www.kitabxana.net
– Milli Virtual Kitabxana
2
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
"Gənc yazarın ilk e-kitabı" 56 (106 – 2013)
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu
http://www.kitabxana.net
- Milli
Virtual Kitabxananın kulturoloji-innovativ layihəsi çərçivəsində nəşrə hazırlanıb və
yayılır.
Elektron Kitab N 56 (106 – 2013)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Yeni Yazarlar və Sənətçilər Qurumu
http://www.kitabxana.net
- Milli Virtual Kitabxana
Ülviyyə Tahir
Şeytanın missiyası
Ġstedadlı gənc yazar Ülviyyə Tahir 1980-ci ildə Göyçayda anadan olub, 1998-ci ildə BDU tarix
fakultəsinə daxil olub, oranın məzunudur. UĢaqlıqdan yaradıcılıqla məĢgul olsa da, 4 ildir
ədəbiyyata ciddi bir iĢ kimi önəm veririr. Dövri mətbuatda ardıcıl çap olunur, keçən il ilk kitabı -
" ġeytanın missiyası" adı altında iĢıq üzü görüb. Ġkinci kitabı çapa hazırlanır, bu yaxınlarda iĢıq
üzü görəcək.
E-kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxana. Bakı – 2013. E-nəşr N 56 (106 - 2013)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
"Gənc yazarın ilk e-kitabı" silsiləsindən bütün kitablarla buradan tanış olun:
http://www.kitabxana.net/?oper=e_kitabxana&cat=167
www.kitabxana.net
– Milli Virtual Kitabxana
4
GİROV
Bakı ... Bütün meqapolislər kimi neçə min təbəqədən ibarətdir. Sən onun dibinə baĢ vurmağa
cəhd etmə! Onun dərinliyini bilməyəcəksən. Bu Ģəhərin də oğruları,
kiçik və böyük
cinayətkarları, bəzən cinayətkarlardan heç də geri qalmayan qanuni qanunpozan məmurları
zahirdən parlaq, lakin içəridən dağılan möhtəĢəm ailə holdinqləri var. Qarabağ müharibəsindən
sonra əhalisi daha da alabəzəkləĢən Bakı bəlkə də dünyanın heç bir yerində anoloqu
olmayan
bir yaĢama qədəm basdı. Bu yaĢama yamaq adını versək daha doğru olar. Avropa ilə Asiya
arasında can çəkiĢən bu Ģəhər öz müvəqqəti immiqrantlarına- vətəndən vətənə qaçmıĢlara
yarıkönül qucaq açsa da, tədricən onlarla yaĢamağa alıĢdı. Bakıya vurulmuĢ bu yamaq dəbə
uyğun olsa da kobud və etinasız vurulmuĢ tikiĢlər onun hələ də yamaq
olduğunu kimlərəsə
xatırladırdı. Universitet yataqxanalarında daha tələbədən çox Qərbi Azərbaycandan gəlmə
qaçqınlara rast gəlmək təbii qarĢılanırdı.
Əhməd həyatın ilk qoxusunu alanda burnuna dəyən yarıçürümüĢ kanalizasiya iyi sanki
ona xoĢgəldin etdi. O, bu qoxu ilə böyüdü. YaĢadıqları yer nə qədər iyrənc olsada onları yaman
tez-tez yada salardılar. Bayramlarda, seyranlarda çiyinləri kameralı oğlanlar və cins Ģalvarlı
qızlar hey onları çəkməyə gələrdilər. Əvvəllər Əhməd bu gəliĢləri
həvəslə gözləsə də sonralar
buna da öyrəĢdi. YaĢadıqları bina yarıuçuq vəziyyətdə olsa da buna etiraz etmək ya kiminsə
ağlına gəlmir, ya da bunu məqsədə uyğun hesab etmirdilər. Əhməd üçünsə bunun
elə də fərqi
yox idi. O, bu yaĢamın elə belə olacağını qəbullanmıĢdı. Məktəbdən evə döndükdə elə qapıdan
babasının zığıltısını eĢidərdi. O, revmatizmlərindən Ģikayətlənə-Ģikayətlənə ġuĢanı da yada
salırdı. Əhməd ġuĢanı görməmiĢdi . Ġndi atasının belə zorla xatırladığı o Ģəhəri
Əhməd vur-tut
bir dəfə yuxuda görmüĢdü. O yuxudan da yaddaĢında yalnız bulaq Ģırıltısı və bir də ciyərlərinə
çəkdiyi təmiz dağ havası olmuĢdu. Babası bu yuxunu ona dəfələrlə təkrarladıb qulaq asmıĢ və
hər dəfəsində Əhməd ona bir az baĢqa bir Ģeylər uyduranda babası
etraz etmədən nəvəsinin bu
Ģirin yalanlarının altında xəyala gedərdi. Əhməd atasının məhəllədə “kiĢinin bir gözü
torpaqdadır” deyəndə heç nə anlamamıĢdı.
Ümumiyyətlə, Əhməd bir çox sözlərin lüğəvi
mənasına varsa da əsil mənasına varmaqda çətinlik çəkirdi. Məsələn: ona məktəbdə qaçqın
deyirdilər o isə -mən Bakıda döğulmuĢam haradan qaçmıĢam -deyə o
sözü deyənlərə sual
verirdi. Evdə anasına sual verəndə isə anası “biz ġuĢa qaçqınıyıq ona görə deyirlər. Lakin bu
izahat Əhmədə bəs eləməzdi. “Necə yəni qaçqınlıq irsi keçir? Bu ki xəstəlik deyil?!”