Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə39/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   35   36   37   38   39   40   41   42   ...   46

99
2. Adətən, faizlərin ödənilməsinə olan xərclər müəssisə dövriyyəsində borc 
və sait  lərinin istifadəsindən alınan mənfəətdən aşağı olur, nəticədə xüsusi 
ka pi ta lın rentabelliyi nəyə görə yüksəlir.
Bazar iqtisadiyyatında xüsusi kapitalın xüsusi çəkisinin artımı heç də müəs-
si sənin vəziyyətinin yaxşılaşmasını  işgüzar  şəraitin dəyişməsinə tez reaksiya 
vermək imkanlarını əks etdirmir. Əksinə, borc vəsaitindən istifadə müəssisənin 
çevikliyini sübut edir, götürülmüş krediti qaytarma iqtidarında olur.
Xüsusi və borc vəsaitlərinin nisbəti normativləri öz xüsusiyyətinə görə müx-
təlif sahələrdə toplanır. Harada ki, kapitalın dövretmə əmsalı aşağıdır, həmin sa-
hələrdə maliyyə riski əmsalı 0,5-dən yuxarı olmamalıdır. Digər sahələrdə  ha ra da 
ki, kapitalın dövr etməsi yüksəkdir, maliyyə riski əmsalı 1-dən yuxarı ola bilər.
Maliyyə  vəziyyətinin daxili təhlili zamanı bu göstəricilərdən başqa xüsusi 
və borc kapitalının dinamikası və quruluşunu öyrənmək, onun ayrı-ayrı tərkib 
his sələrinin dəyişməsinin səbəblərini aydınlaşdırmaq və hesabat dövrü ərzində 
bu dəyişikliklərə qiymət vermək lazımdır.
Xüsusi kapitalın dinamikası və quruluşunu aşağıdakı cədvəldən görmək olar.
Cədvəl 28
Kapitalın mənbələri
Məbləği, man.
Kapitalın quruluşu, %-lə
ilin 
əvvəlinə
ilin 
axırına
ilin 
əvvəlinə
ilin 
axırına
dəyişiklik
Nizamnamə kapitalı
255435
3800162
89,3
99,5
+10,2
Ehtiyat kapitalı
13075
7279
4,6
0,2
-4,4
Yığım fondları
8717
7208
3,0
0,2
-2,8
İstehlak fondları
8717
4517
3,1
0,1
-3,0
Müəssisənin bölüşdü-
rülməmiş mənfəəti
-
-
-
-
-
Cəmi
285944
3819166
100
100
X
Cədvəldən göründüyü kimi, xüsusi kapitalın quruluşunda xeyli dəyişiklik 
ol muşdur; belə ki, nizamnamə kapitalının məbləği və xüsusi çəkisi xeyli artmış, 
ehtiyat kapitalının, yığım fondlarının, istehlak fondlarının həcmi və xüsusi çə-
kisi azalmışdır.
Balansın aktiv maddələrinin əsas qruplaşma əlaməti onların likvidlik dərə-
cəsi (nağd pula çevrilmə sürəti) hesab olunur. Bu əlamət üzrə balansın bütün 
ak tivləri əsas kapitala, yaxud uzunmüddətli kapitala (I bölmə) və cari (dövriyyə) 
aktivlərinə (II və III bölmələr) bölünür.
Müəssisə  vəsaitləri onun daxili dövriyyəsində  və ondan kənarda (debitor 
borc ları, qiymətli kağızların, aksiyaların satın alınması) istifadə oluna bilər.


100
Dövriyyə kapitalı istehsal sferasında (ehtiyatlar, bitməmiş istehsal, gələcək 
dövrün xərcləri) və  tədavül sferasında (anbarlarda olan hazır məhsullar, qısa-
müddətli maliyyə qoyuluşları, kassa və bankda olan hesablarda nağd pul vəsaiti 
mal lar  və s. ola bilər.
Kapital pul və material formasında fəaliyyət göstərə bilər. Pul formasında 
depozitlər, qısamüddətli maliyyə qoyuluşları, hesablaşmalarda olan vəsaitlər 
da xildir.
Borc kapitalının quruluşunda olan dəyişikliyi aşağıdakı cədvəldən görmək olar.
Cədvəl 29
Kapitalın mənbələri
Məbləği, man.
Kapitalın quruluşu, %-lə
ilin əvvəlinə ilin axırına ilin əvvəlinə ilin axırına dəyişiklik+, -
Qısamüddətli bank kreditləri
15000
-
2,8
-
-2,8
Kreditor borcları:
Əmək ödənişləri üzrə
73050
68760
13,9
6,5
-7,4
Mal satanlara
378575
721870
71,9
68,1
-3,8
Sosial sığorta orqanlarına
59928
129376
11,4
12,2
+0,8
Büdcəyə
-
139566
-
13,2
+13,2
Cəmi
526513
1059572
100
100
x
Cədvəldən görünür ki, borc kapitalının quruluşunda bank kreditləri ilin əv-
vəlinə 2,8 % olduğu halda, ilin axırına qısamüddətli bank kreditləri ödənilmişdir.
Kreditor borclarının tərkibində mallara, iş və xidmətlərə görə  mal gön də rən-
lərə olan borcdur ki, o da ilin əvvəlinə nisbətən artmış, xüsusi çəki üzrə isə azal-
mış dır, ancaq sosial sığorta və təminat üzrə olan borc, büdcəyə olan borcun həc-
mi və xüsusi çəkisi il ərzində artmışdır.
Qeyd etmək lazımdır ki, müəssisə borcu vaxtında qaytarmadıqda müəssisəyə 
cərimə hesablanır, bu da müəssisənin maliyyə vəziyyətinə təsir edir. Buna görə 
təh lil  prosesində kreditor borcunun mövcudluğunu, aşkaretmə tarixini, tərkibini
mal satanlara,  əmək ödənişləri üzrə, sosial sığorta orqanlarına, büdcəyə vaxtı 
keç  miş borcların əmələgəlmə səbəblərini araşdırmaq, ödənişlərin vaxtının keç-
məsinə görə ödənilən cərimə məbləğini müəyyən etmək lazımdır.
Kreditor borclarını təhlil edərkən nəzərə almaq lazımdır ki, kreditor borcları 
eyni zamanda debitor borclarının örtülmə  mənbələri sayılır. Buna görə  təhlil 
prosesində debitor və kreditor borcları məbləğlərini müqayisə etmək lazımdır. 
Əgər birinci ikincidən artıq olarsa, onda bu, debitor borclarında xüsusi kapitalın 
səfərbərliyə alınmasını göstərir. Həmin müəssisədə kreditor borcları  məbləği 
ilin əvvəlinə və axırına debitorların hesabları üzrə məbləği ötüb-keçir.
Beləliklə, müəssisə  fəaliyyətinin maliyyələşdirmə  mənbələrinin səmərəli 
təş kili  və onun bazar sabitliyini qiymətləndirmək üçün xüsusi və borc vəsait lə-
rinin quruluşunu təhlil etmək lazımdır. Bu, çox mühümdür: birincisi, maliyyə 


101
riski dərəcəsini öyrənmək xarici istehlakçılar (məsələn, banklar və digər mal sa-
tanlar) üçün mühümdür və ikincisi, maliyyə strategiyasının işlənilməsi və ma-
liyyə  təşkilinin perspektivli variantını müəyyən etmək üçün müəssisənin özü 
üçün lazımdır.
§31. Müəssisənin maliyyə qoyuluşunun təhlili
Maliyyə pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədar meydana çıxan 
və dəyərlərin bölgüsündə iştirak edən münasibətlər məcmusudur. Maliyyə ümu-
mi milli məhsulun və milli gəlirin bölgüsünü (yenidən bölgüsünü) əhatə edir. 
Maliyyə münasibəti imperativ xarakterli olub, dövlətlə əlaqədardır. Başqa sözlə, 
maliyyə dövlətin müəyyənləşdirdiyi qaydalar çərçivəsində təşəkkül tapır.
Müəssisələrin maliyyə vəziyyəti müəssisənin nominal fəaliyyət göstərməsi 
üçün lazımi maliyyə resursları ilə təmin olunması, onların məqsədəuyğun yer-
ləşdirilməsi və onlardan istifadənin effektivliyi, digər fi ziki və hüquqi şəxs lərlə 
qarşılıqlı maliyyə münasibətləri, maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə xa-
rak terizə olunur. Maliyyə  vəziyyəti sabit, qeyri-sabit və böhranlı ola bilər. 
Müəs sisənin öz fəaliyyətini geniş miqyasda maliyyələşdirmək, öz öhdəliklərini 
vaxtında ödəmək qabiliyyəti onun maliyyə vəziyyətinin yaxşı olmasını göstərir.
Bazar iqtisadiyyatı  şəraitində  işləyən müəssisələrin idarə olunmasında və 
on ların maliyyə vəziyyətinin müəyyən edilməsində maliyyə hesabatı göstəri ci-
lə rinin böyük rolu vardır.
Maliyyə hesabatı, hesabat dövrü ərzində müəssisənin təsərrüfat-maliyyə 
fəa liy yətini xarakterizə edən, müəyyən formada qruplaşdırılmış göstəricilər sis-
temini özündə birləşdirir. Bu göstəricilər sisteminə müəssisənin əmlak və ma-
liy yə  vəziyyətini, təsərrüfat fəaliyyətinin nəticəsini xarakterizə edən yekun 
göstəricilər aid edilir. Bu göstəricilər obyektiv və düzgün olmalıdır. Çünki bu 
gös təricilərin təhlili müəssisənin əmlak və maliyyə vəziyyətini dürüst müəyyən 
etməyə imkan verir. Maliyyə hesabatı müəssisənin əsas və sair dövriyyədənkənar 
vəsaitlərinin dəyərini, müəssisənin xüsusi və borc vəsaitlərinin səviyyəsini 
müəy yən etməyə imkan verir.
Maliyyə hesabatının məlumatlarına əsasən, ehtiyat və məsrəfl əri forma laş-
dır maq üçün vəsait mənbələrinin artıqlığı, yaxud çatışmazlığı müəyyən edilir. 
Bu zaman müəssisənin xüsusi vəsaitlə, kredit və digər borc vəsaitləri ilə təmin 
olun masını müəyyən etməyə imkan yaranır.
Maliyyə hesabatı müəssisənin kreditödəmə qabiliyyətli olmasını, başqa söz-
lə, onun götürdüyü öhdəliklər üzrə tam və vaxtında hesablaşma aparmaq imkanı 
olmasını müəyyən edir. Maliyyə hesabatı tez, ləng və  çətin sayılan aktivləri 
müəy yən etməyə imkan verir. Digər tərəfdən maliyyə hesabatının məlumatlarına 
əsasən müəssisənin daha təcili öhdəliklərini, qısamüddətli kredit və borclarını, 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə