Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə23/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

58
hə min  şəxsi tutduğu vəzifədən azad edir. Əmrin bir nüsxəsi mühasibatlığa 
verilir və bu əsasda mühasibatlıq işdən azad olunmuş şəxs üzrə son hesablaşma 
əmə liy yatı aparır.
Əmək kitabçası hər bir şəxs üçün onun iş fəaliyyətini göstərən əsas sənəd 
he sab  olunur.  Müəssisədə 5 gündən artıq işləyən şəxsə əmək kitabçası  dol du ru-
lur. Əmək kitabçası həmin şəxsin iş stajının müəyyən olunması, təqaüd  döv rü nün 
hesablanması üçün əsas sayılmaqla, ciddi hesabat sənədi hesab olunur. Hər bir 
müəssisədə əmək kitabçası ciddi qorunan sənəd kimi saxlanılır və işçi işdən çı-
xar kən kitabça həmin şəxsin özünə təqdim olunur.
Müəssisənin istehsal xarakterindən və təşkilati-hüquqi formasından asılı ol-
ma yaraq  əmək hüquqi normaları müəyyən olunmuşdur. Bu normalar Azərbay-
can Respublikasının Əmək Məcəlləsində əks olunmuşdur.
Müəssisədə işçilərin miqdarı və onların işlədikləri vaxtlar operativ qaydada 
ilkin sənədlər  əsasında aparılır.  İş vaxtının uçotunu tabellərə  əsasən (T-12 və 
T-13 №-li formalar) tabelçi aparır. Briqada podratı sistemində həmin vəzifəni 
briqadir, işçilərin sayı çox olduqda isə briqada şurası tərəfi ndən müəyyən olun-
muş şəxs yerinə yetirir. Üzrlü və üzrsüz səbəblərdən işə çıxmamaq, gecikmə və 
ya xəstəlik halları olduqda onlar müəyyən olunmuş qaydada sənədlərlə rəsmiy-
yətə salınır. Həmin sənədlər daha sonra tabelçiyə verilir. Tabelçi aldığı sənədlərə 
əsasən işə çıxma tabelində qeydiyyat aparır və onu müəssisənin mühasibatlığına 
təq dim  edir.
Beləliklə, bir qayda olaraq, bütün işçilərin işdə iştirakı, işə gəlməmək və işə 
gecikmə halları tabel uçotunda əks etdirilir. Bunlarla yanaşı, xəstəlik vərəqəsi 
ilə işə çıxmayan, dövlət və ictimai vəzifələrin yerinə yetirilməsi, iş vaxtından 
ar tıq işləyən işçilərin də uçotu aparılır.
Təcrübədə müəssisənin işçi heyətinə əməyin ödənilməsində iş vaxtından sə-
mə rəli istifadənin böyük əhəmiyyəti vardır. Ümumiyyətlə, əsas iş vaxtını işlə-
mək vaxtına, iş vaxtını işləməklə ödənmə vaxtına bölmək olar. Əsas iş vaxtının 
göstərilən bölgüsünə aşağıdakılar daxildir:
1. İş vaxtını işləmək vaxtına iş günü ərzində işləmək, əsas iş günü ərzində 
əla və saatlar üzrə işləmək, istirahət və bayram günlərində işləmək daxildir.
2.  İş vaxtını  işləməməklə ödənmə vaxtına illik məzuniyyət vaxtı, xidməti 
ezamiyyət vaxtı, boşdayanma vaxtı, dövlət və ictimai vəzifələrin yerinə yeti ril-
məsi vaxtı, xəstəliyə görə müvəqqəti əmək qabiliyyətinin itirilməsi və s. aid dir.
Müəssisənin bütün işçilərinə görülən işin kəmiyyət və keyfi yyətinə görə 
müəyyən dövr ərzində (ay, rüb, il) hesablanmış pul vəsaiti əmək haqqı fondunu 
təşkil edir. Əmək haqqı fonduna hesabat dövründə pul formasında işçi heyətinə 
ödənilən müəyyən olunmuş tarifl ər üzrə əmək haqqı, mükafat və digər ödəmələr, 
xüsusi  şəraitdə  tətbiq edilən  əmək haqqı  (əmək  şəraiti ağır və  zərərli olan iş-
lərdə), gecə iş şəraitinin ödənməsi üzrə, istirahət və bayram günlərindəki iş lə-


59
məyə görə ödəmə, məzuniyyət və s. ödəmələr daxil olunur. Müəssisələrdə işçi-
lər lə əmək haqqı ilə əlaqədar hesablaşma, onun hesablaşma forması ilə müəyyən 
olunur. Hazırda əməyin ödənilməsinin bir neçə növü vardır. Həmin formalar sı-
ra sında əmək haqqının ödənilməsinin vaxtamuzd, işəmuzd və akkord formaları 
daha geniş istifadə olunur.
Vaxtamuzd  əmək haqqı formasında  əsas göstəricisi işçinin işlədiyi vaxtın 
miqdarından və tarif dərəcəsindən asılıdır. Hər bir müəssisə  sərbəst  şəkildə 
əmək haqqının ödənmə sisteminin, əmək haqqı məbləğinin həcmini, tarif də rə-
cələrini, ayrı-ayrı işçi qrupları üzrə əmək haqqının ödənmə həcmini və ilin nə-
ticəsi ilə  əlaqədar olaraq mükafat ödənməsi qaydalarını  təsdiq edir. Bütün bu 
göstəricilər, bir qayda olaraq, kollektiv müqavilələrdə və normativ sənədlərdə 
əks olunur. Vaxtamuzdun mükafat formasının tətbiqi zamanı  işçilər müsbət 
əmək göstəriciləri müqabilində  işlənmiş vaxta görə  nəzərdə tutulmuş  əmək 
haqqına nisbətən müəyyən faizlə mükafatlana bilər.
İşəmuzd  əmək haqqının ödənmə formasında işçilərin müəyyən olunmuş  də-
rəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcmi ilə ölçülür. 
İşəmuzd əmək haqqının işəmuzd-mükafat formasında işçilərin müəyyən olunmuş 
istehsal normalarının artıqlaması ilə yerinə yetirilməsi və keyfi yyət gös təricilərini 
yüksəltdikdə mükafat formasının ödənməsi sistemi müəyyən olun muşdur.
Əmək haqqının ödənməsinin akkord formasında müəyyən konkret işin ye ri-
nə yetirilməsi nəticəsində aparılan ödəniş sistemi nəzərdə tutulur. Əmək haq qı-
nın akkord ödəniş sistemində həcmi hər bir məhsul istehsalı üzrə deyil, gö rü-
ləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək işin ümumi də yərin 
məbləği norma-vaxtla və tarifl ə müəyyən olunur. Görüləcək iş həcmi üzrə kon-
kret icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəy yənləşdirilir. 
Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəssisələrində, au ditor xid mə ti-
nin təşkilində və sairə məhsul istehsalı nəticəsi ilə əlaqədar ola raq tətbiq olunur.
Tikinti müəssisələrində fəhlə heyətinə əmək haqqı, əsasən vaxtamuzd for-
ma sında ödənilir. Bu formada əmək haqqının hesablanması sistemində hər bir 
işçinin tarif norması və işlədiyi günlərin sayı müəyyən olunmalıdır. Burada əsas 
sənəd işçi heyətinin iş vaxtının tabel uçotunun təşkilidir. Aylıq  əmək haqqını 
müəyyən etmək üçün müəyyən olunmuş tarif norması  işlənən (saatlar nəzərə 
alınmaqla) günlərin sayına vurulmalıdır.
İşçilərin  şəxsi heyətinin tabel uçotu müəssisələrdə kadrlar şöbəsinin işçisi 
tə rəfi ndən aparılır. Hər bir işə qəbul olunmuş (daimi, müvəqqəti, mövsümi) işçi 
üçün şəxsi hesab açılır və ona tabel norması müəyyən olunur. Şəxsi hesabda iş-
çiyə aid olan bütün məlumatlar ona hesablanmış əmək haqqı və tutulmalar gös -
tərilir. Şəxsi hesab forması aşağıdakı formada tərtib olunur.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə