Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə38/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

96
dürülməsi və istifadə edilməsi üzrə göstəricilər balansın aktivinin 1 və 2 saylı 
he sabat  formasının 2 və 3-cü bölməsinin məlumatlarına əsasən təhlil edilir. 
Mənfəətin bölüşdürülməsi və istifadə edilməsində bazar iqtisadiyyatı prin-
siplərinə uyğun olaraq maddi maraq və sosial inkişaf məsələləri əsas  gö tü rülür.
Hesabat üzrə mənfəətin bölüşdürülməsinin təhlili prosesində hər şeydən əv vəl 
mənfəətin düzgün bölüşdürülüb və öz təyinatına görə istifadə edilməsi mü əy  yən 
edilməlidir.
Müəssisənin istehsal texniki maliyyə planında bütün mənbələrdən mənfəətin 
ümumi məbləği müəyyən edilərək aşağıdakı ardıcıllıqla bölüşdürülməsi nəzərdə 
tutulur:
1. Dövlət büdcəsinə qanunvericilikdə müəyyən edilmiş məbləğdə vergi ödə nilir.
2.  Əmək ehtiyatlarına və təbii resurslara görə dövlət büdcəsinə haqq ödənilir. 
3. Bankın qısamüddətli kreditlərindən istifadəyə görə faizlər ödənilir.
4.  İstehlak, idxal və ixrac əməliyyatlarına görə vergi ödənilir.
5. Gəlirlərə görə vergi tutulur.
Müəssisənin sərəncamında qalan xalis mənfəət aşağıdakı istiqamətdə isti fa-
də olunur:
1.  Ehtiyat fondunun formalaşmasına.
2. Malgöndərmə öhdəliklərinin yerinə yetirilməsinə görə maddi maraq fon du-
na əlavə ayırmaların edilməsinə.
3. Müəssisənin maliyyə ehtiyatının yaradılmasına və nəzərdə tutulmuş digər 
məqsədlərə.
Bu qayda üzrə ödəmələrdən artıq qalan xalis mənfəət məbləği aşağıdakı fond-
lara yönəldilir:
1) İstehsalın, elm və texnikanın inkişafı fonduna;
2) Sosial inkişaf fonduna;
3) Maddi maraq fonduna;
4) Xeyriyyə və digər məqsədlərə.
Mənfəətin bölüşdürülməsi və istifadə edilməsinin təhlilinin növbəti mər hə lə-
sində tam məqsədli xarakterə malik olan və balans mənfəətinin bölüşdürülməsi 
zamanı nəzərə alınmayan mənfəət haqqında hesabat məlumatları nəzərdən  ke çi ri lir. 
Belə mənfəətə, hər şeydən əvvəl, yeni növ məişət kimyası məhsullarının  tul  lan tı-
lardan istehsal olunan əmtəələrin satışından əldə olunan mənfəəti aid et mək olar.
Sənaye müəssisələrində tullantılarından istifadə etməklə, satış üçün istehsal 
edilmiş  məhsullar hesabına  əldə edilən mənfəət məbləği, yeni növ mədəni-
məişət təyinatlı və təsərrüfat ehtiyacı üçün istehsal edilmiş məhsulların satı şın-
dan mənfəət müəssisə üzrə mənfəətin ümumi məbləğindən çıxılır və müəyyən 
edil miş qaydada istifadə edilir. Hesablanmış vergi büdcəyə ödənildikdən sonra 
yer də qalan xalis mənfəət müəssisənin tam sərəncamına keçir və sərbəst surətdə 
bö lüşdürülür. 
Qeyd etmək lazımdır ki, müxtəlif mülkiyyət münasibətlərinə mənsub olan 
müəssisələrdə mənfəətin bölüşdürülməsi metodikası bir-birindən fərqlənir.


97
X MÖVZU
MÜƏSSİSƏNİN KAPİTALININ TƏHLİLİ
§30. Müəssisənin kapitalı və əmələgəlmə mənbələrinin təhlili
Balansın passivində göstərilən məlumatlar xüsusi və borc kapitalda nə kimi 
dəyişikliklər olmasını, müəssisənin dövriyyəsinə nə qədər uzun və qısamüddətli 
borc vəsaitlərinin daxil edilməsini müəyyən etməyə imkan verir ki, vəsaitlər ha-
ra dan  alınıb, onlara görə müəssisə kimə borcludur. 
Müəssisənin vəsait mənbələrinin təsnifatı
Müəssisənin maliyyə vəziyyəti və sabitliyi bir çox şeylərdən asılıdır, öz sə -
rəncamında hansı vəsaitlər verir və onlar hara qoyulub.
Məxsusluq dərəcəsinə görə istifadə olunan kapital xüsusi kapitala (passivin 
I böl məsi) və borc kapitalına (passivin II bölməsi) bölünür. İstifadə müddətinə 
gö rə kapital daimi (arasıkəsilməz) kapitala (passivin I və II bölmələri) və  qı-
samüddətli kapitala (passivin II bölməsi) bölünür.
Xüsusi kapitalda lüzum, ehtiyac müəssisənin özünün maliyyələşdirilməsi 
tə ləblərinə  təsir edir. O, əsasən müstəqil olur, asılı olmur. O, uzunmüddətli 
kapital qoyur və daha çox riskə məruz qalır. Deməli, ümumi kapital məbləğində 
xüsusi kapitalın xüsusi çəkisi nə qədər yüksəkdirsə və borc vəsaitlərinin xüsusi 
çəkisi nə qədər aşağıdırsa, bir o qədər bufer yüksək olur, bu da zərər çəkmədən 
kreditorları müdafi ə edir, beləliklə, risk itkisi azalır. Lakin nəzərə almaq 
lazımdır ki, yalnız heç də həmişə xüsusi vəsait hesabına müəssisə fəaliyyətini 
ma liy yələşdirmək onun üçün gəlirli olmur, xüsusilə  də  bəzən vaxt istehsal 
mövsümi xarakter daşıdıqda. İlin ayrı-ayrı fəsillərində bankda olan hesablarda 
vəsait bə zən çox toplanır, bəzən də çatışmır. Bundan başqa, qeyd etmək lazımdır 
ki, əgər maliyyə resurslarına olan qiymətlər yüksək deyilsə, onda cəlb olunan 
vəsait he sabına müəssisədə qoyulan vəsaitin daha yüksək nəticə verməsini 
təmin etmək olar, xüsusi kapitalın rentabelliyini yüksəltmək olar.
Xüsusi kapital
Borc kapitalı
Daimi (arasıkəsilməz)
kapital
Uzunmüddətli 
maliyyə öhdəlik-
ləri üzrə borclar
Qısamüddətli ma-
liyyə öhdəlikləri üzrə
Xüsusi vəsaitlərin 
mənbələri
Dəyişən kapital


98
Həmin vaxt əgər müəssisə vəsaitləri əsasən qısamüddətli öhdəlik hesabına 
ya radılıbsa, onda onun maliyyə vəziyyəti sabit olmayacaq, belə ki, birinci növ-
bə də kapitalı öz vaxtında qaytarmaq lazım gəlir.
Deməli, müəssisənin maliyyə vəziyyəti bir çox cəhətdən xüsusi və borc ka-
pitalının nə qədər optimal nisbətdə olmasından asılıdır. Maliyyə strategiyasının 
düzgün hazırlanması bu məsələdə bir çox müəssisələrə köməyi ola bilər, öz fəa-
liy yətlərinin səmərəliliyini yüksəldə bilər.
Bununla əlaqədar müəssisənin bazar sabitliyini xarakterizə edən mühüm gös-
təricilər aşağıdakılardır:
• maliyyə  sərbəstliyi  əmsalı, yaxud ümumi kapital məbləğində xüsusi 
kapitalın xüsusi çəkisi;
• maliyyə asılılığı əmsalı (ümumi valyuta balansında borc kapitalının xüsusi 
çəkisi);
• maliyyə riski əmsalı (borc kapitalının xüsusi kapitala nisbəti).
İkinci və üçüncü göstəriciyə nisbətən birinci göstəricinin səviyyəsi nə qədər 
yük səkdirsə, müəssisənin maliyyə vəziyyətinin sabitliyi bir o qədər yüksəkdir.
Cədvəl 27 
Müəssisənin passivinin (öhdəliyin) quruluşu
Göstəricilər
Göstəricinin səviyyəsi
İlin əvvəlinə İlin axırına Dəyişiklik+, -
Ümumi valyuta balansında xüsusi kapitalın xüsusi çə-
kisi (müəssisənin maliyyə sərbəstliyi əmsalı), %-lə
3,2
78,3
+ 43,1
Borc kapitalının xüsusi çəkisi (maliyyə asılılığı əmsalı)
64,8
21,7
- 43,1
O cümlədən:
Uzunmüddətli
-
-
-
Qısamüddətli
64,8
21,7
- 43,1
Maliyyə riski əmsalı 1,841
0,277
-1,564
Bizim misalda xüsusi kapitalın xüsusi çəkisi yüksəlməyə doğru gedir. He sa-
bat ili ərzində o, 43,1 % yüksəlmişdir, belə ki, borc kapitalının artım tempi yük-
səkdir.
Maliyyə riski əmsalı 15,4 % aşağı düşmüşdür. Bu onu göstərir ki, müəs si-
sənin xarici investorlardan maliyyə asılılığı xeyli aşağı düşmüş və onun bazar 
sa bitliyi  yüksəlmişdir.
Müəssisə və investorlarla olan əlaqənin müxtəlifl iyindən asılı olaraq kapi ta-
lın quruluşunda dəyişiklik ola bilər. Əgər müştərilərin xüsusi kapitalının xüsusi 
çəkisi yüksəkdirsə, bu vəziyyət bank və digər kreditorlar üçün daha etibarlıdır. 
Bu rada  maliyyə riski çıxılır. Qayda üzrə müəssisə cəlb olunan vəsaitlərdə iki sə-
bəblə maraqlıdır:
1. Borc kapitalına görə faizlər bir xərc kimi vergi tutulan mənfəətə daxil edil mir;


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə