Teserrufat fealiyetinin tehli


Şəxsi hesab (qısaldılmış formada)



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə24/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

60
Cədvəl 16
 Şəxsi hesab (qısaldılmış formada)
Təyin olunub, vəzifəsi dəyişib, məzuniyyət, xəstəlik, azad olunub və s.
Tarix Sənəd  Yazılışın 
məzmunu Şöbə
İxtisası, 
vəzifəsi
Dərəcəsi, 
vəzifə maaşı
Nə vaxtdan 
işləyir
Nə vaxta 
qədər
İş vaxtının uçotu isə aşağıdakı formada iş vaxtının uçotu tabelində əks olu nur.
№ Tabel 

Adı, soyadı, 
atasının adı 
Dərəcəsi 
vəzifə maaşı 
İxtisası, 
vəzifəsi
Ayın günləri İşə gəlib
İşə 
gəlməyib
İşlədiyi 
saatlar
1
2
3
1.
1.
Əliyev S.N.
120.000
Direktor 
8
8
İ
2.
2.
Vəliyev T.K.
100.000
Baş 
mühasib
X
8
1
3.
3.
Qasımov İ.
6000
Kassir
M
8
8
İ – istirahət, M – məzuniyyət, X – xəstəlik
İşçi vaxtının uçotu üzrə tabeldə əmək haqqı üzrə hesablanmış və tutulmuş 
məb ləğlər hesablaşma-ödəmə  cədvəlinə köçürülür və bütün işçi heyəti üzrə 
ödən mə yekunlaşdırılır. Hesablaşma-ödəmə  cədvəlində bir işçiyə çatası  əmək 
haq qının məbləği və  əmək haqqını alan şəxsin imza etməsi üçün artıq sütun 
gös tərilir.
Hesablaşma-ödəmə cədvəli müəssisə rəhbəri və baş mühasibin imzasından 
son ra  ödənməsi üçün kassirə təqdim olunur.
Əmək haqqının hesablanması və ödənməsi sistemində müxtəlif iş rejim lə-
rində əməyin ödənilməsi də çox vacibdir.
Müəssisələrdə gecə  iş vaxtının ödənməsi saat 22:00-dan 6:00-dək olan iş 
vax tını nəzərdə tutur. Gecə iş vaxtı, bir qayda olaraq, əmək müqavilələrində nə-
zər də tutulur və görülən işin həcmi yüksək tarif dərəcələri ilə ödənilir. Gecə iş 
vax tı ay müddətində tabel uçotunda əks olunur və ödənmə sistemi müəssisə 
üçün müəyyən olunmuş norma və qaydalarla ödənilir.
Əsas iş vaxtından əlavə, işlənmiş iş saatlarının ödənməsi iş vaxtı tabel uçotu, 
görülmüş  işlər üzrə naryadlar və mühasibatlıq tərəfi ndən tərtib edilmiş arayış 
əsa sında aparılır.  İşçilərə  iş vaxtından artıq vaxt ərzində görülən işin ödənmə 
sistemində ilk iki saat, saatlıq tarif maaşının bir yarım məbləğində, sonrakı saat-
lar isə ikiqat məbləğində ödənilir. İş vaxtlarından artıq işlənən saatlar üzrə əlavə 
istirahət günü verilməsinə icazə verilmir.
İstirahət və bayram günlərində icra olunmuş işlər bilavasitə texniki cəhətdən 
is tehsalın dayandırılması mümkün olmayan və əhaliyə xidmətlə əlaqədar olan 
müəssisələrdə icra olunur. Həmin günlərdə yerinə yetirilən işlər üzrə əmək haq qı 


61
tarif dərəcəsində müəyyən olunmuş normaların ikiqat məbləğindən az olma maq-
la ödənilir. Əgər işçi vəzifə təlimatında nəzərdə tutulmayan işi yerinə  yeti rir sə, 
əmək haqqı üzrə əlavə ödəmələr tərəfl ərin razılığı əsasında müəyyən olun muş 
həcmdə ödənilir. Belə halda işçinin arzusunu nəzərə alaraq ona başqa gün əvvəl-
lər işlədiyi günlər hesabına istirahət verilə bilər.  İstirahət günlərində gö rülən 
işlərin dəyəri ikiqat həcmdə ödənilir və ya başqa gün istirahət verilə bilər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müəyyən etdiyi qaydalara 
müvafi q olaraq bütün işçilərə hər il əmək məzuniyyəti verilir. İşçilərin aşağıdakı 
məzuniyyət növlərindən istifadə etmələri müəyyən olunmuşdur. 
1. Əsas və əlavə məzuniyyətlər nəzərə alınmaqla əmək məzuniyyəti;
2. Uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti;
3. Təhsil və elmi yaradıcılıqla məşğul olanlara verilən elmi məzuniyyət;
4. Ödənişsiz məzuniyyət.
Mövcud qanunvericiliyə görə bütün işçilərə ödənişli  əsas məzuniyyət 24 
təq vim  günündən az olmayaraq verilir, vəzifə yeri, orta əmək haqqı saxlanılır. 
Bəzi işçilərə işin xarakterindən asılı olaraq əlavə məzuniyyət verilə bilər. Mə-
zuniyyət dövrü üçün əmək haqqının hesablanması  və qaydaları mövcud olan 
qa nunvericiliklə tənzimlənir.
Məzuniyyət günlərinin əmək haqqını müəyyənləşdirmək üçün məzuniy yət-
dən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmini 12-yə bölməklə orta ay lıq 
əmək haqqı məbləği müəyyən olunur və alınan məbləği ayın təqvim günlə ri nin 
orta illik miqdarına bölmək yolu ilə birgünlük əmək haqqının məbləği müəy yən 
edilir. 
Əgər işçi işdən azad olunaraq başqa müəssisədə işləməyə keçirsə, belə halda 
istifadə olunmayan məzuniyyət dövrünə müavinət hesablanmalıdır. Bu halda 
hər istifadə olunmayan məzuniyyət ayına 2 gün məzuniyyət verilməlidir. Yəni 
əgər işdən azad olunan şəxs keçmiş məzuniyyət dövründən həmin vaxta qədər 
7 ay işləmişsə, ona istifadə olunmayan məzuniyyət hesabına 14 günlük 
(7 × 2 = 14)  məzuniyyət hesablanmalıdır. Mövcud qanunvericiliyə görə işçi mü-
əs sisədən vəzifəsinin ixtisar olunması ilə əlaqədar azad olunarsa, ona biraylıq 
əmək haqqı həcmində yardım ödənilməlidir. 


62
VI MÖVZU
İŞ VAXTININ TƏHLİLİ
§17. İş vaxtının təhlili
Müəssisədə əmək ehtiyatlarından istifadənin iqtisadi səmərəliliyinin yük səl-
dilməsinə  təsir göstərən amillərdən biri də  iş vaxtından düzgün istifadə edil-
məsidir. İş vaxtından səmərəli istifadə edilməməsi və iş vaxtı itkisinə yol ve-
rilməsi müəssisənin məhsul buraxılışı həcminin artırılması imkanını azaldır və 
əmək məhsuldarlığının yüksəldilməsinə mənfi  təsir göstərir. Bu zaman müəssisə 
istehsal planının yerinə yetirilməsi üçün normal vəziyyətdə tələb olunandan ar-
tıq işçi qüvvəsi saxlamaq məcburiyyətində qalır ki, bu da təsərrüfat fəaliyyəti 
üçün mənfi  hal hesab olunur. Bütün bunlarla əlaqədar olaraq iş vaxtından isti fa-
də edilməsinin vəziyyəti iqtisadi təhlilin köməyi ilə dərindən öyrənilməlidir.
Əmək resurslarından istifadə, ilk növbədə, iş vaxtı fondundan istifadə dərə-
cəsindən asılıdır. Hesabat dövrü ərzində mövcud əmək resurslarından istifadə 
bütün işçilər tərəfi ndən, bir fəhlə tərəfi ndən işlənmiş adam-günlərinin və saat la-
rının miqdarına görə qiymətləndirilir.
Planlaşdırma və  təhlil işləri yaxşı qurulmuş müəssisələrdə  əmək resur s-
larından istifadəni ifadə etmək məqsədilə  gələn hesabat ili üçün müəssisənin 
iqtisadi və sosial inkişafı planını tərtib edən zaman iş vaxtı balansı tərtib edilir 
və bütün hesabat dövrü ərzində onun gözlənilməsinə operativ nəzarət edilir. Ək-
sər istehsal müəssisələrində, xüsusilə də mövsümi istehsal sahələri mövcud olan 
müəssisələrdə təqvim ilinin ayrı-ayrı dövrlərində əmək resurslarına olan tələbat 
və onlardan istifadə göstəriciləri fərqləndiyinə görə planlaşdırılan il üçün iş vax-
tı balansında iş vaxtı fondu ilin ayrı-ayrı kvartalları üzrə hesablanır. Aparılan 
təhlil müəssisə üzrə iş vaxtı həcmini müəyyən etməyə daha əlverişli şərait yara-
dır. Lakin bununla belə, qeyd etmək lazımdır ki, hesabat ilində  iş vaxtından 
istifadə göstəricisinin plandan kənarlaşması həmişə işçi qüvvəsindən tam isti-
fadə edilməsini xarakterizə etmir. Bunu nəzərə alaraq müəssisə üzrə il ərzində 
orta hesabla işlənmiş işçilərin sayını və iş gününün orta uzunluğunu müəyyən 
et mək lazım gəlir. Hesabat dövründə bir işçinin orta hesabla işdə olduğu günlə-
rin sayını müəyyən etmək üçün müəssisə üzrə bütün işçilər tərəfi ndən işlənmiş 
adam-günlərinin sayını işçilərin orta illik siyahı sayına bölmək lazımdır. İş gü-
nü nün orta uzunluğunu müəyyən etmək üçün isə müəssisə üzrə bütün işçilər 
tərəfi ndən işlənmiş adam-saatlarının sayını ümumi adam günlərinin sayına böl-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə