Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə34/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

86
Məhsul buraxılışının ahəngdarlığının təhlili zamanı təqvim dövrünün seçil-
məsi məhsul buraxılışına dair plan qrafi klərinin tərtib edilməsi və onların həf-
təlik, gündəlik, növbə, saat üzrə icrasının  uçotunun  mümkün lü yün dən, eləcə də 
istehsal növündən, istehsal tsiklinin davamiyyətindən asılıdır. Birtipli məh sul-
ların kütləvi buraxılışı və qısa istehsal tsikli zamanı ahəngdarlığın saat, növbə, 
gündəlik qrafi k üzrə, istehsal tsikli uzun dövrü əhatə etdiyi şəraitdə  işin beş-
günlük və ya ongünlük qrafi klər üzrə müəyyən edilməsi məqsədəuyğundur.
Əsas və köməkçi, yardımçı istehsal sexlərində, sahələrində hazırlanan detal 
və hissələrdən, yarımfabrikatlardan, komplektləşdirici məmu lat lardan,  tara  və 
ta ra  materiallarından, elektrik enerjisindən və i.a. istifadə etməklə hazır məhsul 
istehsal edən müəssisələrdə  məhsul buraxılışının ahəngdarlığı onun ayrı-ayrı 
bölmələrin işinin ahəngdarlığından bilavasitə asılıdır. Ona görə də ayrı-ayrı is-
tehsal bölmələri, sexlər üzrə də məhsul buraxılışının ahəngdarlığı təhlil edilir və 
qiy mətləndirilir.
Müəssisənin ahəngdar işləməsi bir-birilə bağlı olan və biri digərini ta mam-
layan kompleks məsələlərin vaxtında və qarşılıqlı əlaqəli surətdə həllindən ası-
lıdır. Burada xammalın, yaxud materialın və digər istehsal resurslarının vaxtında 
daxil olması, avadanlıqların qəbul edilmiş qrafi k üzrə təmir edilməsi, hazır məh-
sul buraxılışı qrafi klərinə uyğun olaraq müqavilələrin bağlanması, istehsal və 
əmək intizamı, daxil olan xammal və materialın keyfi yyəti, işçilərin ixtisas 
dərəcələri və peşə vərdişləri, kənar təşkilatların istehsal xidmətləri və i.a. mü-
hüm əhəmiyyətə malikdir. Müəssisənin ahəngdar işləməsi ilk növbədə istehsalın 
və əməyin təşkilindən asılıdır. Bunun üçün təsərrüfat vahidləri arasında optimal 
əlaqə yaradılmalıdır.
Bazar iqtisadiyyatı şəraitində müəssisələr arasında əlaqələr daha da geniş-
lənir və mühüm əhəmiyyət kəsb edir. Əksər hallarda bu əlaqələrin çoxu bilava-
si tə istehsalın ahəngdarlığı ilə bağlı olur. Həmin əlaqələrdə azacıq olan kənarlaş-
ma müəssisənin işinin ahəngdarlığında özünü göstərir. Müəssisədə istehsalın 
ahəng darlığı pozulduqda bu, məhsulun keyfi yyətinə, əmək haqqı məsrəfl əri və 
əmək məhsuldarlığına, avadanlıqlardan səmərəli istifadə olunma sına mənfi  təsir 
gös tərir.
Məhsul buraxılışı ahəngdarlığının təhlilinin sonuncu mərhələsində ahəng-
darlığın pozulması səbəbləri üzrə məhsul buraxılışının azalması miqdarı təyin 
edi lir ki, bu da istifadə olunmayan təsərrüfatdaxili ehtiyat hesab olunur.
Ahəngdarlığın pozulması hesabına itkini hesablamaq üçün vaxt göstəri cilə-
rindən istifadə edilir. Bu halda itirilmiş (boşdayanma) vaxtın gün, saat hesabı ilə 
miqdarını vaxt vahidi ərzində plan (norma) üzrə istehsal ediləsi məhsulun miq-
darına vurmaqla məhsul buraxılışının azalması həcmi təyin edilir.
Məhsul buraxılışı ahəngdarlığının təhlili nəticələri əsasında istehsalın qeyri-
ahəngdarlığının səbəbləri dəqiqləşdirilir, əsaslandırılır və onların aradan qal dı-
rıl ması üçün optimal idarəetmə qərarları qəbul edilir.


87
§25. Məhsulun keyfi yyətinin təhlili
Azad bazar rəqabətinə  əsaslanan bazar münasibətləri  şəraitində  məhsulun 
key fi yyətinə tələbat daha güclü olur. Rəqabət şəraitində müəssisənin istehsal et-
diyi məhsulun daha tez, həm də baha qiymətə satılması keyfi yyət göstəricisindən 
bilavasitə asılıdır. Bu, məhsulun keyfi yyətində daha incə amillərin nəzərə alın-
masını tələb edir. Məhsul yüksək keyfi yyətli olduqda, bu, ilk növbədə, məhsula 
olan tələbatı lazımi səviyyədə ödəmək deməkdir. Məhsulun keyfi yyəti elmi-
tex niki  tərəqqinin istehsala tətbiqi, yeni texnika və texnologiyalardan istifadə, 
əmək intizamı, işçilərin ixtisas səviyyəsi və peşə vərdişləri və s. şərtlərdən asılı-
dır. Təcrübədə məhsulun keyfi yyətinin təhlilində, keyfi yyət parametrlərini xa-
rak terizə edən müxtəlif göstəricilərdən istifadə edilir.
Keyfi yyət dedikdə burada təkcə məhsulun keyfi yyəti deyil, keyfi yyəti ya ra-
dan bütün amillər nəzərə alınmalıdır. Məsələn, məhsul istehsalına  əmək sərf 
edilir. Deməli, əmək müvafi q surətdə ixtisaslı olmalıdır. Xammalın və materialın 
keyfi yyətindən danışırıqsa, onun keyfi yyəti müəssisəyə daxil olana qədər və 
ema la  verənədək saxlanma zamanı təmin edilməlidir. Bir sözlə, keyfi yyət is teh-
sal prosesində  də bütün texnoloji əməliyyatların keyfi yyətli surətdə  həyata 
keçirilməsindən ibarətdir. Yalnız bu zaman hazır məhsul əsaslı surətdə öz key-
fi y yəti hesabına kəmiyyəti əvəz edə bilər.
Məhsulun keyfi yyəti məhsul satışı həcminin və pul gəlirlərinin artırıl masını 
təmin edən əsas amillərdən biridir. O, buraxılan məhsulun və müəssisənin rəqa-
bətə davamlılığını xarakterizə edən əsas göstəricidir.
Lakin onu da qeyd etmək lazımdır ki, məhsulun keyfi yyətinin yüksəl dilməsi 
əlavə xərc tələb edir və məhsul vahidinin maya dəyərini yüksəldir. Keyfi yyət 
he sabına məhsul buraxılışı  həcminin artımı maya dəyərində, qiymətdə, mən-
fəətdə öz əksini tapır və iqtisadi təhlilin obyekti hesab olunur. Məhsulun key fi y-
yətinin müəssisənin işinin nəticə göstəricilərinə təsiri göstəricilər vasitəsilə qiy-
mət ləndirilir.
Məhsulun keyfi yyəti məhsulun təyinatı üzrə müəyyən tələblərin ödənilməsi 
üçün yararlı olan xassələrinin məcmusunu əks etdirir.
Məhsulun keyfi yyətini əks etdirən bu və ya digər xassələrin kəmiyyət xarak-
te ristikası keyfi yyət göstəricisi adlanır. Məhsulun keyfi yyətinin ümumi, fərdi və 
do layı göstəricilərini fərqləndirmək lazımdır. Keyfi yyət göstəriciləri məmulatın 
parametr, istehlak, texnoloji, dizayn xüsusiyyətlərini, onun standartlaşma, eti-
bar lılıq və uzunömürlülük səviyyəsini xarakterizə edir.
Keyfi yyəti xarakterizə edən ümumi göstəricilər məmulatın növündən və tə-
yi natından asılı olmayaraq, istehsal edilmiş bütün məhsulun keyfi yyətini xarak-
terizə edir:
•  ümumi istehsalda yeni məhsulların xüsusi çəkisi;


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə