Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə11/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   7   8   9   10   11   12   13   14   ...   46

27
şəraitdə anbarlarında istehsal tələbatından artıq material ların yığılması öz növ-
bə  sində onların xarab olması, əskik gəlməsi və oğurlanması üzrə itkilərin yaran-
ması, habelə saxlanması  xərclərinin artması ilə  nəticələnir.  İtkilərin artma sı, 
habelə saxlanma xərclərinin çoxalmasına baxmayaraq, materialların keyfi y yə-
tinin aşağı düşməsi (aşağı keyfi yyətdə materiallardan məhsul çıxımı az olur) öz 
növbə sində material veriminin azalmasına, onlardan istifadənin effektliyinin 
aşağı düş mə sinə səbəb olur. 
Materiallara olan tələbatın az hesablanması isə istehsalın normal gedişatını 
pozur, malgöndərmələrə dair müqavilə öhdəliklərinin yerinə yetirilməsinə mənfi  
təsir göstərir və bu səbəbdən də cərimə, peniya və dəbbələmə ödəmələri hesa bı-
na müəssisənin maliyyə vəziyyəti pisləşir.
Deyilənlərdən aydın olur ki, material resurslarına olan tələbatın düzgün he-
sab lanması və ayrı-ayrı material növləri üzrə təchizatın dəqiq plan laş dı rıl ması, 
habelə təchizat planının yerinə yetirilməsinə operativ nəzarətin təşkili istehsalın 
effektliyinin yüksəldilməsi probleminin həllində az rol oynamır.
Material təchizatı maddi ehtiyatların sərf olunma normalarına əsasən hesab-
lanır. Hər bir məhsul çeşidi, iş, xidmət növü üzrə istehsalın plan miqdarını, 
məh sul  vahidinə maksimum yol verilə bilən, yəni udel xammal, material, elek-
trik enerjisi, yanacaq və i.a. miqdarına (norma üzrə) vurmaqla material təchizatı 
planı tə yin edilir. Məhsul istehsalında dövlət tərəfi ndən idarə olunmayan, xüsusi 
müəs sisələrin payı çox olan, əvvəlki dövrlərdə olduğu kimi, material sərfi  nor-
ma ları ixtisaslaşdırılmış sahə institutları və normativ idarələri tərəfi ndən hazır-
lanmayan, habelə yeni texnika və texno logiyaların tətbiqi, yeni məhsul çeşid lə-
ri nin  mənim sənilməsi ilə  əlaqədar ola raq material resursları  sərfi   normaları 
mütə madi  olaraq  köh nələn indiki şəraitdə material resurslarına olan tələbatın 
he sablanmasında, mate rial təc hizatı planının hazırlanmasında mütərəqqi məsrəf 
normalarından istifadə xüsusi əhəmiyyət kəsb edir. Buna görə də istehsal müəs-
sisələrində material resursları sərfi  normalarına daim təzədən baxılmalıdır.
Bir qayda olaraq, material sərfi  norması üç ünsürdən ibarətdir:
1. Resursların (materialların) faydalı sərfi ;
2. Texnologiyalardan  və istehsal şəraitindən (kütləvi, iri seriyalı, xırda se ri-
ya lı, fərdi təcrübəvi) irəli gələn texnoloji tullantılar;
3. Ehtiyatlar itkisi.
Material ehtiyatlarına olan tələbatı planlaşdıran zaman texnoloji tullantılar 
və itkilər hesaba alınır.
Maddi resursların faydalı sərfi nə onun elə miqdarı (natural ifadədə, plan da 
qə bul  edilmiş ölçü vahidlərində) aid edilir ki, o, xammal, material, komp lekt ləş-
di ri   ci  məlumatdan buraxılan məhsulun kütləsinə bilavasitə daxil olur, ya na caq-
ener ji  ehtiyatları (buxar, sıxılmış hava, su, oksigen və s.) və yardımçı (köməkçi) 
ma te rial  ların ayrı-ayrı növləri (kimyəvi preparatlar, soyu ducu mayelər və s.) 


28
üzrə mate rial sərfi nə isə bilavasitə məmulatın isteh salında istifadə  olunan  re sur s -
lar aid edilir.
Hazır məhsul kütləsinə daxil olmayan, lakin onun istehsalına sərf edilən, ya-
xud təkrar maddi ehtiyatlar, ya da kondisiyaya uyğun olmayan material kimi 
(mə sələn, parça kəsikləri) istifadə oluna bilən ehtiyatın miqdarı texnoloji tul lan-
tı lara aid edilir.
Xammal və material itkisi məmulatın hazırlanması prosesində, istismarı və 
sax lanması zamanı (məsələn, tikiş fabrikində son qalıqları, yapışqandan istifadə 
za manı olan itki) istehsal texnologiyadan olan obyektiv səbəblərə görə alınan 
hə  mi şəlik itkilərin miqdarıdır.
Normalar maddi ehtiyatlar nomenklaturasının və məhsul (iş) növlərinin sə-
viy yəsinə görə xüsusiləşdirilmiş və ümumi normalara ayrılır.
Xüsusiləşdirilmiş normalar konkret xammal, komplektləşdirici məmulat nö-
vü nün tip – sort ölçüləri, markaları, profi lləri, tərkibi üzrə sərfi ni müəyyən edir, 
ümu mi normalar isə konkret məmulatın hazırlanmasına sərf edilən maddi ehti-
yatların növləri üzrə hesablanır.
İstehsalın idarə edilməsində sahibkarların səlahiyyətləri çoxaldılmış olan in-
diki şəraitdə normalaşdırma azməsrəfl i mexanizmin mühüm ünsürlə rin dən biri-
dir, onun təkmilləşdirilməsi planlaşdırmanın elmi səviyyəsinin yüksəldilməsinə, 
is tehsalın material tutumunun azalmasına səbəb olur.
İndi istehsal müəssisələrində material ehtiyatları  sərfi nin  limitləşdiril məsi 
qay dası da az tətbiq edilir. Limit konkret material növünün sərf olunmasının son 
həd dini  ifadə edən məsrəf göstəricisidir. Limitin müəyyən etdiyi ehtiyatların 
no menk laturası onların vacibliyindən və çatışma z lı ğından asılı olaraq müəssi sə-
nin özü, yaxud baş idarə tərəfi ndən təyin edilir.
İndi  əksər istehsal müəssisələrində istehsalın – məhsulun material tutu mu 
gös təricisindən istifadə edilir. İstehsalın materialtutumu pul ifadəsində məhsul 
(iş) vahidinə düşən material sərfi nin həcmini səciyyələndirən gös təricidir. İs teh-
sa lın material tutumu hesablanarkən məmulat vahidinə bütün material ehtiyatları 
sərfi  (xammal, əsas və köməkçi materiallar, yanacaq, elektrik enerji, su, buxar, 
komplektləşdirici məmulatlar, yarımfabrikatlar və i.a.) nəzərə alınır. Sabit qiy-
mət siyasəti mövcud olmayan bazar müna si bət ləri şəraitində pul ifadəsində he-
sab lanan material tutumu göstəricisi material təchizatının planlaşdırılmasında 
az əhəmiyyət kəsb edir. Lakin buna baxma yaraq, əksər müəssisələrdə planlaş-
dır ma  və təhlil işlərində material verimi göstəricisindən istifadə edilir.
Əmtəəlik məhsulun 1 manatına material məsrəfl ərinin plan və faktiki səviy-
yə si  müəssisənin biznes planında, iqtisadi və sosial inkişafı planında, məhsulun 
maya dəyərinə dair plan və faktiki kalkulyasiyalarda verilir. Bu göstəricidən is-
ti fadə etməklə planlaşdırılan dövr ərzində material resursla rı na olan tələbatı he-
sab lamaq çox asan olur. Fərz edək ki, əmtəəlik məh sulun 1 manatına material 
məs rəfl əri 71 qəp., məhsul buraxılışının plan həc mi 26861 min manatdır. Bu hal-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə