Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə20/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

50
IV MÖVZU
PUL VƏSAİTLƏRİNİN TƏHLİLİ
§15. Pul vəsaitlərinin təhlili
Pul vəsaitlərinin düzgün idarə olunması ehtiyatların və debitor borclarının 
idarə olunması  qədər  əhəmiyyətli məsələlərdən biridir. Dövriyyə aktivlərinin 
ida rə olunmasında  əsas məsələ hesablarda yalnız cari operativ fəaliyyət üçün 
lazım olacaq minimal məbləğdə pul vəsaiti saxlamaqdan ibarətdir. Yüksək sə-
viyyədə idarə olunan müəssisə üçün kifayət minimal məbləğ mahiyyətcə qısa-
müd dətli balanslaşdırılmamış pul axınlarının örtülməsi üçün nəzərdə tutulan 
ödə nişləri əhatə etməlidir.
Kassada və hesablaşma hesablarında pul vəsaitləri qaldıqda heç bir gəlir gə-
tir mədiyindən və ya onların ekvivalenti olan qısamüddətli maliyyə qoyuluşları 
aşağı gəlirli olduğundan onları ehtiyatda təhlükəsiz minimum səviyyədə sax la-
maq lazımdır.
Pul vəsaitlərinin qalıqlarının banklardakı hesablaşma hesablarındakı artma 
və ya azalması balanslaşdırılmamış pul axınları ilə şərtləndirilir. Pul mədaxili 
məxarici üstələdikdə hesablarda sərbəst pul qalığı çoxalır və  əksinə, məxaric 
mə daxili  üstələdikdə bu pul vəsaitlərinin çatışmazlığına və kreditə ehtiyacın ya-
ranmasına gətirib çıxarır.
Aşağıdakı sxemdə içəriyə doğru istiqamətlənmiş ox işarələri mədaxilləri, 
kə nara  istiqamətlənmiş ox işarələri isə məxaricləri əks etdirir. 


51
Pul axınlarının planlaşdırılması üçün əməliyyatı investisiya və maliyyə fəa-
liy yəti üzrə gəlir və xərclərin il ərzində aylar üzrə (operativ idarəetmədə dekada 
və 5 günlüklər üzrə) gəlir və xərclərin planı tərtib olunur. Əgər uzun dövrü əhatə 
edən pul vəsaitlərinin nisbət qalığı proqnozlaşdırılsa, bu vəsaitlərin səmərəli 
istifadə olunması  məsələsi də  nəzərdən keçirilməlidir. Müxtəlif dövrlərdə pul 
vəsaitlərinin çatışmazlığı problemi ya-
rana bilər ki, bu halda borc vəsait lə ri-
nin cəlbolunması  mən bələ ri nin  plan-
laşdırılması məqsə dəuy ğun dur.
Pul axınlarının ilin rübləri  ərzində 
balanslaşdırılması  aşağıdakı sxemdə 
əks etdirilmişdir:
Sxemdən göründüyü kimi, hesabat 
ili ərzində pul axınlarının balanslığı bir 
qədər düzəlmişdir, ancaq əsas ten den-
si  ya  qalmaqdadır, belə ki, I və IV rüb-
lərdə pul vəsaitlərinin daimi artıqlığı, III rübdə isə çatışmazlığı müşahidə olu -
nur.
Pul ehtiyatlarının həm defi siti, həm də artıqlığı müəssisənin maliyyə vəziy-
yətinə təsir edən mənfi  amil kimi qiy mət ləndirilir.
Pul axınlarının artıqlığı zamanı:
1. İnfl yasiya ilə bağlı olaraq sərbəst pul vəsaitləri öz real dəyərini itirir.
2. İnvestisiya fəaliyyətində pul vəsaitlərinin tam olaraq istifadə olunması sə-
bə bindən potensial gəlirin bir hissəsi itirilir.
3. Pul vəsaitlərinin dayanıqlığı səbəbindən kapitalın dövriyyə sürəti azalır. 
Uzun müddət  ərzində pul vəsaitlərinin artıqlığının mövcudluğu, dövriyyə 
ka pitalından istifadə olunmasının nəticəsi qeyri-düzgün ola bilər.
Pulun gəlir gətirməsi üçün, mənfəət əldə etmək məqsədilə onu dövriyyəyə 
buraxmaq lazımdır.
Bunun üçün:
a) pul vəsaitlərini dövriyyəyə buraxmaqla istehsalı genişləndirmək;
b) əsas fondları yeniləmək, yeni texnika və texnologiya əldə etmək;
c) yüksək faiz və dividentlər əldə etmək məqsədilə digər təsərrüfat subyektləri 
layihələrinə investisiyalar yatırmaq;
ç) və yaxud faiz xərclərini azaltmaq məqsədilə bank kreditləri və ya öhdə lik-
ləri bağlamaq məqsədəuyğundur.
Pul vəsaitlərinin çatışmazlığı müəssisənin vaxtı keçmiş borclarının, eləcə də 
malsatanlara, işçi heyətinə, banka olan borclarının artmasına gətirib çıxarır ki, 
bu da maliyyə tsiklinin dövrünü uzadır və müəssisə kapitalının rentabelliliyinin 
aşağı salınmasına gətirib çıxarır.


52
Pul vəsaitlərinin çatışmazlığını aradan qaldırmaq üçün onların mədaxilini 
sü rətləndirən və ödəmə sürətini azaldan tədbirlər aparmaq lazımdır.
Pul vəsaitlərinin mədaxilini sürətləndirmək üçün alıcılardan  əldə olunmuş 
məhsul, iş və xidmətlərin tam və ya hissə-hissə avans şəklində ödənilməsi, mal 
krediti – nin təqdim olunması müddətinin azalması, nağd hesablaşma yol ilə 
satış zamanı güzəştlərin tətbiqi, debitor borclarının ödənilməsi prosesini sürət-
ləndirən tədbirlər həyata keçirilməsi, bank kreditlərinin cəlb olunması, istifadə 
olun mayan  əsas vəsaitlərin satışı və icarəyə verilməsi və s. üsullardan istifadə 
olu na  bilər və s.
Pul vəsaitlərinin ödənilməsi sürətinin azalması isə lizinq şərtləri ilə uzun-
müddətli kreditlərlə  əvəz etməklə investisiya fəaliyyətinin həcmini ixtisar et-
mək lə və s. ilə mümkündür.
Təhlil zamanı pul vəsaitlərinin bank hesablarında qalıqlarının dinamikası, 
elə  cə də kapitalın verilmiş aktiv növündə saxlanma müddətinin öyrənilməsi də 
va cib  məsələlərdən biridir.
Kapitalın pul vəsaiti  şəklində saxlanması müddəti (M
p.v
) aşağıdakı  şəkildə 
he sablanır.

p.v
 =
 
Cədvəl
 15
Ötən
il
Hesabat 
ili
1. Pul vəsaitlərinin orta illik qalığı, min manat
2800
3471
2. Pul vəsaitlərinin hesablarda qalıqları üzrə kredit 
dövriyyələrinin məbləği, min manat
78750
104130
3. Kapitalın hesabda sərbəst pul vəsaiti şəklində 
qalması, ( müddət, gün )
12,8
12
Verilən məlumatlardan belə bir nəticəyə gəlmək olar ki, hesabat ili ərzində ka-
pi talın pul vəsaiti  şəklində qalması müddəti 0,8 gün azalmışdır ki, bunu ancaq 
müs  bət hal kimi qiymətləndirmək olar. Vaxtı keçmiş ödənişlərin yoxluğu şə rai tin-
də bu daha yaxşı, balanslaşdırılmış pul axınlarının mövcudluğundan xəbər ve rir.
Pul axınının likvidliyi (L
p.a
) müsbət pul axınının (M
ü
PA) mənfi  pul axınına 
nisbəti (M
ə
PA) ilə tapılır.
L
p.a
 = M
ü
PA / M
ə
PA
Bundan başqa, müəssisənin pul axının effektivliyinin müəyyənləşdirilməsi 
də vacib məsələlərdən biridir. Bunun üçün pul axınının effektivliyi əmsalı (E
p.a



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə