Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə2/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   2   3   4   5   6   7   8   9   ...   46

6
tu tul mamış ehtiyat mənbələrini öyrənir. Təsərrüfat fəaliyyətinin təhlili planlaş-
dı r ma  səviyyəsinin yüksəldilməsinə və onun elmi cəhətdən əsaslı olub-olma ma-
sının öyrənilməsinə əlverişli şərait yaradır.
Plan tapşırıqlarının əsas iqtisadi göstəricilər üzrə yerinə yetirilməsi, plandan 
mütləq və nisbi kənarlaşmaların,  əmək,  əmək vəsaiti və  əmək cisimlərindən 
istifadə edilməsi səviyyəsinin təyin edilməsində təsərrüfat fəaliyyətinin təhlilin-
dən istifadə edilir. Təsərrüfat fəaliyyətinin təhlili müəssisənin plan tapşırıqlarının 
ayrı-ayrı iqtisadi göstəricilər üzrə yerinə yetirilməsi səviyyəsini öyrənməklə 
kifayətlənməyib, eyni zamanda plan tapşırıqlarının icrasına müsbət və ya mənfi  
təsir edən amilləri və onların təsir dərəcəsini təyin etməyə, qabaqcıl müəssisə 
kollektivinin iş təcrübəsini öyrənməklə onların yayılmasına şərait yaratmalıdır. 
Təsərrüfat fəaliyyətinin təhlili müəssisədə hesabat dövründə istifadə edilməmiş 
daxili ehtiyat mənbələrini aşkar edib, onların istehsal-təsərrüfat prosesinə cəlb 
edilməsi və ya gələcək ilin planında nəzərdə tutulması üçün tədbirlər proqra-
mının hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Deməli, planlaşdırma ilə 
təsərrüfat fəaliyyətinin iqtisadi təhlili arasında qarşılıqlı  əlaqə vardır. Başqa 
sözlə desək, planlaşdırma iqtisadi təhlil ilə başlanır və onun yerinə yetirilməsi 
səviyyəsinin öyrənilməsi prosesi təsərrüfat fəaliyyətinin təhlili ilə tamamlanır.
Qeyd etmək lazımdır ki, təsərrüfat fəaliyyətinin təhlili mühasibat uçotunun 
məlumatlarından istifadə etməklə həyata keçirildiyi kimi, o, mühasibat uçotu və 
hesabatlarının təkmilləşdirilməsinə, idarəetmə, planlaşdırma, təsərrüfat fəaliy-
yətinin təhlilinin müasir tələblərinə uyğun təşkilinə  və aparılmasına də  təsir 
edir. Təsərrüfat fəaliyyətinin təhlilinin tələblərə uyğun olaraq ilk uçot sənədlə-
rinin, hesablar planının, balans və başqa mühasibat formalarında göstəricilər 
sisteminin təkmilləşdirilməsi, informasiyanın işlənilməsinin mexanikləş diril-
mə si, avtomatik idarəetmə sisteminin yaradılması problemləri həll edilir.
Lakin qeyd etmək lazımdır ki, təsərrüfat fəaliyyətinin təhlili prosesində yal-
nız ilk uçot məlumatlarına əsasən, müəssisədəki işlərlə tanış olmaq hələ azdır. 
Müəssisənin təsərrüfat fəaliyyətinin operativ idarə edilməsində istehsal prose-
sini, onun inkişaf meylini hərtərəfl i öyrənmək və qiymətləndirmək tələb olunur. 
Uçot informasiyanı  dərk etmək, geniş  mənada aydınlaşdırmaq və qiymətlən-
dirmək yalnız təsərrüfat fəaliyyətinin təhlili prosesində əldə edilən məlumatlar 
əsasında mümkün olur. Təhlil zamanı ilk informasiya ikinci (hesablanmış) in-
for ma siyaya  çevrilir  və  təsərrüfat-maliyyə  fəaliyyətini xarakterizə edən  əsas 
göstəricilər  əlavə hesablamalar yolu ilə müəyyən edilir. Bu kimi göstəricilər 
müəssisənin təsərrüfat fəaliyyətini obyektiv xarakterizə etməklə bərabər, onun 
inkişafı və ya geri qalması səbəblərini və bunlara təsir edən amilləri öyrənməyə 
imkan verir.
Beləliklə, iqtisadi məlumatların işlənməsi  əsasında təsərrüfat-maliyyə  fəa-
liy   yətinin öyrənilib qiymətləndirilməsi təsərrüfat fəaliyyəti təhlilinin məz munu 


7
təşkil edir. Bir qayda olaraq, təhlilin nəticələrinə əsasən, qəbul ediləcək qərarla 
əmr, sərəncam və göstərişlər müəyyən dərəcədə əsaslandırılır. İdarəedici sistem 
idarəetmə obyektini nizama salır. Buna görə  də  təsərrüfat fəaliyyətinin təhlili 
nəticələrinə  əsaslanaraq hazırlanan qərar, göstəriş  və  sərəncamlar idarə etmə 
prosesinin əsası hesab olunur.
Təsərrüfat mexanizminin təkmilləşdirilməsi və idarəetmənin iqtisadi metod-
larla həyata keçirilməsinin ön plana çəkildiyi, təsərrüfat hesabının müəssisə və 
onun ayrı-ayrı sexlərinin, bölmələrinin işinin  əsas prinsipinə çevrildiyi indiki 
şəraitdə iqtisadi təhlil böyük xalq təsərrüfatı  əhəmiyyəti kəsb edir. Müəssisə 
kollektivinin ümumi fəaliyyətindən əldə edilən son nəticələrin obyektiv qiymət-
ləndirilməsi, ümumi nəticələrin tərkibində ayrı-ayrı sexlərin, sahələrin, briqada-
ların payı barədə daha düzgün məlumatların  əldə edilməsi, bir qayda olaraq, 
təsərrüfat fəaliyyətinin təhlili vasitəsi ilə həyata keçirilir. Müasir şəraitdə iqtisa-
di təhlil xalq təsərrüfatının idarə edilməsi sistemində ən səmərəli vasitəyə çev-
rilməkdədir. Xalq təsərrüfatının ayrı-ayrı sahələrində iqtisadi təhlil aparılma dan 
təsərrüfat mexanizmini nizama salmaq, ardıcıl olaraq təkmilləşdirmək və onun 
təsirliliyini artırmaq mümkün deyildir.
§2. Təsərrüfat fəaliyyətinin təhlilinin növləri
Müəssisənin təsərrüfat fəaliyyətinin təhlili təcrübəsinə əsasən demək olar ki, 
iqtisadi təhlil iki yerə bölünür: idarəetmə təhlili və maliyyə təhlili. Bu, mühasibat 
uçotunun idarəetmə uçotuna və maliyyə uçotuna bölünməsi ilə  əlaqədardır. 
Təsərrüfat fəaliyyətinin təhlilində istifadə olunan təhlil növləri özünün istifadə 
edilmə xüsusiyyətlərindən asılı olaraq müəyyən əlamətlərə görə fərqlənir:
1. Sahə əlamətinə görə: a) sahəvi; b) sahələrarası
2. Obyektinə görə: a) texniki-iqtisadi; b) maliyyə-iqtisadi; c) sosial-iqtisadi; 
d) marketinq təhlili; e) auditor təhlili; f) funksional dəyər təhlili.
3. Vaxt əlamətinə görə: a) qabaqcadan (perspektiv); b) sonradan (retro spek tiv); 
c) operativ.
4. Subyektinə görə: a) daxili; b) xarici.
5. Məzmununa görə: a) tam; b) qismən.
6. Aparılma metodikasına görə: a) amilli və ya çoxamilli; b) statistik; c) diaq-
nostik (ekspress); d) marjinal.
Müəssisə və istehsal birliklərinin maliyyə-təsərrüfat fəaliyyəti iqtisadi təhli-
lin obyekti hesab olunur. Lakin müəssisənin və ya birliyin təsərrüfat fəaliyyəti 
on ların tərkibinə daxil olan ayrı-ayrı bölmələrin, sexlərin və briqadaların işi ilə 
bi lavasitə əlaqədar olduğuna görə təhlilin sonrakı mərhələlərində bu bölmələrin 
fəaliyyəti də onun obyektinə çevrilir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə