Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə92/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   88   89   90   91   92   93   94   95   ...   200

191

Cövdət Hаcıyеv

1917-2002

İYUN

Əhməd-Cövdət  İsmayıl oğlu Hacı-

yev 1917-ci il iyun ayının 18-də Nuxada 

(indiki  Şəki) anadan olmuşdur. 1924-

cü ildə ailəsi ilə birlikdə Bakıya köçən 

C.Hacıyev ibtidai musiqi məktəbini 

bitirdikdən sonra Bakı Konservatoriya-

sı (indiki BMA) yanında skripka sinfi 

üzrə (əvvəlcə N.İ.Simberovun, sonra isə 

prof. S.L.Bretanitskinin sinfində) fəhlə 

fakültəsində, 1935-1938-ci illərdə isə 

Azərbaycan Dövlət Konservatoriyanın 

(BMA) nəzəriyyə-bəstəkarlıq fakül-

təsində (L.M.Rudolfun bəstəkarlıq 

sinfində) təhsil almışdır. 1938-1941-

ci illərdə Moskva Konservatoriya-

sında (A.N.Aleksandrovun sinfində, 

Q.Qarayevlə birgə) oxumuş, 1947-ci ildə 

isə (D.D.Şostakoviçin sinfində) təhsilini 

başa vurmuşdur.

1947-ci ildən ömrünün sоnuna qədər 

bəstəkarlıq fəaliyyəti ilə  məşğul olan 

C.Hacıyev Azərbaycan Dövlət Kon-

servatoriyasında (BMA) polifoniya, 

alətşünaslıq siniflərində, daha sonra 

bəstəkarlıq sinfində  dərs demiş, 1957-

1969-cu illərdə isə bu ali musiqi təhsil 

оcağının rektоru vəzifəsində çalışmış-

dır. 1963-cü ildə həmin musiqi ocağının   

professoru elmi rütbəsini almışdır.

Milli simfonizmin yaradıcılarından 

biri olan C.Hacıyevin yaradıcılığının 

formalaşmasında Azərbaycan milli folk-

lorunun, bəstəkarlardan Ü.Hacıbəylinin, 

D.D.Şostakoviçin böyük təsiri olmuşdur. 

İlk böyük əsəri birhissəli “Simfoniya”dır 

(1936) .

C.Hacıyev hələ  tələbəlik illərində 

“Sosialist Azərbaycanı” (1936), 

A.S.Puşkinin ölümünün 100 illiyinə həsr 

etdiyi “Sibirə məktub” (1937) simfonik 

poemalarını, üçhissəli “Azərbaycan süi-

tası” (1939), “Simli kvartet” (1941), Or-

kestr üçün simfoniyetta” (1938), “Xor, 

solist və orkestr üçün oratoriya” (1949), 

“Fortepiano üçün ballada” (1952), 

 

və s. əsərləri bəstələmişdir. 1945-ci 



ildə Q.Qarayevlə birgə Böyük Vətən 

müharibəsinə həsr olunmuş “Vətən” (li-

bettosu  İ.Hidayətzadə,  şeir M.Rahim) 

operasını yazmışdır. 

Bəstəkar ümumilikdə səkkiz simfoni-

ya müəllifidir.  Bəstəkarın “Onu zaman 

seçib” (1996) adlı səkkizinci simfoniya-

sı ümummilli lider Heydər Əliyevə həsr 

olunan monumental əsər kimi tarixə 

düşmüşdür. 

 C.Hacıyev 1946 və 1952-ci illərdə 

iki dəfə SSRİ Dövlət mükafatı laurea-

tı olmuş, 1960-cı ildə Azərbaycan SSR 

“Xalq artisti” fəxri adına layiq görül-

müş, “Oktyabr İnqilabı”, “Qırmızı Əmək 

Bayrağı” və “Şərəf nişanı”, 1998-ci ildə 

isə  “Şöhrət” ordeni ilə  və çoxlu sayda 

medallarla təltif edilmişdir. 

Cövdət Hacıyev 2002-ci il yanvar 

ayının 18-də Bakı şəhərində vəfat etmiş-

dir. Məzarı Birinci Fəxri Xiyabandadır. 

Bakı şəhərində 3 saylı 11 illik musiqi 

məktəbi görkəmli bəstəkarın adını daşı-

yır.


18

Ə d ə b i y y a t

Onu zaman seçib: 

poema /C.Hacıyev, 

F.Ləman; red. və tərc. 

ed. S.Əhmədli.- Bakı: 

Qanun, 2008.- 62 s.

Tağızadə, A. Cövdət 

Hacıyev: dərs vəsaiti 

/A.Z.Tağızadə (son 

söz); red. E.Hüseynova;  

Azərb. Resp. Təhsil Na-

zirliyi, Ü.Hacıbəyli ad. 

BMA.- Bakı: Mütərcim, 

2015.- 143 s.

Ötən əsrin musiqi 

epoxasının son mogika-

nı: İki dahinin tələbəsi 

//Azadlıq.- 2011.- 29 

oktyabr.- S.14

Юсифова, A. Джевдет 

Гаджиев (1917-2002): 

хроника жизни, 

статьи, высказывания 

/А.Юсифова; 

ред.: А.Тагизаде; 

Л.Абдуллаева; [М-во 

Культуры и Туризма 

Азерб. Респ.].- Баку: 

Тахсил, 2013.- 303 с

İ n t e r n e t d ə

http://kayzen.az/blog/

musiqi/12590/Cövdət-

hacıyev.html

http://www.musigi-

dunya.az/new/

read_magazine.

asp?id=183&page=2

100 

illiyi

Bəstəkar

Musiqi.Opera.Balet


192

120 

illiyi

Bülbül

1897-1961 

İYUN

Murtuza Məşədi Rza oğlu  

Məmmədov (Bülbül) 1897-ci il iyun 

ayının 22-də  Şuşa  şəhəri yaxınlığın-

da, Xanbağı adlanan yerdə (hazırda 

Xankəndinin cənub  ərazisi) anadan 

olmuşdur. Kiçik yaşlarından məharətli 

zəngulələrinə, qeyri adi qabiliyyət 

və xüsusi ustalıqla bülbülləri təqlid 

etdiyinə görə ona “Bülbül” ləqəbi ve-

rilmişdir. 

1909-cu ildə Gəncə şəhərinə gəlmiş 

və müxtəlif tədbirlərdə muğam və 

xalq mahnıları ifa etməyə başlamış-

dır.  İlk səhnə  fəaliyyəti Gəncədə 

M.C.Əmirovun “Seyfəl-mülk” (1916) 

operasının tamaşası ilə başlamışdır. 

1920-ci ildən Azərbaycan Dövlət Ope-

ra və Balet Teatrının solisti olmuş, 

Ü.Hacıbəylinin “Leyli və  Məcnun”, 

“Əsli və Kərəm”, Z.Hacıbəyovun “Aşıq 

Qərib” operalarında İbn Səlam, Kərəm, 

Qərib rollarını oynamışdır. Koroğlu 

partiyası bu gün də Bülbülün opera 

yaradıcılığının  əlçatmaz zirvəsi hesab 

olunmaqdadır. 

Bülbül 1921-ci ildə Bakı Konser-

vatoriyasına, professor F.Polyayevin 

sinfinə daxil olmuş, 1927-ci ildə 

təhsilini başa vuraraq dövlət tərəfindən 

İtaliyaya, La-Skala Milan Teatrına 

təhsil almağa göndərilmişdir. 1931-ci 

ildə vətənə qayıdan Bülbül Azərbaycan 

Dövlət Konservatoriyasında (indiki 

BMA) dərs demiş, 1940-cı ildə profes-

sor elmi rütbəsini almışdır.

Böyük Vətən müharibəsinin (1941-

1945) ağır günlərində o, sovet or-

dusu hissələri ilə  İranda, Qafqaz və 

Bryansk cəbhələrində olmuş, eyni za-

manda ölkənin hərbi xəstəxanalarında 

öz konsertləri ilə yaralı döyüşçüləri 

mübarizəyə, fədakarlığa ruhlandırmış-

dır. 


1932-ci ildə Bülbülünün təşəbbüsü 

və  rəhbərliyi ilə Azərbaycan Dövlət 

Konservatoriyasının nəzdində xalq mu-

siqisini öyrənən elmi tədqiqat kabineti 

yaradılmışdır. 25 il ərzində Azərbaycan 

xalq musiqisinin toplanması, yazılma-

sı  və  nəşr edilməsi sahəsində böyük 

işlər görmüşdür. Onun təşəbbüsü və 

təşkilatçılığı  nəticəsində opera studi-

yası, səsyazma kabineti, not nəşriyyatı 

yaradılmışdır. Azərbaycanda ilk dəfə 

musiqi Olimpiadasını, İfaçıların Ümu-

mittifaq konfransını, aşıqların qurulta-

yını (1938,1961-ci illər) keçirmişdir.

Bülbül 1938-ci ildə SSRİ-nin “Xalq 

artisti” fəxri adına layiq görülmüşdür. 

1950-ci ildə Dövlət mükafatı laureatı 

olmuş, Azərbaycan SSRİ Ali Sovetinin 

deputatı seçilmişdir. İki dəfə SSRİ-nin 

“Lenin”, iki “Qırmızı Əmək Bayrağı”, 

“Şərəf nişanı” ordeni ilə təltif edilmiş-

dir. İtaliyanın “Qaribaldi” ordeninə la-

yiq görülmüşdür.   

Murtuza Məmmədov (Bülbül) 1961-

ci il sentyabr ayının 26-da Bakıda vəfat 

etmiş, Birinci Fəxri Xiyabanda dəfn 

edilmişdir. 

Ə d ə b i y y a t

Bülbül - vokal sənətinin 

zirvəsidir /tərt.: Bülbülün 

Memorial Muzeyinin kol-

lektivi; naşir S.Əliyeva.- 

Bakı: Çaşıoğlu, 2006.-

724 s.

Məmmədova, A. Bizim 

Bülbül - dünyanın Bül-

bülü /A.R.Məmmədova.-  

Bakı: Nağıl evi, 2011.- 

588 s.

Çəmənli, M. Bülbül 

/M.Çəmənli; red. 

M.Əvəzqızı.- Bakı: Çağ-

daş As, 2012.- 11 s.

Şuşinski, F. Azərbaycanın 

musiqi xəzinəsi 

/F.M.Şuşinski; topl., 

tərt. ed., nəşrə haz. və 

ön söz. müəl. A.Kənan  

red. V.Quliyev.- Bakı: 

[Vətənoğlu], 2015.- 666 

s. 

Çəmənli, M. Xalq ruhu-

nun bülbülü //Çəmənli M. 

Sənət hekayələri.- Bakı, 

2014.- S.46-52.

Мамедова, A. Бюль-

Бюль вокалист 

мирового класса 

/А.Р.Мамедова.- Баку: 

Хатун Плюс, 2010.- 391 

с.

İ n t e r n e t d ə

http://www.byulbyul.az/

az/aboutbb

http://portal.azer-

tag.az/node/2466#.

VtPXpvmLQdU

22

Opera müğənnisi

Musiqi.Opera.Balet



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə