Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə97/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   93   94   95   96   97   98   99   100   ...   200

201

Siyasət.Hərbi iş

100

illiyi

Hüseyn Rəsulbəyov 

1917-1984 

İYUN

Hüseyn 


Cümşüd oğlu 

Rəsulbəyov 

1917-ci il iyunun 26-da Dərbənddə, 

poçt qulluqçusunun ailəsində anadan 

olmuşdur. 

Rəsulbəyov 1938-ci ildən 1941-ci 

ilə  qədər Moskvada Dzerjinski adına 

Topçu Akademiyasının tələbəsi ol-

muş, akademiyanı bitirdikdən sonra 

Odessaya Dəniz Qrupu Qüvvələrinə 

ezam olunmuşdur.

O, müharibəni Hava Hücumundan 

Müdafiə 15-ci briqadasının cihazlar 

üzrə mühəndis vəzifəsində qarşılamış-

dır. 1941-1945-ci illər müharibəsində 

HHM qoşunları  tərkibində briqada, 

diviziya birləşmələri qərargahında 

müxtəlif mühəndis vəzifələrində ça-

lışmış, Odessa, Kerç, Sevastopol və 

Şimali Qafqazın (Krasnodar, Novo-

rossiysk, Tuapse) müdafiəsində iştirak 

etmişdir.

1943-cü ildən 1945-ci ilə qədər Za-

qafqaziya cəbhəsi HHM briqadasında 

rəis işləmidir.

1962-ci ildən 1967-ci ilə qədər so-

vet hökumətinin tapşırığı ilə general 

Rəsulbəyov Bakı Hava Hücumun-

dan Müdafiə dairəsinin başçılıq etdi-

yi zenit-raket qoşunları mütəxəssislər 

qrupu ilə Misir Ərəb Respublikasında 

xidməti ezamiyyətdə olmuş və ölkənin 

Hava Hücumundan Müdafiə sisteminin 

yaradılmasına köməklik göstərmişdir.  

H.Rəsulbəyov uzun illər Bakı 

Hava Hücumundan müdafiə dairəsi 

qoşunlarında məsul hərbi vəzifələrdə 

xidmətdə olmuş, 1966-1974-cü illərdə 

komandan olmuşdur.

Ehtiyata çıxandan sonra (1975) 

Azərbaycan Respublikasının Rabitə 

naziri vəzifəsində  işləmişdir. Onun 

Azərbaycanın rabitə xidmətinin inki-

şafında misilsiz xidmətləri olmuşdur.

H.Rəsulbəyov respublikamızın 

çoxminli rabitəçilər ordusuna uzun 

müddət rəhbərlik etmiş nazir kimi, ba-

carıqlı rabitə təşkilatçısı, böyük insan 

kimi tanınmışdır.

Heydər  Əliyev cənablarının  şəxsi 

təşəbbüsü ilə rabitənin inkişafı ilə 

bağlı  Mərkəzi Komitənin məlum 

qərarları  qəbul edildi. Bu qərarların 

hazırlanıb qəbul edilməsində, 

həyata keçirilməsində bir nazir kimi 

Rəsulbəyovun böyük əməyi olmuşdur. 

İndi paytaxtımızın ən hündür yerində 

gözəl Teleqüllə ucalır. Bu möhtəşəm 

tikinti xalqımızın iki böyük övladının 

- ümummilli lider Heydər  Əliyevin 

və Hüseyn Rəsulbəyovun adıyla bağ-

lıdır. O, gecə-gündüz çalışırdı ki, 

Teleqüllə tez istifadəyə verilsin. Bu, 

onun ən böyük arzusu idi. Bu arzunu 

gerçəkləşdirmək üçün açılmaz qapılar 

açırdı, həll edilməsi mümkün olmayan 

məsələlərə əncam tapırdı. 

Ulu öndər Heydər 

Əliyev 

cənablarının tapşırığı, göstərdiyi böyük 



diqqət və qayğı sayəsində Teleqüllə 

kimi möhtəşəm bir tikinti istifadəyə 

verildi. Unudulmaz  generalın arzusu 

çin oldu. 

Hüseyn Rəsulbəyov 1984-cü ildə 

vəfat etmişdir.



Ə d ə b i y y a t

Rəsulbəyov məktəbi: Ge-

neral Hüseyn Rəsulbəyov 

haqqında xatirələr /red. 

Əfrasiyab Məmmədov.- 

Bakı: İsmayıl, 1997.-    

40 s.

Hüseynov, Ö. Yaddaşlar-

da qaldı... /Ö.Hüseynov  

//Xalq qəzeti.- 1997.- 21 

fevral.- S.5. 

26

Hərbi xadim


202

Mədəniyyət.Maarif.Təhsil

215

illiyi

Mirzə Kazım bəy

1802-1870 

İYUN

Mirzə  Məhəmməd  Əli Hacı Qasım 

oğlu (Mirzə Kazım bəy) 1802-ci il iyun 

ayının 22-də İranın Rəşt şəhərində ana-

dan olmuşdur. Atası  Məhəmməd Qa-

sım Kazım bəy, Dərbəndin (o vaxt-

lar Azərbaycanın Quba xanlığının 

tərkibində olmuş, sonralar Rusiya 

imperiyasına birləşdirilmişdir) tanın-

mış ruhani şəxslərindən olmuşdur. 

Bir qədər sonra atası  Dərbəndə qazi 

təyin olunmuş  və ailəsi ilə bu şəhərə 

köçmüşdür. Kazım bəy  İslam dininin 

əsasları, Azərbaycan və fars dillərini 

kamil  şəkildə öyrənməklə yanaşı rus, 

türk və  ərəb dillərinə  də mükəmməl 

şəkildə yiyələnmişdi. Cəmi 17 yaşında 

isə  “Ərəb dilinin qrammatikası” adlı 

kitabını yazmışdır. Lakin 1820-ci ildə 

Məhəmməd Qasım Kazım bəy  İran 

əleyhinə cəsusluq fəaliyyətində günah-

landırılmış, bütün dini rütbələrindən 

məhrum edilərək xanımı ilə birgə 

Həştərxana sürgün edilmişdir. Kazan-

da olarkən Kazım bəy Karl Fuks adlı 

tarixçidən Kazan universitetində  ərəb 

və fars dillərindən dərs demək təklifini 

almış, 1828-ci ildə Britaniya Kral 

Şərqşünaslar Cəmiyyətinə üzv və Ka-

zan Universitetində yenicə yaranmış 

türk dilləri fakültəsinə  rəhbər təyin 

olunmuşdur. 

1835-ci ildə Rusiya Elmlər Aka-

demiyasına müxbir üzv seçilmişdir. 

1839-cu ildə Demidov Mükafatına 

layiq görüləcək “Türk-tatar dillərinin 

qrammatikası” adlı fundamental elmi 

monoqrafiyasını yazmışdır. 

1849-cu ildə Kazımbəy Sankt Pe-

terburq Universitetinə yenicə açılmış 

Şərq dilləri fakültəsinə dekan təyin 

olunmuş, 1863-cü ildə burada Şərq ta-

rixi kafedrasını təsis etmişdir. O, Şərq 

mədəniyyətinin öyrənilməsinə maraq 

göstərən tələbələrin təcrübi ekskursi-

yalara göndərilməsinin təşkilinə nail 

olmuşdur. 1854-cu ildə türk dilinə dair 

yeni - “Türk dillərinin öyrənilməsində 

kurs dərsliyi” və 6700 sözdən (o dövrün 

ən irilərindən biri) ibarət rus-türk lüğəti 

(sözlüyü) nəşr etdirmişdir. Həmin il 

“Şərq dillərindən törəmiş rus söz və söz 

birləşmələrinin izahına dair” əsərini də 

yazmağa müvəffəq olmuşdur.

Kazım bəy müsəlman hüqu-

qunun Rusiyada ilk tədqiqatçısı, 

Azərbaycan dilinin ilk elmi qramma-

tikasının yaradıcısı,  İranda Babilər 

hərakatının, Dağıstanda  Şeyx  Şamil 

hərakatının ilk tədqiqatçılarından biri, 

Sədinin “Gülüstan” əsərinin rus dilinə 

(1829) ilk tərcüməçisidir. 1851-ci 

ildə “Dərbəndnamə”ni ingilis dilinə 

tərcüməsi və şərhlərlə birlikdə nəşr et-

dirmişdir. 

 Mirzə  Məhəmməd  Əli Kazım bəy 

1870-ci il noyabr ayının 27-də Sankt 

Peterburq şəhərində vəfat etmişdir. 

 

Ə d ə b i y y a t

Müridzm və Şamil /Mirzə 

Kazım bəy //Ədəbiyyat 

qəzeti.-2015.- 25 iyul.- S.8.

Əhmədov, H. Mirzə Kazım 

bəylə yeni görüş /Əhmədov 

H. Seçilmiş pedaqoji 

əsərləri: [25 cilddə].- Bakı, 

2014.- C. 22.- S.30-45.

Hüseynov, H. Professor 

Mirzə Kazım bəy //Hü-

seynov H. Azərbaycanda 

XIX əsr ictimai və fəlsəfi 

fikir tarixindən /elmi red. 

Y.Rüstəmov; rus dilindən 

tərc. ed.: A.Hacıyeva [və 

b.].- Bakı, 2007.- S.124-171

.

Hüseynov, H. Profe

s-

sor Mirzə Kazım bəy                  

//

Hüseynov H. 

XIX əsr 

Azərbaycan ictimai və fəlsəfi 

fikir tarixindən.-  Bakı, 

2006.- Kitab II.-S.156-209.

Mirzə Kazım bəyin 

seçilmiş əsərləri 

“Hədəf” nəşrlərində                                           

//Mədəniyyət.- 2016.- 12 

fevral.- S.13.

Sarıyeva, İ. Azərbaycan 

mühacir ədəbiyyatında 

Mirzə Kazım bəylə bağlı 

məqamlar... / İ.Sarıyeva 

// Bakı xəbər.-2013.- 9 

dekabr.- S.14.

22

Şərqşünas, maarifçi



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə