Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə26/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   22   23   24   25   26   27   28   29   ...   46

65
dən işlənilmiş iş saatlarının miqdarı hesablanır. Təhlil apardığımız tikinti müəs-
si səsində  əmək resurslarından istifadəni xarakterizə edən ümumi göstəricilər 
aşa  ğıdakı cədvəldə verilir.
Cədvəl 18
Göstəricilər
Keçən 
ildə 
Hesabat ilində
Kənarlaşma
plan 
üzrə
faktiki Keçən ilə 
nisbətən
Plana 
nisbətən
1. Fəhlələrin orta illik sayı, nəfər
3210
3180
3084
−126
5
2. Bir fəhlə tərəfi ndən işlənib
gün
236
245,8
241,8
+5,8
−4,0
saat
3. İş gününün orta uzunluğu, saat
7,60
8,0
7,63
+0,3
−0,37
İş vaxtından sonra işlənmiş, min saat
22,4

25,6
+3,2

Verilən məlumatlardan göründüyü kimi, müəssisədə mövcud əmək resur s-
larından tam həcmdə istifadə olunmamış, iş vaxtı itkilərinə yol verilmişdir. Orta 
hesabla bir nəfər fəhlə tərəfi ndən işlənmiş günlərin sayı 4 gün, iş gününün uzun-
luğu isə 0,3 saat az olmuşdur. Bu səbəbdən iş vaxtı itkiləri 4 × 3084 = 12336 gün 
və  ya  12336 × 8 = 98688  saat  olur.  İstehsalat və əməyin təşkilində olan qur ğularla, 
yəni subyektiv səbəblərlə əlaqədar növbəarası boşdayanmalar da çox ol muşdur. 
Bu səbəbdən iş vaxtı itkiləri 3084 × 241 × 0,37 = 275000 saat təş kil edir. Bütövlükdə 
müəssisə üzrə iş vaxtı itkilərinin ümumi həcmi  1845 - 1966 × 3084 = -373164  saat 
olur. Bunu dürüst göstərici kimi qəbul etmək də olmaz. Belə ki, burada iş 
vaxtından  əlavə  iş vaxtı hesaba alınmamışdır. Bu göstəricini hesaba alsaq, iş 
gününün faktiki uzunluğu (5690-25,6) : (3084 × 241,8) = 7,6  saat  olur.  Bu  halda  iş 
vaxtı itkisinin dəqiq miqdarı  3084 × 241 × 0,4 = 297297,6  saat  olur.
İş vaxtı itkiləri müxtəlif obyektiv – kənardan alınan elektrik enerjisinin, su, 
bu xar  və sairənin kəsilməsi və müəssisənin fəaliyyətindən asılı olan, plan laş-
dırılmayan, müdiriyyətin razılığı ilə əlavə məzuniyyətlərin verilməsi, müvəqqəti 
iş qabiliyyətinin itirilməsinə görə, fəhlələrin xəstələnməsi, maşın və  ava dan lıq-
ların nasaz olmasına görə, xammal və materialların, yanacağın və dəstləşdirici 
məmulatların, elektrik enerjisinin çatışmazlığına, habelə digər subyektiv səbəb-
lərə görə ola bilər. Bu halda hər bir səbəb üzrə, xüsusilə də müəssisənin fəaliy-
yətindən asılı olan səbəblər üzrə iş vaxtı itkilərini ətrafl ı təhlil etmək lazımdır. 
Müəssisənin fəaliyyətindən asılı  iş vaxtı itkiləri məhsul istehsalını artırmaq, 
fəh lələri ixtisar etmək üçün təsərrüfatdaxili ehtiyat hesab olunur. Subyektiv sə-
bəb lərdən iş vaxtı itkiləri əlavə vəsait qoyuluşu tələb olunmayan, ancaq təşkilati 
tədbirlər görərək daha tez səfərbər etməklə istehsalın effektivliyini yüksəltmək 
müəssisə üçün faydalı olur.
Təhlil zamanı təşkilati tədbirlər görməklə aradan qaldırılması mümkün olan 
və olmayan iş vaxtı itkilərini ayırd etmək tələb olunur.


66
Südəmər uşağı  əmizdirmək üçün qadınlara verilən tənəffüs, yeniyetmələr 
üçün iş vaxtının qısaldılması üzrə vaxt itkiləri (və bu qəbildən olan digər itkilər) 
ara dan  qaldırılması mümkün olmayan növbədaxili itkilərə,  əmək intizamının 
po zulmasına, kiçik bədən xəsarətinə, müdiriyyətin icazəsi ilə işin qabaqcadan 
dayandırılmasına, ağır və  zərərli iş  şəraitinə, ali və orta ixtisas məktəblərində 
oxuyan tələbələrə verilən güzəştlərə görə  iş vaxtı itkiləri aradan qaldırılması 
müm kün olan növbədaxili iş vaxtı itkilərinə daxil edilir.
Aradan qaldırılması mümkün olan iş vaxtı itkilərinin cəmi miqdarı iş vaxtı 
fondunun artırılmasında istifadə olunmamış təsərrüfatdaxili ehtiyat hesab olu-
nur. Bizim misalımızda iş vaxtı itkiləri və bu itkilərin məhsul istehsalının həc-
mi nə təsiri aşağıdakı cədvəldə və cədvəl məlumatlarına əsasən aparılan he sab-
lamalarda verilir.
 
Cədvəl 19
Göstəricilər
Plan 
üzrə
Hesabat 
üzrə
Kənar-
laşma
1. Təqvim ilinin sayı
365
365
-
2. Qeyri-iş günlərinin sayı
111
111
-
3. Nominal iş vaxtı fondu
254
254
-
4. Saat hesabı ilə nominal iş vaxtı fondu
2083
2083
-
5. İşə çıxmayan günlərin sayı
29,8
31,7
+1,9
5.1. Növbəti və bütün növbələrdə məzuniyyət
18,8
18,7
-0,1
5.2. Hamiləlik və doğuşla əlaqədar məzuniyyət
2,8
2,8
-
5.3. Xəstəliyə görə
6,4
7,6
+1,2
5.4. Qanunvericiliklə icazə verilən digər işə çıxmamalar
1,8
1,4
-0,4
5.5. Müdiriyyətin icazəsi ilə işə çıxmamalar
-
0,5
+0,5
5.6. Bütün gün ərzində boşdayanmalar
-
0,2
+0,2
5.7. Proqul
-
0,3
+0,3
5.8. Tədris məzuniyyəti
-
0,2
+0,2
6. Faktiki işləmişdir
6.1. Gün hesabı ilə
224,2
222.3
-1,9
6.2. Saat hesabı ilə 1838
1823
-15
7. Növbədaxili boşdayanmalar, saat hesabı ilə
52,8
58,9
+7,6
7.1. Südəmər uşaqlı qadınlar üçün əlavə tənəffüs
3,6
4,8
+1,2
7.2. İş gününün qısaldılması
49,2
51,4
+2,2
8. Real iş vaxtı fondu, saat hesabı ilə
1785,2
1764,1
21,2
Bu misalda işçilərin orta illik siyahı sayı 3084 nəfər, məhsul istehsalının 
plan həcmi 1120 mln. manatdır. Bu halda müəssisə hesabat ilində hər bir fəhlə 
hesabı ilə 2,7 saat növbədaxili boşdayanmalara yol vermişdir. Bu səbəbdən cə-
mi iş vaxtı  itkisi  2,7 × 3084:8,2=68280 saatdır. Əlavə vəsait xərcləmədən ancaq 
təşkilati tədbirlər görməklə aradan qaldırılması mümkün olan iş vaxtı itkiləri, 
yəni ehtiyat təşkil edən iş vaxtı  fondu  (2,7 × 3084) + 1110 = 8326,8  gün  olur. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə