov), Mitoş, Fərzəli (“Hic-
ran”, “Nəğməli Könül”, E.Sabitoğlu),
Cəsarət (“Nənəmin şahlıq quşu”,
V.Adıgözəlov), Nadir (“Qızılgül”,
S.Hacıbəyov), və s. rolları tamaşaçı-
ların dərin rəğbətini qazanmışdır.
H.Bağırovun teatrla yanaşı kino
sahəsində də fəaliyyəti uğurlu olmuş-
dur. Möhsün (“Ulduz”, 1964), Arif, (Qa-
nun naminə, 1968), Qaraxalov (“Onun
bəlalı sevgisi”, 1980), Məmmədəli
(“Alma-almaya bənzər”, 1975), Şirba-
la (“Şirbalanın məhəbbəti”, 1991) və s.
rolları kino həvəskarları tərəfindən ma-
raqla qarşılanmışdır.
H.Bağırov 1989-cu ildə Bakı
Tənqid-Təbliğ Teatrını yaratmış, 1996-
cı ilədək teatrın direktoru və bədii
rəhbəri vəzifələrində çalışmışdır. 1996-
cı ildən isə Azərbaycan Dövlət Musiqi-
li Komediya Teatrının direktoru, bədii
rəhbəri olmuşdur.
H.Bağırovun mədəniyyətimizin in-
kişafı naminə göstərdiyi xidmətlər daim
yüksək qiymətləndirilmişdir. 1974-cü
ildə “Əməkdar artist”, 1982-ci ildə
Azərbaycan SSR “Xalq artisti” fəxri
adlarına layiq görülmüşdür. 1998-ci
ildə isə “Şöhrət” ordeni ilə təltif olun-
muşdur. 2001-ci ildə E.Sabitoğlu ilə
T.Vəliyevanın yazdığı “Bankir adaxlı”
tamaşasına görə “Qızıl Dərviş” müka-
fatına layiq görülmüşdür.
Hacıbaba Bağırov 2006-ci il okt-
yabr ayının 4-də Bakıda vəfat etmiş, II
Fəxri Xiyabanda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Şəmsizadə, N. Hıçqıran
gülüşlər: Azərbaycan
gülüş mədəniyyəti və
Hacıbaba Bağırov
/Nizaməddin Şəmsizadə.-
Bakı: Ozan, 2002.- 128 s.
Abbaslı, T. Hacıbaba Bağı-
rov - səhnələrdə, ekranlar-
da neçə-neçə özgə, həyatda
isə öz obrazını yaratmış
birincilərimizdən biri...
/T.Abbaslı //Mədəniyyət.-
2015.- 12 iyun.- S.12.
Məhərrəmova, T. Hacıba-
basız səhnə boş görünür:
Səmimi, sadə, uşaq kimi
kövrək və qayğıkeş idi...
/T.Məhərrəmova //Kaspi.-
2013.- 13 iyun.- S.11.
Sənətdə əbədi iz qoyan
üçlük: “O, yaxşı bir
xatirədir...” //Azadlıq.-
2013.- 24 oktyabr.- S.14.
Süleymanova, A. Musiqili
gülüşün “Hacı babası”
/A.Süleymanova //Kaspi.-
2014.- 13 iyun.- S.10.
İ n t e r n e t d ə
http://www.anl.az/down/
meqale/medeniyyet/2015/
iyun/443534.htm
http://www.anl.az/down/
meqale/kaspi_az/2014/
iyun/377198.htm
12
Aktyor
Teatr.Kino