Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə91/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   87   88   89   90   91   92   93   94   ...   200

189

90 

illiyi

Tələt Bakıxanov 

1927-2000 

İYUN

Tələt Soltan oğlu Bakıxanov 1927- 

ci il iyun ayının 13-də Bakı şəhərində 

anadan olmuşdur. Musiqiçi kimi 

yetişməsində  əmisi  Əhməd Bakıxano-

vun böyük rolu olmuşdur.

1947-1949-cu illərdə Asəf Zeynal-

lı adına Azərbaycan Dövlət Musiqi 

Məktəbində kamança ixtisası üzrə Ha-

fiz Mirzəliyevdən və Firuz Əlizadədən 

dərs almışdır.

1947-ci ildən Müslüm Maqomayev 

adına Azərbaycan Dövlət Filarmoniya-

sının solisti olmuşdur.

Bir sıra xarici ölkələrdə - Fransa, İn-

doneziya, Malta, İran, Türkiyə, Suriya 

və başqa ölkələrdə qastrol səfərlərində 

olmuş, muğam üçlüyünün tərkibində 

görkəmli xanəndələri müşaiyət et-

mişdir. Azərbaycan muğamlarının, 

xüsusilə, “Segah” instrumental muğa-

mının gözəl ifaçılarından biri kimi ta-

nınmışdır.

Tələt Bakıxanov respublika və 

beynəlxalq əhəmiyyətli müsabiqələrin, 

simpoziumların iştirakçısı və qalibi ol-

muşdur.

1970-1980-ci illərdə  Səmərqənddə 



keçirilən “Yaxın və Orta Şərq xalqları 

peşəkar musiqisinin ənənələri və mü-

asirlik” mövzusunda birinci və ikinci 

beynəlxalq simpoziumlarının iştirak-

çısı olmuş, B.Mansurov, C.Əkbərov, 

A.Qasımov kimi sənətkarlarla birgə 

Azərbaycan muğam ifaçılığı  sənətini 

təmsil etmişdir. 

Musiqi sahəsində xidmətlərinə görə 

Azərbaycanın “Əməkdar artist” fəxri 

adına layiq görülmüşdür.

1988-ci ildən Bülbül adına Orta İx-

tisas Musiqi Məktəbində çalışmışdır.

Tələt Bakıxanov 2000-ci il may ayı-

nın 30-da Bakı  şəhərində  vəfat etmiş-

dir.


Ə d ə b i y y a t

Tələt Bakıxanov //Muğam ensiklopediyası /Heydər Əliyev Fondu; baş red. M.Əliyeva; red.hey. A.Babayev və b.; haz.: G.Abdullazadə və 

b.- Bakı, 2008.- S.78. 

İ n t e r n e t d ə

https://az.wikipedia.org/wiki/Tələt_Bakıxanov

https://ru.wikipedia.org/wiki/Бакиханов,_Талат_Солтан_оглы

rtv.az/.../17267-bu-gun-taninmis-kamanca-ifacisi-telet-bakix..

13

Tarzən

Musiqi.Opera.Balet


190

Fidаn Qаsımоvа

1947

İYUN

Fidan  Əkrəm qızı Qasımova 1947-

ci il iyun ayının 17-də Bakı şəhərində, 

ziyalı ailəsində anadan olmuşdur. Hələ 

uşaq yaşlarından musiqiyə böyük 

həvəs göstərən Fidan Qasımova ilk 

musiqi təhsilini Bülbül adına Musiqi 

məktəbində (indiki Bülbül ad.OİMM) 

almışdır. Musiqi məktəbini bitirdikdən 

sonra 1966-ci ildə Ü.Hacıbəyov adına 

Azərbaycan Dövlət Konservatoriyası-

nın (indiki BMA) əvvəlcə simli alətlər 

(skripka sinfi), sonra isə vokal sinfinə 

daxil olmuşdur. 1971-ci ildə simli alətlər 

üzrə professor S.Qəniyevin, 1972-ci 

ildə vokal üzrə dosent İ.A.Lvoviçin 

siniflərində ali təhsilini başa vurmuşdur. 

1972-1974-cü illərdə P.Çaykovski adına 

Moskva Konservatoriyasının aspiran-

turasında təhsil almışdır. 1974-cü ildə 

Moskva Konservatoriyasının aspiran-

turasını bitirdikdən sonra Bakıya qayıt-

mış, elə həmin vaxtdan da Azərbaycan 

Opera və Balet Teatrının solisti olmuş, 

həmçinin Azərbaycan Dövlət Konser-

vatoriyasında dərs deməyə başlamış-

dır. 1990-cı ildən həmin təhsil ocağının  

professorudur. 

F.Qasımova 1973-cü ildə İsveçrənin 

paytaxtı Cenevrədə keçirilmiş 

vokalistlərin beynəlxalq müsabiqəsinin 

finalında C.Puççininin “Bohema” ope-

rasından oxuduğu Miminin ariyasına 

görə gümüş medala layiq görülmüşdür. 

1975-ci ildə Niderlandda (Hertogen-

bos) keçirilən beynəlxalq müsabiqənin 

iştirakçısı olmuş, 1977-ci ildə İtaliyada 

(Verçelli ş.) musiqiçilərin C.Viotti adı-

na müsabiqəsinin birinci mükafatına 

layiq görülmüşdür. Sənətçi beynəlxalq 

müsabiqələr laureatı adına layiq görül-

müş ilk azərbaycanlı qadın müğənnidir. 

F.Qasımovanın parlaq ifaçılığının 

geniş diapazonu (səs tembri-lirik sop-

rano) klassik musiqidən başlayaraq mü-

asir dünya bəstəkarlarının əsərlərini də 

ifa etməyə imkan verir. Onun zəngin re-

pertuarına Azərbaycan bəstəkarlarından 

Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, 

A.Məlikov, Niyazi, rus bəstəkarlarından 

M.Qlinka, P.Çaykovski, S.Raxmaninov, 

Qərbi Avropa bəstəkarlarından 

A.Stradella,  İ.S.Bax, G.F.Hendel və 

başqalarının kamera-vokal əsərləri, 

eləcə  də xalq mahnılarımız daxildir. 

F.Qasımova 2015-ci ildə Böyük Brita-

niyanın Kembric Universitetinin tərtib 

etdiyi ensiklopediyada dünyanın  ən 

tanınmış ifaçısı adına layiq görülərək 

xüsusi diplomla mükafatlandırılıb. O, 

Azərbaycanın musiqi mədəniyyətində 

bu ali mükafata layiq görülən yeganə 

ifaçıdır.

F.Qasımova 1978-ci ildə  “Əməkdar 

artist”, 1982-ci ildə “Xalq artisti”, 

1988-ci ildə “SSRİ Xalq artisti” fəxri 

adlarına layiq görülmüşdür. 1984-cü 

ildə isə Dövlət Mükafatı laureatı ol-

muşdur. 1997-ci ildə ümummilli lider 

Heydər  Əliyevin Fərmanı ilə  “Şöhrət” 

ordeni, 2010-cu ildə isə Prezident İlham 

Əliyevin Fərmanı ilə “Şərəf” ordeni ilə 

təltif edilmişdir.

17

Ə d ə b i y y a t

Sən olmasaydın...: esse, 

oçerk, portret cizgiləri

xatirələr və fotosənədlər 

toplusu /F.Rəhmanzadə; 

red. F.Qasımova, 

X.Qasımova; burax. məs. 

S.Mikayılqızı.- Bakı: Ziya, 

2010.- 333 s.

Fidan Qasımova dünyanın 

ən tanınmış ifaçısı adına 

layiq görülüb        //Möv-

qe.- 2015.- 9 iyul.- S.9.

Fidan Qasımovanın adı 

Kembriç Universiteti-

nin ensiklopediyasında           

//Mədəniyyət.- 2015.- 8 

iyul.- S.4.

Qasımova Fidan Əkrəm 

qızı //Üzeyir Hacıbəyli 

ensiklopediyası.- Bakı, 

2008.- S.133-134. 

İ n t e r n e t d ə 

http://xeber.azeri.net/sou-

biznes/fidan-qasimova-

senetin-kamillik-zirvesinde

http://operadivas.

info/?id=2&lang=1

http://www.anl.az/down/

meqale/movqe/2015/

iyul/447888.htm

http://www.anl.az/down/

meqale/medeniyyet/2015/

iyul/447252.htm

70  

illiyi

Opera müğənnisi

Musiqi.Opera.Balet 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə