TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   7   8   9   10   11   12   13   14   ...   91

yirəm”. Təsadüfən o gün hava tüstü və tozdan elə tutuldu ki, adamlar bir-birini 
görə bilmirdilər. 
Mustafa xan öz qoşunu ilə qabağa yeridi. Qızılbaşlar yolu tanımadıqlarından 
nəhəng dağın üstündən aşdılar. Hava buluddan və tozdan təmizlənən kimi valinin 
əsgərləri gördülər ki, qızılbaşlar şəhərin yuxarı hissəsindən keçib onların arxasını 
kəsmişdir. Axırda çarəsiz qalıb geri qayıtdı  və artıq  İrakli xan öz imarətinə 
gəlməyə imkan tapmadı. Bir atlı  və bir qatırçı ilə  Hələvar körpüsündən keçib 
dağlara qaçdı. Qızılbaş qoşunları Tiflis şəhərinə daxil olaraq şəhəri dağıtmağa və 
qarət etməyə başladılar. Tiflis şəhərini matəmxanaya döndərdilər. 
Ağa Məhəmməd əhalinin bir hissəsini iti qılıncdan keçirtdi, bir hissəsini də 
əsir aldı. Hər pəriüzlü bir divsifətlinin  əlində  əsir, hər gözəl bir zalıma dəstgir 
oldu. Bir çox laləüzlü əziz adamın müsibətində ürəyi dağlı və çox gülyanaqlı bir 
qonçabudaqlının qəmində inlədi. Bir çox ceyrangözlülər öz sevgilisinin 
matəmində qan-yaş tökdü, çox mələksimalının qəlbi bir yasəmən yarpağının 
həsrətilə yandı. 
Ş e i r (sətri tərcümə): 
 
Çadralı qızlar işıqlı ulduza döndülər, 
Nə çadra onları qorudu, nə də çarqat onları gizlətdi. 
Günahsız uşaqlar göz yaşı axıtdılar. 
Oddan kül çırpdılar, şəkərdən şərabı ayırdılar. 
Bir çox incəgözlülər divlər və şeytanlarla qucaqlaşdılar. 
 
Zəmanənin məharətli oyunçusu o aləmdə elə qəribə bir oyun oynadı ki, hər 
şahmat oyununun piyadası kimi fılin  əlində  əsir olub yüz möhnətdən  əziyyət 
çəkdi. Hər divsifətli piyada isə kin yolu ilə  vəzirin sahibi olan şaha hücuma 
cəsarət göstərdi. 
Q i t ə (sətri tərcümə):  
 
Bu tərs hərəkət fələyin hiyləsi sayəsində,  
Piyadalar şahların üzünə ağ oldular.  
Altı tərəf (dünya) elə alt-üst oldu ki,  
Böyüklər aciz və mat qaldılar. 
 
  
 37


Bütün adamlar fıl və vəzirin sahibi oldular.  
Qiymətli və nəfis şeylər xəbis adamlar 
Tərəfindən qarət olundu.  
Ürəkaçan imarətləri şeytan tayfaları 
darmadağın etdilər. 
 
Beləliklə, cəllad Ağa Məhəmməd xan mənfur və qara niyyəti ilə yeddi 
gün orada qaldı. Dönə-dönə dağıdılmış  şəhəri dağıtdı, tar-mar etdi. Uca 
imarətlər sahibsiz qaldı, mal-dövlətdən əsər qalmadı. Bundan sonra geri 
qayıtmaq təbili vuruldu və  Ağa Məhəmməd xan qış  fəslini Muğanda 
keçirib baharda vətəni İrana getdi. 
Vali  İrakli xan Tiflis hadisəsindən sonra yerdə qalan qoşunlarını, 
Tuşetdə  və başqa yerlərdə yaşayan övladlarını  və dostlarını toplayıb 
onlarla bir yerdə ailəvi bir məclis təşkil etdi. 
Bu məclisdə o çıxış edərək dedi: “Mənim ömrümün kasası  həyat 
şərabı ilə dolmuş, yaşım da yetmişə çatmışdır, bundan sonra Ağa 
Məhəmməd  şahın məclisinin ayağında oturub nağıl danışan və ona 
kəlməbaşı “bəli-bəli” demək mənə yaraşmaz. 
Şadlıqla mən necə bir nəfəs alım,  
Bilirəm məndə bir dəfəlik nəfəsdən başqa  
heç zad qalmamışdır. 
 
Vəziyyət belə  tələb edir ki, övladlarımdan birisini sizinlə  Ağa 
Məhəmməd xanın yanına göndərim, işin xeyri və düzəlməsi üçün ona 
əmanət verim ki, daha farağat və sakit olsun”. 
Bu arada valiyə xəbər çatdı ki, Ağa Məhəmməd xan Tiflisi tərk edib 
getmişdir. Bu xəbər vali İrakli xanı sevindirdi. Ürəyini  şübhə ilə 
təşvişdən qurtardı. 
 
  
 38


GENERAL-ANŞEF QRAF VALERİAN ZUBOVUN 
QAFQAZA GƏLMƏSİ VƏ BU ÖLKƏLƏRİ 
ZOR İLƏ ZƏBT ETMƏSİ 
 
TİFLİS HADİSƏSİNDƏN SONRA 
AĞA MƏHƏMMƏD XANIN İRANA QAYITMASI 
 
Gürcüstan valisi İrakli xan bütün vəziyyəti və gedişatı itaət  əlaməti 
olan bir ərizə ilə  əlahəzrət imperator Yekaterinaya bildirib, əhvalat və 
hadisələri  ətraflı surətdə  məlum etdi. Yekaterina mərhəmət və lütfkarlıq 
üzündən Gürcüstan valisi İrakli xana kömək işini öz yaxın adamı  və 
dostu, Qızılayaq adı ilə məşhur olan general-anşef qraf Valerian Zubova 
həvalə edib, ona hər biri dəryada nəhəng kimi və dağlarda pələng kimi 
igid olan əsgərlərdən ibarət qırx min atlı götürüb, Ağa Məhəmməd xanın 
zəiflər üzərinə vəhşi basqınını dəf etmək əmrini verdi. 
1211 (1796)-ci ildə məşhur sərdar Dağıstan tərəfindən Dərbəndə daxil 
oldu və qapılar qapısı olan düzənliyi zəfər qoşunu üçün müharibə 
meydanına çevirdi. 
Zaqafqaziya vilayətlərini Qarabağ  sərhədinə kimi tutub, iti sürətlə 
gedən düşmənə qalib gəldi. 
O, həmin ilin qış  fəslini Kür ilə Araz çaylarının birləşdiyi yerdə, 
Salyanda keçirib, Araz çayı ilə Kür çayı arasında olan xanın oturaq yerini 
zəbt edərək, oranı özü üçün dayanacaq yeri təyin etdi və Ağa Məhəmməd 
xana müfəssəl bir məktub yazıb bildirdi ki, siz gedəndə Tiflisdən çoxlu 
əsir və qənimət aparmısız, bunlan geri almaq mənə tapşırılmışdır. Ya geri 
qaytarmalısınız, ya da müharibəyə hazırlaşmalısınız. 
Ağa Məhəmməd xanın müqavimət göstərməyə qüvvəsi yox idi, o, 
qarşı-qarşıya durub vuruşmaqdan qorxaraq vaxtı uzatmaq üçün özünü 
kənara çəkmişdi. 
İbrahim xan öz oğlu  Əbülfət xanı  əlahəzrət imperator Yekaterinaya 
yazdığı məktubla birlikdə qiymətli bəxşiş, hədiyyə və cins atlarla böyük 
sərdarın (Zubovun) yanına göndərdi.  Əzəmətli və qüvvətli Rusiya 
dövlətinə özünün sədaqətini və itaətkarlığını bildirdi. 
 
  
 39


Yüksək ailədən olan sərdar  Əbülfət xana layiqi hörmət, ehtiram və 
mehribançılıq göstərdi və  İbrahim xanın  ərizəsini Dərbənd və  Qızlar yolu ilə 
əlahəzrət imperator sarayına göndərdi. Sərdar öz adamlarından birinin vasitəsilə 
əlahəzrət imperatriçənin  İbrahim xana hörmət və  məhəbbətini bildirərək, ona 
çoxlu hədiyyə, eyni zamanda həmsöhbəti və məsləhətçisi Molla Pənaha da qaş-
daşla bəzənmiş bir əsa göndərdi. 
Elə ki başqa xanlar İbrahim xanın  əlahəzrət imperatriçəyə  ərizə ilə 
müraciətini və qüvvətli Rus dövlətinə edəcəyi itaət təklifıni eşitdilər, hərə bir 
ərizə ilə yüksək ailədən olan sərdara müraciət edib özlərinin Rus dövlətinə tabe 
və itaət edəcəklərini bildirdilər. Həmin xanlar bunlardır: talışlı Mir Mustafa xan, 
şirvanlı Mustafa xan, gəncəli Cavad xan, İrəvan, Naxçıvan və Qaradağ xanları. 
Belə bir vəziyyətdə ikən Rusiyanın günəş taclı  həzrəti imperatriçə Yekaterina 
Allahın qəzasilə vəfat etdi. Buna görə böyük sərdar qraf Zubov öhdəsində olan 
vəzifədən boyun qaçıraraq Rusiyaya getdi. 
 
İBRAHİM XANIN GÜRCÜSTAN VALİSİ İLƏ 
GƏNCƏ ÜZƏRİNƏ HÜCUMU VƏ MƏLİK 
MƏCNUNUN ÖLDÜRÜLMƏSİ 
 
İbrahim xan Zubovun Rusiyaya qayıtması  xəbərini eşidib vali İrakli xana 
məktub yazdı  və onu başa saldı ki, Tiflisin dağılmasına və onun əhalisinin 
qanının tökülməsinə gəncəli Cavad xan və Çiləbörd məliki səbəb olmuşlar. İrakli 
xan Gürcüstanın saysız-hesabsız  əsgərləri ilə o taydan Gəncənin üzərinə yürüş 
etdi.  İbrahim xan da Qarabağ qoşunu ilə bu taydan hərəkət edərək, hər iki 
tərəfdən Cavad xana cəza verməyə və onu dəf etməyə çalışdı. Vali İrakli xan və 
İbrahim xan Gəncəyə çataraq Gəncə qalasını  bərk mühasirəyə aldılar. Bir 
qədərdən sonra qala ərazisi ilə birlikdə  zəbt olundu. Məlik Məcnun öldürüldü, 
Cavad xan isə tabe oldu, oğlunu və bacısını İbrahim xana əmanət verdi. 
 
  
 40


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə