Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə29/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

71
Hesabat ilində fəhlələrin sayının həm keçən ildəkinə, həm də plana nisbətən 
art ması ilə ümumi iş vaxtının (yəni adam-gün və adam-saat) faktiki miqdarı da 
həm keçən ildəkinə, həm də nəzərdə tutulan plana nisbətən xeyli artmışdır. Mə-
sələn, hesabat dövründə keçən ildəkinə nisbətən ümumi adam-günü 7,9 min 
adam-gün (534,8-526,9) və ya 1,5% (7,9 : 526,0 × 100) və 36 min adam-saat 
(3704-3668) və ya 1,0% (36 : 3668 × 100), plana nisbətən 3,8 min adam-gün 
(534,8-531,0) və ya 0,7% (3.8 : 531,0 × 100) və 32 min adam-saat (3704-3672) və 
ya 0,9% (32 : 3672 × 100) artmışdır. Bir fəhləyə görə, orta hesabla, işlənilmiş 
adam-günlərin sayına gəldikdə isə burada vəziyyət nisbətən pisləşmişdir. Yəni 
he sabat  dövründə keçən ilə nisbətən bir fəhləyə düşən orta adam-günlərinin sayı 
0.3 adam-gün (242,3-242,0) və plana nisbətən 0,5 adam-gün (242,5-242,0) azal-
mış dır.
Hesabat dövründə  iş gününün orta uzunluğu keçən ildəkinə nisbətən 0,03 
sa at (6,96-6,93) qısalmış və nəzərdə tutulan plana nisbətən 0,02 saat (6,93-6,91) 
art mışdır.
Deməli, hesabat ilində işçi qüvvəsindən və iş vaxtından bütövlükdə səmərəli 
istifadə olunmamış və boşdayanma hallarına yol verilmişdir ki, bu da müəssisə 
üçün mənfi  hal kimi qiymətləndirilməlidir.
Təhlil işinin sonrakı mərhələlərində bir işçinin orta iş gününün, o cümlədən 
iş gününün orta uzunluğunun dəyişməsi səbəbləri öyrənilməlidir. Birinci də-
yişikliyin səbəbi fəhlələrin müvəqqəti olaraq başqa işlərə cəlb edilməsi, növ bə-
dən kənar məzuniyyətlərin verilməsi, ayrı-ayrı sexlərin işinin müvəqqəti da yan-
dı rılması və başqa səbəblərdən işçilərin bütün boş dayanmaları hesabına iş vax-
tı nın itkisi, ikinci dəyişikliyin səbəbi isə sexin materiallarla təminatının pis 
təşkil edilməsi, elektrik enerjisinin, suyun müvəqqəti olmaması və başqa hal lar-
da fəhlələrin növbədaxili boşdayanmaları hesabına iş vaxtı itkisi hesab olunur. 
Beləliklə, iş vaxtı itkisinin öyrənilməsi əməyin təşkili zəif olan sahələrin aşkar 
edilməsi, bu geriliyin aradan qaldırılması üçün zəruri olan tədbirlərin ha zır lan-
ma sından ötrü lazımdır. Bütün göstərilən məsələlər öyrənildikdən sonra iş vax-
tından istifadənin təhlili vasitəsi ilə əldə edilən nəticələr  ümu mi ləşdi ril mə lidir.
Fəaliyyətini təhlil etdiyimiz müəssisədə planda nəzərdə tutulmuş adam-saat-
lardan faktiki işlənilmiş adam-saatların kənarlaşması aşağıdakı amillərin təsiri 
nə ticəsində olmuşdur:
1. Fəhlələrin orta siyahı sayının dəyişməsinin təsiri. Mütləq rəqəmlə nəzərdə 
tutulan plandan 200 fəhlənin artıq saxlanması hesabına plan üzrə bir fəhlənin iş 
gü nü 242,5 adam-gün və orta iş vaxtı  fondu  32,5  min  (20 × 242,5 × 6,9)  adam-
saat artmışdır;
2. Bir fəhlənin iş günlərinin plana nisbətən dəyişməsinin təsiri. Bir fəhlənin 
iş günlərinin planda nəzərdə tutulduğundan 0,5 gün az olması hesabına orta si-
yahı sayının 2210 və iş gününün orta uzunluğu 6,93 saat olması nəzərə alınmaqla 


72
11,0 min (0,5 × 2210 × 6,93) adam-saat iş vaxtı itkisinin əmələ gəlməsinə səbəb 
olmuşdur.
3. İş gününün orta uzunluğunun dəyişməsinin təsiri. İş gününün orta uzun lu-
ğu nun plandan 0,02 (6,91- 6,93) saat artması hesabına iş vaxtı 10,7 (0,02 × 534,8) 
adam-saatı həcmində artmışdır.
Beləliklə, yuxarıdakı amillərin təsiri nəticəsində əldə etdiyimiz nəticəni aşa-
ğı dakı kimi ümumiləşdirmək olar:
1. İşlənmiş adam-saatların cəmi (min adam-saat hesabı ilə):
a) plan üzrə – 3672;
b) hesabat üzrə – 3704;
c) plandan kənarlaşma (artmağa doğru) – 32.
2. O cümlədən bu amillərin təsiri nəticəsində:
a) fəhlələrin siyahı sayının dəyişməsi hesabına – 32;
b) orta hesabla bir fəhlənin iş gününün dəyişməsi hesabına – 11;
c) iş günü uzunluğunun dəyişməsi hesabına – 11.
Bu məlumatlardan görünür ki, müəssisədə fəhlələrin sayının dəyişməsi və iş 
gününün uzunluğunun artması hesabına işlənmiş adam-saatların sayı 43 min 
adam-saat (32+11) həcmində artmış  və bir fəhlənin iş gününün dəyişməsi 
hesabına 11,0 min adam-saat iş vaxtı itkisinə yol verilmişdir. Sonda üç amildən 
ikisinin müsbət və birinin mənfi   təsiri nəticəsində  iş vaxtı 32 min adam-saat 
(43-11) artmışdır.


73
VII MÖVZU
ƏMƏK MƏHSULDARLIĞI VƏ ƏMƏK HAQQININ 
TƏHLİLİ
§19. Əmək məhsuldarlığının təhlili
İstehsalın miqyasları artdıqca, daxili və xarici bazarlarda rəqabət güc lən dik-
cə istehsalın effektivliyinin yüksəldilməsi probleminin həllində əməyin səmə rə-
liliyinin yüksəldilməsi, əmək məhsuldarlığının artırılması daha böyük əhəmiyyət 
kəsb edir. İstehsal proseslərində fəaliyyət göstərən adamların əməyi nin  effektiv-
liyi əmək məh suldarlığı ilə ölçülür. Əmək məhsuldarlığı insanların məqsədə uy-
ğun fəaliy yəti olmaqla yanaşı, istehsalın effektivliyinin ən mühüm göstərici lə-
rindən biridir. O, maddi istehsalda vaxt vahidi ərzində yaradılan məhsulun miq-
darı, yaxud məhsul vahidinə adam-gün, adam-saat hesabı ilə əmək sərfi nin miq-
darı ilə ölçülür.
Bazar rəqabəti şəraitində əmək məhsuldarlığının artırılması üzrə planın işlə-
nib hazırlanması, bu planlaşdırmanın aparıldığı dövrdəki elmi-texniki tə rəq qi, 
əmək adamlarının mədəni-texniki səviyyəsinin artırılması,  is teh salın və əmə yin 
təşkilinin təkmilləşdirilməsi, əməyin nəticələrinə görə işçilərin maddi və mə nə-
vi maraqlarının gücləndirilməsi və digər amillərin he saba alınması, onun real-
laş dırılmasına və yerinə yetirilməsinə daimi nə za rətin təmin edilməsi idarə et-
mənin ən aktual problemlərindən biridir və əvvəlki dövrlərlə müqayisədə böyük 
əhə miyyət kəsb edir.
Mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq, ölkə  əra zisində 
fəaliyyətdə olan bütün müəssisələrdə əmək məhsuldarlığına dair göstə ricilər yu-
xa rı orqanlar tərəfi ndən təsdiq edilməyib, hər bir təsərrüfat subyekti tərəfi ndən 
müs təqil olaraq müəyyən edilir və sosial-iqtisadi inkişaf (biznes) planında nə-
zər də tutulur.
Bu planda əmək məhsuldarlığının yüksəldilməsini təmin edən bütün tex niki, 
texnoloji, təşkilati tədbirləri hesaba almaqla yanaşı, əmək məhsul darlığının orta 
əmək haqqına (maddi stimullaşdırma tədbirləri ilə əlaqədar ödəmələr də daxil 
ol maqla)  nisbətən üstün artımı nəzərdə tutulur ki, əmək məhsuldarlığının yük-
səl dilməsinə yönəldilən tədbirlərin effektivliyi təmin olunsun. 
Əmək məhsuldarlığının təhlili prosesində plan göstəricilərinin yerinə yetiril-
məsi səviyyəsi, onların artıqlaması ilə, yaxud kəsirlə yerinə yetirilməsi səbəbləri 
və hər bir səbəbin təsiri öyrənilir, əmək məhsuldarlığının yüksəl dilməsinə dair 
plan tapşırıqlarının reallığı  əsaslandırılır, müəssisədə (ayrı-ayrı sexlərdə  və 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə