Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə30/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   26   27   28   29   30   31   32   33   ...   46

74
di gər təsərrüfat vahidlərində) mövcud olan əmək məhsuldarlığının artırılması 
ehti yat ları (təsərrüfatdaxili) aşkara çıxarılır, onlardan istifadəni təmin edən kon-
kret təş ki la ti-texniki  tədbirlər hazırlanır (hesablamalarla əsaslandırılmış), habelə 
əmək məh sul darlığının artımının istehsalın həcminə, fəhlələrin sayına, əməyin 
ödənişi  fon du na,  məhsulun maya dəyərinə, mənfəətin həcmi və istehsalın renta-
belliyinə tə siri  təyin edilir.
Əmək məhsuldarlığı səviyyəsini hesablamaq və qiymətləndirmək üçün onu 
xarakterizə edən göstəricilər sistemini bilmək lazımdır. Əmək məhsul dar lı ğı nı 
xarakterizə edən bütün göstəriciləri ümumilikdə üç qrupa bölmək bölmək olar: 
ümumi (ümumiləşdirici), hissəvi və köməkçi (ara) göstəricilər.
Ümumi göstəricilərə orta hesabla bir işçiyə, bir fəhləyə, orta illik bir adam-
günə, bir adam-saata məhsul istehsalına dair göstəricilər daxildir. Bu gös tə ri ci-
lər dəyər ifadəsində planlaşdırılır və  təhlil edilir. Ümumi məhsulun,  əmtəəlik 
məh sulun  1  manatına (min manatına, milyon manatına adam-gün (adam-saat, 
adam-saniyə) hesabı ilə əmək sərfi nə dair göstə ri cilər də əmək məhsuldarlığı sə-
viy yəsini xarakterizə edən ümumiləşdirici göstəricilərdir.
Hissəvi göstəricilər bu və ya digər çeşiddə (növdə) məhsul vahidinə əmək 
sər  fi ni  (əməktutumunu), yaxud orta hesabla bir adam-günə, bir adam-saata 
natural ifadədə müəyyən çeşiddə (növdə) məhsul buraxılışını xarakterizə edir.
Köməkçi (ara) göstərici müəyyən növdə işin (texnoloji prosesin) bir vahidinə 
adam-gün, adam-saat hesabı ilə əmək sərfi ni, yaxud vaxt vahidi ərzində yerinə 
yetirilən işin miqdarını göstərir. Əmək məhsuldarlığının artımı planlarında an-
caq iki göstərici hesablanır: sənaye-istehsal heyətinin orta siyahı sayının 1 nəfə-
rinə (1 fəhləyə) orta illik məhsul istehsalı və mühüm məhsul növlərinin əməktu-
tumu (adam-gün, adam-saat hesabı ilə). Həmin planda əmək göstəriciləri mütləq 
rəqəmlərlə hesablanır və hesabat ilindən əvvəlki dövrlərlə müqayisədə nisbi sə-
viy yəsinin dəyişilməsi göstərilir.
Bazar iqtisadiyyatına keçidlə  əlaqədar olaraq qiymətlər daim dəyişilən və 
məhsulun qiymətləndirilməsində müxtəlif üsullardan (orta satış qiyməti, uçot 
qiy məti, FİFO, LİFO və bazar qiymətləri ilə qiymətləndirmə) istifadə olunan 
indiki şəraitdə istehsalın və onun nəticələrinin qiymətləndirilməsində, o cüm lə-
dən əmək məhsuldarlığının təhlilində natural və şərti göstəricilərdən daha çox 
isti fadə olunur.
Əmək məhsuldarlığının planlaşdırılması və təhlili proseslərində:
1. İstehsalatda struktur irəliləmələrin, yəni məhsul istehsalının ümumi həc-
min də ayrı-ayrı məhsulların xüsusi çəkilərinin dəyişilməsi;
2.  İstehsalın texniki səviyyəsinin yüksəldilməsinin: istehsal proseslərinin 
kom p leks  mexanikləşdirilməsi və avtomatlaşdırılması; yeni texnolo giya ların 
tət biqi;  istifadədə olan avadanlıqların modernləşdirilməsi; mate rial lardan, ya-
nacaqdan və elektrik enerjisindən istifadənin yaxşılaşdırılması; isteh lak olunan 


75
xam mal, material, yanacaq və elektrik enerjisinin daha effektliləri ilə əvəz edil-
məsi;
3. İdarəetmənin, istehsalın və əməyin təşkilinin, habelə istehsalın idarə edil-
mə sinin  təkmilləşdirilməsi; iş normalarının və xidmət zonasının artırılması; iş 
vax tı itkiləri ilə yanaşı zay məhsulla bağlı itkilərin minimuma endirilməsi, ha-
silat  nor ma larını yerinə yetirməyən fəhlələrin azaldılması; mövsümü isteh sal-
lar da  iş  döv rü nün  dəyişdirilməsi;
4. Məhsul istehsalı həcminin dəyişdirilməsi: ayrı-ayrı məhsul növlərinin və 
istehsalların xüsusi çəkilərinin dəyişdirilməsi və i.a. birinci və ikinci dərəcəli 
amil lərin əmək məhsuldarlığına təsiri təyin edilir.
Bazar iqtisadiyyatı şəraitində əmək məhsuldarlığının təhlili daha geniş mə-
sə  lələri əhatə edir. Əmək məhsuldarlığı əməyin ixtisas dərəcələrindən, əməyin 
ya radıcı xarakter daşımasından,  əmək alətlərinin təkmilləşdirilməsindən və s. 
bu kimi amillərdən asılıdır .
Əmək məhsuldarlığı istehsalın səmərəliliyi barədə  təsəvvür yaradan əsas 
gös  tə ricilərdən biridir. İqtisadi ədəbiyyatda əmək məhsuldarlığına təsir göstərən 
amilləri üç qrupa bölürlər:
1. Məhsul vahidinə düşən əmək məsrəfl ərinin azalması;
2. İş vaxtından səmərəli istifadə və qeyri-məhsuldar əmək xərcləri;
3. Məhsulun dəyərinin dəyişməsi. 
Eyni zamanda, məhsulun çeşidinin dəyişməsi, qiymətlərin dəyişməsi və s. 
də bu ra daxildir. Əmək məhsuldarlığı insan fəaliyyətinin səmərəli olması ba rə-
də təsəvvür yaradır.
Əmək məhsuldarlığı maliyyə göstəriciləri  əsasında təhlil edilir. Bu zaman 
iş lənmiş adam-günlərin sayı, iş gününün uzunluğu, hər günə,
hər saata düşən məhsul istehsalı və s. göstəricilərin təsiri də öyrənilir. Bun-
lardan əlavə, müəssisələrdə müəyyən dərəcədə əmək məhsuldarlığı üzrə təhlil 
tex niki-iqtisadi  göstəricilər vasitəsilə  də aparılır. Müasir dövrdə  fərdi  əmək 
məh suldarlığı mühüm əhəmiyyət kəsb edir.
Əmək məhsuldarlığına təsir edən amilləri aşağıdakı istiqamətlər üzrə 
axtarmaq lazım gəlir:
1. Xalq  təsərrüfatı xarakterli amillər; bura məhsuldar qüvvələrin səmərəli 
yer ləşdirilməsi, səmərəli sahələrin inkişafı daxildir.
2. Sahə xarakterli amillər; ixtisaslaşma, təmərküzləşmə və s. məsələlər sahə 
xa rakterli  amillərə aiddir.
3. Sahələrarası xarakterli amillər. Bura bir sahənin imkanlarından digər sahə 
üçün istifadə edilməsi aiddir.
4. Təsərrüfatdaxili amillərdir ki, bura məhsulun əmək tutumu, iş vaxtından 
is ti fadə aiddir. 


76
Əmək məhsuldarlığı müəyyən vaxt ərzində istehsal olunmuş məhsulun miq-
 darı ilə və ya məhsul vahidi istehsalına sərf olunmuş iş vaxtı ilə ölçülür. Əmək 
məhsuldarlığının yüksəldilməsi məhsul istehsalına sərf olunmuş iş vax tına qə-
na ət deməkdir; yaxud vaxt vahidi ərzində daha çox məhsul istehsal edilməsi 
deməkdir. Bütövlükdə Respublika üzrə  əmək məhsuldarlığının yüksəldilməsi 
iqtisadi yüksəliş hesab edilir.
Sənaye müəssisələrində əmək məhsuldarlığı üç əsas göstərici ilə xarakterizə 
olunur: 
1. Cinsi formada – eynicinsli məhsullar üzrə əmək məhsuldarlığının ölçül-
mə sini  təmin edir.
2. Dəyər formasında – bütün növ məhsullar üzrə əmək məhsuldarlığını ölç-
məyə imkan verir.
3. Əmək tutumu formasında – iş normaları əsaslı surətdə müəyyən edilən və 
iş vaxtından istifadənin dəqiq uçotu gedən müəssisələrdə tətbiq olunur. 
Əmək məhsuldarlığı göstəriciləri hesabat dövründə istehsal edilmiş əmtəəlik 
məhsulun həcmini sənaye istehsal heyətinin orta siyahı sayına, fəhlələrin siyahı 
sayına, fəhlələrin işləmiş olduqları adam-günlərin sayına və bütövlükdə işlənmiş 
adam-saatların sayına bölməklə müəyyən edilir.
Əmək məhsuldarlığını təhlil etmək üçün aşağıdakı cədvəl məlumatlarına nə-
zər salaq: 
Cədvəl 22
Əmək məhsuldarlığının həcm 
göstəriciləri
Plan
Hesabat Kənarlaşma
Əmək məhsuldarlığının həcmi
16600
17100
+500
İşlənmiş adam-günlərin sayı
5310
5318
+8
Fəhlələrin siyahı sayı 2190
2210
+20
Bütün işlənmiş adam-saatların 
sayı 
3672
3704
+32
Cədvəl məlumatlarından göründüyü kimi, əmək məhsuldarlığı yüksəlmişdir. 
Kənarlaşmanın səbəbi bir adama düşən adam-günlərin artmasıdır.
§20. Əmək haqqı fondunun təhlili
Müasir şəraitdə əmək haqqı işçilərin yaşayış tərzinin yaxşılaşması üçün əsas 
mənbə olmaqla, istehsalın səmərəliliyinin yüksəldilməsində maddi həvəs lən dir-
mə kimi mühüm rol oynayır. Əmək haqqı əməyə görə bölgü qanununa uyğun 
olaraq sərf edilmiş əməyin kəmiyyəti və keyfi yyəti üçün mükafatlandırma for-
ması hesab olunur. Sənaye müəssisələrində işçilərə hesablanmış əmək haqqı əv-
vəlcədən müəyyən edilmiş ümumi əməyin ödənişi fondundan ödənilir. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə