Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə37/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

94
4. Müəssisənin digər maddi qiymətlilərinin və sair aktivlərinin (qeyri-maddi 
aktivlərin, qiymətli kağızların və b.) satışından olan mənfəət və zərər;
5. Başqa müəssisələrdə pay iştirakından  əldə edilən gəlirlər, səhmlər üzrə 
dividentlər və müəssisənin sahib olduğu istiqrazlar və digər qiymətli 
kağızlar üçün gəlirlər;
6.  Əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlər;
7. Alınması ümidsiz olduğu üçün əvvəllər zərərə silinən debitor borclarının 
ödə nilməsindən daxil olan məbləğlər;
8. Təsərrüfat müqavilələrinin şərtlərini pozmağa görə, habelə vurulan zərər-
lərə görə məhkəmə tərəfi ndən hökm verilən və ya borclu tərəfi ndən etiraf 
edilən cərimələr, peşman pulları və digər növdən olan sanksiyalar;
9. Hesabat ilində aşkar edilən, keçən illərin mənfəəti (keçən ildə alınmış və 
sərf edilmiş, xidmətlərə  və maddi qiymətlilərə görə hesablaşmalar üzrə 
mal göndərənlərdən, habelə keçən ildə satılmış məhsula görə hesablaşmalar 
üzrə malalanlardan və sifarişçilərdən daxil olan məbləğlər;
10. Qiymətlilərin istifadəsi üçün yararlı olanların dəyərini çıxmaqla, təbii fə la-
kətin qarşısının alınması və nəticələrinin ləğv edilməsi üzrə məsrəfl əri daxil 
etməklə, təbii fəlakətdə olan kompensasiya edilməmiş itkilər (istehsalat 
ehti yatlarının, hazır məhsulların məhv olması və korlanması, istehsalın da-
yan dırılmasından olan itkilər) və b.;
11. Konservasiya edilmiş istehsalat güclərinin və obyektlərinin saxlanmasına 
çə kilən məsrəfl ər (digər mənbələr hesabına ödənilən məbləğlərdən başqa);
12. İddia müddətinin vaxtı keçən debitor borclarının və tutulması qeyri-real 
olan digər borcların silinməsindən olan itkilər;
13. Günahkarları müəyyən edilməyən və ya cavabdehin vəziyyətinin yaxşı ol-
ma ması və onun əmlakının tutulmasının mümkün olmaması haqqında məh-
kəmə tərəfi ndən təsdiq edilən aktla birlikdə geri qaytarılmış icra sənədləri 
üzrə, ya da tutulması digər sənədlər üzrə etiraz edilən və digər əsas vəsait 
obyektlərinin çatışmamasına və ya korlanmasına görə müəyyən edilmiş 
qay dada  əvvəllər müəyyən edilmiş borcların silinməsindən olan zərərlər;
14. Hesabat ilində aşkar edilən, keçən illərin zərərləri;
15. Ləğv edilmiş istehsalat sifarişləri üzrə məsrəfl ər, habelə sərf edilmiş maddi 
qiymətlilərin dəyərini çıxmaqla məhsul verməyən istehsala çəkilən məs rəf-
lər (sifarişçilər tərəfi ndən ödənilən itkiləri çıxmaqla);
16. Başqa müəssisələrin, idarələrin və müəssisələrin xarici valyutalarının satıl-
ması və alınması ilə əlaqədar olan xərclər (hərrac rüsumu və i.a.);
17. Məhkəmə məsrəfl əri və iqtisad məhkəməsinin xərcləri;
18. Vaxtı keçmiş qısamüddətli ssudalar üzrə, veksellərin diskontundan və digər 
borc öhdəlik əməliyyatlarına, habelə ortamüddətli və uzunmüddətli kre dit-
lərə və digər bank kreditlərinə görə faizlər.


95
Hesabat ili ərzində göstərilən gəlirlər və itkilər “Mənfəət və zərərlər” he sa-
bında ilin əvvəlindən olan yekunla toplanır (toplanma prinsipi).
Müəssisələrin, onlara məxsus olan əsas vəsaitlərin satışından və sair çıx ma-
larından (ləğv olunma, silinmə, əvəzsiz verilmə və b.) mənfəəti və ya zərərləri 
ola bilər. Göstərilən maliyyə nəticələri 47 “Əsas vəsaitlərin satışı və sair çıxma-
lar” hesabında müəyyən edilir. Müəssisənin malik olduğu mal-material qiymət-
lilərinin (dövriyyədə olan vəsaitlərin), qeyri-maddi aktivlərin, valyuta qiy mət li-
lərinin, qiymətli kağızların və digər maliyyə qoyuluşlarının və i.a. satışından 
olan maliyyə nəticələri 48 “Sair aktivlərin satışı” hesabında müəyyən edilir.
Bundan başqa, müəssisələrin satışdankənar əməliyyatlarından, daha doğ ru-
su, məhsulların (işlərin, xidmətlərin) istehsalı və satışı ilə, əsas vəsaitlərin, mal-
material qiymətlilərin, qeyri-maddi və digər aktivlərin satışından maliyyə nəti-
cələri ola bilər. Bu, bilavasitə 80 “Mənfəət və zərərlər” hesabında müxtəlif he-
sab larla  müxabirləşməklə uçota alınır. Bundan başqa, müəssisələr mənfəət he-
sa b ına malalanlardan və sifarişçilərdən tələb olunmayan borcların ödənilməsi 
üçün  şübhəli borclar üzrə ehtiyatlar yarada bilər. Bu, hesabat ilinin sonunda 
mən fəət hesabına yaradılır. Təsərrüfat fəaliyyəti prosesində müəssisələrdə digər 
sa tışdankənar gəlirlər və itkilər meydana çıxa bilər.
Beləliklə, 80 “Mənfəət və zərərlər” hesabının debetində müəssisənin zə rər-
ləri və itkiləri, krediti üzrə isə  mənfəəti (gəlirləri)  əks olunur. Əgər müəssisə 
özünün fəaliyyəti nəticəsində mənfəət əldə edibsə, qalıq (son maliyyə nəticəsi) 
kre ditdə və əgər müəssisə zərər əldə edibsə, debetdə ola bilər. Bu zaman mənfəət 
ba lansın passivində, zərərlər isə aktivdə göstərilir.
Satışdankənar əməliyyatlardan olan son nəticə onlardan əldə edilən gəlirləri 
itkilərlə müqayisə etməklə müəyyən edilir.
“Mənfəət və zərərlər” hesabı üzrə sintetik və analitik uçot 15 saylı jurnal-
or der də aparılır. Qeyd olunan jurnal-order mühasibat arayışının hesablaşma və 
sair hesablardan bankın çıxarışının məlumatları əsasında tərtib olunur.
§29. Mənfəət bölüşdürülməsinin təhlili
Bazar münasibətləri  şəraitində  fəaliyyət göstərən sənaye müəssisələrinin 
mən fəəti onun istehsal və sosial inkişafının, istehlak fondunun əsas mənbəyi ol-
maqla, müəssisənin sərəncamında qalır və müstəqil surətdə istifadə olunur. 
Sənaye müəssisələrinin istehsal texniki maliyyə planında onun təsərrüfat fə a-
liy yəti nəticəsində əldə edəcəyi mənfəətlə yanaşı, bu mənfəətin bölüş dürül mə si 
və istifadə edilməsi də nəzərdə tutulur. 
Hesabat dövründə əldə edilmiş balans mənfəəti müəssisənin 2 saylı “Maliyyə 
nəticələri və onlardan istifadə haqqında hesabat” və 1 saylı hesabat formasında 
əks etdirilir. Müəssisənin hesabat dövründə faktiki əldə etdiyi mənfəətin bö lüş-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə