114
Cədvəl 32
Likvidlik dərəcəsinə görə aktivlərin strukturu (man.)
Aktiv maddələrin adı
İlin əvvəlinə
İlin sonuna
I Likvidlik dərəcəsinə malik aktiv lər:
a) kassa
54
675
b) hesablaşma hesabı
336
3386
c) valyuta hesabı
-
-
ç) digər pul vəsaitləri
-
-
d) qısamüddətli maliyyə qoyuluşu
-
-
Yekunu
390
4061
II Likvidlik dərəcəsinə malik aktivlər:
a) Debitorlarla hesablaşmalar:
– mallara, iş və xidmətlərə görə
4589510
2596255
– alınmış veksellər üzrə
-
-
– törəmə müəssisələrlə
-
-
– büdcə ilə
-
-
– digər əməliyyatlar üzrə heyətlə
-
-
– digər debitorlarla
126722
13712
b) malgöndərənlərə və podratçılara verilmiş avans
-
-
Yekunu
4716232
2609967
III Likvidlik dərəcəsinə malik aktivlər:
a) istehsal ehtiyatları
414902
248924
b) azqiymətli tezxarab olan əşyalar
115383
100903
c) bitməmiş istehsalat
99304
596077
ç) hazır məhsul
-
-
d) yüklənmiş mallar
276468
307039
e) digər dövriyyə aktivləri
478008
340364
Yekunu
1384065
1593307
IV Likvidlik dərəcəsinə malik aktivlər:
a) əsas vəsait
4772598
5199308
b) qeyri-material aktivlər
62304
55745
c) quraşdırılası avadanlıqlar
-
-
ç) başa catdırılmayan kapital qoyuluşu
-
-
d) uzunmüddətli maliyyə qoyuluşları
-
-
e) təsisçilərlə hesablaşmalar
-
-
ə) sair dövriyyədənkənar aktivlər
-
-
Yekunu
4834902
5255053
Cəmi
10935589
9462388
Cədvəlin məlumatlarından göründüyü kimi, müəssisənin aktivlərinin ye ku-
nunda IV likvidlik dərəcəsinə malik olan aktivlərin xüsusi çəkisi daha yüksək –
55,5% (5255054:9462388×100), III likvidlik dərəcəsinə malik olan aktiv lər
16,8% (1593307:9462388×100), II likvidlik dərəcəsinə malik aktivlər üzrə
27,5% (2609967:9462388×100) təşkil etmişdir.
115
§37. Müəssisə kapitalının əmələgəlmə mənbələrinin
quruluşunun təhlili
Balansın passivində göstərilən məlumatlar xüsusi və borc kapitalda nə kimi
dəyişikliklər olmasını, müəssisənin dövriyyəsinə nə qədər uzun və qısamüddətli
borc vəsaitlərinin daxil edilməsini müəyyən etməyə imkan verir ki, vəsaitlər ha-
radan alınıb, onlara görə müəssisə kimə borcludur (sxem 1).
Sxem 1
§38. Müəssisənin vəsait mənbələrinin təsnifatı
Müəssisənin maliyyə vəziyyəti və sabitliyi bir çox amillərdən asılıdır: öz sə-
rəncamında hansı vəsaitləri verir və onlar hara qoyulub.
Məxsusluq dərəcəsinə görə istifadə olunan kapital xüsusi kapitala (passivin
1 bölməsi) və borc kapitalına (passivin II bölməsi) bölünür. İstifadə müddətinə
görə kapital daimi (arasıkəsilməz) kapitala (passivin I və II bölmələri) və qı sa-
müddətli kapitala (passivin II bölməsi) bölünür.
Xüsusi kapitalda lüzum, ehtiyac müəssisənin özünün maliyyələşdirilməsi
tə ləblərinə təsir edir. O, əsasən müstəqil olur, asılı olmur. O, uzunmüddətli
kapital qoyur və daha çox riskə düçar olur. Deməli, ümumi kapital məbləğində
xüsusi ka pitalın xüsusi çəkisi nə qədər yüksəkdirsə və borc vəsaitlərinin xüsusi
çəkisi nə qədər aşağıdırsa bir o qədər bufer yüksək olar, bu da kreditorları zərər-
çək mədən müdafi ə edir, deməli, risk itkisi azalır. Lakin nəzərə almaq lazımdır
ki, heç də həmişə xüsusi vəsait hesabına müəssisə fəaliyyətini maliyyələşdirmək
onun üçün gəlirli olmur, xüsusilə dənə vaxt istehsal mövsümi xarakter daşıyır.
Onda ilin bəzi vaxtlarında bankda olan hesablarda vəsait daha çox toplanır, ilin
bəzi vaxtlarında bankda olan hesablarda vəsait çatışmır. Bundan başqa, qeyd
etmək lazımdır ki, əgər maliyyə resurslarına olan qiymətlər yüksək deyilsə,
onda cəlb olunan vəsait hesabına müəssisədə qoyulan vəsaitin daha yüksək nə-
ticə verməsini təmin etmək, xüsusi kapitalın rentabelliyini yüksəltmək olar.
Xüsusi
vəsaitlərin
mənbələri
Xüsusi kapital
Daimi
(arasıkəsilməz)
kapital
Uzunmüddətli
maliyyə
öhdəlikləri üzrə
borclar
Qısamüddətli
maliyyə öhdəlikləri
üzrə
Dəyişən kapital
Borc kapitalı
116
Həmin vaxt əgər müəssisə vəsaitləri əsasən qısamüddətli öhdəlik hesabına
yaradılıbsa, onda onun maliyyə vəziyyəti sabit olmayacaq; belə ki, birinci növ-
bə də kapitalı öz vaxtında qaytarmaq lazım gəlir.
Deməli, müəssisənin maliyyə vəziyyəti bir çox cəhətdən xüsusi və borc ka-
pitalının nə qədər optimal nisbətdə olmasından asılıdır. Maliyyə strategiyasının
düzgün hazırlanması bu məsələdə bir çox müəssisəyə köməyi ola bilər, öz fəa-
liy yətlərinin səmərəliliyini yüksəldə bilər.
Bununla əlaqədar müəssisənin bazar sabitliyini xarakterizə edən mühüm
gös təricilər aşağıdakılardır:
• maliyyə sərbəstliyi əmsalı, yaxud ümumi kapital məbləğində xüsusi
kapitalın xüsusi çəkisi;
• maliyyə asılılığı əmsalı (ümumi valyuta balansında borc kapitalının xüsusi
çəkisi);
• maliyyə riski əmsalı (borc kapitalının xüsusi kapitala nisbəti).
İkinci və üçüncü göstəriciyə nisbətən birinci göstəricinin səviyyəsi nə qədər
yüksəkdirsə, müəssisənin maliyyə vəziyyətinin sabitliyi bir o qədər yüksəkdir.
Cədvəl 33
Müəssisə passivinin (öhdəliyinin) quruluşu
Göstəricilər
Göstəricinin səviyyəsi
İlin əvvəlinə İlin axırına Dəyişiklik+, -
Ümumi valyuta balansında xüsusi kapitalın xüsusi
çəkisi (müəssisənin maliyyə sərbəstliyi əmsalı), %-lə
3,2
78,3
+ 43,1
Borc kapitalının xüsusi çəkisi (maliyyə asılılığı əmsalı)
64,8
21,7
- 43,1
O cümlədən:
uzunmüddətli
qısamüddətli
maliyyə riski əmsalı
-
64,8
1,841
-
21,7
0,277
-
- 43,1
-1,564
Göstərilən misalda xüsusi kapitalın xüsusi çəkisi yüksəlməyə doğru gedir.
Hesabat ili ərzində o, 43,1 % yüksəlmişdir, belə ki, borc kapitalının artım tempi
yüksəkdir.
Maliyyə riski əmsalı 15,4 % aşağı düşmüşdür. Bu onu göstərir ki, müəs si-
sənin xarici investorlardan maliyyə asılılığı xeyli aşağı düşmüş və onun bazar
sabitliyi yüksəlmişdir.
Müəssisə və investorlarla olan əlaqənin müxtəlifl iyindən asılı olaraq kapi ta-
lın quruluşunda dəyişiklik ola bilər. Əgər müştərilərin xüsusi kapitalının xüsusi
çəkisi yüksəkdirsə, bu vəziyyət bank və digər kreditorlar üçün daha etibarlıdır.
Burada maliyyə riski çıxılır. Qayda üzrə müəssisə cəlb olunan vəsaitlərdə iki
səbəblə maraqlıdır:
Dostları ilə paylaş: |