The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix19.07.2018
ölçüsü0,82 Mb.
#56537
1   2   3   4   5   6   7

www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

26 


 

Sonsuz  qəhər  qondu  məsud  anınaa. 

Bir  qüssə  qəlbində  qövr  etdi  yaman

Yollandı  ,,Şəhidlər  Xiyabaı’’na. 

 

Süzür  xiyabanı  göz  yaşlarıyla, 



Məzarlar  üstünə  səpir  gül-çiçək. 

Hüzünlü, nigaran  baxışlarıyla, 

Söyləyir; -,,Unutmaz  sizləri  ürək.’’ 

 

Tərk  etmək  istəmir  o, xiyabanı, 



Niskli  süzülür  daş  məzarlara. 

Ən böyük  səcdəgah  sanır  bu  yeri, 

Əyir  ehtiramla  baş-məzarlara.   

 

 Hər  məzar  önündə  əyildikcə  o, 



Qopur  ürəyində  min  ağrı, min  ah. 

Başını  qaldırır  uca  göylərə, 

Bir  nida  göndərir  qeybdən  Allah. 

 

 



 

 

 



 

 

Ər  igidlər, qəhrəmanlar



Elin  dərdinə  yananlar, 

Əbədiyyət  qazananlar 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

27 


 

Bu   dünyada  ölməz  olur. 

 

Şəhid  olub  köçənlərim, 



Yağıları  biçənlərim, 

Vətən  andı  içənlərim 

Öz  əhdindən  dönməz  olur! 

 

Torpaq  udub  çox  ərləri



At  oynadan  ərənləri, 

Ülviyyətin  şölələri 

Daim  yanar ,  sönməz  olur! 

 

Vətən  üçün  töküb  qanlar, 



Vətənləşdi  qəhrəmanlar. 

Şan –şöhrətə  ucalanlar 

Zirvələrdən  enməz  olur! 

 

Ömrünün –gününün  cavan  çağında, 



Əyləşib  rəhbərim  iş  otağında. 

 

Fərman  imzalayır  xeyrinə  xalqın, 



Qalır  hər  dərdinə-sərinə  xalqın. 

 

Xalqın  rifahını  düşünür  daim, 



Yurd  eşqi  qəlbinə  kəsilib  hakim. 

 

Millətin  dərdinə  odur  qatlaşan, 



Elin  qəlbincədir  əməli, işi. 


www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

28 


 

Sənədlər  masada  qalaq-qalaqdır, 

Bu  milyon  iş  yeri, bu  neft  sazişi. 

 

Dünyanı  özünə  heyran  eylədi, 



Rəngi  qara,  özü  qızıl  neftimiz. 

Böyük  siyasətdə  fantan  edibdir, 

Rəngi  qara,  özü  qızıl  neftimiz. 

 

Torpağıma  verir  vüsət, yaraşıq, 



Bakı –Ceyhan  bir  millət, bir  qardaşıq. 

Bu  günümdən  sabahıma  gur  işıq, 

Rəngi  qara, özü  qızıl  neftimiz. 

 

Sazişlərə  Heydər  Ata  çəkib  qol, 



Tanrım , eylə  bu  sərvəti  daim  bol. 

Xalqın  əmin  sabahına  açır  yol, 

Rəngi  qara, özü  qızıl  neftimiz. 

 

Dolanıb  dünyanı  o, qarış-qarış, 



Sadiq  yol-yoldaşı  Vətən  sevgisi. 

Zəfərə  qol  atıb  hər  səfərində, 

Qalibdir  yurdumuz – Odlar  ölkəsi! 

 

 



Qeyrətə  səsləyir  əzmiylə  eli

Səsinə  səs  verir  hər  Vətən  oğlu. 

Bu  ana  torpağın  ər  igidləri, 

Hərəsi  bir  Babək, bir  qoç  Koroğlu! 




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

29 


 

 

Dərin  düşüncələr, fikirlər  onu 



Alır  ağuşuna  dalğalar  kimi. 

Gərir  dalğalara  polad  köksünü, 

Xilaskar  yelkənli  nəhəng  bir  gəmi. 

 

 



 Haqqın  yolundadır  gənc  Prezident

Sadiqdir  Öndərin  siyasətinə. 

Böyüyə  ehtiram  bəsləyən  bir  kəs, 

Dünyada  heç  vədə  düşməz  çətinə. 

 

Düşmür  Şah  atanın  adı  dilindən, 



Daim  yad  eyləyir  Ulu  Öndəri. 

,,Balaca,, Heydərin  tutub  əlindən, 

Gəlir  ziyarətə  Böyük  Heydəri. 

 

Məzarlar  önündə  dalır  sükuta, 



Yad  edir  atalı  keçən  günləri. 

Atalı  anları  xatırladıqca, 

Titrəyir  qəlbinin  incə  telləri 

 

 



Son  qoydun  xalqın  ahına, 

Nur  çilədin  sabahına. 

Ucaldın  haqq  dərgahına, 

         Şanlı  atam! 

 



www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

30 


 

Sən  Ustad, mən  şagird  oldum, 

Sevgin  ilə  yaşa  doldum. 

Yol-ərkanı  səndən  aldım, 

         Şanlı atam! 

 

Heyif, vaxtsız  köçüb  getdin, 



Köçüb  ürəklərdə  bitdin. 

Kamalınla  kama  yetdin

        Şanlı  atam! 

 

Eşqin  uca, zəkan  dərin, 



Qürurusan  nəsillərin. 

Müstəqillik  şah  əsərin, 

      Şanlı   atam! 

 

Dalır  sonsuz   xəyallara 



Gənc   rəhbərim  hüzn  içində. 

Haray  çəkir  duyğuları 

Ana  heykəli  önündə. 

 

Yad  eyləyir  anasını, 



Həyatının  mənasını. 

Cana  gəlir  sanki heykəl, 

Xiyabana  nur  çilənir. 

Ananın  saf  çöhrəsində 

Məlakələr  güzgülənir. 

 

O özü  də  bir  mələkdir




www.kitabxana.net

  –  Milli Virtual Kitabxana

 

31 


 

Eşqi  təmiz, qəlbi  zərif. 

Ülviyyətdir  ana  torpaq, 

Yerdən  göyə  nur  ələnib. 

 

Nur  verib  gözündən  neçə  gözlərə, 



Şöləsi  əridib  qaranlıqları. 

Bəşər  övladına  məhəbbətiylə 

Günəşə  döndərib  dumanlıqları. 

 

Cənnət  bəxş  eyləyib  saysız  qəlblərə, 



Indi  öz  məkanı  cənnətə  dönüb. 

Dillərdə  söylənən  ,,Zərifə’’adı, 

Bitib-tükənməyən  sərvətə  dönüb. 

 

Dayanıb  məzarlar  önündə  rəhbər, 



Burda  sevgi  bütöv, məzar  qoşadır. 

Əbədi  yaşamın  tək  bir  yolu  var, 

Insanı  xeyirxah  əməl  yaşadır... 

 

Dayanıb  rəhbərim-gözlərində  qəm, 



Neyləmək, əzəldən  belədir  aləm. 

 

Tanrının  hikməti  dərsdir  insana, 



Qəm-sevinc  qol-qola  gəlib  cahana. 

 

Bu  dünya  üzündə  hər  şey  qoşadır, 



Insanı  xeyirxah  əməl  yaşadır... 

------------------------------------------- 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə