Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə89/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   85   86   87   88   89   90   91   92   ...   200

Ə d ə b i y y a t

Əsərləri: 3 cilddə /Mirzə Fətəli Axundzadə; tərt. ed. və ön sözün müəl. N.Məmmədov.- Bakı: Şərq-Qərb, 2005.- C. I.- 296 s. 

Əsərləri: 3 cilddə /M.F.Axundzadə; tərt. ed. H.Məmmədzadə; ön sözün müəl. Y.Qarayev; red. Ə.Mirəhmədov.- Bakı: Şərq-Qərb, 2005.- 

C II.- 376 s.

Əsərləri: 3 cilddə /M.F.Axundzadə; tərt. edəni və ön sözün müəl. H.Məmmədzadə.- Bakı: Şərq-Qərb, 2005.- C III.- 296 s.

Bədii və ədəbi-tənqidi əsərləri /Mirzə Fətəli Axundzadə; tərtib edəni, ön sözün müəllifi və red: N.Məmmədov.- Bakı: Çaşıoğlu, 2004.- 

280 s.

Mirzə Fətəli Axundzadə - 200: tövsiyə ədəbiyyat göstəricisi: [biblioqrafiya]/ ixt. red., burax. məs. K. Tahirov; red. G. Səfərəliyeva; 

Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, Azərb. Milli Kitabxanası.- Bakı: Zərdabi LTD, 2012.- 359 s.

Mirzə Fətəli Axundzadə arxivinin izahlı təsviri /A.İbrahimov, M.Q.Məmmədova (ön söz müəl.); red. P. Kərimov; AMEA, M. Füzuli adına 

Əlyazmalar İn-tu.- Bakı: Elm və təhsil, 2012.- 579 s.

Mirzə Fətəli Axundzadə və Azərbaycan mədəniyyəti: tarix və müasirlik /AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İn-tu; red. hey. A. Hacıye-

va, K. Bünyadzadə, A. Məmmədova [və b.]. Bakı: Təknur, 2013.- 107 s

Mirza Fatali Akhundzadeh, writer/ playwright, 1812-1878/ Ministry of Culture and Tourism Republic of Azerbaijan; consulting V. Bah-

manli; publishing M. Khan; trans. K. Nasibova; editor N. Jabbarli, J. Huseynov; design T. Farzi; art V. Saftarov .-Baku: Khan, 2015.- 

36 p.

tamaşa-2011), İksir (“Hekayəti Molla İbrahim-

Xəlil Kimyagər” əsəri əsasında, 2014) filmlər 

və tamaşalar hazırlanmışdır. 

2012-ci ildə C.Cabbarlı adı-

na “Azərbaycanfilm” kinostudiyasında 

M.F.Axundzadə haqqında bioqrafik bədii 

film çəkilmişdir. “Sübhün səfiri” adlanan film 

mütəfəkkirin 200 illik yubileyi münasibətilə 

ekranlara çıxmışdır. 

Yazıçı-dramaturq, materialist filosof, ic-

timai xadim, Azərbaycan dramaturgiyası-

nın banisi M.F.Axundzadənin xatirəsinin 

əbədiləşdirilməsi məqsədilə 1930-cu ildə 

bağ salınmış (indiki Səbail rayonunda - 

heykəltəraş P.Sabsay) və heykəli qoyulmuş-

dur. 1939-cu ildə Azərbaycan Dövlət Kitabxa-

nasına (indiki Azərbaycan Milli Kitabxanası) 

M.F.Axundzadənin adı verilmiş, 1962-ci ildə 

orada heykəltəraş İ.Zeynalovun hazırladığı büstü 

qoyulmuşdur. 1940-cı ildə isə Şəkidə görkəmli   

mütəfəkkirin ev-muzeyi yaradılmışdır. 1965-

ci ildə M.F.Axundzadə  adına 3 Respublika 

Dövlət mükafatının təsis edilməsi haqqında 

qərar qəbul edilmişdir. 1983-cü ildə Tiflisdə 

M.F.Axundzadənin ev-muzeyi və Azərbaycan 

Mədəniyyət Mərkəzi açılmışdır. 2007-ci ildə 

isə  hər iki ad (Tiflisdə M.F.Axundzadənin 

ev-muzeyi və Azərbaycan Mədəniyyət 

Mərkəzi) ləğv olunaraq, M.F.Axundzadə adına 

Azərbaycan Mədəniyyəti Muzeyi olmuşdur. 

2010-cu ildə aprel ayının 13-də  Azərbaycan 

Respublikasnın Prezidenti M.F.Axundzadənin  

200 illik yubileyinin keçirilməsi haqqında 

Sərəncam vermişdir.

2011-ci ildə Azərbaycanın Gürcüstanda-

kı  səfirliyinin və Tbilisi şəhər bələdiyyəsinin 

təşəbbüsü ilə paytaxtda onun adını daşıyan 73 

saylı Azərbaycan orta məktəbinin binası qar-

şısında böyük mütəfəkkir M.F.Axundzadənin 

büstü qoyulmuşdur.



186

Rojdestvenski Robert İvanoviç

1932-1994

İYUN

Robert  İvanoviç

 

Rojdestvenski 



1932-ci il iyun ayının 20-də Qərbi Sibi-

rin Kosixa kəndində anadan olmuşdur. 

1934-cü ildən Robert valideynləri və 

nənəsi ilə Omsk şəhərinə köçmüşdür. 

Böyük Vətən müharibəsi başlayan za-

man anası  cəbhəyə yola düşmüşdür. 

1943-cü ildə  hərbi-musiqi məktəbində 

təhsil almış, nənəsinin vəfatından sonra 

anası tərəfindən uşaq evinə verilmişdir. 

1945-ci ildə    şairin anası öz 

həmyerlisi  İvan Rojdestvenski ilə ailə 

həyatı qurur. Müharibə qurtardıqdan 

sonra onlar Leninqrada (indiki Sankt 

Peterburq), 1948-ci ildə isə Petroza-

vodsk şəhərinə köçürlər. Robert  atalı-

ğının familiyasını daşımışdır.

1950-ci ildə Petrozavodsk şəhərində 

gənc şairin ilk şeirləri çap olunmuşdur.  

1950-ci ildə Petrozavodsk Universiteti-

nin tarix-filologiya bölməsinə daxil ol-

muş, bir il oxuduqdan sonra Ədəbiyyat 

İnstitutuna dəyişilərək 1956-cı ildə 

oranı bitirmiş və Moskva şəhərinə köç-

müşdür.  

İnstitutda təhsil aldığı illərdə 1955-

ci ildə Kareliyada “Baharın bayraqları”  

və 1956-ci ildə “Sınaq” adlı kitabları, 

bir ildən sonra “Mənim məhəbbətim” 

adlı poeması çap olunur. 1955-ci ildə 

Altayda təcrübədə olarkən konserva-

toriya tələbəsi A.Flyarkovski ilə tanış 

olmuş  və “Sənin pəncərən” adlı ilk 

mahnısı yaranmışdır. Bundan sonra 

 

o, məşhur bəstəkarlarla  əməkdaşlıq 



etmiş (Mikayıl Tarıverdiyev, David 

Tuxmanov, Maksim Dunayevski, Vla-

dimir Şainski və s.) və onun sözlərinə 

bəstələnmiş, dillər  əzbəri olan onlar-

la mahnı meydana gəlmişdir. (“Sülh”, 

“Mənim istədiyim kimi ol”, “Təqib”).

1977-ci ildə R.Rojdestvenski Dövlət 

mükafatına layiq görülmüşdür.  

1986-cı ildən Osip Mandelştampın 

ədəbi irsi üzrə komissiyanın, Mariya 

Svetayevanın  ədəbi irsi üzrə komissi-

yanın sədri təyin edilmiş  və Moskva 

şəhərində Svetayevanın ev-muzeyinin 

açılmasına nail olmuşdur. 

Şairin yaradıcılığında  əsas yeri 

məhəbbət mövzusunda yazılmış şeirlər 

təşkil etsə  də, aktual poetik mövzula-

ra da (sülh uğrunda mübarizə, sosial 

ədalətsiziyin və milli düşmənçiliyin 

aradan qaldırılması) müraciət etmişdir.  

Onun şeirləri çox sadə və anlaşıqlı bir 

dildə yazılmışdır. 

Şair bir çox xarici və sovet şairlərinin  

şeirlərini də tərcümə etmişdir.

Robert Rojdestvenski 1994-

cü il avqust ayının 19-da Moskva 

şəhərində  vəfat etmiş, Peredelkino 

qəbiristanlığında dəfn edilmişdir.

            

20

Ə d ə b i y y a t

Sizin üçün yaşayıram: 

şeirlər və poemalar 

/R.Rojdestvenski; tərc. 

ed. C. Novruz ; [red. 

M. Seyidzadə].- Bakı: 

Gənclik, 1975.- 94, [2]

s.: portr.

Şeirlər poemalar 

/R.Rojdestvenski; 

tərc. ed. X.Rza.- Bakı: 

Gənclik, 1984.- 135, [5] 

s.: şək. 

Песни борьбы 

и свободы                                      

/сост. Я.Богданова; 

вступит.ст. 

Р.Рождественского.- 

Москва: Книга, 1989.- 

158 с. 

85  

illiyi

Rus şairi

Dünya ədəbiyyatı



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə