Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə43/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   38   39   40   41   42   43   44   45   46

111
Əgər artım borc mənbələri hesabına baş vermişdirsə, sonrakı dövrlərdə hə-
min mənbələr, ən azı, əvvəlki həcmdə olmaya bilər. Bu halda əmlakın mobil-
liyinin (çevikliyinin) yüksəlməsi qeyri-stabil xarakter daşıyır. Əgər artımın əsas 
mənbəyi müəssisənin xüsusi vəsaitidirsə, deməli, əmlakın yüksək çevikliyi təsa-
düfi  deyildir və müəssisənin daimi maliyyə göstəricisi kimi nəzərdən keçiril-
məlidir.
§36. Mühasibat balansının likvidliyinin təhlili
Bazar iqtisadiyyatı şəraitində balansın likvidliyinin təhlilinə tələ bat  maliyyə 
məhdudiyyəti və müəssisənin kredit qabiliyyətinin qiymətləndirilməsi zərurəti 
ilə bağlıdır. Balansın likvidliyi müəssisənin öhdəlik lə rini öz aktivləri ilə örtmə 
dərəcəsi ilə xarakterizə olunur. Bu zaman hə min  aktivlərin pula çevrilmə müd-
dəti öhdəliklərin ödənmə müddətinə müvafi  qdir.  Aktivlərin likvidliyi – aktiv-
lərin pul vəsaitinə çevrilmə müddəti çevrilmə müddəti üzrə balansın likvidliyinin 
tərsinə olan kəmiyyətdir. Aktivlərin pula çevrilməsinə nə qədər az müddət tələb 
olunarsa, onun likvid liyi bir o qədər yüksək olacaqdır. Balansın likvidliyinin 
təh lili  likvid lik  dərəcəsinə görə qruplaşdırılmış aktiv üzrə  vəsaitlərin ödənmə 
müd də tinə və müddətlərin artımına görə qruplaşdırılmış passiv üzrə öhdə liklərlə 
mü qayisəsinə əsaslanır.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, balansın likvidliyi səhmdarlar, 
banklar, malgöndərənlər tərəfi ndən müəssisənin maliyyə  vəziyyətinin qiy mət-
lən dirilməsində mühüm meyar hesab olunur. Balansın likvidliyinin təhlili və 
ona nəzarət yalnız hesablaşmaların cari vəziyyəti ilə deyil, eləcə də onun gələ-
cək perspektivi ilə xarakterizə olunur.
Likvidlik dərəcəsindən asılı olaraq, daha doğrusu, pul vəsaitinə  çev ril mə sü-
rə tinə görə müəssisənin vəsaitləri aşağıdakı qruplara bölünür:
1) daha yüksək likvid aktivlər – müəssisənin pul vəsaitləri və qısamüddətli 
ma liyyə qoyuluşu (qiymətli kağızlar);
2) tez realizə olunan aktivlər hazır məhsul, yüklənmiş mallar və debitor 
borc ları;
3) yavaş realizə olunan aktivlər – balans aktivinin P, “Ehtiyatlar və xərclər” 
bölməsinin maddələri (“Gələcək dövrün xərcləri” maddəsi istisna olmaqla), 
eləcə də aktivin I bölməsini “Uzunmüddətli maliyyə qoyuluşu (digər müəs si sə-
lərin nizamnamə fonduna yönəldilmiş məbləğdə azaldılmış) və təsisçilərlə he-
sablaşmalar”; 
4) çətin realizə olunan aktivlər – balans aktivinin I bölməsinin mad dələri 
(əv vəlki qrupa daxil edilən maddələr çıxılmaqla).
Balans passivi ödəmələrin müddətinə görə qruplaş dırılır:


112
1) daha təcili öhdəliklər – kreditor borcları (balans passivinin II bölməsinin 
mad dələri), dividentlər üzrə hesablaşmalar, eləcə də vaxtında ödənilməmiş ssu-
da;
2) qısamüddətli passivlər – qısamüddətli kredit və borc vəsaitləri;
3) uzunmüddətli passivlər – uzunmüddətli kredit və borc vəsaitləri;
4) daimi passivlər – balans passivinin I “Xüsusi vəsaitlərin mənbə lə ri”  böl-
məsinin maddələri.
Üç qeyri-bərabərliyin yerinə yetirilməsi dördüncü bərabərsizliyi də həll et-
məyi tələb edir. Buna görə də balansın aktiv və passivin ilk üç qrupu nun ye-
kununu müqayisə etmək məqsədəuyğun hesab edilir. Dördüncü bərabərsizlik 
“ba lans laşdırma” xarakterini daşıyır, eyni zamanda dərin iqtisadi məz mu na  ma-
lik  dir:  onun  yerinə yetirilməsi maliyyə sabitliyinin minimum şər tinin  gözlə nil-
məsini (müəssi sədə xüsusi vəsaitin mövcudluğunu) əks etdirir.
Əgər bir və ya bir neçə bərabərsizlik optimal varianta zidd olarsa, ba lansın 
lik vidliyi  onun  mütləq likvidliyindən az və ya çox fərqlənəcəkdir. Bu zaman bir 
qrup aktiv üzrə vəsait çatışmazlığı digər qrup aktivdə və sait  artıqlığı ilə kom-
pen sasiya  olacaqdır. Balansın likvidliyinin təhlili aşağıdakı formada tərtib edil-
miş cədvəl əsasında aparılır. 
Cədvəl 31
Balansın likvidliyinin təhlili (man.)
Aktiv 
Dövrün 
əv vəlinə
Dövrün 
sonuna
Passiv
Dövrün 
əv vəlinə
Dövrün 
sonuna
Ödəmə artıqlığı 
və ya catışmazlığı
Dövrün 
əvvəli nə
Dövrün 
sonuna
1. Daha lik vid 
ak tiv lər
390
4061
1. Təcili öhdə-
lik lər
4483762 2843377
-
-
2. Sürətlə rea -
li zə edi lən 
ak tiv lər
4716232 2609967
2. Qısamüd dətli 
öhdə lik lər
-
-
-
-
3. Zəif realizə 
edi lən ak-
tiv lər
629589 945904
3. Uzunmüd dət-
li öhdə liklər
-
-
-
-
4. Çətin realizə
edi  lən ak-
tivlər
4834902 5255053
4. Daimi pas-
siv   lər
6455935 6619011 -2401
-23768
Balans
10939697 9462388 Balans
10939697 9462388
--û
û
Daha likvid vəsaitlərin və sürətli realizə edilən aktiv lərin təcili öhdəliklər və 
qısamüddətli öhdəliklərlə müqayisəsi cari ödəmə qabiliyyəti ni  müəyyən etməyə 
imkan verir. Zəif realizə edilən aktivlərin uzunmüddətli və orta təcili passivlərlə 
müqayisəsi perspektiv ödəmə qabiliyyətini xarak terizə edir. Cari likvidlik müəs-
sisənin yaxın və ya nəzərdən keçirilən müd dətə ödəmə qabiliyyətli olub-olma-


113
ma sını sübut edir. Perspektiv likvidlik isə  gələcək daxilolmalar və ödəmələrin 
mü qayisəsi vasitəsi ilə müəssisə nin  ödəmə qabiliyyətinin proqnozunu əks  et di rir.
Balansın likvidliyinin yuxarıda göstərilən sxem üzrə təhlili tam də qiq  deyil-
dir. Bu, mühasibat hesabatı əsasında xarici təhlili aparan analitik üçün infor ma-
siyanın məh dudluluğu ilə  şərtlənir. Təhlilin nəticələrini dəqiqləşdirmək üçün 
şərh edilən metodikanın göstəricilərinə düzəliş edilməsinə imkan verən xüsusi 
me todlardan  istifadə tələb olunur.
Müəssisənin ödəmə qabiliyyətinin iqtisadi təhlili prosesində balan s aktiv və 
pas sivinin I bölməsinin yekunlarının müqayisəsi cari ödə mə və daxilolmaların 
nis bətini əks etdirir. Aktiv və passivin II bölməsi nin yekununun müqayisəsi ya-
xın gələcəkdə cari ödəmə qabiliyyətinin artım və ya azalma meylini xarakterizə 
edir.
Likvidlik əmsallarını hesablamaqla yanaşı, likvidlik dərəcəsinə gö rə müəs-
sisənin aktivlərinin strukturunu təhlil etmək məqsədəuyğundur (bax: cədvəl).
Balansın likvidliyinin yuxarıda  əks etdirilən metodi kası müəssisənin qısa-
müddətli öhdəliklərini ödəmək imka nı haqqında tam təsəvvür yaratmır. Ona 
görə də müəssisənin ödəmə qabiliyyəti qısamüddətli öhdəliklərin tamamlanması 
kimi likvid vəsaitlər dəsti ilə fərqlənən üç nisbi likvidlik göstəricisi vasitəsi ilə 
qiymətləndirilir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə