Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə104/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   100   101   102   103   104   105   106   107   ...   200

216

Milli ədəbiyyat

80 

illiyi

Kəmalə Ağayeva

1937

İYUL

Kəmalə Ağa qızı Ağayeva 1937-ci il 

iyul ayının 10-da Naxçıvan  şəhərində 

anadan olmuşdur. 2 saylı  şəhər orta 

məktəbi bitirdikdən sonra, 1953-

1957-ci illərdə Azərbaycan Pedaqoji 

Xarici Dillər  İnstitutunun fransız dili 

fakültəsində təhsil almışdır. 

Kəmalə xanım 1957-1961-ci illər 

ərzində Naxçıvanın  Şıxmahmud kənd 

orta məktəbində, Naxçıvan şəhəri 1 say-

lı orta məktəbdə fransız dili müəllimi 

işləmiş, sonralar  C.Məmmədquluzadə 

adına Naxçıvan Dövlət Musiqili Dram 

Teatrında  ədəbi hissə müdiri, 2002-ci 

ildən “Ümid çırağı” jurnalının baş re-

daktoru olmuşdur. 

Kəmalə  Ağayeva hələ Azərbaycan 

Pedaqoji Xarici Dillər İnstitutunda oxu-

yanda şeir yazmağa başlamış və institut-

da fəaliyyət göstərən ədəbi dərnəyin fəal 

üzvü olmuşdur. “Hilal olaydım” adlı ilk 

mətbu şeiri 1957- ci ildə “Azərbaycan” 

jurnalında dərc edilmişdir.  İlk kita-

bı 1961-ci ildə  işıq üzü görən “Bahar 

sözü”dür. Sonralar müxtəlif illərdə 

“Gül yarpağı”, “Sən olmasaydın”, “Ar-

paçayın nəğməsi”, “Daş piyalə”, “Tan-

rıya heyranam mən”, “Qönçələr” kimi 

kitabları nəşr olunmuşdur. 

Kəmalə xanım həm də 15 mənzum 

pyesin müəllifidir. Onun dramaturgi-

yada ilk addımı görkəmli Azərbaycan 

şairəsi Məhsəti xanım Gəncəvi haq-

qında yazdığı, 1962-ci ildə tamaşaya 

qoyulan “Məhsəti” dramıdır. “İsmət”, 

“Apardı sellər Saranı”, “O, bizim 

dağların oğludur”, “Mənim tanrım”, 

“Göyçək Fatma”, “Məlikməmməd” və 

s. səhnə əsərləri  də müxtəlif teatrlarda 

müvəffəqiyyətlə tamaşaya qoyulmuş-

dur. 


Şairə 15 şeir kitabının, 200-ə qədər 

oçerk və bədii yazıların müəllifidir. Bir 

çox görkəmli fransız şairlərinin şeirlərini 

dilimizə çevirən mahir tərcüməçidir. O, 

1958-ci ildən Azərbaycan Yazıçılar Bir-

liyinin üzvüdür.

Kəmalə xanım Amerikaya səfərində 

sülh və dostluq mövzusunda oxudugu 

şeirlərinə görə sovet səfarətxanasında 

fəxri təşəkkürnamə   almışdır. 

Azərbaycan Ali soveti Rəyasət 

Heyətinin Fəxri fərmanı (1965), Naxçı-

van Ali Soveti Rəyasət Heyətinin Fəxri 

fərmanı (1964) və iki medalla təltif 

edilmişdir. 

1971-ci ildən Teatr Xadimləri İttifa-

qının üzvüdür.

1984-cü ildə K.Ağayeva Azərbay-

canın “Əməkdar mədəniyyət işçisi” 

fəxri adına layiq görülmüşdür. Prezi-

dent təqaüdçüsüdır. 

Fransada Azərbaycan günlərində 

(1984), Türkiyədə Yunis İmrə 

günlərində (1989-1990) iştirak etmiş-

dir. Ümummilli lider Heydər  Əliyevin 

Fərmanı ilə 2002-ci il 24 dekabrda 

Azərbaycan mədəniyyətinin inkişa-

fındakı xidmətlərinə görə  Ağayeva 

Kəmalə Ağa qızı  “Əməkdar incəsənət 

xadimi” fəxri adı ilə təltif edilmişdir.



Ə d ə b i y y a t

Qönçələr /K.Ağayeva; 

red. N.Məmmədli.- Bakı: 

Nurlan, 2005.- 170 s.

Məhsəti: pyeslər /Kəmalə 

Ağayeva.- İstanbul, 

2001.- 418 s. 

Vətənə sevdalıyam             

/Kəmalə Ağayeva.- Bakı: 

Nurlan, 2004.- 130 s. 

Qələbə tonqalı: şeir          

/Kəmalə Ağayeva //Azad 

Azərbaycan.- 2010.- 4 

aprel.- S.7. 

Şirəliyeva, G. Şair-

dramaturq Kəmalə Ağaye-

vanın yaradıcılıq yolu: 

filologiya üzrə elmlər 

doktoru elmi dərəcəsi al-

maq üçün təqdim olunmuş 

dissertasiya /G.Şirəliyeva; 

Azərb. Resp. Təhsil Na-

zirliyi, Naxçıvan Dövlət 

Un-ti.- Naxçıvan, 2012.- 

143 s.

İ n t e r n e t d ə

http://www.aqra.az/index.

php/az/elm/dbiyyat/634-

kaemalae-kaemalae-

azhha-zh-z-azhhayeva-

1937 

10

Şairə


217

Dünya ədəbiyyatı

215 

illiyi

Aleksandr Düma (Ata) 

1802-1870 

İYUL

Ə d ə b i y y a t

Qafqaz /A.Düma; ədəbi 

red. Q.Paşayev; ön söz. 

B.Nəbiyev; tərc. ed. 

Ş.Zamanlı; Qafqazın Stra-

teji Tədqiqatlar İnstitutu.- 

Bakı: Qafqaz, 2010.- 495, 

[1] s., [28] v. 

Qafqaz səfəri /A.Düma; 

frans. tərc. ed. Q.Paşayev, 

H.Abbasov.- [Bakı]: 

[Qanun], [Əli və Nino], 

[2014].- 192 s.

Qraf Monte-Kristo: roman 

/Aleksandr Düma.- Bakı: 

Altun Kitab, 2008.- 127 s. 

Üç muşketyor /A.Düma ; 

tərc. ed. M.Rzaquluzadə, 

B.Musayev.- [Bakı]: 

[Qanun], [Əli və Nino], 

2011.- 684 s.

Три мушкетера: 

роман /А.Дюма.- СПб.: 

Издательский Дом 

“Нева”, 2006.- 830 с.

İ n t e r n e t d ə 

http://anl.az/down/me-

qale/azerbaycan/2010/

avqust/130642.htm

https://az.wikipedia.

org/wiki/

Aleksandr_D%C3%BCma

24

Fransız yazıçısı

Aleksandr Düma (Ata) 1802-ci il 

iyul ayının 24-də Paris şəhərinin ya-

xınlığındakı Villa-Kortre şəhərciyində 

anadan olmuşdur

Yazıcı  əmək fəaliyyətinə notari-

at kontorda xidmətlə başlamış, lakin 

bu iş onu qane etmədiyindən mey-

lini teatra salmışdır. Teatra maraq 

onun  ədəbi fəaliyyətinin başlanğıcını 

müəyyənləşdirmiş  və o, yaradıcılığa 

1825-ci ildə dramaturq kimi başlamış-

dır. “III Henrix və onun sarayı” (1829), 

“Antoni” (1831), “Nel qülləsi” (1832), 

“Kin” (1836) pyesləri romantik teatr 

tarixində mühüm yer tutur.

 Dümanı məşhurlaşdıran “Üç muş-

ketyor” (1844), “İyirmi ildən sonra” 

(1845), “Vikont de Brajelon” (1848- 

1850), “Kraliça Marqo” (1845), “Xa-

nım Monsoro” (1846), “Qırx beş” 

(1847-1848), “Qraf Monte-Kristo” 

(1845-1846) tarixi macəra romanları 

olmuşdur.  Yazıçının romanları ma-

raqlı  və dinamik süjet xəttinə malik-

dir. Romanlarda olan qəhrəmanlar 

nikbin, cəsur və hər cür maneələri dəf 

etməyə qadirdirlər. Bunlar Aleksandr 

Dümanın yaradıcılığına dünya şöhrəti 

qazandırmışdır. 

Aleksandr Düma 1858-ci ildə Rusi-

yada, Qafqazda, o cümlədən Tbilisidə 

və Bakıda olmuş, bu münasibətlə 

“Parisdən Həştərxana” və “Qafqaz” 

kitablarını  nəşr etdirmişdir. Ehtimala 

görə, Tbilisidə Mirzə Fətəli Axundov-

la görüşmüşdür. O, həm də Şamaxının 

ən məşhur, varlı adamlarından olan 

Mahmud ağanın qonağı olmuşdur. 

Yazışı Bakıda Xurşidbanu Natəvanla 

görüşmüş  və  şairə öz əli ilə tikdiyı , 

milli naxışlarla bəzədilmiş tütün tor-

basını Dümaya hədiyyə vermişdir. 

Fransız  ədibinin bu səyahətdən al-

dığı  təəssüratın məhsulu olan “Qaf-

qaz” kitabında Bakının tarixi və 

mədəni abidələrindən, Bakı neftindən, 

azərbaycanlıların adət-ənənələrindən, 

qonaqpərvərliyindən geniş  bəhs olu-

nur. 


Ədibin “Üç muşketyor” (2004), 

“Qraf Monte-Kristo” (2009) roman-

ları Azərbaycan dilinə  tərcümə edil-

miş, “Qanlı qala” pyesi Azərbaycan 

səhnəsində tamaşaya (1924) qoyul-

muşdur.


Yazıçı  həyatda çox bədxərc in-

san olmuş, nəticədə müflisləşmişdir. 

Ağır vəziyyəti və dalınca düşən 

kreditorlar onu Belçikaya qaçmaq 

məcburiyyətində qoymuşdur. Bu 

vəziyyətdə ikən övladları – qızı  və 

məşhur dramaturq olan oğlu Alek-

sandr Düma ona dayaq olmuşlar. 

Aleksandr Düma 1870-ci il de-

kabr ayının 5-də vəfat etmiş, Villers-

Koteretsdə dəfn edilmişdir.



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə