Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə40/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

102
eləcə də uzunmüddətli kredit və borclarını müəyyən etmək olar. Bütün bunlar 
bazar şəraitində və rəqib müəssisələr əhatəsində işləyən müəssisələr üçün xüsusi 
əhəmiyyət kəsb edir.
Müasir şəraitdə müəssisənin maliyyə vəziyyətinin təhlilinin qarşısında, əsa-
sən, aşağıdakı vəzifələr durur:
1. Müəssisə  vəsaitlərinin mövcud vəziyyətini, strukturu və  mənbələrini, 
dinamikasını öyrənmək;
2. Müəssisə vəsaitlərinin və onların əmələgəlmə mənbələrinin dəyişilməsinə 
təsir göstərən amilləri təyin etmək və bu amillərin təsir dərəcəsini hesablamaq;
3. Xüsusi dövriyyə vəsaitindən istifadənin vəziyyətini və buna təsir göstərən 
amillərin təsir dərəcəsini müəyyən edib qiymətləndirmək;
4. İstehsal ehtiyatlarının tələbata uyğun olmasını təyin etmək;
5. Borc vəsaitlərindən və bank kreditlərindən səmərəli və öz məqsədli təyi-
natına görə istifadə edilməsi vəziyyətini öyrənmək və qiymətləndirmək;
6. Cari aktivlərin istehsal və tədavül sferasında mövcud vəziyyətini, struk tu-
runu və dinamikasını öyrənmək;
7. Debitor və kreditor borclarının hərəkətini və strukturunu öyrənmək;
8. Müəssisənin ödəmə qabiliyyətini və ona təsir edən amilləri öyrənmək və 
qiy mətləndirmək;
9. Təhlilin nəticələrini ümumiləşdirmək və gələcəkdə maliyyə vəziyyətinin 
yaxşılaşdırılması üçün tədbirlər proqramını işləyib hazırlamaq.
Müəssisənin maliyyə vəziyyətinin təhlilində aşağıdakı informasiya mənbə-
lə rindən istifadə edilir:
1. Müəssisənin  əsas istehsal fəaliyyəti haqqında mühasibat balansı (1№-li 
forma);
2. Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat (2№-li forma);
3. Mühasibat balansına əlavə (5№-li forma);
4. Müəssisənin biznes planı.
Bunlardan başqa, debitor və kreditor borclarının inventarizasiya siya hıla rın-
dan, hesabatlara əlavə olunan izahatlardan, müxtəlif normativ sənədlərdən, cari 
uçot məlumatlarından, mühasibat uçotu registrlərindən, auditor rəylərindən və 
di gər informasiya mənbələrindən istifadə olunur. 


103
XI MÖVZU
 MÜƏSSİSƏNİN MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
§32. Müəssisənin maliyyə vəziyyətinin təhlili anlayışı, 
əhəmiyyəti və vəzifələri
Müəssisənin maliyyə  vəziyyəti (MMV) bu subyektin maliyyə münasi bət lə-
rini, bazarın və müəyyən tarixə  vəziyyət üzrə onun öz fəaliyyətini maliyyələş-
dirmə qabiliyyətini əks etdirən iqtisadi kateqoriyadır. Təchizat istehsalat, satış və 
ma liyyə fəaliyyəti prosesində nəticə kimi, müəssisənin maliyyə vəziyyəti ma liyyə 
resurslarına tələbat, onun əmələgəlmə  mənbələri və  vəsaitlərin  struk tu ru nun 
dəyişilməsi, kapitalın dövriyyə prosesinin arasıkəsilmədən dəyişməsi baş verir.
Maliyyə vəziyyəti sabit, qeyri-sabit (böhranqabağı) və böhran vəziyyətində 
ola bilər. Müəssisənin öz vaxtında ödəmə qabiliyyəti, geniş şəkildə öz fəaliy-
yətini maliyyələşdirmək, əlverişli olmayan şəraitdə özünün ödəmə qabiliyyətini 
saxlamaq, müəssisənin yaxşı maliyyə vəziyyətinin olmasını göstərir və əksinə.
Müəssisənin maliyyə vəziyyəti onun istehsal, kommersiya və maliyyə fəa-
liy yətinin nəticələrindən asılıdır. Əgər istehsal və maliyyə planları mü vəf fə qiy-
yətlə yerinə yetirilirsə, onda bu vəziyyət müəssisənin maliyyə vəziyyətinə müs bət 
təsir edir. Və  əksinə, istehsal və  məhsulların satışı üzrə planın yerinə yetiril-
məməsi nəticəsində məhsulların maya dəyərinin yüksəlməsi, satışdan gəlirin və 
mənfəət məbləğinin azalması, bir nəticə kimi, müəssisənin maliyyə vəziyyətinin 
və onun ödəmə qabiliyyətinin pisləşməsini göstərir.
Sabit maliyyə vəziyyəti öz növbəsində istehsal planının yerinə yetirilməsinə 
və istehsalın lazımi resurslara olan ehtiyacının təmin edilməsinə müsbət təsir edir. 
Buna görə  təsərrüfat fəaliyyətinin tərkib hissəsi kimi maliyyə  fəaliyyəti pul re-
surslarının planauyğun daxil olması və xərclənməsinin təmin edilməsinə, he sab-
laşma intizamının yerinə yetirilməsinə, xüsusi və borc kapitalının səmərəli nis-
bətdə əldə olunmasına və onun istifadəsinin daha səmərəli olmasına yönəl di lir.
Maliyyə fəaliyyətinin əsas məqsədi istehsalın səmərəli inkişafı üçün maliyyə 
resurslarının harada, nə vaxt və necə istifadə olunmasını və maksimum mənfəət 
alın masını həll etməkdir.
Bazar iqtisadiyyatı  şəraitində  fəaliyyət göstərən və müəssisənin müfl is ləş-
mə sinə yol verməmək üçün maliyyə ilə necə idarə olunmasını, tərkibi və əmə lə-
gəlmə mənbələrinə görə kapitalın strukturunun necə olmasını, xüsusi vəsait lərin 
və borc vəsaitlərinin hansı nisbətdə olmasını yaxşı bilmək lazımdır. Eyni za-
man da  işgüzar aktivlik kimi, bazar iqtisadiyyatı anlayışının, müəssisənin likvid-
liyini, rentabellik sərhədini, maliyyə sabitliyi ehtiyatını (təhlükəsiz zonanı), 


104
ris kin  dərəcəsini, maliyyə vasitəsinin səmərəsini və s.-ni, eləcə də onların təhlili 
metodikasını bilmək lazımdır.
Təhlilin əsas vəzifələri:
1. Müəssisənin maliyyə vəziyyətinin və onun ödəmə qabiliyyətinin yaxşı laş-
dırılması ehtiyatlarının axtarılması və maliyyə fəaliyyətində çatış maz lığın vax-
tında aşkar edilməsi və aradan qaldırılması;
2. Respublikamızın istifadəsinin müxtəlif variantlarında maliyyə  vəziyyəti 
mo delinin  hazırlanması və mümkün maliyyə nəticələrinin proqnozlaşdırılması;
3. Müəssisənin maliyyə vəziyyətinin möhkəmləndirilməsi və maliyyə resur-
s larından daha səmərəli istifadə olunmasına yönəldilmiş konkret tədbirlərin ha-
zır lanması.
Müəssisənin maliyyə vəziyyəti sabitliyinin qiymətləndirilməsi üçün dəyişik-
likləri xarakterizə edən bir çox göstəricilər sistemindən istifadə olunur:
a) müəssisə kapitalının quruluşu, onun yerləşməsi və əmələgəlmə mənbələri;
b) ondan istifadənin səmərəliliyi və intensivliyi;
c) müəssisənin ödəmə və krediti ödəmə qabiliyyəti;
ç) onun maliyyə sabitliyi ehtiyatı.
Maliyyə vəziyyətinin təhlili əsasən nisbi göstəricilərlə əsaslandırılır, belə ki, 
infl yasiya  şəraitində balansın nisbi göstəricilərini praktiki olaraq müqayisə 
şəklinə gətirmək mümkün olmur.
Təhlil olunan müəssisənin nisbi göstəricilərini aşağıdakılarla müqayisə et-
mək olar:
– müfl islik imkanlarını proqnozlaşdırmaq və risk dərəcəsini qiymətləndirmək 
üçün ümumi qəbul olunmuş “normalar”la;
– digər müəssisənin eyni məlumatları ilə müqayisə aparılmalıdır ki, bu da 
mü əs sisənin güclü və zəif cəhətlərinin, onun imkanlarının aşkar edilməsinə im-
kan verir;
– maliyyə vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi təmayülünü öy-
rən mək üçün müqayisə əvvəlki illərin oxşar məlumatları ilə aparılmalıdır.
Müəssisənin maliyyə  vəziyyətinin təhlili ilə  nəinki müəssisənin rəhbərləri 
və müvafi q xidmət işçiləri məşğul olur, eyni zamanda resurslardan istifadənin 
sə mərəliliyini öyrənmək məqsədi ilə müəssisənin sahibkarları, investorlar, kre-
dit ləşmə  şəraitini öyrənmək və risk dərəcəsini müəyyən etmək üçün banklar, 
büd cəyə vəsaitin daxil olması planının yerinə yetirilməsi üçün vergi müfəttişliyi, 
ödənişlərin vaxtında alınması üçün malgöndərənlər və başqaları məşğul olurlar. 
Bunlarla əlaqədar təhlil daxili və xarici təhlilə bölünür.
Daxili təhlil müəssisə  işçiləri tərəfi ndən aparılır və onun nəticəsi maliyyə 
və ziyyətini planlaşdırmaq, nəzarət etmək və proqnozlaşdırmaq üçün istifadə 
edilir. Onun məqsədi pul vəsaitlərinin planauyğun şəkildə daxil olmasını təmin 
et məkdir. Ona görə borc vəsaitlərini elə yerləşdirmək lazımdır ki, müəssisənin 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə