Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə33/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

83
Relevant sıra məhsul istehsalı  və satışının minimum mümkün, maksimum 
mümkün, optimal və faktiki həcmini əks etdirir.
Satışın minimum mümkün (zərərsiz) həcmi mövcud istehsal və qiymətlər 
şə raitində məhsul satışından əldə edilən ümumi pul gəlirlərinin satılmış məhsula 
çəkilən bütün xərclərə bərabər olması ilə xarakterizə edilir. Satışın maksimum 
həcmi təsərrüfatdaxili ehtiyatların maksimum səfərbər edilməsini əks etdirir.
Satışın elə həcmi optimal hesab olunur ki, bu zaman mövcud istehsal şə rai-
tində və müəyyən qiymət diapazonunda maksimum mənfəət əldə etmək müm-
kün dür.  Optimallaşdırma məsələsi daha çox nəzəri xarakter daşısa da, məhsul 
buraxılışının planlaşdırılmasında istiqamət (oriyentir) rolunu oynayır.
Mal alanların ünvanına yola salınması üzrə planının yerinə yetirilməsi, onun 
da xili  və xarici bazarlarda satışı qarşılıqlı əlaqəlidir. Məhsul istehsalı və satışının 
kompleks məqsədli təhlili prosesi aşağıdakı mərhələləri əhatə edir:
1) birinci mərhələ marketinqə əsaslanır və istehsal olunan məhsula tələbin 
öy rə nilməsi, ötən dövrün müqavilələrinin yerinə yetirilməsinin təhlili ilə  əla-
qədar dır;
2) ikinci mərhələ, daha sərfəli şərtlərlə müqavilələrin bağlanması üçün plan-
laşdırılan dövrdə istehsalın həcmi və strukturunun optimallaşdırılması məqsədi 
ilə əsas vəsaitlərdən, əmək, material və maliyyə resurslarından istifadə üzrə əla-
və imkanların müəyyən edilməsi ilə bağlıdır;
3) məhsul istehsalı və satışının təhlilinin üçüncü mərhələsində məhsulun həc-
mi və göndərilməsinin ahəngdarlığı, keyfi yyəti və komplektliyi üzrə  mü qa vi lə 
öh də liklərinin yerinə yetirilməsi qiymətləndirilir. Müqavilə üzrə öhdəlik lə rin 
vax tın da  və ya tam yerinə yetirilməməsi nəticəsində baş verən itkilərin həc mi  və 
on la rın müəssisənin fəaliyyətinin əsas iqtisadi göstəricilərinə (satışın və mən fə -
ətin həcminə, rentabellik səviyyəsinə, pul gəlirlərinə və s.) təsiri müəyyən edi lir;
4) dördüncü mərhələ, müqavilə öhdəliklərinin yerinə yetirilməsi üzrə kə nar-
laşmaların daxili və xarici səbəblərinin və onların təsir dərəcəsinin müəyyən 
edil məsi ilə xarakterizə olunur.
Məhsul istehsalı və satışının kompleks məqsədli təhlilinin əsas vəzifəsi mü-
əs  sisənin rəqabət durumunun və bazarın konyukturasının dəyişilməsi şərai tində 
resurslarla çevik manevr etmək qabiliyyətinin qiymətləndirilməsidir. Bu ümumi 
vəzifə aşağıdakı fərdi analitik vəzifələrin həll edilməsi ilə realizə edilir:
– məhsul istehsalı və satışı planının yerinə yetirilməsi səviyyəsinin qiymət-
lən dirilməsi;
– məhsul istehsalı və satışı dinamikasının qiymətləndirilməsi;
– məhsul istehsalı və satışına dair plan göstəricilərinin reallığı, gərginliyi və 
mü qavilə öhdəlikləri ilə ötürülməsinin təyin edilməsi;
– hazır məhsulun göndərilməsi üzrə müqavilə öhdəliklərinin yerinə yeti ril-
mə sinin  təyin edilməsi;


84
– məhsul istehsalı  və satışının həcmini xarakterizə edən göstəricilər üzrə 
plan dan  kənarlaşmalara müxtəlif amillərin təsirinin müəyyən edilməsi;
– məhsul istehsalı və satışı həcminin artırılmasını təmin edən təsərrüfat daxili 
ehtiyatlarının təyin edilməsi və kəmiyyətcə qiymətləndirilməsi;
– aşkar edilən ehtiyatların səfərbər edilməsini təmin edən tədbirlərin ha zır-
lanması və müvafi q hesablamalarla əsaslandırılması.
Məhsul buraxılışı və satışı həcminin retrospektiv təhlilinin aparılması üçün 
əsas informasiya mənbələrinə müəssisənin biznes-planı, operativ plan-qrafi k, 
qə bul  edilmiş sifarişlər, hazır məhsul anbarları müdirlərinin hesabatları, key fi y-
yət şəhadətnamələri, mal göndərilməsinə dair qrafi klər, məhsul bura xı lışı üzrə 
qrafi klər, istehsalat müşavirələrinin materialları, reklamasiyalar 16 saylı “Hazır 
məh sulların hərəkəti, onların yola salınması və satışı” cədvəli, 2 saylı forma – 
“Ma liyyə nəticələri və onların istifadəsi haqqında hesabat” və s. aid edilir.
Məhsul buraxılışı və satışının perspektiv təhlili idarəetmə təhlilinin məz mu-
nu nu  təşkil edir və alternativ idarəetmə qərarlarının qiymətləndirilməsi və onlar-
dan ən optimalının seçilməsində istifadə edilir.
§23. Məhsul buraxılışının həcminin, strukturunun
 və dinamikasının təhlili
Sənaye müəssisələrində  məhsul istehsalının həcmi natural, şərti-natural, 
əmək və dəyər ölçüləri ilə ifadə olunur. Sənaye məhsulu istehsalının həcminin 
ümumi göstəriciləri (ümumi və əmtəəlik məhsul) dəyər ifadəsində – müəssisənin 
top dansatış qiyməti ilə əks etdirilir.
Ümumi məhsul həcminin bitməmiş istehsal da daxil olmaqla istehsal olun-
muş bütün məhsulların (yerinə yetirilmiş işlərin, xidmətlərin) dəyəri ilə xarak te-
ri zə edilir. Ümumi məhsulun həcmi plan, müqayisə və faktiki qiymətlərlə he-
sab lanır, uçot və hesabatlarda əks etdirilir.
Məhsul buraxılışının həcminin təhlilində aşağıdakı bir neçə mərhələdə mə-
sə lələr öyrənilir:
1. Satılmış məhsulun həcmi ilə müqayisədə ümumi və əmtəəlik məhsul bu-
ra xılışının dinamikası;
2. Məhsul çeşidləri üzrə istehsal proqramının yerinə yetirilməsi;
3. Məhsulun strukturunun və struktur dəyişikliklərinin, biznes planlarının 
ye rinə yetirilməsinə təsiri;
4. Zərərsizlik səviyyəsi və müəssisənin maliyyə sabitliyi ehtiyatı və i.a.
Bazar iqtisadiyyatına keçid şəraitində müəssisələr özlərinin biznes planlarını 
mal göndərilməsi haqqında bağlanmış müqavilələrə, qəbul edilmiş sifarişlərə, 
ba zarın konyunkturasının öyrənilməsi informasiyasına əsasən tərtib edirlər. Bu-
na görə  də planın yerinə yetirilməsinin təhlili müqavilə öhdəlik lə ri nin  icra 


85
sə viy yəsinin, planlaşdırma və menecmentin keyfi yyətinin qiymət lən diril məsinə 
im kan verir. Eyni zamanda, bütövlükdə  və  məhsul (iş, xidmət) çeşidləri üzrə 
məh sul  buraxılışı planların icrasının xammal, materiallar, komplektləşdirici mə-
mu latlar,  avadanlıqlar və s. üzrə  təchizatı strategiyasının tərtib edilməsi üçün 
əsas hesab olunur.
Məhsul istehsalı və satışının plana nisbətən artmasına (azalmasına), hesabat 
dövrü ərzində məhsul çeşidləri və istehsalın strukturunun dəyişilməsi böyük tə-
sir göstərir. Buna görə  də  məhsul buraxılışı çeşidi və strukturunun forma laş-
masının təhlilində bu və ya digər məhsul növünə olan tələbat və eləcə də möv-
cud əmək, material, texniki, texnoloji, maliyyə və digər resurslardan daha sə mə-
rə li  istifadə olunması nəzərə alınmalıdır. Məhsul çeşidlərinin formalaşması sis-
te mi  aşağıdakı əsas cəhətləri özündə birləşdirir:
• alıcıların cari və perspektiv tələbatının müəyyən edilməsi;
• buraxılan və ya buraxılacaq məhsulların rəqabətə davamlılığı səviy yə si nin 
qiymətləndirilməsi;
• məmulatın həyat tsiklinin öyrənilməsi və yeni növ məhsul yaradılması üzrə 
tədbirin vaxtında görülməsi, mənəvi köhnəlmiş və iqtisadi cəhətdən səmə-
rəli olmayan məmulatların istehsaldan götürülməsi;
• məhsul çeşidləri üzrə dəyişikliklərin iqtisadi effektliliyinin və risk dərə cə-
si nin  qiymətləndirilməsi.
Məhsul buraxılışı planının çeşid üzrə yerinə yetirilməsini təhlil edərkən ay rı-
ayrı çeşidlər üzrə faktiki və planda nəzərdə tutulmuş məhsul buraxılışı gös tə ri ci-
ləri müqayisə edilir. Lakin bu halda plandan artıq məhsul istehsalı hesaba alın mır.
§24. Məhsul buraxılışı ahəngdarlığının təhlili
Bazar münasibətləri  şəraitində  fəaliyyətdə olan müəssisələrdə istehsalın 
ahəng darlığının pozulması bilavasitə məhsul satışına dair müqavilə öhdəlik lə-
rinin, qəbul edilmiş sifarişlərin yerinə yetirilməsinə mənfi  təsir göstərir.
Müəssisənin ahəngdar işi bir-biri ilə bağlı olan məsələlərin həllindən asılıdır. 
Burada xammalın və materialların, yarımfabrikatların, komplekt ləş di rici  mə-
mu latların vaxtında daxil olması, avadanlıqların təmir müddətləri, müqavilələrin 
bağlanması, istehsal və əmək intizamı, istehsala verilən xammal və materialların 
keyfi yyəti, resepturaların təmin edilməsi, işçilərin ixtisas dərəcələri və s. mühüm 
əhəmiyyətə malikdir. Müəssisənin ahəngdar işləməsi istehsal resursları ilə təc-
hiz olunması ilə yanaşı, istehsalın və əməyin, idarə etmənin təşkili səviyyəsindən, 
istehsalın xarakterindən də asılıdır. Təsərrüfat bölmələri arasında optimal əlaqə 
yaradılması və təmin olunması da istehsalın ahəngdarlığını təmin edir.
Müntəzəm vaxt vahidi ərzində eyni miqdarda məhsul buraxılışını və ahəng-
dar məhsul buraxılışını (iş saatı, iş günü, təqvim ayı ərzində məhsul istehsalına 
dair plan qrafi klərin gözlənilməsi) fərqləndirmək lazımdır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə