Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə15/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

35
yüksəldilməsini təmin edən ehtiyatlar haqqında ümumi məlumatları əldə etməyə 
im kan verir. Bunun əksinə olaraq, materiallardan istifadəni xarak terizə edən 
his sə vi  göstəricilərin təhlili ayrı-ayrı material resurs arın dan  (əsas və köməkçi 
material lardan, yanacaq, elektrik enerjisi, sıxılmış hava, su, buxar və  i.a.  re sur s-
lardan) istifadənin effektliyini, habelə ayrı-ayrı  mə mulat  növlərinin ma 
te-
rialtutumunun (udel materialtutumunun) aşağı sa lın masını təmin edən təsər rü-
fatdaxili ehtiyatları daha dəqiq aşkara çıxart mağa imkan verir. 
Material resurslarından effektli istifadəni xarakterizə edən hissəvi gös tə ri ci-
lər müxtəlif sənaye sahələrinin spesifi k xüsusiyyətlərindən asılı olaraq fərqlənir. 
Maşınqayırma və metal emalı müəssisələrində – metaltutumu, emal sənayesi 
müəs sisələrində – xammaltutumu, hazır məhsul yığımı müəssisə lərin də – 
ya rım fab rikat tutumu,  maye  yanacaqdan  istifadə etməklə elektrik enerjisi 
istehsal edən müəs sisə lərdə – yanacaqtutumu və i.a. material resurslarından 
istifadəni  xarak te ri zə edən hissəvi göstəricilərdir.
Dəyər ifadəsində hesablanan ümumiləşdirici göstəricilərdən fərqli olaraq, 
ma  terial  resurslarından effektli istifadəni xarakterizə edən hissəvi göstəricilər 
həm də yər, həm şərti-natural, həm də natural göstəricilərlə hesablanır və təhlil 
edilir.
Sənaye müəssisələrinin praktiki fəaliyyətində materiallardan istifadənin ef-
fek tivliyini  xarakterizə edən yuxarıda sadaladığımız göstəricilərlə yanaşı, para-
metral, konstruktiv, texnoloji, udel materialtutumu, ayrı-ayrı material növlə rin-
dən istifadə əmsalları və i.a. göstəricilərdən də istifadə olunur.
Udel-parametral materialtutumu material məsrəfi nin istehsal gücü, məhsul-
darlıq, yükqaldırma vahidinə nisbəti kimi hesablanır, kilovat saat, at gücü və 
digər natural göstəricilərlə ifadə edilir.
Konstruktiv-udel materialtutumu məmulatın təmiz çəkisini texniki parametr 
vahidinə bölməklə hesablanır. Bu göstərici bütün istehsal sahələrinin müəssisələ-
rin də kq/a.k.-də ifadə olunur.
Nisbi-udel materialtutumu məmulatın konstruktiv materialtutumunu onun 
hazırlanmasına materiallardan istifadə əmsalını bölməklə təyin edilir.


36
III MÖVZU
ƏSAS VƏSAİTLƏR VƏ KAPİTAL 
QOYULUŞLARI
§13. Əsas vəsaitlərin vəziyyətinin təhlili
Dövlət və qeyri-dövlət müəssisələrində  əsas fondların həcmi artdıqca, on-
ların tərkibində istehsal təyinatlı fondların, xüsusilə də maşın və ava dan lıqların 
payı artdıqca, istehsal proseslərin mexanikləşdirilməsi, avtomat laş dırılması, av-
to matik  idarəetmə sistemlərinin, axın xətlərinin, özü özünü idarə edən maşın və 
avadanlıqların tətbiqi dairəsi genişləndikcə, milli müəs sisələrdə xaricdən baha 
qiymətlərlə alınan güclü maşın və avadanlıqlardan istifadə miqyasları geniş lən-
dikcə istehsal müəssisələrində mövcud əsas fondlardan daha da effektli isti fadə 
olunmasına ehtiyac da artır. Buna görə  də mülkiyyət formasından və tabeçi-
liyindən, istehsalın həcmləri və  struk tu rundan,  istehsal  istiqamətlərindən, irili 
və  xırdalığından və digər fərqləndirici  əlamətlərdən asılı olmayaraq ölkənin 
ərazisində  fəaliyyət göstərən bütün təsərrüfat subyekt lə rin də  əsas fondlardan, 
xü susilə  də istehsal təyinatlı  əsas fondlardan, ilk növbədə texnoloji prosesləri 
icra edən maşın və ava danlıqlardan və digər texniki vasitələrdən istifadə gös tə-
riciləri təhlil edilir.
Bazar rəqabəti  şəraitində daha məhsuldar,  əmək məhsuldarlığının yüksəl-
dilməsini təmin edən, çıxar və tullantının miqdarını azaldan, yüksək keyfi yyətli 
məhsul, iş və xidmətlər istehsal etmək və bazara çıxartmaq imkanlarına malik 
maşın və avadanlıqlarla təchiz olunan müəssisələr daxili və xarici bazarlara da-
ha tez reallaşdıra bilən məhsullar çıxartmaqla yüksək rəqabət qabiliyyətinə nail 
olurlar. Bazar rəqabəti dərinləşdikcə istehsal texnologiyalarında daha məhsuldar 
maşın və avadanlıqlardan istifadə olunmasına ehtiyac daha sürətlə artır.
Deyilənlərdən aydın olur ki, sənaye müəssisələrində məhsul, iş və xidmətlər 
istehsalı  həcmlərin çoxaldılması, onların keyfi yyətinin yüksəl dil məsinin  ən 
vacib amillərdən biri də təsərrüfat subyektlərinin əsas fondlarla təchiz olunması 
və onlardan istifadənin effektliyinin yüksəldilməsidir. Bu səbəbdən də mülkiy-
yət formasından və tabeçiliyindən asılı olmayaraq ölkənin ərazisində fəaliyyətdə 
olan bütün sənaye müəssisələrində əsas fondlarla təchiz olunması və onlardan 
istifadəni xarakterizə edən gös tə ricilər sistemi təhlil edilir. Bu sahədə  təhlilin 
qarşısında duran əsas vəzifələr aşağıdakılardır:
• Bütövlükdə müəssisə üzrə onun sexləri və digər təsərrüfat bölmələri üzrə 
əsas fondlarla təmin olunmasını təyin etmək;


37
•  Son 5-10 ilin timsalında onların dinamikasını  və onun məqsə dəuy ğun lu-
ğunu təyin etmək;
•  Əsas fondların strukturunu öyrənmək və onda əmələ  gələn dəyi şik likləri 
qiymətləndirmək;
•  Əsas fondlardan istifadə  dərəcəsini öyrənmək və mövcud istifadə  vəziy-
yətinin istehsalın həcminə və digər göstəricilərə təsirini hesab lamaq;
•  Əsas vəsaitlərin texniki vəziyyətini öyrənmək və qiymətləndirmək;
•  Əsas vəsaitlərdən istifadənin daha da yaxşılaşdırılmasını təmin edən təsər-
rüfatdaxili ehtiyatları aşkara çıxartmaq və onların səfərbər edilməsini təmin 
edən tədbirlər planını hazırlamaq və i.a.
Əsas fondlarla təmin olunması və onlardan istifadəni təhlil etmək üçün aşa-
ğı dakı informasiya mənbələrindən istifadə edilir:
• Müəssisənin biznes planı;
• Müəssisənin texniki-inkişaf planı;
• Mühasibat balansı;
• Müəssisə balansına 5№-li əlavə;
• 11№-li “Əsas fondların (vəsaitin) mövcudluğu və  hərəkəti haqqında 
hesabat”; 
•  İstehsal gücü balansı;
•  Əsas vəsait obyektlərinin təzədən qiymətləndirilməsinə dair sənəd ləş dir mə lər;
•  Əsas vəsait obyektlərinin kartoçkaları;
• Layihə-texniki sənədləşdirmələr;
•  Əsas vəsait obyektlərinin texniki vəziyyətinə dair aktlar;
• Mütəxəssislərin raportları;
• Ayrı-ayrı əsas vəsait obyektlərinin istismarı qaydaları;
• Texniki sənədləşmələr;
• Maşın və avadanlıqların boş dayanmaları və bunun səbəblərinə dair aktlar;
• Maşın və avadanlıqların iş vaxtı fonduna dair hesablamalar və i.a.
Əsas fondlardan istifadə olunan hərəkətindən və texniki vəziyyətindən bila-
vasitə asılı olduğuna görə  təhlil zamanı illik hesabatda balansa əlavə edilən 
5№-li hesabatda, 11№-li “Əsas vəsaitin mövcudluğu və hərəkətinə dair hesa-
batda, texniki pasportda və  hər bir əsas vəsait obyekti üçün ay rıca açılan 
kartoçkalarda, əsas vəsaitin qəbulu, ləğv edilməsi və digər xaricolmalar barədə 
aktlarda və digər informasiya mən bələrində verilən məlu mat lardan  istifadə 
etməklə, onların  dinami ka  sı və strukturunda əmələ gələn dəyişikliklər öyrənilir.
Bazar iqtisadiyyatına keçid şəraitində istehsalın yeni maddi-texniki baza 
əsa sında inkişafı  təsərrüfatın ifadə edilməsinin radikal surətdə yeni dən qurul-
ma sını, onun texniki bazasının formalaşması  və inkişafının qiymət ləndiril mə-
sində yeni hesablama üsullarından, metodlardan istifadə olun masını tələb edir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə