96
dürülməsi və istifadə edilməsi üzrə göstəricilər balansın aktivinin 1 və 2 saylı
he sabat formasının 2 və 3-cü bölməsinin məlumatlarına əsasən təhlil edilir.
Mənfəətin bölüşdürülməsi və istifadə edilməsində bazar iqtisadiyyatı prin-
siplərinə uyğun olaraq maddi maraq və sosial inkişaf məsələləri əsas gö tü rülür.
Hesabat üzrə mənfəətin bölüşdürülməsinin təhlili prosesində hər şeydən əv vəl
mənfəətin düzgün bölüşdürülüb və öz təyinatına görə istifadə edilməsi mü əy yən
edilməlidir.
Müəssisənin istehsal texniki maliyyə planında bütün mənbələrdən mənfəətin
ümumi məbləği müəyyən edilərək aşağıdakı ardıcıllıqla bölüşdürülməsi nəzərdə
tutulur:
1. Dövlət büdcəsinə qanunvericilikdə müəyyən edilmiş məbləğdə vergi ödə nilir.
2. Əmək ehtiyatlarına və təbii resurslara görə dövlət büdcəsinə haqq ödənilir.
3. Bankın qısamüddətli kreditlərindən istifadəyə görə faizlər ödənilir.
4. İstehlak, idxal və ixrac əməliyyatlarına görə vergi ödənilir.
5. Gəlirlərə görə vergi tutulur.
Müəssisənin sərəncamında qalan xalis mənfəət aşağıdakı istiqamətdə isti fa-
də olunur:
1. Ehtiyat fondunun formalaşmasına.
2. Malgöndərmə öhdəliklərinin yerinə yetirilməsinə görə maddi maraq fon du-
na əlavə ayırmaların edilməsinə.
3. Müəssisənin maliyyə ehtiyatının yaradılmasına və nəzərdə tutulmuş digər
məqsədlərə.
Bu qayda üzrə ödəmələrdən artıq qalan xalis mənfəət məbləği aşağıdakı fond-
lara yönəldilir:
1) İstehsalın, elm və texnikanın inkişafı fonduna;
2) Sosial inkişaf fonduna;
3) Maddi maraq fonduna;
4) Xeyriyyə və digər məqsədlərə.
Mənfəətin bölüşdürülməsi və istifadə edilməsinin təhlilinin növbəti mər hə lə-
sində tam məqsədli xarakterə malik olan və balans mənfəətinin bölüşdürülməsi
zamanı nəzərə alınmayan mənfəət haqqında hesabat məlumatları nəzərdən ke çi ri lir.
Belə mənfəətə, hər şeydən əvvəl, yeni növ məişət kimyası məhsullarının tul lan tı-
lardan istehsal olunan əmtəələrin satışından əldə olunan mənfəəti aid et mək olar.
Sənaye müəssisələrində tullantılarından istifadə etməklə, satış üçün istehsal
edilmiş məhsullar hesabına əldə edilən mənfəət məbləği, yeni növ mədəni-
məişət təyinatlı və təsərrüfat ehtiyacı üçün istehsal edilmiş məhsulların satı şın-
dan mənfəət müəssisə üzrə mənfəətin ümumi məbləğindən çıxılır və müəyyən
edil miş qaydada istifadə edilir. Hesablanmış vergi büdcəyə ödənildikdən sonra
yer də qalan xalis mənfəət müəssisənin tam sərəncamına keçir və sərbəst surətdə
bö lüşdürülür.
Qeyd etmək lazımdır ki, müxtəlif mülkiyyət münasibətlərinə mənsub olan
müəssisələrdə mənfəətin bölüşdürülməsi metodikası bir-birindən fərqlənir.
97
X MÖVZU
MÜƏSSİSƏNİN KAPİTALININ TƏHLİLİ
§30. Müəssisənin kapitalı və əmələgəlmə mənbələrinin təhlili
Balansın passivində göstərilən məlumatlar xüsusi və borc kapitalda nə kimi
dəyişikliklər olmasını, müəssisənin dövriyyəsinə nə qədər uzun və qısamüddətli
borc vəsaitlərinin daxil edilməsini müəyyən etməyə imkan verir ki, vəsaitlər ha-
ra dan alınıb, onlara görə müəssisə kimə borcludur.
Müəssisənin vəsait mənbələrinin təsnifatı
Müəssisənin maliyyə vəziyyəti və sabitliyi bir çox şeylərdən asılıdır, öz sə -
rəncamında hansı vəsaitlər verir və onlar hara qoyulub.
Məxsusluq dərəcəsinə görə istifadə olunan kapital xüsusi kapitala (passivin
I böl məsi) və borc kapitalına (passivin II bölməsi) bölünür. İstifadə müddətinə
gö rə kapital daimi (arasıkəsilməz) kapitala (passivin I və II bölmələri) və qı-
samüddətli kapitala (passivin II bölməsi) bölünür.
Xüsusi kapitalda lüzum, ehtiyac müəssisənin özünün maliyyələşdirilməsi
tə ləblərinə təsir edir. O, əsasən müstəqil olur, asılı olmur. O, uzunmüddətli
kapital qoyur və daha çox riskə məruz qalır. Deməli, ümumi kapital məbləğində
xüsusi kapitalın xüsusi çəkisi nə qədər yüksəkdirsə və borc vəsaitlərinin xüsusi
çəkisi nə qədər aşağıdırsa, bir o qədər bufer yüksək olur, bu da zərər çəkmədən
kreditorları müdafi ə edir, beləliklə, risk itkisi azalır. Lakin nəzərə almaq
lazımdır ki, yalnız heç də həmişə xüsusi vəsait hesabına müəssisə fəaliyyətini
ma liy yələşdirmək onun üçün gəlirli olmur, xüsusilə də bəzən vaxt istehsal
mövsümi xarakter daşıdıqda. İlin ayrı-ayrı fəsillərində bankda olan hesablarda
vəsait bə zən çox toplanır, bəzən də çatışmır. Bundan başqa, qeyd etmək lazımdır
ki, əgər maliyyə resurslarına olan qiymətlər yüksək deyilsə, onda cəlb olunan
vəsait he sabına müəssisədə qoyulan vəsaitin daha yüksək nəticə verməsini
təmin etmək olar, xüsusi kapitalın rentabelliyini yüksəltmək olar.
Xüsusi kapital
Borc kapitalı
Daimi (arasıkəsilməz)
kapital
Uzunmüddətli
maliyyə öhdəlik-
ləri üzrə borclar
Qısamüddətli ma-
liyyə öhdəlikləri üzrə
Xüsusi vəsaitlərin
mənbələri
Dəyişən kapital
98
Həmin vaxt əgər müəssisə vəsaitləri əsasən qısamüddətli öhdəlik hesabına
ya radılıbsa, onda onun maliyyə vəziyyəti sabit olmayacaq, belə ki, birinci növ-
bə də kapitalı öz vaxtında qaytarmaq lazım gəlir.
Deməli, müəssisənin maliyyə vəziyyəti bir çox cəhətdən xüsusi və borc ka-
pitalının nə qədər optimal nisbətdə olmasından asılıdır. Maliyyə strategiyasının
düzgün hazırlanması bu məsələdə bir çox müəssisələrə köməyi ola bilər, öz fəa-
liy yətlərinin səmərəliliyini yüksəldə bilər.
Bununla əlaqədar müəssisənin bazar sabitliyini xarakterizə edən mühüm gös-
təricilər aşağıdakılardır:
• maliyyə sərbəstliyi əmsalı, yaxud ümumi kapital məbləğində xüsusi
kapitalın xüsusi çəkisi;
• maliyyə asılılığı əmsalı (ümumi valyuta balansında borc kapitalının xüsusi
çəkisi);
• maliyyə riski əmsalı (borc kapitalının xüsusi kapitala nisbəti).
İkinci və üçüncü göstəriciyə nisbətən birinci göstəricinin səviyyəsi nə qədər
yük səkdirsə, müəssisənin maliyyə vəziyyətinin sabitliyi bir o qədər yüksəkdir.
Cədvəl 27
Müəssisənin passivinin (öhdəliyin) quruluşu
Göstəricilər
Göstəricinin səviyyəsi
İlin əvvəlinə İlin axırına Dəyişiklik+, -
Ümumi valyuta balansında xüsusi kapitalın xüsusi çə-
kisi (müəssisənin maliyyə sərbəstliyi əmsalı), %-lə
3,2
78,3
+ 43,1
Borc kapitalının xüsusi çəkisi (maliyyə asılılığı əmsalı)
64,8
21,7
- 43,1
O cümlədən:
Uzunmüddətli
-
-
-
Qısamüddətli
64,8
21,7
- 43,1
Maliyyə riski əmsalı 1,841
0,277
-1,564
Bizim misalda xüsusi kapitalın xüsusi çəkisi yüksəlməyə doğru gedir. He sa-
bat ili ərzində o, 43,1 % yüksəlmişdir, belə ki, borc kapitalının artım tempi yük-
səkdir.
Maliyyə riski əmsalı 15,4 % aşağı düşmüşdür. Bu onu göstərir ki, müəs si-
sənin xarici investorlardan maliyyə asılılığı xeyli aşağı düşmüş və onun bazar
sa bitliyi yüksəlmişdir.
Müəssisə və investorlarla olan əlaqənin müxtəlifl iyindən asılı olaraq kapi ta-
lın quruluşunda dəyişiklik ola bilər. Əgər müştərilərin xüsusi kapitalının xüsusi
çəkisi yüksəkdirsə, bu vəziyyət bank və digər kreditorlar üçün daha etibarlıdır.
Bu rada maliyyə riski çıxılır. Qayda üzrə müəssisə cəlb olunan vəsaitlərdə iki sə-
bəblə maraqlıdır:
1. Borc kapitalına görə faizlər bir xərc kimi vergi tutulan mənfəətə daxil edil mir;
Dostları ilə paylaş: |