Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə9/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

21
II MÖVZU
MÜƏSSİSƏNİN EHTİYATLARI VƏ ONLARIN 
TƏHLİLİ
§10. İstehsal ehtiyatlarının təhlili
Müəssisənin maliyyə vəziyyətinə və onun istehsal nəticələrinə material eh-
tiyatlarının vəziyyəti böyük təsir göstərir. Məhsul istehsalı və satışının normal 
gedişi məqsədilə ehtiyat məsrəfl əri optimal olmalıdır. Çoxlu sayda ehtiyatların 
yığılması müəssisənin fəallığının aşağı düşməsindən xəbər verir. Bu isə dövriy-
yə kapitalının dondurulmasına, onun dövriyyə sürətinin azalmasına gətirib çıxa-
rır. Bundan başqa, əmlak vergisi artır, likvidliklə bağlı çətinliklər yaranır, xam-
mal və material itkisi çoxalır.
Eyni zamanda ehtiyatların çatışmazlığı istehsal prosesində başlayan mane ə lə-
rin yaranmasına, istehsal güclərindən tam istifadə olunmasına, məhsul bura xı lışı 
həcminin aşağı düşməsinə, maya dəyərinin, itkilərin çoxalmasına gətirib çıxarır 
ki, bunların hər biri də müəssisənin maliyyə  vəziyyətinə  mənfi   təsir gös tə rir.
Buna görə də hər müəssisə istehsalının vaxtlı-vaxtında və tam həcmdə la zımi 
eh tiyatlarla  təmin olunması və eyni zamanda onların anbarda yığılıb qal maması 
üçün tədbir görməlidir.
İstehsal xammal və ehtiyatlarının təhlili birinci növbədə onların dina mika-
sının və faktiki qalıqlarının plan qalıqlarına uyğunluğunun təhlili ilə başlan-
malıdır. Təhlil aparılan müəssisədə hesabat ili ərzində istehsal ehtiyatlarının 
qalığı 1,35 dəfə yüksəlmişdir. Belə ki, satış həcmi bu dövrdə 1,45 dəfə artmışdır.
İstehsal ehtiyatlarının dəyər ifadəsində ölçüsü həm kəmiyyət, həm də dəyər 
(infl yasiya) amili hesabına dəyişə bilər. Kəmiyyət (k) və Qiymət (Q) amillərinin 
ehtiyatların (E) hər növü üzrə dəyərinin dəyişilməsinə təsiri mütləq fərq üsulu 
ilə hesablanır.
∆ E
k
 = (K
ı
 − K

) × Q
o
∆ E
q
 = K
ı 
× (Q
ı 
− Q
o
)
 
Cədvəldə göstərilən məlumatlara görə, istehsal ehtiyatlarının dəyərinin art-
ması daha çox onların kəmiyyəti hesabına deyil, infl yasiya ilə bağlı olaraq on la-
rın dəyərinin artması hesabına baş vermişdir.
Bundan başqa, xammal və materiallara cəlb olunmuş kapitalın istifadəsi in-
tensivliyinin təhlilinin aparılması da vacibdir.
Ehtiyatların dövri müddəti onların anbara daxil olduğu gündən istehsala ötü-
rülməsi dövrünə qədər olan müddəti əhatə edir. Bu dövr nə qədər azdırsa (digər 


22
bərabər şərtlər daxilində), istehsal kommersiya tsikli də bir o qədər azdır. Bu, 
aşa ğıdakı şəkildə təyin olunur.
P


Cədvəl 1
Ötən il
Hesabat ili
İstehsal ehtiyatlarının orta qalıqları, min manat
7550
9715
Sərf olunmuş ehtiyatlar, min manat
36240
49960
Ehtiyatların dövr müddəti (gün hesabı ilə)
75
70
Cədvəl 2
İstehsal ehtiyatlarının vəziyyətinin təhlili
Ehtiyatların 
növləri
Miqdar, t
Qiymət, manat
Ehtiyat qalığı
Dəyişikliklər
İlin
əvvəlinə
İlin
sonuna
İlin
əvvəlinə
İlin
sonuna
İlin
əvvəlinə
İlin
sonuna
A
500
520
2500
3000
1250
1560
1310
B
350
330
3200
4000
1120
1320
1200
C
180
188
1250
1500
225
282
157
Yekun
10000
13500
13500
Verilən məlumatlar dövriyyə sürətinin yüksəlməsindən xəbər verir, bu isə 
müəs sisənin işgüzar fəallığının artdığını göstərir. Dövriyyə sürəti yığılıb qalmış, 
tələbə  məruz qalmayan ehtiyatların mövcudluğu, yaxud infl yasiyanın artım 
tem pi  və defi sit halının gözlənilməsi ilə bağlı əlavə ehtiyatların alınması he sa-
bına aşağı düşə bilər.
Buna görə  də material ehtiyatlarının tərkibində belələrinin olub-olmaması 
yox lanılmalıdır. Bunu anbar uçotunun və ya qalıq cədvəllərindəki məlumatlardan 
asanlıqla müəyyənləşdirmək olar. Əgər hər hansı material növü üzrə qalıq bö-
yükdürsə  və  əgər bu material növü üzrə  xərclər il ərzində olmayıbsa (və ya 
əhəmiyyətsiz olubsa), bu artıq həmin material növünü yığılıb qalmış materiallar 
qrupuna aid edir. Belə materialların mövcudluğu dövriyyə kapitalının uzun müd-
dət üçün dondurulmasından xəbər verir ki, bunun nəticəsində dövriyyə sü rəti 
azalır. Bunun yaranma səbəblərini aydınlaşdırmaq zəruridir. Bu səbəblər sırasına: 
plan hesablarının qeyri-dəqiqliyi, faktiki material, faktiki material mə da xillərinin 
və məsrəfl ərinin plan məlumatlarından kənarlaşmaları və s. aid ola bilər. 
Ehtiyatların operativ idarə olunması üçün hər növ ehtiyat üzrə dövriyyə 
sürə tinin  ətrafl ı təhlili aparılır. Bunun üçün ehtiyatların orta qalınlığını 1 günlük 
məs rəfə bölmək lazımdır. 


23
Cədvəl 3
 İstehsal ehtiyatlarının dövr müddəti
Ehtiyatın 
növü
Orta qalıq,
min manat
1 günlük mate-
rial sərfi ,
min manat
Ehtiyat 
(günlərlə)
A
1400
21,875
50
64
B 1220
48,8
30
25
C
250
0,278
90
900
Yekun
9715
138,8
60
70
Əvvəlki cədvəldən göründüyü kimi, faktiki dövr müddəti normativ dövr 
müddətindən həm bütövlükdə, həm də ayrı-ayrı material növü üzrə yüksəkdir.
C material üzrə isə ehtiyatlar 2,5 il üçün yaranmışdır və bu normativ gös tə ri-
cini 10 dəfə üstələyir. Deməli, bu müəssisə material aktivlərini daha effektiv ida-
rə etməli və normativlərdən yuxarı ehtiyatların yaranmasının qarşısını alma lı dır.
Əksər müəssisələrdə hazır məhsul dövriyyə aktivlərində xüsusi böyük paya 
malikdir. Bu daha çox hazırkı dövrdə rəqabətin güclənməsi, satış bazarlarının 
itirilməsi, təsərrüfat subyektləri və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, 
məhsulun maya dəyərinin yüksəlməsi, məhsul buraxılışı və yüklənməsində rit-
mik liyin  pozulması və s. ilə bağlıdır. Hazır məhsulun anbarlarda yığılıb qalması 
isə öz növbəsində dövriyyə kapitalının uzun müddət ərzində  don du rul masına, 
nağd pul vəsaitlərinin yoxluğuna, malsatanlara, büdcəyə, müəssisə  işçilərinə 
olan kreditor borclarının artırılması və s. gətirib çıxarır. Bu isə hazırkı şəraitdə 
istehsalın dağılmasının, onun effektivliyinin, ödəmə qabiliyyətinin aşağı düşmə-
si və müfl isləşməsinin əsas səbəblərindən biridir.
Kapitalın hazır məhsul şəklində qalması müddəti onun anbara daxil olma-
sın dan  yüklənməsinədək olan dövrü əhatə edir.
M
h.m 

Cədvəl 4
Ötən il Hesabat ili
Hazır məhsulun orta qalığı, min manat
1917
2860
Yüklənmiş məhsulun hesabat ili üçün 
maya dəyəri, min manat
56370
80300
Hazır məhsul qalıqlarında dövriyyə və-
sait lərinin dövr müddəti (gün hesabı ilə)
12,2
12,8


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə