Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə96/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   92   93   94   95   96   97   98   99   ...   200

199

Milli Qəhrəmanlar

55 

illiyi

Malik Əsədov

1962-1992

İYUN

Malik Hamil oğlu  Əsədov 1962-ci 

il iyun ayının 27-də Yevlax rayonunun 

Havarlı  kəndində anadan olmuşdur. 

1979-cu ildə orta məktəbi bitirdikdən 

sonra ordu sıralarına çağırılmışdır. Qa-

zaxıstanda hərbi xidmətini başa vur-

duqdan sonra Mingəçevir şəhər 45 saylı 

Müstəqil Hərbiləşdirilmiş Yanğından 

Mühafizə Hissəsində əmək fəaliyyətinə 

başlamışdır. 

Malik Əsədov Xocalıda, Əsgəranda, 

Ağdamda, Şuşada gedən ağır döyüşlərdə 

iştirak etmişdir. Çox keçmir ki, onu 

bölmə müdiri təyin edirlər. Göstərdiyi 

şücaətlərə görə bir neçə dəfə Daxili İşlər 

Nazirliyi (DİN) tərəfindən Fəxri Fərman 

və mükafatlara layiq görülmüşdür. 

1992-ci il yanvar ayının 12-də  Şu-

şaya yollanan silahlı döyüşçülərin sıra-

sında Malik də vardı. O, 1992-ci il yan-

varın 18-də Şuşa rayonu Nəbilər kəndi 

yaxınlığında rəhbərlik etdiyi 6 nəfərlik 

bölüklə düşmənin on qat artıq qüvvəsinə 

qarşı döyüşə girib, sonda tək qalır, lakin 

axıra qədər vuruşur. Düşmənin kəndə 

girməsinə imkan verməyən döyüşçü 

qəhrəmancasına həlak olur. 

Azərbaycan Respublikası Preziden-

tinin 8 oktyabr 1992-ci tarixli 264 saylı 

Fərmanı ilə  Əsədov Malik Hamil oğ-

luna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir. 

Yevlax rayonunun Havarlı kəndində 

dəfn edilib.

Təhsil aldığı Havarlı  kənd orta 

məktəbi onun adını daşıyır. Həmin 

məktəbdə və Mingəçevir şəhərində büs-

tü qoyulub.

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : 

[Əsədov Malik Hamil oğlu – daxili xidmət serjantı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 

əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə] : Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 

oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S. 1.- (ölümündən sonra). 

Əsədov Malik Hamil oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- Bakı, 

2008.- S.68-69.

Əsgərov, V. Əsədov Malik Hamil oğlu //Əsgərov V. Azərba

ycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.97.

Seyidzadə, M. Əsədov Malik Hamil oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.68.

İ n t e r n e t d ə 

www.az.wikipedia.org

https://az.wikipedia.org/wiki/Malik_Əsədov

27

Milli Qəhrəman



200

Milli Qəhrəmanlar

65

illiyi

Ənvər Fərəcov

1952-1991

İYUN

Ənvər Səyyad oğlu Fərəcov 1952-

ci il iyun ayının 28-də Goranboy ra-

yonunun Sarov kəndində anadan ol-

muşdur. 1968-ci ildə Sarov kənd orta 

məktəbini bitirdikdən sonra Azərbaycan 

Kənd Təsərrüfatı  İnstitutuna (indiki 

ADAU) daxil olmuşdur. 1974-cü ildə 

AKTU-nun (indiki ADAU) mexaniza-

siya fakültəsini bitirib Goranboy rayo-

nunun “Azərbaycan” kolxozunda baş 

mühəndis vəzifəsində əmək fəaliyyətinə 

başlamışdır.

1981-ci ildən isə  həyatını daxi-

li işlər orqanlarına bağlamışdır. O, 

Türkmənistanın Bezmin şəhərində 

xüsusi komendaturanın müəssisədən 

kənar mühafizə şöbəsində növbətçi kimi 

əmək fəaliyyətinə başlayır. Sonra sahə 

müvəkkili vəzifəsində çalışır. 1990-cı 

ildə Özbəkistan Milis Akademiyasını 

bitirərək Azərbaycan Daxili İşlər Na-

zirliyinin (DİN) sərəncamına göndərilir. 

Gəncə  şəhər DİŞ-ndə  rəis köməkçisi 

işləyir. 1991-ci ildə doğma rayonuna qa-

yıdır və Todan Polis Şöbəsində pasport-

masa rəisi vəzifəsində çalışır. 

Az keçmir ki, onu Todan Polis 

bölməsinin rəisi təyin edirlər. Elə bu 

andan onun həyatının  ən narahat və 

həyəcanlı günləri başlayır. Onun bir 

ayağı cəbhədə idi. Bir döyüşdən çıxıb o 

birinə gedirdi. 

1991-ci il avqust ayının 18-də Ənvər 

Fərəcov yoldaşlarını mühasirədən çı-

xartmaq üçün qeyri-bərabər döyüşə girir. 

Ermənilərin mühasirəsini yararaq polis 

əməkdaşlarını itkisiz azad etmişdir. Bu 

uğurlu əməliyyata görə bölmə rəisi DİN 

tərəfindən mükafatlandırılmışdır. 

1991-ci il sentyabr ayının 11-də 

ermənilər böyük qüvvə ilə Goran-

boy rayonunun Erkəç, Mənəşli, Buz-

luq kəndlərinə hücuma keçmişdi. Bu, 

Ənvər Fərəcovun son döyüşü idi. O, bu 

döyüşdə qəhrəmancasına həlak oldu. 

Azərbaycan Respublikası Prezidenti-

nin 8 oktyabr 1992-ci il tarixli 214 saylı 

Fərmanı ilə Fərəcov Ənvər Səyyad oğlu 

ölümündən sonra “Azərbaycanın Milli 

Qəhrəmanı “ fəxri adına layiq görül-

müşdür. 


Goranboy rayonunda dəfn edilmiş-

dir.


Rayonunda büstü qoyulmuşdur. 

Ə d ə b i y y a t

Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında : 

[Fərəcov Ənvər Səyyad oğlu-Goranboy polis şöbəsinin Todan PB-nin rəisi-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü-

nün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı, 8 oktyabr 1992-ci il// Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (ölümündən sonra). 

Əsgərov, V. Fərəcov Ənvər Səyyad oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2005.- S.101.

Fərəcov Ənvər Səyyad oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- 

Bakı, 2008.- S.74-75.

Mirməmməd, G. Vətənin dadına yetən igid oğullar: Milli Qəhrəman Ənvər Fərəcov haqqında sənədli filmin təqdimatı /G.Mirməmməd    

//Mədəniyyət.- 2016.- 20 yanvar.- S.3. Seyidzadə, M. Fərəcov Ənvər Səyyad oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- 

S.77. 

28

Milli Qəhrəman


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə