Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə41/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   38   39   40   41   42   43   44   45   46

105
normal fəaliyyəti üçün şərait yaradılması, maksimum mənfəət alınması və müf-
lislik riskinin aradan qaldırılması mümkün olsun.
Xarici təhlil investorlar, malgöndərənlər və dərc olunan hesabat əsasında isə 
nəzarətedici orqanlar tərəfi ndən aparılır. Onun məqsədi qoyulmuş vəsaitin gə lir-
li olması imkanını müəyyən etməkdir ki, maksimum mənfəət təmin edilsin və 
risk itkisinin aradan qaldırılması mümkün olsun.
§33. Müəssisənin maliyyə vəziyyətinin təhlili 
üçün informasiya mənbələri
Maliyyə vəziyyətinin təhlili üçün əsasən aşağıdakı informasiya mən bələ rin-
dən istifadə olunur:
a) mühasibat balansı (1 №-li forma);
b) mənfəət və zərərlər haqqında hesabat (2 №-li forma);
c) kapitalın hərəkəti (3 №-li forma);
ç) digər hesabat formaları;
d) digər hesabat formaları;
e) ilkin və mühasibat uçotunun analitik məlumatları.
Mühasibat balansında müəssisənin sərəncamında olan vəsaitlər və vəsaitlərin 
əmələ gəlmə mənbələri haqqında informasiya olur.
Müəssisənin maliyyə vəziyyətini qiymətləndirmək və proqnozlaşdırmaq üçün 
balansı diqqətlə oxumaq və onun təhlili metodikasını yaxşı bilmək lazım dır.
Balansın aktivində müəssisə vəsaitləri üç bölmə üzrə qruplaşdırılır:
1. Uzunmüddətli aktivlər (qalıq dəyəri ilə vəsaitlər, uzunmüddətli maliyyə 
qo yuluşları, bitməmiş əsaslı tikililər, müəssisə təsisçiləri ilə hesablaşmalar, ica-
rə yə götürənlərlə hesablaşmalar və s.).
2. Qeyri-maddi aktivlər (satın alınmış patentlər, lisenziyalar, torpaq sa hə-
lərindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, broker yerləri, 
“nou-hau” proqram məhsulları, inhisar və imtiyaz (üstünlük) hüquqları, təşkilati 
xərc lər, ticarət markaları, əmtəə nişanları və s.).
3. Cari aktivlər (istehsal ehtiyatları, bitməmiş istehsal üzrə məsrəfl ər, hazır 
məh sullar, mallar, debitorlarla hesablaşmalar, pul vəsaitləri və sair aktivlər).
Müəssisə vəsaitlərinin mənbələri balansın passivində əks etdirilir və iki qru-
pa bölünür:
1. Xüsusi vəsaitlərin mənbələri (nizamnamə kapitalı, fondlar və ehtiyatlar, 
bö lüşdürülməmiş mənfəət və s.).
2. Hesablaşmalar və sair passivlər (uzunmüddətli və qısamüddətli maliyyə öh-
dəlikləri üzrə borclar, yəni uzunmüddətli bank kreditləri, bir ildən artıq müd də tə 
olan borclar, qısamüddətli bank kreditləri, qısamüddətli borclar, əmək ödə niş ləri 
üzrə, sosial sığorta və təminat üzrə borclar, digər kreditorlara olan borclar və s.).


106
Balans, müəssisənin maliyyə vəziyyətinin xarici təhlili üçün lazımi infor ma-
siyalar alınmasına imkan verir. Daxili təhlilin aparılması isə balansın bir çox 
göstəricisinin izah edilməsini tələb edir.
§34. Mühasibat balansının təhlili
Mühasibat balansı müəssisənin maliyyə  vəziyyətinin qiymətləndirilməsi 
üçün indikator rolunu oynayır. Balansın yekunu balansın valyutası adlanır.
Müəssisənin maliyyə  vəziyyətinin ümumi qiymətləndirilməsi üçün icmal 
ba lans  tərtib olunur. Həmin balansda eynicinsli maddələr qruplarda birləşdirilir. 
Bu zaman balans maddələrinin miqdarı ixtisar edilir ki, bu, onun əyaniliyini ar-
tı rır və digər müəssisələrin balansları ilə müqayisə etməyə imkan verir. Yığcam 
balans müxtəlif üsullar vasitəsi ilə tərtib edilə bilər. Müxtəlif bölmələrin mad də-
lərinin birləşdirilməsi mümkündür.
Müəssisənin maliyyə vəziyyəti vəsaitlərin (aktivlərin) yerləşdirilməsi və is-
ti fadəsi və onların yaranması mənbələri ilə (xüsusi kapital və öhdəliklər, daha 
doğrusu passivlər) xarakterizə olunur. Bütün bu məlumatlar müəssisənin balan-
sında öz əksini tapmışdır.
İcmal analitik balansın variantlarından biri 1 saylı cədvəldə verilmişdir.
Cədvəl 28 
İcmal balans (manat)
Göstəricilər
01.01.2007
01.07.2007 01.01.2008
1
2
3
4
Aktiv
I. Əsas vəsaitlər və sair dövriyyədənkənar aktivlər
 1.1. Əsas vəsaitlər 4772598
4956400
5199308
 1.2. Qeyri-maddi aktivlər
62304
59075
55745
 1.3. Başa çatdırılmayan kapital qoyuluşları
-
-
-
 1.4. Uzunmüddətli maliyyə qoyuluşları
-
-
-
 1.5. Sair dövriyyədənkənar aktivlər
-
-
-
I bölmə üzrə cəmi:
4834902
5015475
5255053
II. Ehtiyatlar və məsrəfl ər
 2.1. İstehsal ehtiyatları
414902
371602
248924
 2.2. Bitməmiş istehsal
99304
307255
596077
 2.3. Hazır məhsul
276468
281600
307039
 2.4. Sair dövriyyədənkənar aktivlər
116383
107825
100903
II bölmə üzrə cəmi:
906057
1068282
1252943
III. Pul vəsaitləri, hesablaşmalar və sair aktivlər
 3.1. Yüklənmiş mallar
478008
418350
340364
 3.2. Debitor borcları
4716232
3806550
2609967
 3.3. Pul vəsaitləri
390
2025
4061


107
 3.4. Sair dövriyyə aktivləri
-
-
-
III bölmə üzrə cəmi:
5194630
4226925
2954392
Zərərlər
4108
-
-
Balans
10939697
10310682
9462388
Passiv
IV. Xüsusi vəsaitlərin mənbələri
 4.1. Nizamnamə kapitalı
1009
1009
1009
 4.2. Əlavə kapital
6051484
6051484
6051484
 4.3. Ehtiyat kapitalı, fondlar məqsədli 
maliyyələşmələr və daxilolmalar
403442
591384
566518
IV bölmə üzrə cəmi:
6455935
6643877
6619011
V. Hesablaşmalar və sair passivlər
 5.1. Borc vəsaitləri
-
-
-
 5.2. Kreditor borcları
4483762
3656805
2843377
 5.3. Sair qısamüddətli passivlər
-
-
-
V bölmə üzrə cəmi:
4483762
3656805
2843377
Balans
10939697
10310682
9462388
28 saylı cədvəldə verilmiş balansın materiallarından göründüyü kimi, mü əs-
sisə ilin əvvəlində maliyyə çətinliyi çəkmişdir. Lakin ilin sonuna müəssisənin 
ma liyyə vəziyyəti yaxşılaşsa da, onun sərəncamında olan maliyyə resurslarının 
də yəri 1477309 manat və ya 13,5% azalmışdır.
Sonra təhlil olunan dövrə balansın valyutasının dəyişməsi qiymətləndirilir. 
Bu zaman hesabat dövrünün sonuna və əvvəlinə balansın valyutasının ye kun-
larının müqayisə edilməsi ilə kifayətlənmək və mütləq ifadədə artım və ya azal-
manı müəyyən etmək olar. Balansın valyutasının artması, bir qayda olaraq, mü-
əs sisənin istehsal imkanlarının artmasını göstərir və müsbət qiymətləndirilir. 
Lakin bu zaman infl yasiya amili nəzərə alınmalıdır. Balansın valyutasının azal-
ması mənfi  hal kimi qiymətləndirilir, çünki bu, müəssisənin təsərrüfat fəaliy yə-
tinin azalmasını (ola bilər ki, məhsula tələbat azalır, istehsal üçün xammal, ma-
teriallar, yarımfabrikatlar yoxdur) onun əmlakının azalmasını xarakterizə edir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə