Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə16/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

38
Müəssisələrin bazar rəqabəti şəraitində fəaliyyəti istehsal-satış proses lərinin 
icra edilməsi üçün istehsal fondlarının əldə edilməsinin (satınalma, icarəyə gö-
türmə, lizinq əməliyyatları üzrə əldə etmə, dəyişdirmə, barter yolu ilə əldə etmə 
və i.a.) və onlardan istifadənin effektliliyinin mütəmadi olaraq yük səl dil məsini 
tələb edir.
Əmək resurslarından fərqli olaraq, çoxlu sayda müxtəlif ölkələrdən, müxtəlif 
qiymətlərlə alınan, texniki parametrləri, istismar qaydaları və ömür müddətləri, 
davamlılığı müxtəlif olan və i.a. səbəblərə görə şərti vahidlərlə olsa da eyni öl-
çüdə hesablamaq çətin olan indiki şəraitdə  əsas vəsaitlə  təmin olunması  və 
onlar dan  istifadənin təhlil problemləri çoxdur.
Bazar rəqabəti hər bir müəssisənin istehsal-texniki potensialının artırıl ma sı-
nı  tələb edir. Texniki potensialın artırılması istehsalın texniki bazasının həm 
eks ten siv,  həm də intensiv yolla inkişafını tələb edir.
İstehsalın texniki bazası (İ tb)  aşağıdakı formulunun köməyi ilə təyin edilir:
İtb=Tbe
 
×Tbi
Burada: İtb – istehsalın texniki bazasını;
Tbe – istehsalın texniki bazasının ekstensiv inkişafı
indeksini;
Tbi – istehsalın texniki bazasının intensiv inkişafı
indeksini göstərir.
Əsas vəsaitlər istehsalın maddi-texniki bazasının əsasını təşkil edir. Müasir 
şəraitdə müəssisənin iqtisadi-sosial inkişafında digər amillərlə müqa yisədə əsas 
is tehsal  fondlarının təzələnməsi, təkmilləşdirilməsi və modern ləşdirilməsi daha 
bö yük rol oynayır.
Əsas vəsaitlərin təzələnməsi formalarını, tiplərini və istiqamətlərini kom p-
leks təhlil etmək üçün çoxlu sayda normativ, plan, hesablama və faktiki göstə-
rici lərdən istifadə etmək tələb olunur.
Bütün bu göstəriciləri aşağıdakı kimi qruplaşdırmaq (təsnifl əşdirmək) olar:
•  Əsas vəsaitlərin hərəkətini əks etdirən göstəricilər – əsas vəsaitlərin işə sa-
lın ması, xaric olması, silinməsi, dinamikası və s. xarakterizə edən əmsallar;
•  Əsas vəsaitlərin yaşlarını və xidmət müddətlərini xarakterizə edən gös tə-
ricilər;
•  Əsas vəsaitlərin vəziyyətini xarakterizə edən göstəricilər – yararlılıq  əm-
salı, köhnəlmə əmsalı, texniki səviyyə əmsalı və s;
•  Əsas vəsaitlərin ekstensiv və intensiv təzələnməsi formalarını xarakterizə 
edən əmsallar.
Müasir şəraitdə əsas vəsaitlərin təzələnməsi ölkə iqtisadiyyatının, daxili ba-
za rın qorunması və inkişafı üçün əmək adamlarının işlə təmin olunması, iş şə-
rai tinin  yaxşılaşdırılması və onların yaşayış tərzinin yüksəldilməsi üçün xüsusi 
əhəmiyyət kəsb edən problemlərdən biridir.


39
Buna görə də hər bir müəssisədə əsas vəsaitlərin təzələnməsi operativ qay-
dada təhlil edilir və öyrənilir.
1. Qeyd etmək lazımdır ki, əsas vəsaitlərin təzələnməsi iki formada həyata 
keçirilir:köhnəlmiş, aşınmış əsas vəsait obyektlərinin təzələri ilə əvəz edil mə si 
(intensiv təzələnmə);
2. Əsas vəsaitlərin ümumi həcmini çoxaltmaq məqsədilə yeni əsas vəsaitlərin 
əldə edilməsi (ekstensiv təzələmə).
Azərbaycan Respublikasının istehsal, o cümlədən sənaye istehsalı müəssi-
sələrində çoxlu miqdarda köhnəlmiş, istehsaldan götürülmüş, hətta ist ismar 
müd dətləri çoxdan keçmiş əsas vəsait obyektləri toplanılan indiki şə raitdə on-
ların intensiv təzələnməsi xüsusi əhəmiyyət kəsb edir.
Deməli, əsas fondların hərəkət göstəriciləri bütövlükdə əsas vəsaitlərin təzə-
lənməsini, intensiv təzələnməni və bu təzələnmədə digər göstəricilərin payını 
xarakterizə edir. Beləliklə də, o, müəyyən sistem şəklində yığılır. Buna görə də 
gös təricilər arasında müəyyən asılılıq  əmələ  gəlir. Bu asılılığı  aşağıdakı kimi 
ifa də etmək olar:
Burada: Əiç– işdən çıxma əmsalı;
Əis – işəsalma əmsalı;
ƏViç – işdən çıxmış əsas vəsaitin qalıq dəyərini;
ƏViə – əsas vəsaitin ilin əvvəlinə dəyərini;
Əvis – il ərzində işə salınan əsas vəsaitin dəyərini;
Əvia – ilin sonuna əsas vəsaitin dəyərini;
ƏVəvəz – əvəz edilməsi əmsalını;
Ədin – dinamika əmsalını göstərir.
Təcrübədə əsas vəsaitlərin hərəkət göstəriciləri ilə onların yaş  struk tu ru  və 
xid mət müddətləri arasında müəyyən əlaqə mövcuddur.
Tədqiqat apardığımız Sumqayıt Superfosfat zavodunun illik hesa batında 
11№-li hesabat formasında verilən məlumatlardan istifadə etməklə əsas vəsait-
lə rin  təzələnməsi, köhnəlməsi, işdən çıxması, əvəz edilməsi və artım templəri 
əm sal larını asanlıqla təyin etmək olar. Bunu aşağıdakı analitik cədvəldən əyani 
su rətdə görmək olar.


40
Cədvəl 10
Sumqayıt Superfosfat zavodunda əsas vəsaitlərin hərəkəti əmsalları
 2003-2004-cü illər, milyon manatla
Göstəricilər 
2003-cü 
ildə
2004-cü 
ildə
2003-cü ilə nisbətən
artma +, azalma -, faizləri
1. İlin əvvəlinə əsas fəaliyyət növü
üzrə əsas vəsaitlər
210798
176590
-16,23
2. İlin sonuna əsas fəaliyyət üzrə əsas
vəsaitlər
176590 172396,8
-2,37
3. Yeni əsas vəsaitlər işə salınıb
201
1048,6
+399,33
4. Əsas vəsaitlərin təzələnməsi əmsalı
0,11
0,61
+0,50
5. Əsas vəsaitlər silinib
34409
5241,1
-84,77
6. Əsas vəsaitlərin işdən çıxması əmsalı
16,32
2,97
-13,35
Verilən məlumatlardan göründüyü kimi, Sumqayıt Superfosfat zavo dunda 
2003-2004-cü illərdə  əsas vəsaitlərin təzələnməsi və  işdən çıxması  əmsalları 
qənaətbəxş olma mışdır. Bu səbəbdən də onların yararlılıq (məhsul istehsalı 
üçün) səviyyəsi çox aşağıdır.
Cədvəl 11 
Əsas vəsaitlərin köhnəlməsi və yararlılıq əmsalları
Göstəricilər
2003-cü ildə
2004-cü ildə
ilin əvvəlinə
ilin sonuna
ilin əvvəlinə ilin sonuna
1. Əsas vəsaitlər, min m.
ilk (bərpa) dəyəri ilə
211957395
177606852
177606852
173409201
Iöhnəlmə
145329266
111363044
111363044
107182386
qalıq dəyəri ilə
66628129
66243808
66243808
66226815
2. Əsas vəsaitlərin yarar lılıq %-i
31,43
37,30
37,30
38,19
3. Əsas vəsaitlərin köh nəlməsi %-i
68,57
62,70
62,70
72,04
Verilən məlumatlardan göründüyü kimi, son iki il ərzində  əsas və saitlərin 
ya rarlılıq dərəcəsi 31,43%-dən 38,19%-dək, yəni 6,77% artmışdır. Lakin bunu 
qə naətbəxş hesab etmək olmaz. Çünki 1 yanvar 2004-cü il tarixə əsas vəsaitlərin 
köh nəlməsi 72,04% miqdarında olmuşdur. 
Əsas vəsait obyektlərinə köhnəlmə onların istehsalatda istifadə edilib-edil-
mə məsindən, ekstensiv və intensiv istifadə əlamətlərindən asılı olma yaraq döv-
lət tərəfi ndən – Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114-cü (114.1, 
114.2, 114.3, 114.4, 114.5, 114.6, 114.7-ci maddələr) tələbinə uyğun olaraq t ə-
yin edilən illik köhnəlmə (amortizasiya) normalarına əsasən  he sab landığına gö-
rə onların köhnəlməsi səviyyəsi yaşlarından bilavasitə asılıdır.
Maşın və avadanlıqlar hazır məhsul, iş  və xidmətlər istehsalında həlledici 
rol oynayır. Buna görə  də Sumqayıt Superfosfat zavodunda onların texniki 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə