Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə45/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   38   39   40   41   42   43   44   45   46

117
1. Borc kapitalına görə faizlər bir xərc kimi vergi tutulan mənfəətə daxil 
edilmir;
2. Adətən, faizlərin ödənilməsinə olan xərclər müəssisə dövriyyəsində borc 
vəsaitlərinin istifadəsindən alınan mənfəətdən aşağı olur, nəticədə xüsusi ka pi-
talın rentabelliyi nəyə görə yüksəlir.
Bazar iqtisadiyyatında xüsusi kapitalın xüsusi çəkisinin artımı heç də müəs-
sisənin vəziyyətinin yaxşılaşmasını  işgüzar  şəraitin dəyişməsinə tez reaksiya 
ver mək imkanlarını əks etdirmir. Əksinə, borc vəsaitindən istifadə müəssisənin 
çe vikliyini sübut edir, götürülmüş krediti qaytarma iqtidarında olur.
Xüsusi və borc vəsaitlərinin nisbəti normativləri öz xüsusiyyətinə görə müx-
təlif sahələrdə toplanır. Harada ki, kapitalın dövretmə  əmsalı  aşağıdır, həmin 
sa hələrdə, maliyyə riski əmsalı 0,5-dən yuxarı olmamalıdır. Digər sahələrdə ha-
ra da ki, kapitalın dövr etməsi yüksəkdir, maliyyə riski əmsalı 1-dən yuxarı ola 
bilər.
Maliyyə  vəziyyətinin daxili təhlili zamanı bu göstəricilərdən başqa xüsusi 
və borc kapitalının dinamikası və quruluşunu öyrənmək, onun ayrı-ayrı tərkib 
his sələrinin dəyişməsinin səbəblərini aydınlaşdırmaq və hesabat dövrü ərzində 
bu dəyişikliklərə qiymət vermək lazımdır.
Cədvəl 34 
Xüsusi kapitalın dinamikası və quruluşu
Kapitalın mənbələri
Məbləği, man.
Kapitalın quruluşu, %-lə
ilin əvvəlinə
ilin axırına
ilin əvvəlinə
ilin axırına
dəyişiklik
Nizamnamə kapitalı
255435
3800162
89,3
99,5
+10,2
Ehtiyat kapitalı
13075
7279
4,6
0,2
-4,4
Yığım fondları
8717
7208
3,0
0,2
-2,8
İstehlak fondları
8717
4517
3,1
0,1
-3,0
Müəssisənin bölüşdü-
rül məmiş mənfəəti
-
-
-
-
Cəmi
285944
3819166
100
100
X
2-ci cədvəldən göründüyü kimi, xüsusi kapitalın quruluşunda xeyli dəyişiklik 
olmuşdur, belə ki, nizamnamə kapitalının məbləği və xüsusi çəkisi xeyli artmış, 
ehtiyat kapitalının, yığım fondlarının, istehlak fondlarının həcmi və xüsusi çə ki-
si azalmışdır.
Balansın aktiv maddələrinin əsas qruplaşma əlaməti onların likvidlik dərə-
cəsi (nağd pula çevrilmə sürəti) hesab olunur. Bu əlamət üzrə balansın bütün 
aktivləri əsas kapitala, yaxud uzunmüddətli kapitala (1 bölmə) və cari (dövriyyə) 
aktivlərinə (II və III bölmələr) bölünür.
Müəssisə  vəsaitləri onun daxili dövriyyəsində  və ondan kənarda (debitor 
borcları, qiymətli kağızların, aksiyaların satın alınması) istifadə oluna bilər.


118
Dövriyyə kapitalı istehsal sferasında (ehtiyatlar, bitməmiş istehsal, gələcək 
dövrün xərcləri) və  tədavül sferasında (anbarlarda olan hazır məhsullar, qısa-
müd dətli maliyyə qoyuluşları, kassa və bankda olan hesablarda nağd pul vəsaiti, 
mallar və s. ola bilər.
Kapital pul və material formasında fəaliyyət göstərə bilər. Pul formasına de-
po zitlər, qısamüddətli maliyyə qoyuluşları, hesablaşmalarda olan vəsaitlər da-
xil dir.
Borc kapitalının quruluşunda olan dəyişikliyi aşağıdakı cədvəldən görmək 
olar.
Cədvəl 35
Kapitalın mənbələri
Məbləği, man.
Kapitalın quruluşu, %-lə
ilin 
əvvəlinə
ilin axırına
ilin 
əvvəlinə ilin axırına dəyişiklik+, -
Qısamüddətli bank kreditləri
15000
-
2,8
-
-2,8
Kreditor borcları:
Əmək ödənişləri üzrə
73050
68760
13,9
6,5
-7,4
Malsatanlara
378575
721870
71,9
68,1
-3,8
Sosial sığorta orqanlarına
59928
129376
11,4
12,2
+0,8
Büdcəyə
-
139566
-
13,2
+13,2
Cəmi
526513
1059572
100
100
x
3-cü cədvəldən görünür ki, borc kapitalının quruluşunda bank kreditləri ilin 
əvvəlinə 2,8 % olduğu halda, ilin axırına qısamüddətli bank kreditləri ödə ni l-
mişdir.
Kreditor borclarının tərkibində mallara, iş və xidmətlərə görə  mal gön də rən-
lərə olan borcdur ki, o da ilin əvvəlinə nisbətən artmış, xüsusi çəki üzrə isə azal-
mış dır, ancaq sosial sığorta və  təminat üzrə olan borc, büdcəyə olan borcun 
həcmi və xüsusi çəkisi il ərzində artmışdır.
Qeyd etmək lazımdır ki, müəssisə borcu vaxtında qaytarmadıqda müəssisəyə 
cərimə hesablanır, bu da müəssisənin maliyyə vəziyyətinə təsir edir. Buna görə 
təhlil prosesində kreditor borcunun mövcudluğu, aşkaretmə tarixi, tərkibi, mal-
satanlara, əmək ödənişləri üzrə, sosial sığorta orqanlarına, büdcəyə vaxtı keçmiş 
borcların əmələgəlmə səbəblərini öyrənmək lazımdır, ödənişlərin vaxtının keç-
məsinə görə ödənilən cərimə məbləğini müəyyən etmək lazımdır.
Kreditor borclarını təhlil edərək nəzərə almaq lazımdır ki, kreditor borcları 
ey ni zamanda debitor borclarının örtülmə  mənbələri sayılır. Buna görə  təhlil 
pro sesində debitor və kreditor borcları məbləğlərini müqayisə etmək lazımdır. 
Əgər birinci ikincidən artıq olarsa, onda bu, debitor borclarında xüsusi kapitalın 
səfərbərliyə alınmasını göstərir. Həmin müəssisədə kreditor borcları  məbləği 
ilin əvvəlinə və axırına debitorların hesabları üzrə məbləği ötüb-keçir.
Beləliklə, müəssisə  fəaliyyətinin maliyyələşdirmə  mənbələrinin səmərəli 
təş kili  və onun bazar sabitliyini qiymətləndirmək üçün xüsusi və borc vəsait-


119
lərinin quruluşunu təhlil etmək lazımdır. Bu an çox mühümdür; birincisi, ma liy-
yə risk dərəcəsini öyrənmək üçün informasiyalar xarici istehlakçılar (məsələn, 
banklar və digər malsatanlar) üçün mühümdür və ikincisi-maliyyə strategiyasının 
işlənilməsi və maliyyə  təşkilinin perspektivli variantını müəyyən etmək üçün 
müəs sisənin özü üçün lazımdır.
§39. Müəssisənin ödəmə qabiliyyətinin təhlili
Müəssisənin maliyyə sabitliyini xarakterizə edən göstəricilərdən biri onun 
ödəmə qabiliyyətidir, yəni nağd pul resursları ilə özünün öhdəliklərinin ödə nil-
məsi imkanıdır.
Ödəmə qabiliyyətinin təhlili müəssisə  fəaliyyətinin qiymətləndirilməsi və 
proqnozlaşdırılması yalnız müəssisə üçün deyil, eyni zamanda xarici investorlar 
(banklar) üçün lazımdır. Bank kredit verməzdən əvvəl borc alanın kredit ödəmə 
qabiliyyətini öyrənməlidir. Həmçinin bu, müəssisədə bir-biri ilə iqtisadi müna-
sibətdə olması kimi özünü göstərməlidir. Əgər ona kredit verilməsi, yaxud ödə-
nişin vaxtının uzadılması haqqında məsələ meydana çıxarsa, partnyorun ma liy-
yələşmə imkanları haqqında bilmək xüsusilə vacibdir.
Kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi cari aktivlərin likvidliyinin 
xarakteristikası əsasında həyata keçirilir, hansı ki, pul vəsaitinə çevrilməsi üçün 
onların hərdənbir hesablanılması lazımdır. Həmin aktivləri inkassa etmək üçün 
nə qədər az vaxt tələb olunursa, onun likvidliyi bir o qədər yüksək olur. Balansın 
lik vidliyi – bu müəssisə aktivlərinin nağd pula çevrilməsi və özünün ödəmə 
öhdəliklərinin imkanıdır, daha dəqiq, bu balansın aktivləri ilə müəssisənin borc 
öhdəliyinin ödənilmə dərəcəsidir, nağd pula çevrilmə vaxtı ödəmə öhdəliyinin 
ödə nilmə vaxtına uyğundur. O, qısamüddətli borc öhdəliyinin həcmi mövcud 
ödə niş vəsaitinin həcminə uyğungəlmə dərəcəsindən asılıdır.
Ödəmə qabiliyyəti və likvidlik anlayışları bir-birinə çox yaxındır, lakin 
ikinci anlayış tutumludur. Ödəmə qabiliyyəti balansın likvidlik səviyyəsindən 
asılıdır. Həmin vaxtda likvidlik hesablaşmaların cari vəziyyəti kimi perspektiv 
üzrə hesablaşmaların vəziyyətini xarakterizə edir.
Balansın likvidliyinin təhlili passiv üzrə qısamüddətli öhdəliklərlə likvidlik 
dərəcəsinin azalması qruplaşdırılmış aktiv üzrə vəsaitin müqayisə edilməsi ilə 
qurtarır. Likvidlik dərəcəsinin cari aktivlərin qruplaşdırılması ödəniş müddətinin 
səviyyəsi üzrə qruplaşdırılır.
Birinci qrupa pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları kimi, likvid 
vəsaitlərinin daha çox sürətlə hərəkət edən hissəsi daxildir. İkinci qrupa hazır 
məhsullar, yüklənmiş mallar və debitor borcları daxildir. Bu qrupda cari ak tiv-
lə rin likvidliyi – məhsulların vaxtında göndərilməsindən, bank sənədlərinin 
rəsmiləşdirilməsindən, banklarda ödəniş  sənədlərinin dövriyyə sürətindən, 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə