Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə35/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   31   32   33   34   35   36   37   38   ...   46

88
• sertifi kat almış və sertifi kat almamış məhsulların xüsusi çəkisi;
• orta sortluq əmsalı;
• dünya standartlarına uyğun məhsulların xüsusi çəkisi;
• ixrac edilən (o cümlədən sənaye üzrə inkişaf etmiş ölkələrə) məhsulların 
xü susi  çəkisi və s.;
• fərdi göstəricilər məhsulun bu və ya digər keyfi yyət xüsusiyyətlərini  əks 
et dirir.  Bunlara:
• yararlılıq (südün yağlılığı, fi lizin dəmir tutumu, ərzaq məhsullarında zü lal-
ların miqdarı və s.);
• etibarlılıq (uzunömürlülük, istismarda sıradan çıxma müddəti və i.a.);
• texnoloji (əməktutumu, enerji tutumu və i.a.);
• məmulatın estetikliyi və i.a.
Göstəricilərə keyfi yyətsiz məhsula görə cərimələr, zay məhsulun həcmi və 
xüsusi çəkisi, brakdan olan itki və s. aiddir.
Məhsulun keyfi yyətinin təhlili prosesində aşağıdakı məsələlər həll edilir:
• məhsulun texniki səviyyəsi qiymətləndirilir;
• həmin səviyyənin ayrı-ayrı məmulat növləri üzrə baza və nəzəri cəhətdən 
müm kün  səviyyədən kənarlaşması müəyyən edilir;
• məhsulun hazırlanması və yola salınması keyfi yyətini xarakterizə edən pa-
ra metrlər üzrə məhsul buraxılışı strukturu təhlil edilir;
• məhsulun texniki səviyyəsinin yüksəldilməsinə mane olan amillər müəy-
yən edilir.
Məhsulun keyfi yyətinin yüksəldilməsi, brak və itkilərin azaldılması imkan-
ları əsaslandırılır.
Məhsulun keyfi yyəti üzrə planın yerinə yetirilməsinin ümumi qiymət ləndi-
rilməsi zamanı müxtəlif metodlardan, o cümlədən bal metodundan istifadə edi-
lir. Qiymətləndirmənin bal metodunun mahiyyəti məhsulun keyfi yyətinin orta 
çə  ki  balının müəyyən edilməsi və onun faktiki və plan səviyyələrini müqayisə 
et məklə, keyfi yyət üzrə planın yerinə yetirilməsi faizinin hesablanması ilə xa-
rak terizə olunur.
Təhlil prosesində zay məhsul buraxılışının mütləq məbləğdə və eləcə də əm-
tə  əlik məhsulun ümumi həcmində xüsusi çəkisinə görə dinamikası öyrənilir, 
brak dan olan itkilər hesablanır.
Məhsulun keyfi yyətinin yaxşılaşdırılması yüksəkkeyfi yyətli xammal və ma-
te  riallardan  istifadənin istehsal texnologiyalarının yaxşılaşdırılmasını,  isteh sa lın 
texniki səviyyəsinin yüksəldilməsini, avtomatlaşdırmanın təkmilləş diril mə si ni 
və i.a. tələb edir.
Məhsulun keyfi yyətinin yaxşılaşdırılması müəyyən dərəcədə əlavə məsrəf tə -
ləb edir. Deməli, məhsulun keyfi yyətinin yaxşılaşdırılması maya dəyərinin artması 
ilə nəticələnə bilər. Bu əlavə xərc məhsulun qiymətinin artması ilə  ör tül məlidir.


89
Məhsulun keyfi yyətinin yüksəldilməsi ilə əlaqədar xərclərin artım tempi ilə 
mü qayisədə qiymətlərin üstün artım tempinə nail olduqda keyfi yyətin yük səl-
dilməsi ilə əlaqədar əlavə məsrəfl ər səmərəli olur.
Məhsulun keyfi yyətinin yüksəldilməsinin təhlilində məhsulun istehlakı ba-
rə də məlumatların mühüm əhəmiyyəti vardır. Bu məlumatlar vasitəsilə təsər rü-
fatdaxili çatışmazlıqlar vaxtında müəyyən edilir və aradan qaldırılır.
Qeyd etmək lazımdır ki, müasir dövrdə istehsal edilən maşın, dəzgah, ava-
dan lıqlar və s. texniki vasitələrin istismarı fəhlələrin, mühəndis, texniki işçilərin 
bi liklərinin, peşə vərdişlərinin yüksəldilməsini tələb edir.
Məhsulun keyfi yyətinin yüksəldilməsinin həm istehsalçı, həm də istehlakçı 
üçün əhəmiyyəti var. Belə ki, məhsul keyfi yyətli olduqda, istehsalçı öz məh su-
lunu uğurla, daha tez və baha sata bilir, onun gəliri artır, istehlakçının isə tələbi 
ödə nilir.  Məhsulun keyfi yyətinin yaxşılaşdırılması üç istiqamətdə aparılmalıdır:
1. Texniki, texnoloji istiqamətdə: mexanikləşdirmə, avtomatlaşdırma, yeni 
mütərəqqi materiallardan istifadə, daha keyfi yyətli xammal və materiallardan, 
re sep turalardan  istifadə və s.
2. Təşkilati istiqamətdə: keyfi yyətə operativ nəzarətin gücləndirilməsi, isteh-
salın və əməyin təşkilində mütərəqqi üsullardan istifadə, işçilərin ixtisas səviy-
yəsinin yüksəldilməsi, qabaqcıl təcrübədən istifadə və s.
3. İqtisadi stimullaşdırma istiqamətində: məhsulun (işin, xidmətin) key fi y-
yətini nəzərə almaqla əməyin ödənilməsi və iqtisadi sanksiyaların tətbiqi, qiy-
mət lərin təyin edilməsi və s.
Bazar münasibətlərində  məhsulun keyfi yyətinin yaxşılaşdırılması aramsız 
tədqiqat xarakteri daşımalıdır. Məsələn, başqa ölkələrdən gətirilən idxal mal la-
rının keyfi yyəti əhalini cəlb etməkdədir. Deməli, bunlar bir meyar kimi daxili 
is tehsalçını maraqlandırmalıdır. Xaricdən alınan malların estetik baxımdan tər-
tib edilməsi, hər şeydən əvvəl, alıcını qıcıqlandırır, onda maraq oyadır. Məh su-
lun keyfi yyət məsələsi əhalinin zövqü ilə də bağlıdır. Göründüyü kimi, məhsulun 
keyfi yyəti dedikdə bu, təkcə fi ziki surətdə onun yaxşılaşdırılması deyil, mənəvi 
mə sələləri də əhatə etməlidir.
Məhsulun keyfi yyətini nəzərdən keçirdikdə bu problem də diqqəti cəlb et-
mə lidir. Bu, məhsulun keyfi yyətinin əmək məhsuldarlığı ilə bağlı olmasıdır.
Cədvəl 25
Məhsul satışı həcminin dəyişilməsinə təsir edən amillərin təhlili (mln. man.)
Göstəricilər
Plan üzrə Faktiki Kənarlaşma, +,-
1. İlin əvvəlinə hazır məhsul qalığı
650
650

2. Əmtəəlik məhsul buraxılışı
32000
33600
+1600
3. İlin sonuna hazır məhsul qalığı
730
1181
-451
4. Yüklənmiş hazır məhsul (1 sət.+2 sət.-3 sət.)
31920
33069
+1149
5. Yüklənmiş hazır məhsul mA
a) ilin əvvəlinə
1483
1500
+17
b) ilin sonuna
1653
2369
-716
Məhsul satışı (4-cü sət.+5a sət.-56 sət.)
31750
32200
+450


90
Cədvəldə verilən məlumatlardan göründüyü kimi, məhsul satışı  həcminin 
art masına əmtəəlik məhsul buraxılışının və ilin əvvəlinə yüklənmiş mal qa lığı-
nın artımı (müvafi q olaraq 1600 və 17 mln. man.) müsbət təsir göstərmişdir. İlin 
so nuna  hazır məhsul qalığının və yüklənmiş məhsul qalığının artması (451 və 
716 mln. man.) həmin məbləğdə satışın həcminin azalmasına səbəb olmuşdur.
Bütün amillərin təsirinin cəmi  (+1600) +(+17) + (-451) + (-716) = +450  mln. 
man. olur. 
Yaxud balans bərabərliyi:
32200 – 31750 = (+1600) +(+17) + (-451) + (-716);
+450 mln. man. = + 450 mln. man. 
Deməli, hesablamalar düzdür.
Məhsul göndərmə üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsi bağla nı-
lan müqavilələrə uyğun olaraq hesabat ilinin təqvim ayları üzrə tərtib edilmiş 
qra fi kdə verilən məlumatlardan istifadə etməklə təhlil edilir və qiymət lən dirilir.
Cədvəl 26 
Hazır məhsul göndərmə üzrə müqavilə öhdəliklərinin 
yerinə yetirilməsinin təhlili (mln. man.)
Hesabat 
dövrü
Plan üzrə müqavilə 
bağlamaq üçün 
məhsul istehsalı
Müqavilə öhdəlikləri 
üzrə göndərilməmiş 
məhsulun həcmi
Müqavilə 
öhdəliklərinin yerinə 
yetirilməsi, %-lə
hesabat 
ayında
ilin 
əvvəlindən
hesabat 
ayında
ilin 
əvvəlindən
hesabat 
ayında
ilin 
əvvəlindən
Yanvar
2000
2000
100,0
100,0
Fevral
1800
3800
200
200
88,9
88,9
Mart
2000
5800
100
300
95,0
94,8
Aprel
2000
7800
100,0
100,0
May
2000
9800
100,0
100,0
İyun
2000
11800
100,0
100,0
İyul
2000
13800
100,0
100,0
Avqust
2300
16100
100,0
100,0
Sentyabr
2300
18400
100,0
100,0
Oktyabr
2300
20700
100,0
100,0
Noyabr
2260
12960
100
400
95,5
98,2
Dekabr
2000
24960
200
600
90,0
97,6
Yekunu
24960
24960
§26. Məhsul buraxılışına təsir edən amillərin təhlili
Bazar münasibətləri  şəraitində istehsal proqramının  əsasını  məhsul satışı 
təş kil edir, daha doğrusu, məhsula olan tələbat, onun satılması imkanı öyrə nil-
dik dən sonra istehsal və satışı arasında əlverişli əlaqənin yaradılmasını, onların 
uz laşdırılmasını tələb edir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə