Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə32/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

80
 nə ti cə kimi məhsul istehsalının həcmi, onun maya dəyəri, mənfəət və s. iqtisadi 
gös təricilər təsərrüfatın əmək ehtiyatları ilə təmin olunması və onların istifadə 
edil məsinin faydalılığından asılıdır.
Təhlilin əsas vəzifələri:
• bütövlükdə, həmçinin kateqoriyalar və ixtisaslar üzrə müəssisənin və onun şö bə-
 lərinin əmək ehtiyatları ilə təmin olunmasının öyrənilməsi və qiymət  ve  ril mə si;
• əmək ehtiyatlarının axını göstəricilərinin müəyyən edilməsi və öyrənilməsi;
• əmək ehtiyatlarının istifadəsi haqqında məlumatların təhlili;
•  əmək ehtiyatlarının daha tam və faydalı istifadəsi ehtiyatlarının aşkar edil mə sidir.
Əmək ehtiyatları ilə təmin olunma kateqoriyalar və peşə növləri üzrə onların 
faktiki sayını planla və ya normativlə müqayisə etməklə müəyyən edilir.
Kənd təsərrüfatı müəssisələrinin daha çox peşəkar kadrlarla – mütəxə ssis-
lərlə, traktorçu maşinistlərlə, sürücülərlə, maşınla sağım operatorları ilə, mala-
baxanlarla təmin olunmasının təhlilinə xüsusi fi kir verilir.
Bundan sonra əmək ehtiyatlarının keyfi yyət tərkibi – işçinin yaşına, cinsinə, 
təhsilinə, iş stajına və s. görə təhlil edilməlidir.
İşçi qüvvəsinin hərəkətinin xarakteristikası üçün aşağıdakı göstəricilərin di-
na mikasını hesablayıb təhlil edirlər: 
– işçilərin qəbulu üzrə dövriyyə əmsalı – müəyyən olunan dövrdə işə qəbul 
olunanların cəmi işçilərin orta siyahı sayına nisbətinin faizlə ifadəsidir.
– işdən çıxma üzrə  işçi qüvvəsinin dövriyyəsi – müəyyən olunan dövrdə 
işdən çıxan işçilərin – cəmi işçilərin orta siyahı sayına nisbətinin faizlə ifadəsidir.
İşçi axıcılığı dedikdə burada ixtisası uyğun gəlmədiyindən daxili qayda-
qa nu nu  və  əmək intizamını pozaraq könüllü və özbaşına işdən gedən işçilər 
nəzər də tutulur.
İşçilərin axını  əmsalı dedikdə – yuxarıda göstərilən səbəbdən işdən ge dən-
lərin sayının cəmi işçilərin orta siyahı sayına nisbəti nəzərdə tutulur. Kadrların 
axı cılığı olduqda bu, təsərrüfata pis təsir edir. Odur ki mövcud olan işçilərin get-
məsinin səbəbini öyrənməklə çalışmaq lazımdır ki, təsərrüfatda işçi axıcı lı ğına 
yol verilməsin. Təhlil apardığımız dövrdə əmək ehtiyatlarının tam istifadə edil-
məsini 1 işçi tə rəfi ndən işlənilmiş günlərin və saatların miqdarına görə, həm çinin 
iş vaxtı fon dunun istifadə dərəcəsinə görə qiymətləndirmək olar. Belə təh lil  hər 
işçi  ka te qoriyası, istehsal bölməsi və bütövlükdə müəssisə üzrə apa rılır.
İndi isə əmək ehtiyatlarının istifadəsini nəzərdən keçirək.


81
Cədvəl 24
T
əsərrüfatda əmək ehtiyatlarının istifadə edilməsi
Göstəricilər
Keçən il
Hesabat ili
Kənarlaşma (+, -)
Plan
Faktiki Keçən ildən Plandan
İşçilərin orta illik sayı
595
580
542
-53
-38
İl ərzində bir işçi tərəfi ndən işlənmiş 
günlər
260
260
252
-8
-8
İl ərzində bir işçi tərəfi ndən işlənmiş 
saatlar
1768
1820
1638
-130
-182
İş gününün orta uzunluğu
6,8
7,0
6,5
-0,3
-0,5
Cədvəldəki məlumatlardan görünür ki, təsərrüfatda  əmək ehtiyatları ça tış-
mır. Möv cud əmək ehtiyatlarından qeyri-qənaətbəxş istifadə edilmişdir. Bir işçi 
tə rə fi n dən 260 gün əvəzində 252 gün işlənilmişdir. 1 gündə iş vaxtı itkisi 0,5 
sa at  ol muş dur.
Təsərrüfatda əmək ehtiyatlarının daha səmərəli istifadə edilməsi üçün yar-
dım çı istehsal sahəsini inkişaf etdirmək lazımdır.


82
VIII MÖVZU
 MƏHSUL İSTEHSALI, XƏRCLƏR VƏ MƏNFƏƏT 
ARASINDAKI ƏLAQƏNİN TƏHLİLİ
§22. Təhlilin məzmunu, vəzifələri və informasiya mənbələri
Məhsul istehsalı və satışının həcmini xarakterizə edən göstəricilər bir-biri ilə 
qarşılıqlı əlaqəli göstəricilərdir. Məhdud istehsal resursları və qeyri-məhdud tə-
ləb şəraitində məhsul istehsalının həcmi ön plana çəkilir. Lakin bazarın təchiz 
edilməsi və rəqabətin güclənməsi səviyyəsindən asılı olaraq istehsal satışın həc-
mini müəyyən etmir, əksinə, satışın mümkün həcmi istehsal proqramının tərtib 
edil məsini şərtləndirir. Daha doğrusu, istehsal proqramının əsasını məhsul satışı 
təşkil edir. Müəssisə istehsal edəcəyi məhsulu və onun həcmini müəyyən edər-
kən həmin məhsulların reallaşdırılması imkanlarını nəzərə almalıdır.
Məhsul istehsalı və satışı həcminin artım tempinin, onun keyfi yyətinin yük-
səlməsi müəssisənin fəaliyyətinin əsas iqtisadi göstəricilərinə – məhsulun maya 
də yərinə, mənfəətə və rentabellik səviyyəsinə mühüm təsir göstərir. Ona görə 
də həmin göstəricilər qarşılıqlı əlaqədə öyrənilməlidir. Məhsul istehsalı və sa-
tışının təhlilinin  əsas məqsədi rəqiblərlə müqayisədə  məhsul satışı  həcminin 
artırılması, istehsal güclərindən maksimum istifadə etməklə, bazarda müəs si-
sənin fəaliyyət dairəsinin (xüsusi çəkisinin artırılması) və nəticədə onun mən-
fəətinin qalması yollarının müəyyən edilməsidir. 
İstehsal prosesinin təhlili iki istiqamət üzrə aparılır. Birinci halda istehsal 
proqramının formalaşması və yerinə yetirilməsi zamanı zəruri məbləğdə mən-
fəət əldə edilməsi baxımından onun satışının perspektivi qiymətləndirilir. İkinci 
halda, təhlil prosesində maliyyə-iqtisadi nöqteyi-nəzərdən istehsalın tən zim lən-
məsi üzrə idarəetmə qərarlarının iqtisadi nəticələri müəyyən edilir.
Bazar münasibətlərinə keçid şəraitində, sadəcə olaraq, istehsal prosesi deyil, 
istehsal ediləsi məhsula sifarişlərin alınması və istehsalçı ilə razılaş dı rıl mış qiy-
mətlər üzrə onun ödənilməsi təhlilin obyekti hesab olunur. Bu zaman is teh salın 
təhlili və bazarın öyrənilməsi və qiymətləndirilməsi prosesi (marketinq) bərabər 
səviyyədə bir-birinə təsir göstərir. Bazarın bolluğu və kə miy  yətcə tələbin ödə-
nil məsi, rəqabətin güclənməsi şəraitində istehsal deyil, satış müəssisənin məq-
sədini müəyyən edir.
İstehsalın həcmi işgüzar fəallığın müəyyən diapazonunda, daha doğrusu, re-
levant sıraları xarakterizə edən minimum maksimum həddində öyrənilir. Təhlil 
yalnız mütləq minimum maksimum həddində deyil, eləcə  də  dəyişməz daimi 
xərc  lər həddində aparıla bilər.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə