12
PRAKTİK İŞ
1. Bir ay ərzində gəlirlərini və xərclərini qeyd etmək üçün dəftər tut.
2. Evdən kənarda qidalanma, dəftərxana ləvazimatlarının, şirniyyatın, hə
diy yələrin, idman mallarının və avadanlığının alınması üçün təxmini
xərcləri təyin et.
Yığım, daşınılmaz əmlak, qiymətli kağızlar, qənaət üsulları, şəxsi
büdcə, xərcin azaldılması, qənaət edilmiş pul.
• Uyğun mobil operator seçin. Bütün lazımsız tarif xərclərini dayan
dırmaq üçün mobil operatorların tarif planlarını diqqətlə izləyin. Ola bilsin
ki, öz mobil operatorunuzu digəri, daha sərfəlisi ilə dəyişə bilərsiniz.
• Başqa mağazaların xidmətindən istifadə edin. Bahalı ticarət mərkəz
lərindən alışverişi təxirə salın. Adi supermarketlərdən nə isə seçməyə çalışın.
Bu super marketlərdən evinizə yaxın olanı seçsəniz, nəqliyyat xərclərinə də
qənaət edə bilərsiniz.
Unutmayın! Bəzən adi mağazada da olduqca keyfiyyətli və münasib
qiymətə alışveriş etmək olur.
• Lazımsız heç nə almayın. Әləlxüsus da kreditlə! Heç bir bahalı telefon
və geyim. Unutmayın, xərcləri azaltmaqla gəlirinizi artıra və etibarlı şəxsi
büdcə yarada bilərsiniz.
1. Yığımın əsas funksiyası nədir?
2. Pul vəsaitinə qənaət edilməsinin hansı üsullarını bilirsən?
3. Qənaət edilmiş pul vəsaiti necə saxlanılmalıdır?
4. Büdcə nədir?
5. Məktəblinin büdcəsi hansı hissələrdən ibarətdir?
6. Şəxsi büdcə nədir?
7. Şəxsi büdcə ailə büdcəsindən nə ilə fərqlənir?
8. Pula hansı üsullarla qənaət edilir?
Özünüyoxlama sualları
?
Çap üçün deyil
3cü
MÖVZU
13
EV HEYVANLARINA QULLUQ TEXNOLOGİYASI
Şəxsi ev və həyət sahibləri bəzən təkcə ev quşları deyil, hətta kənd təsər
rüfatı heyvanlarının da bəslənməsi və çoxaldılması ilə məşğul olurlar. İnsan
həyatında günügündən heyvandarlıq məhsullarına ehtiyac çoxalır.
İribuynuzlu (inək, camış) və xırdabuynuzlu (qoyun, keçi) malqaranın
sax lanması getgedə daha aktual xarakter alır.
Bazar iqtisadiyyatının əsas qanununda deyilir: «Әgər məhsula ehtiyac
artırsa, onun qiyməti qalxır, deməli, onun istehsalı böyük gəlir vəd edir».
İnsan kənd təsərrüfatı heyvanlarının saxlanmasından yeyinti məhsulları
(ət, süd, yağ) və istehlak xammalı (yun, cod tük, dəri, sümük) əldə edir.
Ev şəraitində qoyun və keçi saxlanması kiçik təsərrüfatlar üçün ən yaxşı
çıxış yoludur. Bu heyvanlar yemə tələbkar deyil və sürü halında yaşaya bi
lirlər. Ona görə də qoyunçuluq üçün böyük təsərrüfat lazım deyil. Az pul sərf
etməklə kiçik təsərrüfatlarda bu heyvanları bəsləmək yaxşı gəlir gətirə bilər.
Qoyun və keçi saxlamağın hansı faydaları var?
Hər şeyi diqqətlə araşdıranda qoyun və keçidən gələn xeyir göz önündə olur.
Məsələn, qoyun əti dünyanın hər yerində ekoloji təmiz qida hesab edilir. Bir
qədər kütbeyin və tərs heyvan hesab edilsə də, qoyun müxtəlif hormonal əla
vələr qatılmış yemi qəbul etmir. Alman alimləri belə hesab edirlər ki, qo yun əti
insanlarda xərçəng toxumalarının inkişafını ləngidir və hətta onları məhv edir.
Qoyun əti iki növə ayrılır: quzu əti (bir yaşına qədər heyvanların kəsil
mə sindən alınan məhsul) və qoyun əti (yaşlı heyvanların əti).
Qoyun əti çox gözəl dad keyfiyyətlərinə malikdir. Tərkibində zülalın,
amin turşularının, vitamin və mineral maddələrin miqdarına görə mal ətindən
bir qədər geri qalır. Qoyun ətinin ən gözəl xüsusiyyəti az xolesterinə (290
mq/kq qoyun ətində, 750 mq/kq mal ətində) malik olmasıdır. Bütün qoyun
cins lərinin əti yeməli hesab edilir. Amma, əsasən, ətlik, yunluq və ətlikyağlıq
qo yun cinslərinə üstünlük verilir.
Ortayaşlı qoyun cəmdəyi yaşından, cinsindən və köklüyündən asılı olaraq
18–30 kq, 1 yaşa qədər quzu cəmdəyi isə 18–20 kq olur.
Qoyun və keçi südü çox qiymətli qida məhsulu hesab edilir. Dünya pen
dir tutanları qoyun südündən bahalı və ləziz pendir növlərinin hazırlanma sın
da istifadə edirlər. Keçi südü tərkibinə görə ana südünə olduqca yaxındır. Bol
miqdarda immunoqlobulinə* görə keçi südü lap qədim zamanlardan bir çox
* İmmunoqlobulin – qanda allergik reaksiyalar göstəricisi
Çap üçün deyil
14
xəstəliklərin müalicəsi üçün istifadə edilir. Sübut edilib ki, bu qida məhsulu
bədəndən radionuklidləri* çıxardır və allergiyanı aradan qaldırır.
Bu heyvanlardan alınan dəri, yun və cod tük də çox qiymətli xammal
hesab edilir. Bu təbii materiallardan hazırlanmış geyim rahat və sağlamlıq
üçün yararlı hesab edilir.
Qoyun südü zəngin tərkibə malik qida məhsuludur. Bütün dünya ölkələri
üzrə qoyun südünün istehsalı ildə 6–7 milyon tona çatır. Ondan «Rokfor»,
«Pekarino», «Qafqaz», «Brınza» kimi bir çox qiymətli pendir növləri
hazırlanır. Kimyəvi tərkibinə görə qoyun südü inək südündən fərqlənir.
Qoyun südünün tərkibində 6–8% yağlar, 4,5–6% zülal, 4,6% süd şəkəri və
0,8% mineral duzlar və vitaminlər var.
Quru maddələrə gəlincə isə qoyun südündə onlar inək südünə nisbətən
1,4 dəfə, yağ və zülal isə 1,8 dəfə artıqdır. 1 litr qoyun südünün ümumi qida
lılığı 1060 kilokaloridir.
Qoyunların ev təsərrüfatında bəslənmə texnologiyası necədir?
Qoyun yaxşı qulluq və yemləmə şəraitində tez artan heyvandır. Onların
saxlanması üçün isti aylarda heç bir xüsusi şərait tələb olunmur. Adətən, yay da
qoyunlar sürü halında otlamağa çıxarılır. Bu, payıza qədər davam edir. Qo yun
sürüsü iribuynuzlu malqaranın otarıldığı hər yerdə – dağlarda, qayalıq larda,
yarğanlarda otlaya bilər.
On baş qoyunquzu üçün 30–40 m
2
ağıl lazımdır. Ağıl qoyunların açıq
havada sax landığı yerdir
(şəkil 1). Müasir texnologiya və materiallar ilə tövlə
tikmək o qə dər də çətin iş deyil. İsti olması üçün onun hündürlüyü az
olmalıdır. Qo yun lar üçün yaşayış yeri mütləq havadəyişdirici qurğu ilə təchiz
edilməlidir. Tövlənin özü lü olduqca sadə üsulla qoyulur və bu da tikintini
asanlaşdırır.
Şəkil 1. Tövlə
* Radionuklid – insan orqanizminə mənfi təsir edən radioaktiv element
Ağıl
Üstü örtülü ağıl
Çap üçün deyil