Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə93/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   89   90   91   92   93   94   95   96   ...   200

193

İYUN

5

Teatr.Kino

Zəfər Nemətov 

1917-1971

Rejissor

100 

illiyi

Ə d ə b i y y a t

Əliağa Ağayev  

/Z.Nemətov, T.Kazımov; 

red. H.Sadıqova.- Bakı, 

1978.- 42 s.

Azərbaycan Dövlət 

Gənc Tamaşaçılar 

Teatrı /Azərb. Resp. 

Mədəniyyət və Turizm 

Nazirliyi; layih. rəhb. 

Ə.Qarayev; layih. koor-

din. Ə.Vəliyev; mətnin 

müəl. İ.Rəhimli.- Bakı, 

2010.- S.69-72.

Rəhimli, İ. Zəfər 

Nemətov (12.7.1915-

19.11.1971) //Rəhimli 

İ. Kəsişən paralellər.- 

Bakı, 2010.- S.19-31. 

Yusifli, V. Üçüncüsü? 

Yox hələlik yetişməyəcək 

/V.Yusifli //Panorama.-

1997.-25 oktyabr

İ n t e r n e t d ə

www.anl.az

www.tyuz.az

Zəfər Paşa oğlu Nemətov 1917-ci il iyun 

ayının 5-də Bakıda, mühəndis ailəsində 

anadan olmuşdur. 

Uşaqlıqda mütaliəyə,  ədəbiyyat və 

mədəniyyətə maraq göstərmişdir. 37 say-

lı  məktəbdə  təhsil almışdır. 1928-1929-cu 

illərdə Türk İşçi Uşaq Teatrı (indiki Gənc 

Tamaşaçılar Teatrı) həmin məktəbin 3-cü 

mərtəbəsində yerləşirdi. Məktəbli Zəfər öz 

fəaliyyətinə Lətif Kərimovun “Fırtına” pye-

sinin tamaşası ilə başlamışdır. Şagird ikən, 

1929-cu ilin dekabrında Akademik Milli 

Dram Teatrının bir neçə tamaşasında kütləvi 

səhnələrdə iştirak edən gənc Zəfər 1931-ci 

ildə Gənc Tamaşaçılar Teatrına dəvət olun-

muş və aktyor truppasının yardım heyətinə 

qəbul edilmişdir. Həmin ilin sentyabrında 

M.F.Axundzadə adına Azərbaycan Dövlət 

Teatr Məktəbinin (texnikumunun) aktyor-

luq fakültəsində  təhsil almağa başlamışdır. 

Səhnə danışığını, vərdişlərini müəllimi Ab-

bas Mirzə Şərifzadədən öyrənmişdir. 

Teatr rejissorları Aleksandr Tuqanov və 

Məhərrəm Haşımov 1930-cu illərin ikinci 

yarısından başlayaraq gənc aktyoru rejissor 

assistenti kimi də  işə  cəlb etmişdir. Zəfər 

Nemətov Jan Batist Molyerin “Zorən təbib”, 

Abdulla  Şaiqin “El oğlu”, Fridrix Şillerin 

“Qaçaqlar”, Cəfər Cabbarlının “Aydın” 

əsərlərinin tamaşalarının hazırlanmasında 

müəyyən rejissorluq təcrübəsi toplamışdır. 

1941-ci ildə Böyük Vətən müharibəsi 

başlayanda könüllü şəkildə faşist işğalçıları 

ilə döyüşə yollanmışdır. Bir il sonra ağır yara 

alaraq ordudan tərxis olunmuş  və yenidən 

doğma kollektivdə  səhnə  fəaliyyətini re-

jissor kimi davam etdirmişdir. 1943-cü 

ilin yanvar ayında Zəfər Nemətovun ilk 

müstəqil quruluş verdiyi “Məlik Məmməd” 

(Əyyub Abbasov) nağıl tamaşasının prem-

yerası olmuşdur. 

Zəfər Nemətov Gənc Tamaşaçılar Teat-

rının Azərbaycan bölməsində 1945-1971-ci 

illərdə “Sənin evin” (“Ağbəniz”, Valenti-

na Lyubimova), “Xüsusi tapşırıq” (Sergey 

Mixalkov), “Odlar içində” (Əbil Yusifov), 

“Bahar nəğməsi” (Əyyub Abbasov), “Qa-

raca qız” (Abdulla Şaiq), “Yaşıl sandıqca” 

(İvan Vasilenko), “Düşmənlər içində” (Nov-

ruz Gəncəli), “Tamahkar” (Süleyman Sani 

Axundov), “Qastello” (İsidor Ştok), “Turp” 

(Pavel Malyerski),  “Gülşən” (Əli Vəliyevin 

eyniadlı əsəri əsasında səhnələşdirəni Ağəli 

Dadaşov), “Meşə gölünün sahilində” (Se-

zar Solodar),  “Yaşar” (Cəfər Cabbarlı), 

“Anacan” (Yusif Əzimzadə), “Bir saatlıq 

xəlifə” (Abdulla Şaiq), “Göyərçinlər” (Tələt 

Əyyubov), “İki həyat” (Rauf İsmayılov),  

“Romeo və Cülyetta” (Vilyam Şekspir) və 

s. pyeslərini tamaşaya hazırlamışdır. 

Teatrın rus bölməsində “Qar kraliça-

sı” (Yevgeni Şvarts), “Müfəttiş” (Nikolay 

Qoqol), “Sənin evin” və “Qürur məktəbi” 

(Valentina Lyubimova), “Meşə  kənarında 

göl” (Sezar Solodar), “İyirmi ildən sonra” 

(Mixail Svetlov), “Polad üzük” (Konstantin 

Paustovski), “Zorən təbib” (Jan Batist Mol-

yer), “Kasıblıq eyib deyil” (Aleksey Ost-

rovski), “Afrikadan gələn zərf” (Lyubomir 

Qarabin), “Bütün bunlar sadəcə işlər deyil” 

(Gennadi  Şmelyov) tamaşalarına quruluş 

vermişdir.

Rejissor yaradıcılığında  əldə etdiyi 

nailiyyətlərə görə 1954-cü ildə  “Əməkdar 

incəsənət xadimi” fəxri adına layiq görül-

müşdür. 

Görkəmli sənətkar 1971-ci il noyabr ayı-

nın 19-da Bakıda vəfat etmiş, II Fəxri Xiya-

banda dəfn edilmişdir. 




194

İYUN

2

85 

illiyi

Hacıbaba Bağırov

1932-2006

İYUN

Hacıbaba  Ağarza oğlu Bağırov 

1932-ci il iyun ayının 12-də Bakı 

şəhərində anadan olmuşdur. Gənc 

yaşlarından teatra olan həvəsi onu 

1947-ci ildə Azərbaycan Dövlət Aka-

demik Dram Teatrı (indiki ADAMDT) 

nəzdindəki aktyor studiyasına gətirib 

çıxarmışdı. Teatrda görkəmli sənət 

korifeylərindən dərs alan H.Bağırov 

1950-ci ildə  Lənkəran Dövlət Dram 

Teatrında ilk müstəqil yaradıcılıq 

fəaliyyətinə başlamışdır.

1960-cı ildə C.Cabbarlı adına Gəncə 

Dövlət Dram Teatrının (indiki GDDT) 

aktyor truppasına qəbul olunmuş-

dur. Bu kollektivdə Fuad (“Almas”, 

C.Cabbarlı),  Şahsuvar (“Komsomol 

poeması”, S.Vurğun) və s. müxtəlif 

səpkili rollar oynayan H.Bağırov 1962-

ci ildə Musiqili Komediya Teatrına (in-

diki ADMT) dəvət almışdır. 

Burada fəaliyyət göstərdiyi 26 il 

ərzində yaratdığı 50-dən çox rolun onun 

gülüş ustası kimi püxtələşməyində 

və populyar olmağında böyük təsiri 

olmuşdur. H.Bağırovun iştirak etdi-

yi - Soltan bəy, Məşədi  İbad (“Ar-

şın mal alan”, “O olmasın, bu olsun” 

Ü.Hacıbəyli), Orduxan (“50 yaşında 

cavan”, Z.Hacıbəyov), Cəbi Cüməzadə 

(“Həmişəxanım”, S.Ələsgərov), 

Novruzəli (“Hardasan, ay subaylıq?” 

S.Qədirzadə  və S.Ələsgərov), Qulam 

(“Həyətim mənim-həyatım mənim”, 

Ə.Abbasov), Mitoş, Fərzəli (“Hic-

ran”, “Nəğməli Könül”, E.Sabitoğlu), 

Cəsarət (“Nənəmin  şahlıq quşu”, 

V.Adıgözəlov), Nadir (“Qızılgül”, 

S.Hacıbəyov),   və s. rolları tamaşaçı-

ların dərin rəğbətini qazanmışdır. 

H.Bağırovun teatrla yanaşı kino 

sahəsində  də  fəaliyyəti uğurlu olmuş-

dur. Möhsün (“Ulduz”, 1964), Arif, (Qa-

nun naminə, 1968), Qaraxalov (“Onun 

bəlalı sevgisi”, 1980), Məmmədəli 

(“Alma-almaya bənzər”, 1975), Şirba-

la (“Şirbalanın məhəbbəti”, 1991) və s. 

rolları kino həvəskarları tərəfindən ma-

raqla qarşılanmışdır. 

H.Bağırov 1989-cu ildə Bakı 

Tənqid-Təbliğ Teatrını yaratmış, 1996-

cı ilədək teatrın direktoru və  bədii 

rəhbəri vəzifələrində çalışmışdır. 1996-

cı ildən isə Azərbaycan Dövlət Musiqi-

li Komediya Teatrının direktoru, bədii 

rəhbəri olmuşdur. 

H.Bağırovun mədəniyyətimizin in-

kişafı naminə göstərdiyi xidmətlər daim 

yüksək qiymətləndirilmişdir. 1974-cü 

ildə  “Əməkdar artist”, 1982-ci ildə 

Azərbaycan SSR “Xalq artisti” fəxri 

adlarına layiq görülmüşdür. 1998-ci 

ildə isə “Şöhrət” ordeni ilə təltif olun-

muşdur. 2001-ci ildə E.Sabitoğlu ilə 

T.Vəliyevanın yazdığı “Bankir adaxlı” 

tamaşasına görə “Qızıl Dərviş” müka-

fatına layiq görülmüşdür. 

Hacıbaba Bağırov 2006-ci il okt-

yabr ayının 4-də Bakıda vəfat etmiş, II 

Fəxri Xiyabanda dəfn edilmişdir.

Ə d ə b i y y a t

Şəmsizadə, N. Hıçqıran 

gülüşlər: Azərbaycan 

gülüş mədəniyyəti və 

Hacıbaba Bağırov                                

/Nizaməddin Şəmsizadə.- 

Bakı: Ozan, 2002.- 128 s.

Abbaslı, T. Hacıbaba Bağı-

rov - səhnələrdə, ekranlar-

da neçə-neçə özgə, həyatda 

isə öz obrazını yaratmış 

birincilərimizdən biri... 

/T.Abbaslı //Mədəniyyət.-

2015.- 12 iyun.- S.12.

Məhərrəmova, T. Hacıba-

basız səhnə boş görünür: 

Səmimi, sadə, uşaq kimi 

kövrək və qayğıkeş idi... 

/T.Məhərrəmova //Kaspi.-

2013.- 13 iyun.- S.11.

Sənətdə əbədi iz qoyan 

üçlük: “O, yaxşı bir 

xatirədir...” //Azadlıq.-

2013.- 24 oktyabr.- S.14.

Süleymanova, A. Musiqili 

gülüşün “Hacı babası” 

/A.Süleymanova //Kaspi.- 

2014.- 13 iyun.- S.10.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/medeniyyet/2015/

iyun/443534.htm

http://www.anl.az/down/

meqale/kaspi_az/2014/

iyun/377198.htm

12

Aktyor

Teatr.Kino



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə