Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə36/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

91
Rəqabətə əsaslanan bazar iqtisadiyyatı şəraitində məhsul satışı üzrə mü qa-
vilələrin bağlanması və sifarişlərin qəbul edilməsi həmişə əsas hesab oluna bil-
məz. Belə ki, alıcılar tərəfi ndən məhsul çeşidlərinə olan tələbat tez-tez dəyişir. 
Bu da öz növbəsində müqavilələr və öhdəliklərin dəyişdirilməsini tələb edir. 
Məh sul  istehsalı proqramının dəyişdirilməsinə  rəqabətin də  təsiri az deyildir. 
Rə  qabət olan yerdə inhisarçılar meydana gəlir və bu da, öz növbə sində, istehsal 
proq ramının dəyişdirilməsinə səbəb olur.
İstehsal proqramının yerinə yetirilməsinə çoxlu amil təsir göstərir. Bu amil-
ləri əsasən üç qrupa bölmək olar:
1. Müəssisənin  əmək resursları ilə  təmin olunması  və onlardan istifadə ilə 
əla qədar amillər;
2. Müəssisənin əsas fondlarla təmin olunması və onlardan istifadə ilə əlaqədar 
amillər;
3. Müəssisənin xammal və materiallarla təmin olunması və onlardan istifadə 
ilə əlaqədar amillər.
İstehsal proqramına təsir göstərən amilləri müəyyən etmək üçün hər bir is-
teh sal resursu üzrə iki göstəricidən istifadə edilir:
1. Əmək resursları üzrə:
a) işçilərin orta siyahı sayının dəyişilməsi;
b) əmək məhsuldarlığının dəyişilməsi.
2. Əsas fondlar üzrə:
a) əsas istehsal fondlarının orta illik (aylıq, kvartallıq) dəyərinin dəyişil məsi;
b) fondveriminin dəyişilməsi.
Xammal və material resursları üzrə:
a) xammal və material məsrəfl ərinin dəyişilməsi;
b) xammal və material məsrəfl ərinin bir manatına məhsul çıxımının (ma te-
ri al veriminin) dəyişilməsi.
Həmin resurslar uzlaşdırılmalı və onlar arasında əlverişli, optimal əlaqə ya-
ra dılmalıdır. Bu, müəssisədə resursların sabit xarakter daşımaması ilə əla qə dar-
dır.
Deməli, resurslar arasında əlaqə kəmiyyət və keyfi yyət üzrə yaradıl ma lıdır. 
Əgər ehtiyac olmadan, istifadə olunan əsas istehsal fondlarının, xammal və ma-
terialların miqdarını dəyişmədən fəhlələrin sayı artırılarsa, bu, əmək məhsul dar-
lığı göstəricisinə mənfi  təsir göstərəcəkdir.
Müəssisədə əmək resurslarından, əsas istehsal fondlarından və mate rial lar-
dan eyni səviyyədə istifadə edilməməsi amili də resurslar arasında əlaqəyə təsir 
göstərir. Resurslar arasında optimal əlaqə onların eyni səviyyədə dəyiş məsi yolu 
ilə həll edilə bilməz. Ona görə ki, mövcud vəziyyətin özündə belə bir resurs im-
ka nının digər resurs imkanının səfərbər edilməsinə nə dərəcədə əks təsir gös tər-
məsini müəyyən etmək xeyli çətindir. Məsələn, məhsul istehsalının dinamikasını 


92
nəzərdən keçirsək, orada xeyli kənarlaşma müşahidə edə bilərik. Bəzən məhsul 
is tehsalı ayrı-ayrı günlərdə orta istehsala nisbətən 30-50 faizə qədər dəyişir. Bu, 
o deməkdir ki, müəssisədə hər üç resurs üzrə müəyyən faiz dairəsində məhsul 
istehsalının çoxaldılmasına potensial imkan ola bilər. Hazırda fəaliyyətdə olan 
müəssisələrdə resurslar arasında əlaqə, demək olar ki, kortəbii xarakter daşıyır. 
Bu nun  əsas səbəbi ondan ibarətdir ki, resurslar arasında optimal əlaqə yaratmaq 
işi böyük əməktutumlu hesablamalarla əlaqədar mürəkkəb bir prosesdir.
Şərh etdiklərimizi tam təsəvvür etmək üçün əmək resurslarının timsalında 
məh sul  istehsalının həcminə  təsir göstərən amilləri və onların hesablanması 
üsul larını  nəzərdən keçirək.  Əmək resurslarından istifadə  işçilərin orta siyahı 
sa yından, bir fəhləyə düşən işlənmiş adam-günlərinin sayından, bir iş gününün 
orta uzunluğundan, bir adam-saata düşən məhsul istehsalından, işçilərin ixtisas 
dərəcələri və peşə  vərdişlərindən,  əməyin fondla silahlanma səviy yə sin dən, 
mad  di  və mənəvi stimullaşdırma tədbirlərindən və s. amillərdən asılıdır. Əlbəttə, 
sadaladığımız və digər amillərin təsirini konkret müəyyən etmək və resurslar 
arasında optimal əlaqə yaratmaqla onlardan daha da səmərəli istifadə etmək 
asan iş deyildir. Belə bir prosesi əsas fondlar üzrə  də müşahidə etmək müm-
kündür. Məsələn, iki eyni dəzgahın birində  səriştəli, yəni yüksək ixtisaslı  və 
pe şəkar, digərində aşağı ixtisaslı və az peşə vərdişinə malik fəhlə çalışırsa, on la-
rın iş fəaliyyətinin nəticələri eyni ola bilməz. Deməli, bu amilin özü də  resur s lar 
arasında nisbətə təsir göstərə bilir. Hətta heç bir iş təcrübəsinə malik ol ma yan 
iki fəhlə eyni işdə çalışırsa, onların yerinə yetirdiyi işin həcmi və key fi y yə tində 
də fərq ola bilər.
Resurslar arasında optimal əlaqə yaratmaq xeyli çətin olsa da, onun yara dıl-
masına səy və cəhd göstərmək lazımdır.
§27. İş (xidmət) satışı üzrə müqavilə öhdəliklərinin 
yerinə yetirilməsinin təhlili
Məhsul (iş, xidmət) satışı-təsərrüfat subyektinin vəsaitlərinin dövranının zə-
ruri və son mərhələsi hesab olunur. Bu mərhələdə onlar əmtəə formasından pul 
for masına keçir.
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri, vəsaitlərin dövranı, 
avans edilən kapitalın sahibkara qayıtması və dövr sürəti, pul gəlirləri, mənfəət 
və rentabellik göstəriciləri məhsul satışı  həcmindən asılıdır. Məhsul satışının 
təh lili ay, kvartal, yarımil və digər dövrlər üzrə, eləcə də təqvim ayı daxilində 
gün lər, beşgünlüklər, ongünlüklər, bəzən də ayın  əvvəlindən başlayaraq artan 
rəqəmlərlə aparılır.


93
IX MÖVZU
 MƏNFƏƏT (ZƏRƏR), ONUN BÖLÜŞDÜRÜLMƏSİ
§28. Mənfəət və zərərin uçotu
Sənaye müəssisələrində mənfəət əsas etibarı ilə məhsulların satışı prosesində 
və məhsulların satışından olan pul vəsaiti və həmin satılan məhsulların tam fak-
tiki maya dəyəri və əlavə dəyər vergisi və aksizlərin məbləği arasındakı fərq ki-
mi yaranır. Beləliklə, müəssisənin təsərrüfathesabı fəaliyyətinin əsasını mən fəət 
təşkil edir. O, iki mühüm funksiyanı yerinə yetirir:
l. Müəssisənin fəaliyyətinin son maliyyə  nəticələrini onun pul yığımının 
həcmini xarakterizə edir. Mənfəətin həcmi aşağıdakılardan asılıdır: satılmış 
məh sulların həcmindən, məhsulların keyfi yyətindən, əsas fondlardan, maddi və 
əmək ehtiyatlarından səmərəli və faydalı istifadə edilməsindən (maya dəyərinin 
aşa ğı salınması), müəssisənin işinin keyfi yyətindən (malgöndərənlər, malalanlar, 
bank lar  qarşısında öhdəliyin yerinə yetirilməsi).
2. Mənfəət müəssisənin istehsal və sosial inkişafına məsrəfl ərin  ma liy yə-
ləşdirilməsinin əsas mənbəyi hesab olunur; mənfəətdən büdcəyə ödəmələr isə 
döv lət büdcəsinin gəlirlərinin mühüm elementi hesab olunur.
3. Bu o deməkdir ki, müəssisənin gəlirləri təkcə onun maliyyə tələbatını de-
yil, həm də ictimai istehlak fondlarına, elmin inkişafına, səhiyyənin, təhsilin in-
ki şafına, ölkənin müdafi əsinə dövlətin tələbatını təmin etməlidir.
Bazar iqtisadiyyatına keçid şəraitində mənfəət istehsalın inkişafının hə vəs-
lən dirilməsində böyük rol oynayır. Müəssisələr təsərrüfat fəaliyyəti prosesində 
mən fəətlə yanaşı nəzərdə tutulmayan itkilərə də malik ola bilər. Həm mənfəət
həm də zərərlər uçotda hər bir maddə və bütövlükdə maliyyə nəticələri üzrə öz 
ək sini  tapmalıdır.
Hesabat ilində müəssisənin fəaliyyətinin son maliyyə  nəticəsinin  əmələ 
gəlməsi haqqında informasiyaları ümumiləşdirmək üçün 80 “Mənfəət və zə rər-
lər” adlı aktiv-passiv sintetik hesabı ayrılmışdır.
Bu hesabın krediti üzrə müəssisələrin mənfəəti (gəlirləri), debeti üzrə isə zə-
rərləri (itkiləri) əks olunur. Xüsusilə hesabat dövrü ərzində bu hesabda aşa ğı-
dakılar uçota alınır:
1. Hazır məhsulların (işlərin, xidmətlərin) satışından olan mənfəət və ya zə rər lər;
2. Təchizat-satış və ticarət təşkilatlarında malların və taraların satışından olan 
ümumi gəlir;
3.  Əsas vəsaitlərin satışından olan mənfəət və ya zərər, sair çıxmalardan olan 
gəlirlər və itkilər;


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə